Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Zəfər Günü münasibəti ilə veteranlarla növbəti görüş keçirilib

Bu gün Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında Zəfər Günü münasibəti ilə veteranlarla növbəti görüş keçirilib.

 

Veteran.gov.az xəbər verir ki, tədbir iştirakçılarını salamlayan Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri Fatma Səttarova onları qarşıdan gələn Zəfər Günü münasibəti ilə təbrik edib, bu zəfərin tarixi önəminə diqqət çəkib. Təşkilat sədri qeyd edib ki, bu zəfər Azərbaycan ordusu ilə yanaşı, həm də Azərbaycan xalqının gücünü, onun həmrəylik və fədakarlıq keyfiyyətini bütün dünyaya göstərdi.

 

Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov bu tarixi qələbənin Azərbaycanın dövlətçilik tarixində müstəsna əhəmiyyətə malik olduğunu bildirib. Sədr müavini qeyd edib ki, bu zəfər erməni işğalına son qoymaqla yanaşı, xalqımızın mübarizlik əzmini, ədalətsizliklə barışmazlıq keyfiyətini dünyaya nümayiş etdirdi.

 

Daha sonra çıxış edən veteranlar Vətən müharibəsində əldə edilən qələbənin önəmindən bəhs edib, veteranlara, qazilərə göstərilən yüksək diqqət və qayğıya görə ölkə başçısına təşəkkürlərini bildiriblər.

 

Tədbirin sonunda veteranlara xüsusi mükafatlar və bayram sovqatları təqdim edilib.

 

2021-11-05 12:24:00
473 baxış

Digər xəbərlər

Cəlil Xəlilov: Heç bir “himayəedici çətir” Ermənistanı Azərbaycanın “Dəmir yumruğ”undan hifz edə bilməz

