Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Ən çox verilən suallar

Şəhid və şəhid ailəsi statusu hansı qaydada verilir?
Qaydaların 4.1 bəndinə əsasən şəhid və şəhid ailəsi statusunun verilməsi məsə-ləsinə maraqlı şəxsin müraciəti və dövlət orqanlarının və ya müvafiq hərbi hissənin vəsatəti ilə ba-xılır. Şəxsin şəhid hesab edilməsi ölüm haqqında şəhadətnamə, məhkəmə qətnaməsi, hərbi hissənin arayışı əsasında təsdiq olunur. Hərbi hissənin arayışında Azərbaycan Respublikasının 1994-cü il 23 sentyabr tarixli 886 nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Qarnizon və qarovul xidmətləri Nizamnaməsi”nin 16 saylı əlavəsinin 1.4.2-ci maddəsində göstərilən məlumatlar əks edilir. Şəhid ailəsi statusu gizir və zabit heyəti üçün Müdafiə Nazirliyinin, Daxili İşlər Nazirliyinin, Dövlət Təhlükəsizliyi Xid- mətinin, Xarici Kəşfiyyat Xidmətinin, Dövlət Sərhəd Xidmətinin, Xüsusi Dövlət Mühafizə Xidmətinin kadrlar idarəsi, digər hərbi qulluqçulara hərbi qeydiyyatda olduqları Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin müvafiq olaraq yerli idarə, şöbə və bölmələri, mülki vətəndaşlara isə rayon (şəhər) icra hakimiyyəti orqanlarının verdiyi arayışlarla təsdiq olunur. Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti, Xarici Kəşfiyyat Xidməti, Dövlət Sərhəd Xidməti, Xüsusi Dövlət Mühafizə Xidməti və rayon (şəhər) icra ha-kimiyyəti orqanları şəhid və şəhid ailəsi hesab edilməsi üçün müraciət və vəsatətləri dərhal qəbul edib, bir aydan gec olmayaraq “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə güzəştlər haqqında” Azərbaycan Respublikası Qanununa və bu Qaydalara müvafiq surətdə arayış verməlidir. Qaydaların 4.2-ci bəndinə əsasən şəhid ailələrinə vəsiqə bu Qaydaların 4.1. bəndində göstərilən arayışlara əsasən yaşadıqları ərazi üzrə Nazirliyin tabeliyində Sosial Xidmətlər Agentli-yinin yerli qurumları tərəfindən verilir. “Veteranlara dövlət qayğısı:hüquq bələdçisi” kitabından götürülmüşdür.
Əmək veteranı adı və vəsiqəsi hansı orqan tərəfindən verilir?
“Əmək veteranı” adını almaq istəyən şəxs ərizə və bu adı almaq üçün təsdiqedici sənədlərlə öz iş yerinə müraciət edir. Ərizə və digər zəruri sənədlər baxılmaq üçün aidiyyəti üzrə icra orqanlarında yaradılan komissiyalara təqdim edilir və komissiyanın rəyinə əsasən müvafiq qərar qəbul edilir. Müəssisə ləğv edilmiş olduqda, iş yeri qeyri-dövlət müəssisəsi olduqda və s. “əmək veteranı” adı və vəsiqəsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra-Nazirlik) tabeliyində Sosial Xidmətlər Agentliyi tərəfindən verilir. “Veteranlara dövlət qayğısı:hüquq bələdçisi” kitabından götürülmüşdür.
Hansı şəxslər şəhid hesab olunur?
“Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikasının 3 sentyabr 1993-cü il tarixli 697 nömrəli Qanununa əsasən Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyənləşdirilmiş qaydada ölmüş hesab edilən şəxs şəhid hesab edilir. Şəxsin itkin düşmə və ölmüş elan edilməsinin hüquqi əsasları Azərbaycan Respublikası Mülki Məcəlləsinin 40 və 41-ci maddələrində göstərilmişdir. Həmin Məcəllənin 40-cı maddəsinə əsasən fiziki şəxsin olduğu yer məlum deyildirsə və 2 il ərzində o, yaşayış yerində görülməmişsə, maraqlı şəxslərin ərizəsinə əsasən məhkəmə fiziki şəxsi itkin düşmüş hesab edə bilər. İtkin düşmə haqqında son məlumatların alındığı günü müəyyənləşdirmək mümkün olmadıqda, xəbərsiz itkin düşmüş sayılma üçün müddətin hesablanması itkin düşmə haqqında son məlu-matların alındığı aydan sonrakı ayın birinci günündən, həmin ayı müəyyənləşdirmək mümkün olmadıqda isə növbəti ilin yanvar ayının 1-dən başlanır. Xəbərsiz itkin düşmüş şəxs gəldikdə və ya onun olduğu yer aşkar edildikdə, məhkəmə onun xəbərsiz itkin düşməsi haqqında qərarı ləğv edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 41-ci maddəsinə əsasən şəxsin yaşayış yerində onun harada olması barədə 5 il ərzində məlumat olmazsa, habelə o, ölüm təhlükəsi törədən və ya hansısa bədbəxt hadisədən həlak olduğunu güman etməyə əsas verən şəraitdə xəbərsiz itkin düşərsə və ondan 6 ay ərzində xəbər çıxmazsa, o məhkəmə qaydasında ölmüş elan edilə bilər. Hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşmüş hərbi qulluqçu və ya digər şəxs hərbi əməliyyatların qurtardığı gündən azı 2 il keçdikdən sonra ölmüş elan edilə bilər. Şəxsin ölmüş elan edilməsi haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi gün onun ölüm günü sayılır. Məhkəmə şəxsin həlakının güman edildiyi günü onun ölüm günü saya bilər. Göstərmək istərdik ki, Azərbaycan Respublikasının Nazirlər Kabineti qanunun icrası ilə əlaqədar olaraq 1994-cü il 15 yanvar tarixli 10 nömrəli qərarı ilə “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları”nı təsdiq etmişdir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumu “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə dair” 2008-ci il 30 dekabr tarixli qərarı ilə həmin qaydaların göstərilən qanunun müddəalarına uyğun olaraq yenidən baxılmasını tövsiyə etmiş, bununla