Ən son xəbərlər

Oturub düşünsən bir az dərindən Bu torpaqda ulu hər yan, hər yerdi. Bu qədər dəyərsiz idisə Vətən, Mübariz nə üçün canını verdi?! Bu misraları yazanda əsgər Əlikram Xanışovun heç 20 yaşı yox idi. Qonşu rayondan olan əfsanəvi Milli Qəhrəman Mübariz İbrahimov haqqında düşüncələrini qələmə almağa çalışmışdı. Elə bu duyğularla da onun yolunu davam etdirmək üçün müddətli hərbi xidmətdən cəmi 20 gün sonra müqavilə əsasında işləyən kiçik komandir heyətinə qəbul olunmuşdu. Bir neçə ay keçməmiş Vətən müharibəsi başlananda həyatını hərb işinə həsr edən Əlikram sevinmişdi ki, nəhayət, işğalçılardan qisas almaq üçün fürsət yaranıb. Buna görə də ön cəbhədə mərdliklə döyüşür, azacıq sakitlik yaranan kimi isə qeyd dəftərçəsinə Vətənlə bağlı poetik duyğularını yazırdı: İnsan deyərəm mən sənə, haqqına can ver, Gəl, saxlama öz haqqını pünhan ürəyində. Bəli, Vətən uğrunda şərəflə vuruşaraq ölmək onun amalı idi. Odur ki, döyüşlər başlanandan bir həftə sonra şəhadətə ucalması ilə sanki arzusuna qovuşdu Əlikram. “Əgər ölsəm, eləyin cismimə bayrağı kəfən”, – deyən şəhid, arzuladığı kimi, üçrəngli Azərbaycan bayrağına bükülərək doğma Göytəpə şəhərinə gətirildi... Əlikram Xanışov ölümündən sonra Prezident sərəncamları ilə “Cəsur döyüşçü”, “Suqovuşanın azad olunmasına görə” və “Vətən uğrunda” medalları ilə təltif edilib. Cəlilabad Rayon Veteranlar Təşkilatının təşəbbüsü ilə çap olunan şeirlər kitabına isə onun müqəddəs məsləkinə uyğun ad qoyulub: “Vətən uğrunda ölərəm”. Cəlilabad şəhərindəki 3 nömrəli tam orta məktəbin geniş akt zalında şəhid şairin kitabının təqdimat mərasiminə toplaşanlar – hərbçi dostları, qazilər, əmək və müharibə veteranları, ictimaiyyət nümayəndələri, müəllim və şagirdlər öncə onun ölməz xatirəsinə baş əyiblər. Rayon Veteranlar Təşkilatının sədri – kitabın redaktoru və ön sözünün müəllifi, şair Ədalət Salman Vətən müharibəsi şəhidi Əlikramın həyat və döyüş yolu haqqında danışıb, onun fitri istedad sahibi kimi erkən yaşlarından yaradıcılıqla məşğul oldugunu bildirib. Qeyd edib ki, kitabdakı şeirlərin böyük əksəriyyəti vətənpərvərlik ruhunda yazılan nümunələrdir. Vətən Müharibəsi Qəhrəmanı Rəşad Abdullayevin atası Arif Abdullayev, tanınmış mədəniyyət işçisi Xeyrulla Şahbazov, hərbçi mayor Elşən Abbasov, Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin nümayəndəsi Cavidan Rəşidov, şəhidin döyüş yoldaşı Mirnatiq Cabbarlı, AYB üzvləri Əfrahim Abbas, İman Abdulla, Sakit İsayev, xeyriyyəçi sahibkar Rafiq Abışov və başqaları çıxış edərək torpaqlarımızın azadlığı uğrunda canını fəda etmiş şəhidlərimizin xatirəsinin həmişə əziz tutulduğunu, şəhid ailələrinə və qazilərə dövlətimizin daim diqqət və qayğı göstərdiyi xüsusi vurğulayıblar. Şəhid Əlikram Xanışovun məktəblilərin ifasında səslənən şeirləri tədbir iştirakçılarına duyğulu anlar yaşadıb. Şəhidin anası Xoşqədəm Xanışova kitabın nəşrini və təqdimatını təşkil etdiyinə görə rayon Veteranlar Təşkilatına və tədbir iştirakçılarına minnətdarlığını bildirib. Sonda şəhid Əlikram Xanışovun "Vətən uğrunda ölərəm" adlı kitabı tədbir iştirakçılarına hədiyyə olunub. “Xalq” qəzeti Ə.ƏLİYEV
Hamısını oxu
Özbəkistanın Qeyri-Hökumət Qeyri-Kommersiya Təşkilatları Milli Assosiasiyasının sədri Kamoliddin İşanxojayevin rəhbərliyi ilə geniş tərkibdə nümayəndə heyəti Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının qonağı olub. Görüşdə Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin İcraçı direktorunun müavini Emil Çaparlı da iştirak edib. Özbəkistanlı qonaqlara Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının fəaliyyəti haqqında ətraflı məlumat verən Təşkilatın sədr müavini, hərbi-siyasi ekspert, polkovnik Cəlil Xəlilov xalqlarımızın faşizmə qarşı birgə mübarizə apardığını, bu mübarizədə tarixi həmrəylik sərgilədiyini qeyd edib. Sədr müavini bildirib ki, eyni kök və mədəniyyətə malik olan Azərbaycanla Özbəkistan arasındakı əlaqələrin son illər daha da genişlənməsi müşahidə olunur ki, bu da olduqca sevindiricidir. Cəlil Xəlilov həmçinin söyləyib ki, Füzulidə inşa edilən və Özbəkistan dövlətinin Azərbaycana hədiyyəsi olan Mirzə Uluqbəy adına orta məktəb iki qardaş xalqın əbədi dostluğunun təcəssümüdür və xalqımız tərəfindən böyük rəğbətlə qarşılanmaqdadır. Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının dünyanın bir çox ölklərində fəaliyyət göstərən veteran təşkilatları ilə geniş əlaqələrə malik olduğunu bildirən polkovnik Cəlil Xəlilov, Özbəkistandakı qeyri-hökumət təşkilatları ilə əməkdaşlıqda maraqlı olduqlarını vuğulayıb.Cəlil Xəlilov bu əməkdaşlığın xalqlarımızın maraq və mənafeyinə uyğun olduğunu, gələcək baxımından da böyük perspektiv kəsb etdiyini bildirib. Səmimi görüşə görə polkovnik Cəlil Xəlilova təşəkkür edən Özbəkistanın Qeyri-Hökumət Qeyri-Kommersiya Təşkilatları Milli Assosiasiyasının sədri Kamoliddin İşanxojayev Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı ilə tanışlıqdan məmnunluq duyduqlarını, ikitərəfli əlaqələrin genişlənməsində maraqlı olduqlarını söyləyiblər. Görüş əsnasında gələcək əməkdaşlıqla bağlı səmərəli müzakirələr, maraqlı fikir mübadiləsi aparılıb. Seymur ƏLİYEV
Hamısını oxu
В Санкт-Петербурге 28 ноября 2023 года в Государственном мемориальном музее обороны и блокады Ленинграда в рамках проекта «Народы СССР в освобождении Ленинграда» состоялось культурно-просветительское мероприятие «Азербайджанцы на защите Ленинграда», приуроченное к 80-й годовщине прорыва блокадного кольца. Битва за Ленинград стала одной из самых кровопролитных. Азербайджанцы принимали самое непосредственное участие в освобождении Ленинграда от фашистской блокады. их честь на Пискаревском мемориальном кладбище открыта Памятная плита на Аллее Славы мемориала. Мероприятие было организовано партнёрами проекта: Санкт-Петербургское учреждение культуры «Государственный мемориальный музей обороны и блокады Ленинграда», Региональная общественная организация «Национально-культурное объединение друзей азербайджанцев «Нахчыван», Общественный штаб содействия реализации Президентских программ, Санкт-Петербургская региональная общественная организация «Азербайджанский национально-культурный центр «ЧИНАР». С приветственными словами перед гостями выступили: директор Государственного мемориального музея обороны и блокады Ленинграда Лезик Елена, Депутат Законодательного собрания Санкт-Петербурга седьмого созыва Сергеева Вера, председатель Национально-культурного объединение друзей азербайджанцев «Нахчыван» Гахраманов Идрис, председатель СПб РОО «Азербайджанский национально-культурный центр «ЧИНАР», Член Российского творческого союза работников культуры Мирзаева Хейранса, заместитель председателя азербайджанского национально-культурного центра «ЧИНАР» Аббасова Ульвия и другие. Аббасова Ульвия озвучила имена блокадников, ныне проживающих в Азербайджане и поблагодарила Председателя Организации Ветеранов Войны, Труда и Вооруженных Сил Азербайджанской Республики Саттарову Фатму, заместителя председателя полковника Халилова Джалила и заведующего отделом международного сотрудничества полковника Мусаева Самира за помощь и сотрудничество. Вечер памяти прошёл с литературно-музыкальным сопровождением в исполнении азербайджанского хореографического ансамбля «ЧИНАР», и учащихся Санкт-Петербургской детской музыкальной школы №18. Вниманию гостей были представлены литературно-музыкальные композиции: «Родина моя – Азербайджан» и «Душа Азербайджана. Солист ансамбля «Чинар», лауреат международных конкурсов Теймур Кязимов исполнил произведения Фикрета Амирова «Азербайджан» и Муслима Магомаева «Весенний край - Азербайджан». На вечере также состоялась презентация художественных выставок Масимова Гасана «Великая Отечественная война в рисунках участников азербайджанского образовательно-просветительского центра для детей и молодежи «Нахчыван», Мамедова Вугара «Прикосновение» и этнографической выставки мастеров из Азербайджана «Мой Азербайджан».
