Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Haqqımızda

İkinci Dünya Müharibəsinin faşizm üzərində Qələbə ilə başa çatmasından sonra keçmiş SSRİ-nin bütün respublikalarında olduğu kimi Azərbaycan Respublikasında da veteran hərəkatı başlanmışdır. Bu hərəkatın ilk nəticəsi kimi 1960-cı il iyun ayının 10-da Bakı Veteran Komitəsi yaradılmışdır. Ancaq Azərbaycanın ilk veteran təşkilatının fəaliyyəti yalnız Bakı şəhəri ilə məhdudlaşmış və bu vəziyyət 1970-ci illərin əvvəllərinədək davam etmişdir.

Ətraflı

Missiyamız

Qəhrəmanlarımızın qiymətləndirilməsi
Bizim missiyamız veteranlarımızın fədakarlığını və xidmətini qiymətləndirmək və qeyd etməkdir. Biz veteranların öz hekayələrini bölüşmələri, icmaları ilə əlaqə saxlamaları və layiq olduqları tanınmaları əldə etmək üçün platforma təmin etməyə çalışırıq. Məqsədimiz veteranların rifahının yüksəldilməsi və onların xalqımıza verdiyi töhfələrin heç vaxt unudulmamasını təmin etməkdir.
Veteranlara rəhbərlik etmək üçün səlahiyyətlərin verilməsi
Bizim missiyamız hərbi veteranlara öz icmalarında, iş yerlərində və ondan kənarda rəhbərlik etmək səlahiyyətini verməkdir. İnanırıq ki, hərbi xidmət zamanı qazanılan bacarıq və təcrübə veteranların cəmiyyətin bütün sahələrində lider olması üçün unikal bacarıqlara malikdir. Biz veteranların öz icmalarında liderlər və dəyişiklik yaradan şəxslər kimi göstərə biləcəkləri müsbət təsiri təşviq etməyə sadiqik.
Güclü Veteran İcmasının qurulması
Bizim missiyamız hərbi veteranlar üçün güclü, dəstəkləyici icma yaratmaqdır. İnanırıq ki, veteranları bir-biri ilə və ehtiyac duyduqları resurslarla birləşdirərək, ömür boyu davam edəcək bir dəstək şəbəkəsi yarada bilərik. Veb saytımız veteranlara öz təcrübələrini bölüşmək, yoldaş veteranlarla əlaqə saxlamaq və yerli tədbirlər və fəaliyyətləri tapmaq üçün platforma təklif edir. Biz bütün veteranlar arasında yoldaşlıq və aidiyyət hissini inkişaf etdirməyə sadiqik.

Ən son xəbərlər

Vətən müharibəsi qəhrəmanının ailəsi ziyarət olunub

Hamısını oxu

Möhtəşəm hərbi qələbədən yeni diplomatik zəfərlərə...

Hamısını oxu

“Prezident İlham Əliyevin hər bir addımı yeni bir zəfər, yeni bir nailiyyətdir”

Hamısını oxu

Rayon Veteranlar Təşkilatı Qarabağ qazisi Maşalla Əliyevin yubiley tədbirini keçirib

Hamısını oxu

Azərbaycan dövlətinin Lideri ölkəmizin maraqlarını ən yüksək səviyyədə qoruyur

Hamısını oxu

Ağdamda Milli Qəhrəman Yelmar Edilovla bağlı tədbir keçirilib

Hamısını oxu

Şəhidin anım günü keçirilib

Hamısını oxu

“Zərifə Əliyevanın bioqrafiyası hər bir xanıma örnəkdir”

Hamısını oxu

Nəsimi rayonunda “Aprel döyüşləri real tariximizdir” adlı tədbir keçirilib

Hamısını oxu
Bütün xəbərlər bax

Video bloq

Bütün videolar bax

Yaddaş

Tariximizin həm qanla, həm də zəfərlə yazılmış səhifələrini oxumaq, eyni zamanda Qarabağ müharibəsində həlak olan igidlərin qəhrəmanlıq hekayələri ilə tanış olmaq üçün bloqumuza daxil olun