əlaqədar Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən Qaydaların 1.2.6-cı bəndi yeni redaksiyada verilmişdir. II Qarabağ savaşı zamanı erməni təcavüzkarlarının raket zərbələri nəticəsində Ermənistanla sərhəd rayonlarından, Qarabağdan xeyli uzaq məsafədə yerləşən Gəncə şəhərində, Bərdə rayonunda və s. bir çox insanlar həlak olmuşlar. Həmin şəxslərin də şəhid statusuna malik olması üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 20 noyabr tarixli 453 nömrəli qərarı ilə Qaydaların 1.2.4-cü bəndində müvafiq dəyişiklik edilmişdir. Beləliklə, Qaydaların 1.2-ci bəndinə əsasən aşağıdakılar şəhid hesab olunur: • 1990-cı ilin yanvarında Bakı şəhərində, Lənkəran və Neftçala rayonlarında faciəli hadisələr nəticəsində həlak olanlar; • 11 dekabr 1988-ci ildə Leninakanda qəzaya uğrayan təyyarədə həlak olmuş şəxslər; • Azərbaycan Respublikasında 1988-ci ildən 1990-cı ilin yanvar ayınadək olan dövrdə Sovet Ordusunun qeyri-qanuni hərəkətləri və ya manevrləri nəticəsində həlak olmuş vətəndaşlar; • Ermənistanla sərhəd rayonlarında və Qarabağda erməni təcavüzü, habelə ölkənin digər ərazilərində erməni hərbi təxribatı (hücumu, zərbəsi) nəticəsində həlak olmuş və itkin düşmüş mülki vətəndaşlar; • Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan hərbi əməliyyatlar zamanı həlak olmuş və itkin düşmüş hərbi qulluqçular; • Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü ilə əlaqədar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər hadisələrdə, o cümlədən atəşkəs dövründə döyüş şəraitində olan hərbi hissələrdə və ya daxili işlər, xüsusi dövlət mühafizə, dövlət təhlükəsizliyi və xarici kəşfiyyat orqanlarında döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı həlak olmuş, itkin düşmüş və məhkəmənin qərarına əsasən ölmüş hesab edilmiş şəxslər; • Azərbaycan Respublikasının dövlət sərhədinin mühafizəsi üzrə xidməti vəzifələrinin icrası zamanı həlak olmuş və ya itkin düşmüş hərbi qulluqçular. “Veteranlara dövlət qayğısı:hüquq bələdçisi” kitabından götürülmüşdür.
Şəhid ailəsi üzvləri kimlər hesab edilir?
Qaydaların 2-ci bəndinə əsasən şəhidin arvadı (əri); valideynləri; 18 yaşına çatmamış uşaqları, 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan övladları; qardaşları və bacıları-uşaq evlərində tərbiyə olunanlar; babalar və nənələr, qanunla onları saxlayan şəxs yoxdursa şəhid ailə üzvləri hesab olunur. Şəhidin övladları, qardaş və bacıları əyani təhsil müəssisələrində, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasında təhsil aldıqda 23 yaşa çatanadək ailə üzvü hesab edilirlər. “Veteranlara dövlət qayğısı:hüquq bələdçisi” kitabından götürülmüşdür.
Silahlı qüvvələr veteranı adı və vəsiqəsi hansı orqan tərəfindən verilir?
“Silahlı Qüvvələr veteranı” adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) hərbi qulluqçulara həqiqi hərbi xidmət keçdiyi (qulluq etdiyi), ehtiyata və istefaya buraxılmış şəxslərə isə sonuncu xidmət keçdiyi dövlət orqanından asılı olaraq aidiyyəti üzrə Azərbaycan Respublikasının Təhlükəsizlik Şurası katibinin xidməti, Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir. Respublikanın hərbi məhkəmələrində və hərbi prokurorluq orqanları sistemində xidmət edən hərbi qulluqçulara Azərbaycan Respublikasının Ali Məhkəməsində və Respublika Prokuror-luğunda yaradılan komissiyaların rəyinə əsasən Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən verilir. “Veteranlara dövlət qayğısı:hüquq bələdçisi” kitabından götürülmüşdür.
Əmək veteranı adı və vəsiqəsi hansı şəxslərə verilir?
Əsasnamənin 3-cü bəndinə əsasən əmək veteranı adı və vəsiqəsi Azərbaycan Respub-likaşı Prezidentinin Administrasiyası,Azərbaycan Respublikasının Nazirlər Kabineti, nazirliklər, dövlət komitələri, digər mərkəzi icra hakimiyyəti orqanları tərəfindən qüvvədə olan qanunvericiliyə müvafiq surətdə yaşa görə pensiya hüququ qazanmış aşağıdakı şəxslərə verilir: • iqtisadiyyatın bütün sahələrində: istehsal, elm, mədəniyyət, təhsil sistemində, səhiyyə və digər əmək fəaliyyəti sahələrində xüsusi xidmətlərinə görə keçmiş SSRİ-nin və Sovet respublikalarının fəxri adlarına layiq görülənlər; • keçmiş Sovet respublikalarının Ali Sovetlərinin Fəxri Fərmanları ilə təltif olunanlar; • Sosialist Əməyi Qəhrəmanı, Lenin ordeni, Oktyabr İnqilabı ordeni, Qırmızı Əmək Bayrağı ordeni, Xalqlar Dostluğu ordeni, “Şərəf nişanı” ordeni, Şərəf ordeni, I dərəcəli Əmək Şöhrəti ordeni, II dərəcəli Əmək Şöhrəti ordeni, III dərəcəli Əmək Şöhrəti ordeni, “Əmək veteranı” medalı, “Əmək igidliyinə görə” medalı, “Əməkdə fərqlənməyə görə” medalı ilə təltif olunanlar; • Böyük Vətən müharibəsi illərində arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif olunanlar; • Azərbaycan Respublikasının fəxri adlarına layiq görülmüş, əməkdə fərqlənməyə görə orden və medallarla təltif olunanlar; • uzun illər ictimai əməklə məşğul olanlar (kişilər üçün 40 ildən artıq əmək stajı, qadınlar üçün 30 ildən artıq əmək stajı olduqda) . “Veteranlara dövlət qayğısı:hüquq bələdçisi” kitabından götürülmüşdür.