Hamısını oxu
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti 44 günlük Vətən müharibəsində iştirak etmiş veteranları həqiqi hərbi xidmətə qəbul edib. Onlardan 4 nəfərə leytenant ilk hərbi rütbəsi, 1 nəfərə isə Silahlı Qüvvələrin ehtiyatından baş leytenant hərbi rütbəsi verilib. Bununla bağlı Veteran.gov.az-a açıqlama verən Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, hərbi-siyasi ekspert, polkovnik Cəlil Xəlilov Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin məlum addımını təqdir edib: “Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Vətən müharibəsi iştirakçılarına münasibətdə bu cür həssaslıq sərgiləməsi, onları həqiqi hərbi xidmətə qəbul etməsi olduqca müsbət və təqdirəlayiq tendensiyasdır. Xarırladım ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti bundan öncə də Vətn müharibəsi iştirakçılarının həqiqi hərbi xidmətə qəbul edib, onların bundan sonra da Vətənə hərbçi kimi xidmət etməsinə şərait yaradıb. Mən buna görə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə təşəkkür edir, onlara öz minnətdarlığımı bildirirəm. Hesab edirəm ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Vətən müharibəsi iştirakçılarına olan bu münasibəti digər dövlət qurumları üçün də nümunə olmalı, onlar da müharibə iştirakçılaırnın işlə təminatında aktivlik göstərməli, hər addımda bu kateqoriyadan olan vətəndaşlarımıza qayğıkeş münasibət sərgiləməlidir. Müharibə iştirakçılarına bu cür münasibət hər birimizin mənəvi borcudur. Mən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən həqiqi hərbi qulluğa qəbul edilən şəxlərə uğurlar arzulayır, müvəffəqiyyətlər diləyirəm”.
Hamısını oxu
Bu gün 20 noyabr – Ağdam Şəhəri Günüdür. Bu münasibətlə saytımıza açıqlama verən Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, hərbi-siyasi ekspert, polkovnik Cəlil Xəlilov Ağdam şəhərinin üç il bundan öncə siyasi yolla azad edilməsinin əhəmiyyətinə toxunub: “2020-ci ilin 20 noyabr tarixində Ağdam şəhərinin erməni işğalından siyasi yolla – bir güllə belə atılmadan azad edilməsi Prezident İlham Əliyevin diplomatik qələbəsidir və bu qələbə dövlətimizin hərbi müstəvidə olduğu kimi, siyasi müstəvidə də son dərəcə güclü olduğunu sübut edir. Ali Baş Komandan Ağdamın diplomatik yolla azadlığına nail olmaqla Silahlı Qüqvvələrimizin hərbi uğurlarını siyasi müstəvidə də davam etdirdi. Bütün dünya Azərbaycanın hərbi qələbələrinin diplomatik platformada davamına şahid oldu”. Polkovnik qeyd edib ki, dövlət başçısı Ağdamın siyasi yolla azadlğına nail olmaqla, həm də çoxlu sayda hərbçimizin həytatını xilas etdi: “Ağdamın 2020-ci ilin 10 noyabr üçtərəfli Bəyanatına uyğun olaraq diplomatik yolla azad edilməsinin hərbi baxımdan da mühüm nəticələri oldu. Belə ki, şəhərin döyüşsüz alınması yüzlərlə, minlərlə hərbçimizin həyatını xilas etdi, əlavə itkilərdən qaçmağa imkan verdi. Dövlət başçısı bununla bir daha Azərbaycan hərbçisinə, onun həyatına və təhlükəsizliyinə necə böyük önəm verdiyi ortaya qoydu. Bu fakt bir daha sübut etdi ki, Ali Baş Komandan üçün hər bir əsgərin, hər bir zabitin həyatı əzizdir və Vətən müharibəsi dönəminin hər bir anında dövlət başçısı bu amilə çox böyük həssaslıqla yanaşıb. Mən Ağdam Şəhəri Günü münasibətilə xalqımızı təbrik edirəm .Əminəm ki, qısa zamanda doğma Ağdamımızın yenidən çiçəklənməsinə şahid olacaq, onun tərəqqisi ilə fəxr edəcəyik”.
Hamısını oxu
Bakı. Trend: Avropa İttifaqının Azərbaycana yönəlik ittihamları yersiz və əsassızdır. Bunu Trend-ə açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, hərbi-siyasi ekspert, polkovnik Cəlil Xəlilov bildirib. Polkovnik qeyd edib ki, sözügedən təşkilatın birtərəfli şəkildə Ermənistanın müdafiəsində dayanması, Azərbaycanın ünvanına böhtanlar səsləndirməsi Qərbin ənənəvi ikili standartlar siyasətindən xəbər verir: “Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozep Borrellin ölkəmizin ünvanına səsləndirdiyi ittihamlar, xüsusilə də Azərbaycanla xəbərdarlıq dilində danışmaq cəhdi təəsssüf və gülüş doğurur. Hər şeydən öncə cənab Borrell başa düşməlidir ki, Azərbaycanla xəbərdarlıq dilində danışmaq olmaz və ölkəmizin hər danışıq və davranışa uyğun ortaya qoyacaq adekvat mövqeyi hökmən vardır. İkincisi, Azərbaycanın hansısa ölkənin sərhədlərini pozmaq, onun suverenliyinə təhlükə yaratmaq, bölgədə hərbi müstəvidə hansısa addımlar atmaq planı yoxdur. Azərbaycan 44 günlük Vətən müharibəsi nəticəsində torpaqlarını işğaldan azad edib və cari ilin lokal antiterror tədbirləri nəticəsində suverenliyinin tam şəkildə bərpasına nail olub. Bu, Azərbaycanın beynəlxalq hüquqla təsbit edilən haqqıdır və bizə bunun xaricində heç nə lazım deyil. Əksinə, Fransanın aktiv dəstəyi ilə Ermənistanın sürətlə silahlanması, müxtəlif ölkələrdən silah-sursat almağa səy göstərməsi onu göstərir ki, bölgənin gələcəyi üçün təhdid təşkil edən ölkə Ermənistandır. Yaxşı olardı ki, Avropa İttifaqı Azərbaycanın ünvanına məsuliyyətsiz açıqlamalar səsləndirmək əvəzinə, ikili standartlardan imtina etsin. Ermənistanı silahlandırmaq, onu hərbi, siyasi və psixoloji baxımdan yeni qarşıdurmaya hazırlamaq səylərindən əl çəksin. Avropa İttifaqının Cənubi Qafqaz regionunun gələcəyinə verə biləcəyi ən böyük töhfə elə bu ola bilər”.