Ətraflı

Tədbirlər

9 May - Qələbə günü
9 may 2023 10:00 Ətraflı
Bütün tədbirlər bax

Ən çox verilən suallar

Şəhid və şəhid ailəsi statusu hansı qaydada verilir?
Qaydaların 4.1 bəndinə əsasən şəhid və şəhid ailəsi statusunun verilməsi məsə-ləsinə maraqlı şəxsin müraciəti və dövlət orqanlarının və ya müvafiq hərbi hissənin vəsatəti ilə ba-xılır. Şəxsin şəhid hesab edilməsi ölüm haqqında şəhadətnamə, məhkəmə qətnaməsi, hərbi hissənin arayışı əsasında təsdiq olunur. Hərbi hissənin arayışında Azərbaycan Respublikasının 1994-cü il 23 sentyabr tarixli 886 nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Qarnizon və qarovul xidmətləri Nizamnaməsi”nin 16 saylı əlavəsinin 1.4.2-ci maddəsində göstərilən məlumatlar əks edilir. Şəhid ailəsi statusu gizir və zabit heyəti üçün Müdafiə Nazirliyinin, Daxili İşlər Nazirliyinin, Dövlət Təhlükəsizliyi Xid- mətinin, Xarici Kəşfiyyat Xidmətinin, Dövlət Sərhəd Xidmətinin, Xüsusi Dövlət Mühafizə Xidmətinin kadrlar idarəsi, digər hərbi qulluqçulara hərbi qeydiyyatda olduqları Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin müvafiq olaraq yerli idarə, şöbə və bölmələri, mülki vətəndaşlara isə rayon (şəhər) icra hakimiyyəti orqanlarının verdiyi arayışlarla təsdiq olunur. Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti, Xarici Kəşfiyyat Xidməti, Dövlət Sərhəd Xidməti, Xüsusi Dövlət Mühafizə Xidməti və rayon (şəhər) icra ha-kimiyyəti orqanları şəhid və şəhid ailəsi hesab edilməsi üçün müraciət və vəsatətləri dərhal qəbul edib, bir aydan gec olmayaraq “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə güzəştlər haqqında” Azərbaycan Respublikası Qanununa və bu Qaydalara müvafiq surətdə arayış verməlidir. Qaydaların 4.2-ci bəndinə əsasən şəhid ailələrinə vəsiqə bu Qaydaların 4.1. bəndində göstərilən arayışlara əsasən yaşadıqları ərazi üzrə Nazirliyin tabeliyində Sosial Xidmətlər Agentli-yinin yerli qurumları tərəfindən verilir. “Veteranlara dövlət qayğısı:hüquq bələdçisi” kitabından götürülmüşdür.
Şəhid ailəsi üzvləri kimlər hesab edilir?
Qaydaların 2-ci bəndinə əsasən şəhidin arvadı (əri); valideynləri; 18 yaşına çatmamış uşaqları, 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan övladları; qardaşları və bacıları-uşaq evlərində tərbiyə olunanlar; babalar və nənələr, qanunla onları saxlayan şəxs yoxdursa şəhid ailə üzvləri hesab olunur. Şəhidin övladları, qardaş və bacıları əyani təhsil müəssisələrində, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasında təhsil aldıqda 23 yaşa çatanadək ailə üzvü hesab edilirlər. “Veteranlara dövlət qayğısı:hüquq bələdçisi” kitabından götürülmüşdür.
Hansı şəxslər şəhid hesab olunur?
“Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikasının 3 sentyabr 1993-cü il tarixli 697 nömrəli Qanununa əsasən Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyənləşdirilmiş qaydada ölmüş hesab edilən şəxs şəhid hesab edilir. Şəxsin itkin düşmə və ölmüş elan edilməsinin hüquqi əsasları Azərbaycan Respublikası Mülki Məcəlləsinin 40 və 41-ci maddələrində göstərilmişdir. Həmin Məcəllənin 40-cı maddəsinə əsasən fiziki şəxsin olduğu yer məlum deyildirsə və 2 il ərzində o, yaşayış yerində görülməmişsə, maraqlı şəxslərin ərizəsinə əsasən məhkəmə fiziki şəxsi itkin düşmüş hesab edə bilər. İtkin düşmə haqqında son məlumatların alındığı günü müəyyənləşdirmək mümkün olmadıqda, xəbərsiz itkin düşmüş sayılma üçün müddətin hesablanması itkin düşmə haqqında son məlu-matların alındığı aydan sonrakı ayın birinci günündən, həmin ayı müəyyənləşdirmək mümkün olmadıqda isə növbəti ilin yanvar ayının 1-dən başlanır. Xəbərsiz itkin düşmüş şəxs gəldikdə və ya onun olduğu yer aşkar edildikdə, məhkəmə onun xəbərsiz itkin düşməsi haqqında qərarı ləğv edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 41-ci maddəsinə əsasən şəxsin yaşayış yerində onun harada