Hansı şəxslər silahlı qüvvələr veteranı sayılır?
Azərbaycan Ordusunun və qanunvericilikdə nəzərdə tutulmuş digər silahlı birləşmələrin strukturunda (SSRİ Silahlı Qüvvələri və digər silahlı birləşmələrində xidmət müd-dəti də nəzərə alınmaqla) təqvimlə 25 il və daha çox hərbi xidmət keçmiş (hərbi qulluqçunun şərəfini ləkələyən xətalar törədilməsinə və ya törədilmiş cinayətə görə məhkəmə tərəfindən hərbi xidməti istisna edən cəzaya məhkum edildiyinə görə ordu strukturundan və ya müvafiq orqanlardan xaric olunan şəxslər istisna olmaqla) Azərbaycan Respublikasının vətəndaşları Silahlı Qüvvələr veteranı sayılırlar (Əsasnamənin 2-ci bəndi). Azərbaycan Respublikasının Silahlı Qüvvələri Azərbaycan Respublikasının müstəqilliyinin, suverenliyinin, ərazi bütövlüyünün qorunması, habelə təhlükəsizliyinin və müdafiəsinin təmin edilməsi məqsədilə yaradılmış, Azərbaycan Ordusundan və başqa silahlı birləşmələrdən ibarət hərbi təsisat, Azərbaycan Ordusu isə Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin əsas tərkib hissəsi olmaqla Azərbaycan Respublikasına qarşı yönəlmiş təcavüzün dəf edilməsini, ərazi bütövlüyünün və toxunulmazlığının silahlı müdafiəsini təmin edən və fəaliyyəti Azərbaycan Res-publikasının Müdafiə Nazirliyi tərəfindən təşkil edilən silahlı birləşmə kimi xarakterizə olunur (“Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında” Azərbaycan Respublikası Qanunun 1-ci maddəsi). Hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanları (dövlət orqanlarının strukturuna daxil olan qurumlar) isə Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 25 iyun tarixli 752 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrindən əlavə hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarının (dövlət orqanlarının strukturuna daxil olan qurumların) Siyahısı”nda göstərilmişdir. Qeyd edilməlidir ki, Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 29 dekabr tarixli 903 nömrəli Fərmanı ilə yuxarıda qeyd edilən fərmanda müvafiq dəyişikliklər edilmişdir. “Veteranlara dövlət qayğısı:hüquq bələdçisi” kitabından götürülmüşdür.
Silahlı qüvvələr veteranı adı və vəsiqəsi hansı sənədlər əsasında verilir?
Siahlı qüvvələr veteranı adı ehtiyata və ya istefaya buraxılan zaman müəyyən olunmuş qaydada təsdiq edilmiş xidmət illəri cədvəlindən çıxarış əsasında verilir. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun müddəalarına əsasən vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışlara çağırıldıqları, hərbi təhsil mü-əssisələrinə daxil olduqları gündən hərbi qulluqçu statusu əldə edir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, hərbi hissənin siyahılarından çıxarıldıqları, hərbi təhsil müəssisələrindən çıxarıldıqları və ya kənar edildikləri, toplanışlarını başa çatdırdıqları gündən etibarən bu statusu itirirlər. Həmin Qanuna əsasən dövlət əmək dəstələrində, humanitar istiqamətli və kommunal bölmələrdə alternativ xidmət (əmək mükəlləfiyyəti) keçən şəxslərə hərbi qulluqçu statusu şamil edilmir. Hərbi qulluqçular əsirlikdə olduqları, habelə bitərəf ölkələrdə tərksilah edilib nəzarət altında saxlandıqları dövrdə hərbi andı pozmamış və Azərbay-can Respublikasının qanunvericiliyində nəzərdə tutulan cinayətləri törətməmişlərsə, onların hərbi qulluqçu statusu saxlanılır. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanunun 39-cu maddəsinə əsasən dinc dövrdə həqiqi hərbi xidmətdə olmağın son yaş hədləri müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları, gizirlər və miçmanlar üçün 45 yaş, kiçik zabirlər üçün 48 yaş, mayor, polkovnik-leytenant və onlara müvafiq hərbi rütbələri olan zabitlər üçün 48 yaş, pol-kovnik və ona bərabər hərbi rütbəsi olan zabitlər üçün 53 yaş, general-mayor, kontr-admiral, general-leytenant, vitse admiral üçün 58 yaş, general-polkovnik, admiral rütbəsi olan şəxslər üçün 63 yaş həddi müəyyən edilmişdir. Ordu generalı üçün son yaş həddi müəyyən edilmir. Müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla, hərbi qulluqçuların həqiqi hərbi xidməti davam etdirməsini istisna edən əsaslar olmadıqda həqiqi hərbi xidmətdə olmağın son yaş həddinə çatanadək həqiqi hərbi xidmətdə qala bilərlər. Həqiqi hərbi xidmətdə olmağın son yaş həddinə çatmış hərbi qulluqçular dinc dövrdə ehtiyata və ya istefaya buraxılırlar. Zabitlər, gizir və miçmanlar, müddətdən artıq hərbi xidmət hərbi qulluqçuları, həqiqi hərbi xidmətdə olmağın son yaş həddinə çatdıqda güzəştli şərtlərlə yaşa görə pensiya almaq hüququ əldə etmirlərsə, öz arzuları ilə həqiqi hərbi xidmətlərini bu hüququ əldə edənə qədər davam etdirə bilərlər. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41-ci maddəsinə əsasən hərbi qulluqçular həqiqi hərbi xidmətdən aşağıdakı hallarda ehtiyata buraxılırlar: • xidmət müddəti başa çatdığına görə (kadr zabitləri istisna olmaqla); • yaşa görə- həqiqi hərbi xidmətdə olmağın son yaş həddinə çatdıqda; • xəstəliyə görə-hərbi həkim komissiyası tərəfindən həqiqi hərbi xidmətə yararsız sayıldıqda; • ştatların ixtisarına görə- ştatların ixtisarı və təşkilati tədbirlər ilə əlaqədar xidmətdə onlardan istifadə etmək mümkün olmadıqda (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla); • ailə vəziyyətinə görə qadınlar və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları- “Hərbi xidmətkeçmə haqqında” Əsasnamədə müəyyən edilmiş əsaslara görə; • xidməti uyğunsuzluğa görə (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla); • Azərbaycan Respublikası Cinayət Məcəlləsinə uyğun olaraq və ya intizam qaydasında hərbi rütbədən məhrum edildikdə (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları və “Azər-baycan Respublikası Silahlı Qüvvələrinin İntizam Nizamnaməsi”nin 61-ci bəndinin “z” yarımbəndində nəzərdə tutulmuş hallar istisna olmaqla); • törədilmiş cinayətə görə hərbi vəzifələri