Hamısını oxu

Bəzi qüvvələrin dövlətimizin şəhid ailələri və qazilərə olan qayğısına kölgə salmaq cəhdi qəbuledilməzdir” Dünən 10 noyabr 2020-ci ilin üçtərəfli Bəyanatının üç ili tamam oldu. Bununla bağlı Moderator.az-a açıqlama verən Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, hərbi-siyasi ekspert, polkovnik Cəlil Xəlilov 10 noyabr kapitulyasiya aktını şərh etməklə yanaşı, veteranları Böyük Zəfərin əldə edilməsinə verdiyi töhfəni də şərhe dib: “2020-ci ilin 27 sentyabr tarixində başlayan və həmin ilin 10 noyabrında başa çatan bu müharibə ilə Azərbaycan, sadəcə, erməni faşizmini, onların havadarlarını məğlub etmədi. Həm də tarixi ədaləti, ölkə başçısının sözləri ilə desək, “milli qürurunu bərpa etdi. 30 ildir işğal altıdna qalan torpaqlarımız azad edildi. Ərazi bütövlüyümüz təmin olundu. Bu qələbə xalqın inamını özünə qaytardı. Bu qələbə bütün dünyaya sübut etdi ki, Azərbaycan xalqı, Azərbaycan Ordusu güclüdür, böyükdür, yenilməzdir”. Təşkilat olaraq həmin vaxt qarşımızda duran ən başlıca vəzifə Ali Baş Komandanın ətrafında veteranların daha sıx birləşməsinə nail olmaq, dövlətimizə, ordumuza dəstək nümayiş etdirmək, düşmənin dezinformasiyalarını ifşa etmək, daxildəki birlik və həmrəyliyin möhkəmlənməsinə töhfə vermək idi. Bu məqsədlə Vətən müharibəsi dönəmində təşkilatımız beynəlxalq ictimaiyyətin Azərbaycan həqiqətləri haqqında daha dolğun məlumat əldə etməsinə nail olmaq üçün informasiya müstəvisində geniş fəaliyyət göstərib, cəmiyyətdə geniş təbliğat işi aparıb, döyüşən orduya, o cümlədən şəhid və qazi ailələrinə dəstək kampaniyalarında yaxından iştirak edib. Müharibə dönəmində veteranlarımızla birlikdə cəbhə xəttinə ardıcıl səfərlər təşkil edir, əsgər və zabitlərimizlə görüşür, onları qələbəyə ruhlandıran çıxışlar edirdik. Bu səfərlər zamanı ordumuza ərzaq, geyim, tibbi ləvazimatlar da çatdırır, vətəndaş cəmiyyəti olaraq erməni faşizminə qarşı aparılan mübarizəyə töhfə verməyə çalışırdıq. Bütün gücümüz, enerjimiz, fəaliyyətimiz böyük qələbəni yaxınlaşdırmağa xidmət edirdi və biz xalq olaraq Ali Baş Komandanımızın rəhbərliyi, qətiyyəti, səriştəsi sayəsində buna nail olduq”. Polkovnik bəzi qüvvələrin dövlətin şəhid ailələrinə, qazilərə göstərdiyi qayğı və diqqəti görməzdən gəldiyini, dövlətin nüfuzuna xələl gətirən, onun yürütdüyü sosial siyasətə kölgə salan fikirlər səsləndirdiyinə diqqət çəkib, bundan təəssüf hissi keçridiyi bildirib: “Müharibə, Əmək v əSilahlı Qüvvələr Veteranları Təşkilatı hər bir addımını milli dövlətçilik mənafeyini, ümumxalq maraqlarını nəzərə alaraq atır və hesab edirik ki, hər bir qurum, hər bir fərd bütün işlərində öncə bu amilə əsaslanmalıdır. Milli maraqlarımızın müdafiəsi bizim fəaliyyətimizin nüvəsini təşkil edir. Bu fəaliyyət xalqımız, dövlətimiz tərəfindən daim rəğbətlə qarşılanıb. Prezidentimizin 44 günlük Vətən müharibəsində təşkilatımızın fəaliyyətinə verdiyi yüksək qiymət buna nümunədir. Lakin təəssüflər olsun ki, bəzən dövlətimizin gördüyü bunca işlərə qara yaxmaq, cəmiyyətdə çaşqınlıq yaratmaq istəyən məkirli şəxslər də meydana çıxır. Şəxsi ambisiyalardan, fərdi maraqlardan çıxış edən bu şəxslər milli maraqlar zəminində həyata keçirilən işlərə kölgə salmağa cəhd edir. Mən buradan həmin şəxslərə müraciət edərək onları ədalətə, obyektivliyə, milli maraqlarımızın, dövlətimizin mənafeyinin müdafiəsinə səsləyirəm. Çünki xalqın, Vətənin taleyüklü məsələlərinin həll edildiyi hazırkı həssas vəziyyətdə biz hamılıqca şəxsi ambisiyalarıızı bir kənara qoyub xalqa, qətiyyətlə Vətənə xidmət yolunu tutmalıyıq. Yeganə məqsədimiz bu olmalıdır. Eləcə də, Vətənimizin keşiyində dayanmaq, xalqımıza, Prezidentimizə sədaqətli olmaq bizim bir vətəndaş kimi vicdan borcumuzdur. Heç bir maraq, heç bir ambisiya bu borcdan daha önəmli, daha vacib ola bilməz! Gələcək uğurlarımıza gedən yol birliyimizdən gedir və biz nəyin bahasına olursa-olsun bu birliyi qorumalıyıq”. Seymur ƏLİYEV
