Haqqımızda
Səhifələr
Rəhbərlik
Rəhbərlik
Müharibə və əmək veteranı Fatma Hüseyn qızı Səttarova Bakı şəhərində anadan olmuşdur. 1941-ci ildə İkinci Dünya müharibəsində tibb bacısı kimi könüllü surətdə cəbhəyə yollanmışdır. Alman faşizminə qarşı döyüşlərdə şücaətlər göstərən Fatma Səttarova yüksək təhsili, dünyagörüşü ilə fərqlənir, uzun illər dövlət qurumlarında çalışdığı dövrlərdə o, səmərəli fəaliyyəti ilə bunu dəfələrlə sübuta yetirib. Müharibədən sonra səhiyyə sistemində işləməyib. Bakı Dövlət Universitetində İqtisadiyyat fakültəsində təhsil alıb. İkinci Dünya müharibəsi veteranının 4 övladı, 11 nəvəsi, 25 nəticəsi var. Uzun illər rəhbər vəzifələr tutub. Fatma Səttarova müharibə və əmək veteranı kimi Respublika Veteranlar Təşkilatının uzun illər Rəyasət heyətinin üzvi olmuş, Təşkilatın fəaliyyətinin səmərəli təşkil olunmasında, əsl Azərbaycan qadını, ana kimi gənclərin Vətənə, dövlətə sədaqət ruhunda tərbiyəsində təcrübəsini və biliyini əsirgəməmişdir. Respublika Veteranlar Təşkilatının Rəyasət heyətinin 16 yanvar 2021-ci ildə keçirilən iclasında Təşkilatın sədri vəzifəsi Fatma Səttarovaya həvalə edilmişdir.
Fatma Səttarova Prezident İlham Əliyevin 24 yanvar 2022-ci il tarixli Sərəncamı ilə “İstiqlal” ordeni ilə təltif edilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Fatma Səttarovanın 100 illiyi münasibəti ilə Təşkilat sədrinə ünvanladığı təbrik məktubunda Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının 44 günlük Vətən müharibəsi zamanı dövlətin, ordunun yanında olduğunu, qazilərə, şəhid ailələrinə dəstək verdiyini qeyd edib, Təşkilatın fəaliyyyətini yüksək qiymətləndirib.
Xəlilov Cəlil Malik oğlu 09 avqust 1958-ci ildə Azərbaycan Respublikası Masallı rayonu, Köçəkli kəndində anadan olmuşdur. Ehtiyatda olan polkovnik Cəlil Xəlilov 1982-ci ildə Simferopol Ali Hərbi Siyasi Məktəbini bitirmiş, həmin ildən SSRİ DTK-nın Cənub Sərhəd dairəsinin Pamir sərhəd dəstəsində zastava rəisinin müavini vəzifəsində hərbi xidmətə başlamışdır. 1985-87-ci illərdə Pamir sərhəd dəstəsində siyasi şöbədə təlimatçı vəzifəsində xidmət etmişdir. 1990-cı ildə Tacikistan Dövlət Universitetinin Hüquq fakültəsini (qiyabi) bitirmişdir. Ehtiyatda olan polkovnik Cəlil Xəlilov 1987-2012-ci illərdə Sərhəd Qoşunları və Milli Təhlükəsizlik Nazirliyində müxtəlif rəhbər vəzifələrdə, o cümlədən Azərbaycan Respublikası Sərhəd Qoşunları Komandanının şəxsi heyətlə iş üzrə müavini vəzifəsində xidmət etmişdir. Ehtiyatda olan polkovnik C.Xəlilov 28 yanvar 2014-cü ildə Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini seçilmişdir. O, bu gün ölkə rəhbərliyinin veteranlarla bağlı həyata keçirdiyi dövlət siyasətinin uğurla yerinə yetirilməsində, gənclərin azərbaycançılıq məfkurəsinə uyğun, vətənpərvərlik, öz tarixinə hörmət ruhunda tərbiyə olunmasında yaxından iştirak edir. Onun Respublika Veteranlar Təşkilatının dövlət orqanları və ictimai təşkilatlarla sıx əlaqələrinin qurulması, veterenların ölkənin ictimai-siyasi həyatında fəal iştiraklarına nail olunmasında böyük əməyi vardır. O, ölkənin təhsil ocaqları, müxtəlif idarə və müəssisələri, xüsusilə cəbhə bölgəsində yerləşən hərbi hissələrdə veterenlarla gənclərin müntəzəm görüşlərini təşkil edir. C.Xəlilov Respublika Veteranlar Təşkilatının sədr müavini kimi Azərbaycanı xarici ölkələr, o cümlədən MDB məkanında layiqincə təmsil edir, onların müvafiq təşkilatları ilə əməkdaşlıq əlaqələrinin gücləndirilməsi, Azərbaycan həqiqətlərinin təbliği və müdafiəsində bilik və bacarığını əsirgəmir. O, MDB veteranlarının Beynəlxalq Təşkilatının Əlaqələndirmə Şurasının, Ehtiyatda olan zabitlərin Beynəlxalq Məsləhətləşmə Komitəsi Rəyasət Heyətinin üzvüdür. C.Xəlilov həmçinin siyasi elmlər üzrə fəlsəfə doktoru, Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının dosenti, ölkənin hərbi və xüsusi təhsil məktəblərində tədris olunan “Milli təhlükəsizlik strategiyası” dərsliyi və proqramının, eyni zamanda 6 kitabın və 60-dan çox elmi məqalənin müəllifidir. Ehtiyatda olan polkovnik Cəlil Xəlilov Əfqanıstan və Qarabağ müharibəsi veteranıdır. C.Xəlilov Azərbaycan dövlətinə və xalqına sədaqətlə xidmət etdiyinə, yüksək peşəkarlığına və hərbi vəzifələrin öhdəsindən bacarıqla gəldiyinə görə, dəfələrlə orden və medallarla təltif olunmuşdur. Gənclərin orduda xidmətə və gənc zabitlərin peşəkarlıq hazırlığında onun mühüm xidmətləri vardır. Ailəlidir, iki övladı var.
1. Səttarova Fatma Hüseyn qızı
2. Xəlilov Cəlil Malik oğlu
3. Əzizov Elvin Tofiq oğlu
4. Timoşenko Vladimir Vasilyeviç
5. İsmayılov Nadir Kamil oğlu
6. Abdullayev Səmyar Abdulla oğlu
7. İbrahimli Pərviz Oqtay oğlu
8. Əbilov İmran Rəşid oğlu
9. Haqverdiyev Adil İsmayıl oğlu
10. Cəfərov Şədtat Muqdat oğlu
11. Babayev Lətif Şükür oğlu
12. Bayramov Ağarza Seyidrza oğlu
13. Əhmədov Bədirxan Balaca oğlu
14. Zahidov Bəhram Səffan oğlu
15. Şabanov Elşad Yusif oğlu
16. Məmmədov Yusif Həsənqulu oğlu
17. Süleymanov Fərhad Rəsul oğlu
18. Şükürov Sovet Qardaşxan oğlu
19. Əlizamanlı Şəmistan Hüseyn oğlu
20. Musayev Samir Firdovsi oğlu
21. İsmayılov Bəhruz Cəbrayıl oğlu
22. Mustafayev Elşən Dilavər oğlu
23. Bəşirov Çingiz Adil oğlu
24. Yaqubova Adilə Firuddin qızı
25. Ağakişiyev Bəhram Lətif oğlu
26. Allahverdiyev İsgəndər İmanverdi oğlu
27. Nəsibli Fəqan Sabir oğlu