tutma hüququndan məhrum etmə və ya müəyyən müddətə azadlıqdan məhrumetmə (bu Qanunun 38.5-ci maddəsində nəzərdə tutulmuş hallar və şərti məhkum edilmiş şəxslər istisna olmaqla) növündə cəzalara məhkum edildikdə; • öz arzusu ilə – yalnız zabit heyəti vəzifələrində təqvim hesabı ilə azı 10 il xidmət etmiş kadr zabitlər; • Azərbaycan Respublikasının vətəndaşı olan hərbi qulluqçularla bağlaşma ləğv edildikdə Həmin Qanunun 42-ci maddəsinə əsasən hərbi qulluqçular aşağıdakı hallarda həqiqi hərbi xidmətdən istefaya buraxılırlar: • yaşa görə- ehtiyatda olmağın son yaş həddinə çatdıqda; • xəstəliyə görə - hərbi həkim komissiyası tərəfindən həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsız sayıldıqda; • törədilmiş ağır və ya xüsusilə ağır cinayətə görə müəyyən müddətə azadlıqdan məhrumetmə və ya ömürlük azadlıqdan məhrumetmə növündə cəzaya məhkum edildikdə; • bağlaşma əsasında həqiqi hərbi xidmətdə olan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər törədilmiş cinayətə görə Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma növündə cəzaya məhkum edildikdə və ya onlarla bağlaşma ləğv edildikdə; • Azərbaycan Respublikasının vətəndaşlığına xitam verildikdə. “Veteranlara dövlət qayğısı:hüquq bələdçisi” kitabından götürülmüşdür.
Müharibə veteranı adı və vəsiqəsi hansı orqan tərəfindən verilir?
Keçmiş SSRİ dövründə baş vermiş hadisələrlə əlaqədar müharibə veteranı və müvafiq veteran vəsiqəsi (o cümlədən onun dublikatı) Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən onun yaratdığı müvafiq komissiyanın qərarına əsasən verilir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabineti 31 yanvar 2021-ci il tarixli 24 nömrəli qərarı ilə bu barədə xüsusi komissiya yaratmışdır. Onun mətni aşağıdakı kimidir: Vətən müharibəsi iştirakçılarına “Müharibə veteranı” adının verilməsi işinin təşkili üzrə Komissiyanın yaradılması barədə AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır: 1. Vətən müharibəsi iştirakçılarına “Müharibə veteranı” adının verilməsi işinin təşkili üzrə aşağıdakı tərkibdə Komissiya yaradılsın: Komissiyanın sədri Yaqub Eyyubov - Azərbaycan Respublikası Baş nazirinin birinci müavini Komissiya sədrinin müavini Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının Təhlükəsizlik, müdafiə və səfərbərlik şöbəsinin müdiri Komissiyanın üzvləri: Azərbaycan Respublikası müdafiə nazirinin müavini Azərbaycan Respublikası daxili işlər nazirinin müavini Azərbaycan Respublikası fövqəladə hallar nazirinin müavini Azərbaycan Respublikası ədliyyə nazirinin müavini Azərbaycan Respublikası maliyyə nazirinin müavini Azərbaycan Respublikası əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Azərbaycan Respublikası səhiyyə nazirinin müavini Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin rəisinin müavini Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin rəisinin müavini Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidmətinin rəisinin müavini Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin rəisinin müavini Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisinin müavini. 2. Komissiyaya tapşırılsın ki, Vətən müharibəsi iştirakçılarına “Müharibə veteranı” adının verilməsi üçün müharibə iştirakçılarının siyahısını müəyyən etsin və müvafiq təkliflərini Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin. 3. Müəyyən edilsin ki: 3.1. Vətən müharibəsi iştirakçılarına qanunvericiliyə uyğun olaraq “Müharibə veteranı” adı Komissiyanın müəyyən etdiyi siyahı nəzərə alınmaqla verilir; 3.2. Komissiya öz fəaliyyətinə müstəqil ekspertləri və mütəxəssisləri qanunvericiliklə müəyyən edilmiş qaydada cəlb edə və işçi qruplar yarada bilər. Əli ƏSƏDOV Azərbaycan Respublikasının Baş naziri Bakı şəhəri, 30 yanvar 2021-ci il № 24 Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatları ilə əlaqə-dar müharibə veteranı adı və vəsiqəsinin isə Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ilə yanaşı digər orqanlar tərəfindən də verilməsi öz əksini tapmışdır. Belə ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda Naxçıvan Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Go-ranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində istirak etmiş şəxslərə müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən onun dublikatı) Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən onun yaratdığı komissiyanın rəyinə əsasən verilir. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi his-sələrə və ya orqanlara döyüş tapsırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetiril-məsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiy-yətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında istirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara müharibə veteranı adı və vəsiqəsi hərbi qulluqçunun hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış şəxslərə isə sonuncu xidmət keçdiyi (qulluq etdiyi) yerdən asılı olaraq aidiyyəti üzrə Azərbaycan Respublikasının Müafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir. Nəzərə almaq lazımdır ki, “Xüsusi dövlət mühafizəsi sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 16 mart tarixli 957 nömrəli Fərmanına əsasən Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti ləğv edilmiş və həmin orqanın əsasında Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti və Azərbaycan Respublikasının Strateji Obyektlərinin Mühafizəsi Dövlət Agentliyi yaradılmışdır. Respublikanın hərbi məhkəmələrində və hərbi prokurorluq orqanları sistemində xidmət edən hərbi qulluqçulara müharibə veteranı adı və vəsiqəsi isə Azərbaycan Respublikasının Ali Məh-kəməsində və Respublika Prokurorluqunda yaradılan xüsusi komissiyaların rəyinə əsasən Müdafiə Nazirliyi tərəfindən verilir. “Veteranlara dövlət qayğısı:hüquq bələdçisi” kitabından götürülmüşdür.