Bakı, 23 fevral, AZƏRTAC Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin verdiyi məlumata görə, fevralın 21-i saat 20:45-dən fevralın 22-si saat 01:20-dək Ordumuzun Tovuz rayonu və Naxçıvan Muxtar Respublikasının Sədərək rayonundakı mövqeləri 15 dəfə atəşə tutulub. Bundan başqa, Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri Ordumuzun Kəlbəcər rayonunun Təzəkənd yaşayış məntəqəsi, Şuşa şəhəri və Xocavənd rayonu istiqamətlərindəki mövqelərini də atəşə tutub. Ordumuzun bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb. Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov mövzu ilə bağlı AZƏRTAC-a açıqlama verərək baş verənləri Ermənistanın növbəti təxribatı kimi dəyərləndirib: “Fevralın 20-də Avropa İttifaqının (Aİ) missiyası Ermənistanda fəaliyyətə başlayıb və maraqlıdır ki, cəmi bir gün sonra erməni qüvvələri həm Ermənistan ərazisindən, həm də rusiyalı sülhməramlıların müvəqqəti nəzarətində olan ərazilərdən mövqelərimizi atəşə tutub. Bu faktın özü bir daha onu göstərir ki, Avropa İttifaqının missiyası bölgədəki təhlükəsizliyi təmin etmək, Ermənistanın təxribatlarının qarşısını almaq üçün səmərəli təsir mexanizmi deyil. Azərbaycan tərəfi dəfələrlə bildirib ki, Avropa İttifaqının missiyasının gəlişi regionda vəziyyətin sabitləşməsinə yox, gərginləşməsinə xidmət edəcək. Missiyanın fəaliyyətə başlamasından cəmi bir gün sonra erməni silahlı birləşmələrinin mövqelərimizi atəşə tutması bunu bir daha təsdiqlədi. Baş verənlər göstərdi ki, Ermənistan missiyanın fəaliyyətini yeni təxribatlar üçün zəmin hesab edir. Görünən odur ki, Ermənistan tərəfi hesab edir ki, Avropa İttifaqının missiyasının fəaliyyətə başlaması onlara öz təxribatlarını daha təhlükəsiz ortamda həyata keçirməyə imkan verəcək. Ancaq rəsmi İrəvan bu cür düşünməklə yanılır. Ermənistan bilməlidir ki, Azərbaycan tərəfi istənilən təxribatın qarşısını qətiyyətlə alacaq və bu məsələdə heç bir güzəştə getməyəcək. Ermənistan kimin çətiri altında gizlənir-gizlənsin, yol verdiyi hər bir təxribata görə cavab verəcək və cəzalandırılacaq. Heç bir “himayəedici çətir” Ermənistanı Azərbaycanın “Dəmir yumruğ”undan hifz edə bilməz”. Polkovnik qeyd edib ki, Avropa İttifaqının Ermənistandakı missiyasına silahlı şəxslərin daxil edilməsi də narahatverici məqamlardan biridir: “Aİ öz missiyasını “mülki missiya” adlandırsa da, fəaliyyətə başlayan gün yaydığı açıqlamada ilk dəfə olaraq etiraf edib ki, missiyada iştirak edən 100 nəfərdən 50-si “silahsız müşahidəçidir”. Demək belə çıxır ki, missiyanın yarısı silahlı şəxslərdən ibarətdir. Halbuki, indiyədək bu barədə heç bir məlumat verilməmişdi. Bu informasiya erməni ictimaiyyət üçün də yenilik oldu. Avropa İttifaqının məlum etirafı sübut etdi ki, Ermənistan öz ərazisinə silahlı missiya buraxdığını bütün region dövlətlərindən, eyni zamanda, Ermənistan ictimaiyyətinin özündən də gizlədib. Bu, bir daha onu göstərir ki, Ermənistan hakimiyyəti hətta öz xalqına münasibətdə belə səmimi deyil”. Polkovnik Cəlil Xəlilov İranın baş verənlərə biganə münasibətinin də anlaşılan olmadığını vurğulayıb: “Maraqlı məqamlardan biri də İranın baş verənlərə seyrçi münasibət bəsləməsidir. Baxmayaraq ki, Qərbi hər zaman sözdə asıb-kəsən İranın sərhədlərində Avropa dövlətlərinin silahlı hərbçiləri dayanıb. Onları bu sərhədlərə gətirib çıxaran isə Ermənistandır. Araz çayı sahilində Azərbaycana hədə-qorxu gəlmək üçün genişmiqyaslı təlimlər keçirən İranın Ermənistanın etdikləri fonunda sərgilədiyi susqunluq rəsmi Tehranın xarici siyasətindəki əcaiblikdən və məntiqsizlikdən xəbər verir. Bu gerçək bir daha onu göstərir ki, rəsmi Tehran bu gün də dost və düşməni ayırmaqda ciddi səhvlərə yol verir. Hansı ki, bu səhvlərin İran üçün gec-tez böyük problemlərə yol açacağı şübhəsizdir”.

Hamısını oxu
Gədəbəy rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mustafayev və rayon Veteranlar Təşkilatının sədri Məhəmməd Əliyev Qələbənin 75 illiyi” yubiley medalı ilə təltif edilib.

Gədəbəy rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mustafayev və rayon Veteranlar Təşkilatının sədri  Məhəmməd Əliyev veteran hərəkatına göstərdiyi dəstəyə və  rayon veteranlarına göstərdiyi diqqət və qayğıya görə Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin 2019-cu il 13 iyun tarixli Sərəncamı ilə təsis olunan “1941-1945-ci illər Böyük Vətən müharibəsində Qələbənin 75 illiyi” yubiley medalı ilə təltif edilib. Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranlar Təşkilatının sədri general-polkovnik Tofiq Ağahüseynovun göstərişi ilə Təşkilatın hərbi vətənpərvərlik şöbəsinin mütəxəssisi İsmayıl İsmayılov yubiley medalı sahiblərinə təqdim edib. Gədəbəy rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mustafayev və rayon Veteranlar Təşkilatının sədri  Məhəmməd Əliyev "Böyük Vətən müharibəsində Qələbənin 75 illiyi (1945–2020)”  Rusiya Federasiyasının yubiley medalına layiq görüldüyünə görə başda Cənab Prezident İlham Əliyev olmaqla, eləcə də Respublika Veteranlar Təşkilatının sədri General-polkovnik Tofiq Ağahüseynova öz dərin minnətdarlığını bildiriblər.