Hamısını oxu
Bu gün tanınmış iş adamı Səfər Əlirzayevin təşkilatçılığı ilə Nehrəm qəsəbəsində şanlı tariximizin unudulmaz günlərindən olan "Zəfər Günü" nün üçüncü ildönümü təntənəli şəkildə qeyd olunub. Veteran.gov.az xəbər verir ki, ilk öncə bu günləri bizlərə yaşadan qəhrəman şəhidlərimizin məzarları ziyarət edilib. Ziyarətçilər şəhidlərin məzarı üzərinə gül dəstələri düzüb, əkillər qoyub, dualar oxuyub. Daha sonra Səfər Əlirzayevin evində geniş tərkibdə ehsan süfrəsi verilib. Ehsan süfrəsində Nehrəm qəsəbəsindən olan şəhid ailələri ilə yanaşı, Muxtar Respublikanın başqa yerlərində yaşayan şəhid ailələri və yaxınları, qazilər, qəsəbə sakinləri və digər ictimaiyyət nümayəndələri də iştirak edib. Tədbir iştirakçıları nəcib əməlinə görə Səfər Əlirzayevə təşəkkür edib, ona öz minnətdarlıqlarını bildiriblər. Allah şəhidlərimizə rəhmət eləsin!
Hamısını oxuBu gün Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında “20 ilin Zəfər yolu” adlı bayram tədbiri keçirilib. Tədbirdə Birinci Qarabağ müharibəsi, 44 günlük Vətən müharibəsi və digər kateqoriyadan olan veteranlar iştirak edib. Tədbirdən öncə Ümummilli lider Heydər Əliyevin, o cümlədən, respublikamızın ərazi bütövlüyü uğrunda döyüşlərdə həlak olan şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, daha sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Tədbiri açıq elan edən Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov 8 Noyabr zəfərinin tarixi önəmindən bəhs edib. Azərbaycan Silahlı Qüvvələrinin Prezident İlham Əliyevin rəhbərliyi altında misilsiz qələbəyə imza atığını bildirən polkovnik, bu zəfərin dünya hərb tarixində müstəsna yer tutduğunu, əsrlər sonra da öz unikallığı ilə dünyanı heyrətləndirməkdə davam edəcəyini bildirib. 8 Noyabr zəfərinin üçüncü ildönümü münasibətilə Müzəffər Ali Baş Komandanı, eləcə də bütün Azərbaycan xalqını təbrik edən polkovnik Cəlil Xəlilov, zəfəri xalqımıza bəxş edən şəhid və qazilərin tarixi fədakarlığının heç vaxt unudulmayacağını, daim ehtriram hissi ilə yad ediləcəyini bildirib. Tədbirdə çıxış edən Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri Fatma Səttarova Prezident İlham Əliyevi 8 Noyabr zəfərinin baş memarı adlandırıb, Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanın rəhbərliyi altında cəmi 44 gün içərisində erməni faşizmini darmadağın etdiyini bildirib. Dövlət başçısınıən müharibə dönəmində bir dəfə də olsun hərbi mundiri əynindən çıxarmadığını bildirən Təşkilat sədri, Prezident İlham Əliyevin ata vəsiyyyətini, xalqın ümid və gözləntisini reallığa çevirdiyini bildirib. Fatma Səttarova bayram münasibəti ilə ölkə rəhbərini, həmçinin, Azərbaycan xalqını təbrik edib, şəhidlərə Allahdan rəhmət diləyib. Tədbirdə çıxış edən veteranlar 8 Noyavr zəfərinin hərbi-siyasi, habelə, tarixi əhəmiyyətindən bəhs edib, bu qələbənin özü ilə gətirdiyi yeni reallıqlara toxunub. Daha sonra 44 günlük Vətən müharibəsində iştirak edən bir qrup şəxsə Təşkilatın üzvlük vəsiqələri təqdim edilib. Tədbir konsert proqramı ilə davam edib.