Azərbaycan Respublikası dövlət müstəqilliyini bərpa etdikdən sonra baş verən hadisələrlə əlaqədar müharibə veteranı adı və vəsiqəsi hansı qaydada verilir?
Azərbaycan öz dövlət müstəqilliyini 18 oktyabr 1991-ci ildə bərpa etmişdir. Ərazilərimizə isə erməni təcavüzü 1 fevral 1988-ci ildə başlamış, I Qarabağ savaşından sonra 1994-cü il may ayının 12-də “atəşkəs” elan olunmuş, torpaqlarımızın azad olunması uğrunda II Qarabağ savaşı 2020-ci il sentyabrın 27-də başlanılmışvə qələbə ilə başa çatdırılmışdır. Əsasnamənin 1-ci bəndində ölkəmiz dövlət müstəqilliyini bərpa etdikdən sonra müharibə veteranı adının və vəsiqəsinin verilməsində yuxarıda göstərilən halların hamısı nəzərə alınmışdır. Belə ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində- Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazi-sində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əski-para kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində istirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapsırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında istirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qul-luqçulara- müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mü-hafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə istirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında. “Veteranlara dövlət qayğısı:hüquq bələdçisi” kitabından götürülmüşdür.
Keçmiş SSRİ dövründə baş vermiş hadisələrlə əlaqədar müharibə veteranı adı və vəsiqəsi hansı qaydada verilir?
Azərbaycan Respublikası uzun müddət müttəfiq respublika statusunda keçmiş SSRİ-nin tərkibində fəaliyyət göstərmişdir. Buna görə də müharibə veteranı adı və vəsiqəsinin verilməsini də hərbi əməliyyatların baş verdiyi tarixdən asılı olaraq iki dövrə ayırmaq mümkündür. Əsasnamənin 1-ci bəndinə əsasən keçmiş SSRİ dövründə baş vermiş hadisələrlə əlaqədar olaraq müharibə veteranı adı və vəsiqəsi aşağıdakı qaydada verilir: • ikinci dünya müharibəsi illərində döyüşən orduda (donanmada), partizan birləşmələri tərkibində, gizli fəaliyyətdə Vətənin müdafiəsi uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslərə-müharibə ilə əlaqədar əlilliyi olan və ya müharibə iştirakçısı vəsiqələrinin, şəxsi işlərin, hərbi biletlərin, arxiv orqanlarının arayışı əsasında; • başqa ölkələrin ərazisində gedən məhəlli müharibələrdə və hərbi münaqişələrdə hərbi birləşmələrin tərkibində və keçmiş SSRİ Silahlı Qüvvələrinin, Dövlət Təhlükəsizliyi Komitəsinin, Daxili İşlər Nazirliyinin mütəxəssisləri və müşavirləri kimi iştirak etmiş şəxslərə-təsdiqedici sənədlərə əsasən; • ikinci dünya müharibəsi illərində döyüşən cəbhələrin arxa hüdudları, yaxud döyüşən donanmaların əməliyyat zonaları daxilində ordunun və ya donanmanın mənafeyi üçün tapşırıqları yerinə yetirmiş xüsusi birləşmələrin işçilərinə-müvafiq arxiv orqanlarının arayışları əsasında; • ikinci dünya müharibəsi dövründə Leninqrad şəhərinin mühasirəsi zamanı şəhərin müəssisələrində, idarə və təşkilatlarında işləmiş və “Leninqradın müdafiəsinə görə” medalı, “Le-ninqrad mühasirəsində yaşayan” döş nişanı ilə təltif edilmiş şəxslərə- medal və döş nişanı vəsiqələri əsasında; • 1944-cü il yanvarın 1-dən 1951-ci il dekabrın 31-dək Ukraynanın, Belorusiyanın, Baltikyanı respublikaların ərazisində quldur dəstələrinə qarşı silahlı mübarizədə iştirak etmiş şəxslərə- müharibə ilə əlaqədar əlilliyi olan şəxsin və ya müharibə iştirakçısı vəsiqələrinin, hərbi biletlərin, arxiv orqanlarının arayışı əsasında; • Azərbaycan Respublikasının ərazisində daimi yaşayan, ikinci dünya müharibəsi illərində xarici ölkələrin ərazisində milli orduların, partizan dəstələrinin tərkibində faşist Almaniyasına, onun müttəfiqlərinə və imperialist Yaponiyaya qarşı döyüş əməliyyatlarında iştirak etmiş şəxslərə- müharibə ilə əlaqədar əlilliyi olan şəxsin və ya müharibə iştirakçısı vəsiqələrinin, arxiv orqanlarının arayışı əsasında; • 1941-1945-ci illərdə keçmiş Sovet ordusunda (donanmada), daxili işlər və dövlət təhlükəsizliyi orqanlarında hərbi xidmətdə olmuş, lakin döyüş əməliyyatlarında iştirak etməmiş hərbi qulluqçulara- arxiv arayışları əsasında. “Veteranlara dövlət qayğısı:hüquq bələdçisi” kitabından götürülmüşdür.
Veteranlar haqqında Azərbaycan Respublikasının qanunvericiliyi hansı normativ hüquqi aktlardan ibarətdir?