Hamısını oxu
Azərbaycan Prezidenti: Həmsədr ölkələrinin səfirləri bu məsciddə olublar, niyə məsələ qaldırmayıblar

Bir neçə il bundan əvvəl Minsk qrupunun həmsədr ölkələrinin səfirləri bu məsciddə, burada olublar. Onlar iki dəfə faktaraşdırıcı missiyalar keçiriblər və mənə deyiblər ki, Ağdam məscidində olublar. Niyə məsələ qaldırmayıblar? Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bunu Prezident İlham Əliyev Ağdam məscidinin qarşısında çıxışı zamanı deyib. Dövlət başçısı bildirib: "Biz UNESCO ilə çox sıx əməkdaşlıq edirik. Amma gəlib xristian məbədlərinə baş çəkmək istəsə, buraya gəlsin. Gəlsin və desin vəhşi erməni neyləyib burada. Bir də ki, bir neçə il bundan əvvəl Minsk qrupunun həmsədr ölkələrinin səfirləri bu məsciddə, burada olublar. Onlar iki dəfə faktaraşdırıcı missiyalar keçiriblər və mənə deyiblər ki, Ağdam məscidində olublar. Niyə məsələ qaldırmayıblar? Niyə bu, bəzi Qərb liderlərində narahatlıq yaratmayıb? Deməli, müsəlman məscidlərini təhqir etmək olar, inək, donuz saxlamaq olar, dağıtmaq olar. Belədirsə, belə də desinlər və getsinlər öz ölkələrində problemlərlə məşğul olsunlar, bizim işimizə burunlarını soxmasınlar. Heç kim bizim işimizə qarışmasın. Biz özümüz gəlmişik buraya. Bütün o ölkələrin səylərinə rəğmən gəlmişik, bütün təxribatlara rəğmən gəlmişik, qan tökə-tökə gəlmişik və durmuşuq bizim torpağımızda. Hərə getsin öz işi ilə məşğul olsun. Bizim işimizə qarışmaq istəyənin cavabını vermişik və verəcəyik". Milli.Az

Hamısını oxu
Prezidentin əhalinin sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı sərəncamları veteranlar tərəfindən də rəğbətlə qarşılanıb

Bakı, 23 yanvar, AZƏRTAC Əhalinin maddi rifahının yaxşılaşdırılması və sosial müdafiəsinin gücləndirilməsi məqsədilə Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin “Əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsi haqqında” və “Minimum aylıq əməkhaqqının artırılması haqqında” imzaladığı sərəncamlar ölkə veteranları tərəfindən də rəğbətlə qarşılanıb. Respublika Veteranları Təşkilatından AZƏRTAC-a bildiriblər ki, veteranları məmnun edən başlıca cəhət əhalinin, xüsusilə onun aztəminatlı və sosial müdafiəyə daha çox ehtiyac duyan hissəsi sayılan pensiyaçıların rifah halının ilbəil yüksəldilməsi dövlətimizin başçısının daim diqqət mərkəzində olmasıdır. Bu baxımdan son qərarlar ümumən ölkə ictimaiyyəti tərəfindən razılıqla qarşılanıb. Təşkilata müraciət edən ölkə veteranları Prezident İlham Əliyevin bu humanist addımını yüksək qiymətləndirir, onun əmək pensiyası alan veteranların maddi durumuna müsbət təsir göstərəcəyini xüsusilə vurğulayırlar. Veteranlar, həmçinin bildirirlər ki, bu addım Azərbaycan Prezidenti İlham Əliyevin yaşlı insanların, eləcə də aztəminatlı ailələrin sosial problemlərinin həllinə daim qayğı və diqqətlə yanaşmasının növbəti təzahürüdür. Veteranlar Azərbaycan dövlətinin bütövlükdə ölkə vətəndaşlarının, xüsusilə veteranların sosial-maddi vəziyyətinin yaxşılaşması istiqamətində ardıcıl proqramlar həyata keçirdiyini, cari ildə də bu məsələlərin diqqətdə saxlanacağına əminliklərini ifadə ediblər

Hamısını oxu