Hamısını oxu
Səmyar Abdullayev: “Qarabağda həyatın yenidən canlanması Prezidentimizin Böyük Zəfərdən sonra xalqımıza bəxş etdiyi ən böyük hədiyyədir” Bu gün 8 Noyabr zəfərinin üçüncü ildönümüdr. Moderator.az olaraq Azərbaycan Gözdən Əlillər Cəmiyyətinin sədri Səmyar Abdullayevlə söhbətimizdə bu şanlı tarixə nəzər salmağa, onun ən başlıca nüansları şərh etməyə çalışdıq: -Səmyar bəy, 8 Noyabr zəfərinin tarixi önəmindən, hərbi-siyasi əhəmiyyətindən çox danışılıb. İstərdik bu qələbənin mənəvi əhəmiyyətindən danışasınız... -8 Noyabr zəfərinin hərbi, eləcə də siyasi önəmi həqiqətən də böyükdür. Bu zəfər Azərbaycanın “məğlub ölkə” statusuna son qoydu, ölkəmizin iqtisadi baxımdan olduğu kimi, hərbi baxımdan da regionun bir nömrəli dövləti olduğunu təsdiqlədi. Uzun illərdir işğal altında qalan torpaqlarımız azad edildi, suverenliyimiz bərpa olundu. Azərbaycan beynəlxalq təşkilatların, aparıcı dövlətlərin 30 il müddətində edə bilmədiyini cəmi 44 gün ərzində reallığa çevirdi. Bununla da, sübut etdi ki, o, sühhə önəm verdiyi kimi döyüşməyi də, öz haqqını qeyri-diplomatik vasitələrlə təmin etməyi də bacarır. Hesab edirəm ki, 8 Noyabr zəfərinin mənəvi əhəmiyyəti hərbi önəmindən heç də az deyil. Bildiyiniz kimi, Qarabağ bizim üçün yalnız doğma vətənin itirilmiş bir parçassı deyildir. Qarabağ və işğaldakı ətraf rayonların azadlığı bizim üçün həm də bir şərəf məsələsi, qürur işi idi. Biz 2020-ci ilin 44 günlük Vətən müharibəsində düşmən üzərində qələbə qazanmaqla öz tarixi haqqımızı bərpa etdik. Biz bütün dünyaya göstərdik ki, heç kim, heç bir qüvvə xalqımızı alçalda, onun ləyaqətini, heysiyyətini təhqir edə bilməz. Azərbaycan xalqı öz təhlükəsizliyinə, suverenliyinə həssas olduğu qədər də öz ləyaqətinə, mənəvi dəyərlərinə həssasdır və bu məsələdə kiməsə zərrə qədər də olsun güzəştə getməyəcək. Bu baxımdan 8 Noyabr zəfəri milli qürur və ləyaqətimizi bərpa etməklə yanaşı, xalqımızın özünün-özünə olan inamını da geri qaytardı. Və mən əminliklə deyirəm ki, Azərbaycan xalqını heç nə bu zəfər qədər xoşbəxt edə bilməzdi. Biz buna görə Müzəffər Ali Baş Komandanımıza, Silahlı Qüvvələrimizə, şəhidlərimizə və qazilərimizə minnətdarıq və bu minnətdarlıq əbədidir. -Vətən müharibəsindən 3 il sonra – 2023-cü ilin 19-20 sentyabr tarixlərində Azərbaycan Qarabağda separatçılara qarşı lokal antiterror tədbiri həyata keçirdi. Sizcə qalib Azərbaycanı belə bir addım atmağa nə vadar etdi? -Cari ilin 19-20 sentyabr tarixlərində Qarabağda lokal antiterror tədbilərinin keçirilməsinə səbəb Ermənistanın 2020-ci ilin 10 noyabr Bəyanatı ilə üzərinə götürdüyü öhdəlikləri icra etməməsi, separatizmə dəstək olması, beynəlxalq təşkilatların qətiyyətsiz və ikili siyasəti oldu. Bildiyiniz kimi, 10 Noyabr üçrətərfli Bəyanatına görə Ermənistan öz ordusunu Qarabağdan çıxarmalı, Rusiya sülhməramlıları buradakı qeyri-qanuni hərbi dəstələri tərksilah etməli, bölgədə təhlükəsizliyi təmin etməli idi. Lakin biz hər gün bunun tamam əksini müşahidə edirdik. Ermənistan bir ucdan Qarabağa hərbi texnika, silah-sursat və əlavə hərbi dəstələr daşımaqda davam edir, ordumuza, eləcə də mülki vətəndaşlarımıza qarşı terror aktları təşkil edirdi. Beynəlxalq təşkilatlar isə bütün bunları görməzdən gəlir, İrəvana siyasi baxımdan heç bir təzyiq göstərmirdi. Bu səbəbdən də, Azərbaycan məlum problemi yenə də özü həll etməli oldu. Nəticədə, 24 saatdan da az müddətdə Qarabağdakı separatçılar darmadağın olundu, bu ərazilər üzərində Azərbaycanın faktiki nəzarəti bərpa edildi. Prezident İlham Əliyev bununla bir daha bütün dünyaya sübut etdi ki, Azərbaycan bölgənin lider dövlətidir və onun iradəsinə qarşı gəlmək mümkün deyil. 