Veteranlar haqqında Azərbaycan Respublikasının qanunvericiliyi Azərbaycan Respublikası Konstitusiyasının 16 (Sosial inkişaf və dövlət), 38 (Sosial təminat hüququ), 41 (Sağlamlığın qorunması hüququ), 43 (Mənzil hüququ), 57 (Müraciət etmək hüququ), 58 (Birləşmək hüququ), 59 (Azad sahibkarlıq hüququ), 60 (Hüquq və azadlıqların inzibati və məhkəmə təminatı hüququ), 71 (İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təminatı, 74 (Vətənə sədaqət), 76 (Vətəni müdafiə), ümumilikdə 94, 95, 109, 114, 147-149, 151 və digər müvafiq maddələrinin məcmusundan ibarətdir. Qeyd edilməsi zəruridir ki, beynəlxalq birliyin üzvü kimi Azərbaycan vətəndaşlarının hüquq və azadlıqlarının məzmunu öz hüquqi mənbəyini və məzmunu ölkəmizin də üzv olduğu, tanıyıb ratifikasiya etdiyi və üzərinə müvafiq öhdəliklər götürdüyü beynəlxalq təşkilatların müvafiq sənədlərindən - Birləşmiş Millətlər Təşkilatının 26 iyun 1945-ci il tarixli Nizamnaməsinin, BMT Baş Assambleyasının 10 dekabr 1948-ci il tarixdə 217-ci A(III) qətnaməsi ilə qəbul edilmiş “İnsan hüquqlarına dair Ümumdünya Bəyannaməsi”nin, BMT Baş Assambleyasının 16 dekabr 1966-cı il tarixli “İqtisadi, sosial və mədəni hüquqlar haqqında, habelə “Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Pakt”larının, BMT Baş Assambleyasının “Hamı tərəfindən tanınan insan hüquqlarını və azadlıqlarını dəstəkləmək və müdafiə etməklə bağlı cəmiyyətdəki fərdlərin, qrupların və orqanların hüquq və məsuliyyəti haqqında” 9 dekabr 1998-ci il tarixli 53/144 saylı qətnaməsinin, Avropa Şurasının 4 noyabr 1950-ci il tarixli Nizamnaməsinin, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Roma Konvensiyasının, “Dəyişdirilmiş Avropa sosial Xartiyası” və ona edilmiş əlavələrin, BMT-nin “Minillik Bəyannamə”sinin, BMT-nin Baş Məclisi tərəfindən 16 sentyabr 2005-ci il tarixli Ümumdünya Sammitinin “İnsan hüquqları və qanunun aliliyi sahəsində Yekun Sənədi”nin, Avropa Şurasının dövlət və hökumət başçılarının 16-17 may 2005-ci il tarixli III Sammitində qəbul edilmiş “Varşava Bəyannaməsi”nin, digər beynəlxalq və regional təşkilatların normativ-hüquqi aktlarının müddəalarından qaynaqlanır. Ulu Öndər Heydər Əliyevin bilavasitə rəhbərliyi və təşkilatçılığı ilə hazırlanıb Azərbaycan Respublikasının Milli Məclisinə təqdim edilmiş “Veteranlar haqqında” 28 iyun 1994-cü il 841 nömrəli Qanun qəbul edilmişdir. Bu sənəddə veteranlar haqqında dövlət siyasətinin əsas istiqamətləri, müharibə veteranları, silahlı qüvvələr veteranları, əmək veteranları, onların statusu, bu adların verilməsi qaydaları, veteranların sosial-məişət, nəqliyyat, tibbi yardım, mənzil, komunal və rabitə xidmətləri ilə təmin olunma, ictimai nəqliyyatdan güzəştli qaydada istifadə etmə, mərasim xidmətləri və digər məsələlərin hüquqi tənzimlənməsi təsbit olunmuşdur. Qanun veteranlara verilən güzəştlərin şamil edildiyi şəxslərin dairəsini, onların xidmətlərini, sağlamlıq vəziyyətlərini, fiziki imkanlarını və digər amilləri nəzərə alaraq cəmiyyət həyatının bütün sahələrində onların fəal iştirak etməsi üçün ən zəruri təminatları müəyyənləşdirmişdir. Bunun üçün şəxs ilk növbədə müvafiq hüquqi sənədlərə, veteran adına və vəsiqəsinə malik olmalıdır. Bu baxımdan veteranlar haqqında Azərbaycan Respublikasının qanunvericilik aktları sistemində Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli 216 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamə, (bundan sonra-Əsasnamə) digər müvafiq sənədlər - qanunlar, qərarlar, fərmanlar, təlimatlar əsas götürülməlidir. Həmin Əsasnamənin mətni aşağıdakı kimidir: Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamənin və müvafiq vəsiqələrin nümunəsinin, eskizinin və təsvirinin təsdiq edilməsi haqqında AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə müvafiq olaraq Azərbaycan Respublikası Nazirlər Kabineti qərara alır: 1. “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə” təsdiq edilsin (əlavə 1). 2. Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı vəsiqələrinin nümunəsi, eskizi və təsviri təsdiq edilsin (əlavə 2). 3. Azərbaycan Respublikası Mətbuat və İnformasiya Nazirliyinə tapşırılsın ki, müharibə, silahlı qüvvələr və əmək veteranı vəsiqələrinin, onları verən orqanların sifarişinə və vəsaiti hesabına çap edilməsini təmin etsin. Baş nazirin birinci müavini A.Abbasov Bakı şəhəri 22 sentyabr 1995-ci il, № 216 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli 216 nömrəli qərarı ilə TƏSDİQ EDİLMİŞDİR Əlavə 1 Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında ƏSASNAMƏ Bu Əsasnamə “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununa əsasən “Müharibə veteranı”, “Silahlı Qüvvələr veteranı” və “Əmək veteranı” adlarının və müvafiq vəsiqələrin (vəsiqənin nümunəsi Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilir) verilməsi qaydasını və şərtlərini tənzimləyir. 