olması barədə 5 il ərzində məlumat olmazsa, habelə o, ölüm təhlükəsi törədən və ya hansısa bədbəxt hadisədən həlak olduğunu güman etməyə əsas verən şəraitdə xəbərsiz itkin düşərsə və ondan 6 ay ərzində xəbər çıxmazsa, o məhkəmə qaydasında ölmüş elan edilə bilər. Hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşmüş hərbi qulluqçu və ya digər şəxs hərbi əməliyyatların qurtardığı gündən azı 2 il keçdikdən sonra ölmüş elan edilə bilər. Şəxsin ölmüş elan edilməsi haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi gün onun ölüm günü sayılır. Məhkəmə şəxsin həlakının güman edildiyi günü onun ölüm günü saya bilər. Göstərmək istərdik ki, Azərbaycan Respublikasının Nazirlər Kabineti qanunun icrası ilə əlaqədar olaraq 1994-cü il 15 yanvar tarixli 10 nömrəli qərarı ilə “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları”nı təsdiq etmişdir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumu “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə dair” 2008-ci il 30 dekabr tarixli qərarı ilə həmin qaydaların göstərilən qanunun müddəalarına uyğun olaraq yenidən baxılmasını tövsiyə etmiş, bununla əlaqədar Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən Qaydaların 1.2.6-cı bəndi yeni redaksiyada verilmişdir. II Qarabağ savaşı zamanı erməni təcavüzkarlarının raket zərbələri nəticəsində Ermənistanla sərhəd rayonlarından, Qarabağdan xeyli uzaq məsafədə yerləşən Gəncə şəhərində, Bərdə rayonunda və s. bir çox insanlar həlak olmuşlar. Həmin şəxslərin də şəhid statusuna malik olması üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 20 noyabr tarixli 453 nömrəli qərarı ilə Qaydaların 1.2.4-cü bəndində müvafiq dəyişiklik edilmişdir. Beləliklə, Qaydaların 1.2-ci bəndinə əsasən aşağıdakılar şəhid hesab olunur: • 1990-cı ilin yanvarında Bakı şəhərində, Lənkəran və Neftçala rayonlarında faciəli hadisələr nəticəsində həlak olanlar; • 11 dekabr 1988-ci ildə Leninakanda qəzaya uğrayan təyyarədə həlak olmuş şəxslər; • Azərbaycan Respublikasında 1988-ci ildən 1990-cı ilin yanvar ayınadək olan dövrdə Sovet Ordusunun qeyri-qanuni hərəkətləri və ya manevrləri nəticəsində həlak olmuş vətəndaşlar; • Ermənistanla sərhəd rayonlarında və Qarabağda erməni təcavüzü, habelə ölkənin digər ərazilərində erməni hərbi təxribatı (hücumu, zərbəsi) nəticəsində həlak olmuş və itkin düşmüş mülki vətəndaşlar; • Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan hərbi əməliyyatlar zamanı həlak olmuş və itkin düşmüş hərbi qulluqçular; • Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü ilə əlaqədar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər hadisələrdə, o cümlədən atəşkəs dövründə döyüş şəraitində olan hərbi hissələrdə və ya daxili işlər, xüsusi dövlət mühafizə, dövlət təhlükəsizliyi və xarici kəşfiyyat orqanlarında döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı həlak olmuş, itkin düşmüş və məhkəmənin qərarına əsasən ölmüş hesab edilmiş şəxslər; • Azərbaycan Respublikasının dövlət sərhədinin mühafizəsi üzrə xidməti vəzifələrinin icrası zamanı həlak olmuş və ya itkin düşmüş hərbi qulluqçular. “Veteranlara dövlət qayğısı:hüquq bələdçisi” kitabından götürülmüşdür.
Əmək veteranı adı və vəsiqəsi hansı orqan tərəfindən verilir?
“Əmək veteranı” adını almaq istəyən şəxs ərizə və bu adı almaq üçün təsdiqedici sənədlərlə öz iş yerinə müraciət edir. Ərizə və digər zəruri sənədlər baxılmaq üçün aidiyyəti üzrə icra orqanlarında yaradılan komissiyalara təqdim edilir və komissiyanın rəyinə əsasən müvafiq qərar qəbul edilir. Müəssisə ləğv edilmiş olduqda, iş yeri qeyri-dövlət müəssisəsi olduqda və s. “əmək veteranı” adı və vəsiqəsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra-Nazirlik) tabeliyində Sosial Xidmətlər Agentliyi tərəfindən verilir. “Veteranlara dövlət qayğısı:hüquq bələdçisi” kitabından götürülmüşdür.
Daha çox