2023-cü ilin 15 oktyabr tarixində Müzəddər Ali Baş Komandan Xankəndində üçrəngli bayrağımızı qaldırmaqla bir daha bütün dünyaya ciddi mesaj ünvanladı. Prezidentimiz bununla göstərdi ki, Azərbaycana yönəlik məkirli niyyətlər, xam xəyallar puç olmağa məhkumdur və ordumuz bu kimi bədxah təşəbbüslərə hər zaman yalnız və yalnız qələbə ilə cavab verəcək. -Səmyar bəy, bu gün Fransa, Hindistan və s. kimi ölkələrin Ermənistanı silahlandırması müşahidə edilməkdədir. Bu ölkələrədn Ermənistana hərbi təlimatçıların göndəriləcəyi də iddia olunur. Sizcə Vətən müharibəsində darmadağın edilən Ermənistanı bu kimi addımlarla yenidən dirçəltmək mümkündürmü? -Bütün bunlar Ermənistanı təsəlli etmək, erməni ictimaiyyətini aldatmaq məqsədi ilə atılan boş və absurd addımlardır. Bu gün İrəvanın yanında olduğunu iddia edən, onu yenidən silahlandırmağa çalışan dövlətlərin məqsədi heç də Ermənistana kömək etmək deyil. Onlar sadəcə Ermənistana nüfuz etməklə bölgədə təmsil olunmağa, öz maraqlarını Cənubi Qafqazda təmin etməyə çalışırlar. Məqsəd sadəcə bundan ibarətdir. O ki qaldı, Ermənistanı silahlandırmaqla onu güc mərkəzinə çevirmək cəhdlərinə, təbii ki, bütün bu cəhdlər iflasa məhkumdur. Çünki Azərbaycanın Ermənistan üzərindəki hərbi, eləcə də iqtisadi üstünlüyü olduqca böyükdür və bu üstünlüyü heç bir dəstək ortadan qaldıra bilməz. Buna görə də Fransa və Hindistanın Ermənistana dəstəyi post-müharibə dönəmində formalaşan mövcud status-kvonu dəyişə bilməz. Prezident İlham Əliyevin dediyi kimi, Azərbaycan erməni faşizminin başını əzib və Dəmir yumruq daim öz yerindədir. Azərbaycan heç vaxt erməni faşizminin yenidən baş qaldırmasına imkan verməyəcək və bu cür meyillərin qarşısı anındaca alınacaq. -Dünən Prezident İlham Əliyev hərbi qulluqçuların vəzifə maaşlarını artırdı. Tarixi zəfərimizin üçüncü ildönümündə atılan bu addım Ali Baş Komandanın ordumuza, dövlətimizin təhlükəsizliyinə verdiyi önəm kimi dəyərləndirilə bilərmi? -Şübhəsiz! Prezidentin bununla bağlı verdiyi fərmanlar bir daha göstərdi ki, Azərbaycan dövləti öz əsgər və zabitinə böyük önəm verir, onun sosial durumunun mütəmadi şəkildə yaxşıalşdırılmasını diqqətdə saxlayır. Hərbçilərin maaşının artırılmasını dövlətimizn təhlükəsizliyinin, müdafiə qabiliyyətinin gücləndirilməsi istiqamətində atılan addım kimi də xarakterizə etmək mümkündür.Dünyanın istənilən ölkəsində sosial baxımdan ciddi təminat hərbçilərin fəaliyyəti stimullaşdıran əsas amillərdən biri hesab edilir. Bu baxımdan hərbçilərimizin maaşının artırılması onların maddi rifahını yaxşılaşdırmaqla yanaşı, zabitlərimiz üçün mənəvi baxımdan da ciddi stimul olacaq, onları yeni uğurlara ruhlandıracaq. Təbii ki, Prezidentin maaaş artımı ilə bağlı fərmanı Zəfər Günü ərəfəsində elan etməsini hərbçilərimiz üçün əsl bayram hədiyyəsi kimi dəyərləndirmək mümkündür. Bu, bir daha Ali Baş Komandanın hərbçilərə olan qayğısını göstərir və bu siyasət xalqımız, cəmiyyətimiz tərəfindən də təqdir olunmaqda, alqışlanmaqdadır. Onu da qeyd edim ki, Ali Baş Komandan dünən Müdafiə Nazirliyinin 3 hərbçisinə genera-mayor rütbəsi verdi. Prezident İlham Əliyev imzaladığı Sərəncamla Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Dövlət Sərhədi Xidməti tərəfindən ümumilikdə 1262 nəfər təltif edildi. Təltif olunanların siyahısında 206 nəfər sentyabrın 19–20-də Qarabağda aparılan antiterror əməliyyatı zamanı şəhid olan hərbi qulluqçular, 8 nəfər sentyabrın 19-da Əhmədbəyli–Füzuli–Şuşa yolunun 58-ci kilometrliyində mina partlayışı nəticəsində şəhid olan polis əməkdaşları, 1 nəfər Vətən Müharibəsində itkin düşmüş və şəhid statusu almış hərbi qulluqçu və 1 nəfər Vətən Müharibəsinin iştirakçısı, I qrup müharibə əlili var. Sərəncama əsasən 5 nəfər “Qarabağ”, 30 nəfər “Azərbaycan Bayrağı”, 55 nəfər 3-cü dərəcəli “Rəşadət”, 1 nəfər 2-ci dərəcəli “Rəşadət”, 6 nəfər 2-ci dərəcəli “Vətənə xidmətə görə”, 283 nəfər 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordenləri, 327 nəfər “Vətən uğrunda”, 130 nəfər “İgidliyə görə", 1 nəfər “Suqovuşanın azad olunmasına görə”, 1 nəfər “Xocavəndin azad olunmasına