1. Müharibə veteranları Müharibə veteranı adı aşağıdakı qaydada verilir: ikinci dünya müharibəsi illərində döyüşən orduda (donanmada), partizan birləşmələri tərkibində, gizli fəaliyyətdə Vətənin müdafiəsi uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslərə — müharibə ilə əlaqədar əlilliyi olan şəxsin və ya müharibə iştirakçısı vəsiqələrinin, şəxsi işlərin, hərbi biletlərin, arxiv orqanlarının arayışı əsasında; başqa ölkələrin ərazisində gedən məhəlli müharibələrdə və hərbi münaqişələrdə hərbi birləşmələrin tərkibində və keçmiş SSRİ Silahlı Qüvvələrinin, Dövlət Təhlükəsizliyi Komitəsinin, Daxili İşlər Nazirliyinin mütəxəssisləri və müşavirləri kimi iştirak etmiş şəxslərə — təsdiqedici sənədlərə əsasən; ikinci dünya müharibəsi illərində döyüşən cəbhələrin arxa hüdudları, yaxud döyüşən donanmaların əməliyyat zonaları daxilində ordunun və donanmanın mənafeyi üçün tapşırıqları yerinə yetirmiş xüsusi birləşmələrin işçilərinə — müvafiq arxiv orqanlarının arayışları əsasında; ikinci dünya müharibəsi dövründə Leninqrad şəhərinin mühasirəsi zamanı şəhərin müəssisələrində, idarə və təşkilatlarında işləmiş və “Leninqradın müdafiəsinə görə” medalı, “Leninqrad mühasirəsində yaşayan” döş nişanı ilə təltif edilmiş şəxslərə — medal və döş nişanı vəsiqəsi əsasında; 1944-cü il yanvarın 1-dən 1951-ci il dekabrın 31-dək Ukraynanın, Belorusiyanın, Baltikyanı respublikaların ərazisində quldur dəstələrinə qarşı silahlı mübarizədə iştirak etmiş şəxslərə — müharibə ilə əlaqədar əlilliyi olan şəxsin və ya müharibə iştirakçısı vəsiqələrinin, hərbi biletlərin, arxiv orqanlarının arayışı əsasında; Azərbaycan Respublikasının ərazisində daimi yaşayan, ikinci dünya müharibəsi illərində xarici ölkələrin ərazisində milli orduların, partizan dəstələrinin tərkibində faşist Almaniyasına, onun müttəfiqlərinə və imperialist Yaponiyaya qarşı döyüş əməliyyatlarında iştirak etmiş şəxslərə — müharibə ilə əlaqədar əlilliyi olan şəxsin və ya müharibə iştirakçısı vəsiqələrinin, arxiv orqanlarının arayışı əsasında; 1941-1945-ci illərdə keçmiş Sovet ordusunda (donanmada), daxili işlər və dövlət təhlükəsizliyi orqanlarında hərbi xidmətdə olmuş, lakin döyüş əməliyyatlarında iştirak etməmiş hərbi qulluqçulara — arxiv arayışları əsasında; Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında. Qeyd. Bu qayda Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş, “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin birinci hissəsinin üçüncü abzasında göstərilmiş şəxslərə şamil olunmur. Bu Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin birinci-yeddinci yarımbəndlərində qeyd edilən şəxslərə müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən onun yaratdığı müvafiq komissiyanın rəyinə əsasən verilir. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən onun yaratdığı müvafiq komissiyanın rəyinə əsasən verilir. Bu Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndində göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış şəxslərə isə sonuncu xidmət keçdiyi (qulluq etdiyi) yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikası Prokurorluğu Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir, o cümlədən: respublikanın hərbi məhkəmələrində və hərbi prokurorluq orqanları sistemində xidmət edən hərbi qulluqçulara Azərbaycan Respublikası Ali Məhkəməsində və Respublika Prokurorluğunda yaradılan komissiyaların rəyinə əsasən Müdafiə Nazirliyi tərəfindən verilir. Vəsiqənin hazırlanması xərcləri Azərbaycan Respublikası Müdafiə Nazirliyinin, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin, Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin, Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidmətinin, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin və Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin vəsaiti hesabına ödənilir. 2. Silahlı qüvvələrin veteranları Azərbaycan Ordusunun və qanunvericilikdə nəzərdə tutulmuş digər silahlı birləşmələrin sıralarında (SSRİ Silahlı Qüvvələri və digər silahlı birləşmələrində xidmət müddəti də nəzərə alınmaqla) təqvimlə 25 (iyirmi beş) il və daha çox hərbi xidmət keçmiş (hərbi qulluqçunun şərəfini ləkələyən xətalar törədilməsinə və ya törədilmiş cinayətə görə məhkəmə tərəfindən hərbi xidməti istisna edən cəzaya məhkum edildiyinə görə ordu sıralarından və ya müvafiq orqanlardan xaric olunanlar istisna olmaqla) Azərbaycan Respublikasının vətəndaşları Silahlı Qüvvələrin veteranları sayılırlar. “Silahlı qüvvələr veteranı” adı ehtiyata və ya istefaya buraxılan zaman müəyyən olunmuş qaydada təsdiq edilmiş xidmət illəri cədvəlindən çıxarış əsasında verilir. “Silahlı Qüvvələr veteranı” adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) hərbi qulluqçulara həqiqi hərbi xidmət keçdiyi (qulluq etdiyi), ehtiyata və istefaya buraxılmış şəxslərə isə sonuncu xidmət keçdiyi dövlət orqanından asılı olaraq aidiyyəti üzrəAzərbaycan Respublikasının Təhlükəsizlik Şurası katibinin xidməti, Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir, o cümlədən: respublikanın hərbi məhkəmələrində və hərbi prokurorluq orqanları sistemində xidmət edən hərbi qulluqçulara Azərbaycan Respublikasının Ali Məhkəməsində və Respublika Prokurorluğunda yaradılan komissiyaların rəyinə əsasən Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən verilir. Vəsiqənin hazırlanması xərcləri Azərbaycan Respublikasının Təhlükəsizlik Şurası katibinin xidmətinin, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin və Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin vəsaiti hesabına ödənilir. 3. Əmək veteranları Əmək veteranı adı və veteran vəsiqəsi Azərbaycan Respublikası Prezidentinin Administrasiyası, Azərbaycan Respublikasının Nazirlər Kabineti, nazirliklər, dövlət komitələri, digər mərkəzi icra hakimiyyəti orqanları, dövlət konsernləri, şirkətləri və idarələri, habelə yerli icra hakimiyyəti orqanları (bundan sonra — icra orqanları) tərəfindən qüvvədə olan qanunvericiliyə müvafiq surətdə yaşa görə pensiya hüququ qazanmış aşağıdakı şəxslərə verilir: iqtisadiyyatın bütün sahələrində: istehsal, elm, mədəniyyət, təhsil sistemində, səhiyyə və digər əmək fəaliyyəti sahələrində xüsusi xidmətlərinə görə keçmiş SSRİ-nin və Sovet respublikalarının fəxri adlarına layiq görülənlər; keçmiş Sovet respublikaların Ali Sovetlərinin Fəxri Fərmanları ilə təltif olunanlar; Sosialist Əməyi Qəhrəmanı, Lenin ordeni, Oktyabr İnqlabı ordeni, Qırmızı Əmək Bayrağı ordeni, Xalqlar Dostluğu ordeni, “Şərəf nişanı” ordeni, Şərəf ordeni, I dərəcəli Əmək Şöhrəti ordeni, II dərəcəli Əmək Şöhrəti ordeni, III dərəcəli Əmək Şöhrəti ordeni, “Əmək veteranı” medalı, “Əmək igidliyinə görə” medalı, “Əməkdə fərqlənməyə görə” medalı ilə təltif olunanlar; Böyük Vətən müharibəsi illərində arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif olunanlar; Azərbaycan Respublikasının fəxri adlarına layiq görülmüş, əməkdə fərqlənməyə görə orden və medallarla təltif olunanlar; uzun illər ictimai əməklə məşğul olanlar (kişilər üçün 40 ildən artıq əmək stajı, qadınlar üçün 30 ildən artıq əmək stajı olduqda). “Əmək veteranı” adını almaq istəyən şəxs, ərizə və həmin adı almaq üçün bu Əsasnamədə nəzərdə tutulan təsdiqedici sənədlərlə öz iş yerinə müraciət edir. Əgər həmin şəxs işləmirsə, sonuncu iş yerinə müraciət edir. Ərizə və digər zəruri sənədlər baxılmaq üçün aidiyyəti üzrə icra orqanlarında yaradılan komissiyalara təqdim edilir və komissiyanın rəyinə əsasən müvafiq qərar qəbul edilir. Bu Əsasnamədə nəzərdə tutulmayan başqa hallarda (müəssisə ləğv edilmiş olduqda, iş yeri qeyri-dövlət müəssisəsi olduqda və s.) “Əmək veteranı” adı və vəsiqə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi tərəfindən verilir: Vəsiqənin hazırlanması xərcləri həmin vəsiqəni verən icra orqanlarının vəsaiti hesabına ödənilir. 4. Əlavə müddəalar Veteran statusunu təsdiq edən sənədin “Veteranlar haqqında” Azərbaycan Respublikasının Qanununa və bu Əsasnaməyə uyğun verilmədiyi aşkar edilərsə, həmin sənədi vermiş orqan onun geri alınmasını təmin edir. Veteranlar üçün nəzərdə tutulmuş güzəştlər veteran vəsiqəsi təqdim edildikdə həyata keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli 216 nömrəli qərarı ilə TƏSDİQ EDİLMİŞDİR Əlavə 2 Müharibə veteranı, silahlı qüvvələr veteranı, əmək veteranı vəsiqələrinin təsviri nümunəvi və eskizi 1. Müharibə veteranı vəsiqəsi 7 sm x 19,5 sm ölçülü cilddən ibarətdir. Vəsiqə göy rəngdədir, onun üstündə yuxarıda Azərbaycan Respublikası dövlət gerbinin qrafik təsviri verilmiş, aşağıda qızılı rənglə “Azərbaycan Respublikasının müharibə veteranı” sözləri yazılmışdır (nümunəsi 1 nömrəli eskizlə əlavə olunur). 2. Silahlı qüvvələr veteranı vəsiqəsi 7 sm x 19,5 sm ölçülü cilddən ibarətdir. Vəsiqə tünd qırmızı rəngdədir, onun üstündə da Azərbaycan Respublikası dövlət gerbinin qrafik təsviri verilmiş, aşağıda qızılı rənglə “Azərbaycan Respublikası silahlı qüvvələri veteranı” sözləri yazılmışdır (nümunəsi 2 nömrəli eskizlə əlavə olunur). 3. Əmək veteranı vəsiqəsi 7 sm x 19,5 sm ölçülü cilddən ibarətdir. Vəsiqə yaşıl rəngdədir, onun üstündə yuxarıda Azərbaycan Respublikası dövlət gerbinin qrafik təsviri verilmiş, aşağıda qızılı rənglə “Azərbaycan Respublikasının Əmək veteranı” sözləri yazılmışdır (nümunəsi 3 nömrəli eskizlə əlavə olunur). 4. Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı vəsiqələrinin 1-ci səhifəsində “vəsiqəni verən müəssisə, VƏSİQƏ, seriya, nömrə, soyadı, adı, atasının adı, şəxsi imza” sözləri yazılmış, 3x4 sm ölçülü fotoşəkil üçün yer qoyulmuşdur. Vəsiqələrin 2-ci səhifəsində “Vəsiqənin sahibi müharibə veteranları (müvafiq surətdə silahlı qüvvələr veteranları, əmək veteranları) üçün Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş güzəşt və imtiyazlardan istifadə etmək hüququna malikdir, vəsiqə müddətsizdir və Azərbaycan Respublikası ərazisində qüvvədədir, verildiyi tarix, müəssisə rəhbərinin imzası” sözləri yazılmışdır. 5. Vəsiqənin içərisinə onu verən mərkəzi icra orqanı tərəfindən vərəq əlavə edilir. Əlavədə Qanunla vəsiqənin sahibi üçün nəzərdə tutulmuş güzəştlər sadalanır və bu, müvafiq mərkəzi icra orqanının möhürü ilə təsdiq edilir. 6. Vəsiqənin itirilməsi, xarab olması, yanması və sair hallarda, ancaq bu faktı təsdiq edən sənədlər olduqda, vəsiqə təkrar verilir. “Veteranlara dövlət qayğısı:hüquq bələdçisi” kitabından götürülmüşdür.