görə”, 182 nəfər “Döyüşdə fərqlənməyə görə”, 176 nəfər “Cəsur döyüşçü”, 273 nəfər “Hərbi xidmətlərə görə” medalları ilə təltif edilib. Bütün bu faktlar Ali Baş Komandanın hərbçilərimizə olan diqqət və qayğıısnın təzahürüdür. -Səmyar bəy, bu gün bir tərəfdən mina terroruna qarşı mübarizə aparan ölkəmiz, digər yandan işğaldan azad edilən ərazilərdə nəhəng quruculuq işləri həyata keçirməkdədir. Artıq minlərlə keçmiş məcburi köçkün öz dədə-baba yurduna qayıdıb. Reallaşmaqda olan Böyük Qayıdışı 8 noyabr zəfərinin təntənəsi adlandırmaq mümkündürmü? -Birmənalı şəkildə! Qarabağa istiqamətlənən “Böyük Qayıdış” əslində 44 günlük Vətən müharibəsinin mahiyyətini izah edən ən ali faktdır. Bu fakt bir daha sübut edir ki,Qarabağ tarixi Azərbaycan torpaqlarıdı və ordumuz o əraziləri azad edib ki, həmin torpaqlar hər zaman xalqımıza məxsus olub. Bu gün Qarabağa məhz o insnalar qayıdır ki, onlar 30 il öncə erməni işğalı səbəbilə bu torpaqları tərk etmiş, məcburi köçkün həyatlı yaşamağa məcbur olmuşdur. Bu gün Xankəndidə keçirilən parad Qarabağın Azərbaycana məxsusluğundan, vətəndaşlarımızın öz əzəli yurduna qayıdışından xəbər verir. Bu parad bir daha göstərir ki, bu torpağın əsl sahibi Azərbaycan xalqıdır və Azərbaycan xalqı əbədi olaraq öz tarixi yurdunda yaşamını davam etdirəcək. Artıq 3 ildir ki, Prezident İlham Əliyevin bilavasitə nəzarəti və səyi ilə Qarabağda geniş quruculuq işləri həyata keçirilir. Hansı ki, Qarabağda görülən işlərin miqyas və mahiyyəti bütün dünyada, hətta Ermənistanda da açıq heyrətlə izlənilməkdədir. Görülən bütün bu işlər xalqımızın yaradıcılıq, quruculuq xislətindən, dövlətimizin sülhpərvər, humanist siyasətindən xəbər verir. Çox keçməyəcək ki, vaxtiylə Qarabağda didərgin salınan bütün soydaşlarımız öz doğma diyarlarına qayıdacaq, uzun illər düşmən tapdağı altında qalan torpaqlarımızda həyat yenidən canlanacaq. Və Qarabağda həyatın yenidən canlanması Prezident İlham Əliyevin Azərbaycan xalqına Böyük Zəfərdən sonra bəxş etdiyi ən böyük hədiyyə olacaq. Biz Azərbaycan Gözdən Əlillər Cəmiyyəti olaraq Zəfər Günü münasibəti ilə bu zəfərin baş memarı Müzəffər Ali Baş Komandanı, eləcə də Azərbaycan xalqını və Silahlı Qüvvələrimizi təbrik edir, dövlətimizin rifahı və təhlükəsizliyi naminə fəaliyyətində Prezidentimizə uğurlar arzulayırıq. Seymur ƏLİYEV
Hamısını oxu
“Dövlət Təhlükəsizliyi Xidməti 8 Noyabr zəfərinin əldə edilməsinə böyük töhfələr verib”. Bunu Veteran.gov.az-a açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, hərbi-siyasi ekspert, polkovnik Cəlil Xəlilov bildirib. Polkovnik qeyd edib ki, müharibə zamanı, habelə ondan əvvəl və sonrakı dönəmlərdə ölkəmizdə daxili sabitliyin qorunub saxlanılmasında, anti-Azərbaycan qüvvələrinin təxribatçı fəaliyyətinin qarşısının alınmasında bu qurum mühüm rol oynayıb: “Dövlət Təhlükəsizliyi Xidməti müharibə dönəmində düşmənə qarşı mübarizədə yaxından iştirak edib, öz peşəkarlığı, fədakarlığı, yerinə yetirdiyi həyati missiyalarla dövlətimizin labüd qələbəsini yaxınlaşdırıb. Məhz Dövlət Təhlükəsizliyi Xidmətinin sayıqlığı nəticəsində nə müharibə, nə də post-müharibə dönəmində ölkəmizdə hər hansı terror aktı baş verməyib, bütün təxribat planları, məkirli niyyətlər vaxtında de-şifrə edilib. Dövlət başçısının bütün göstərişləri xüsusi xidmət orqanları tərəfindən qüsursuz şəkildə yerinə yetirilib. Mən qələbimzə verdiyi bu böyük, inkaredilməz töhfəyə görə Dövlət Təhlükəsizliyi Xidmətinin bütün əməkdaşlarına, eləcə də adıçəkilən qurumun rəhbəri general Əli Nağıyevə minnətdarlığımı bildirir, onları 8 Noyabr Zəfər günü münasibətilə təbrik edirəm. Xatırladım ki, bu gün həm də Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general Əli Nağıyevin ad günüdür. Mən hörmətli generalımızı həm də ad günü münasibətilə təbrik edir, ona xidməti və şəxsi həyatında müvəffəqiyyətlər arzulayıram”. Seymur ƏLİYEV
Hamısını oxu