Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

SOCAR AQŞ-nin kollektivi 20 Yanvar - Ümumxalq Hüzn Günü ilə əlaqədar Şəhidlər xiyabanını ziyarət edib

Veteran.gov.az xəbər verir ki, SOCAR AQŞ şirkətinin kollektivi 20 Yanvar - Ümumxalq Hüzn Günü ilə əlaqədar Şəhidlər xiyabanını ziyarət edib.

 

SOCAR AQŞ-nin Baş Direktoru Samir Mollayev və şirkətin əməkdaşları Vətənin azadlığı, müstəqilliyi uğrunda şəhid olmuş vətəndaşlarımızın xatirəsini hörmət və ehtiramla yad edib, məzarları üzərinə gül dəstələri qoyublar.

 

Şəhidlərimizin ruhunu dərin ehtiramla anırıq.

 

Mənbə: www.socar-aqs.az

271 baxış

Digər xəbərlər

Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri general-polkovnik Tofiq Ağahüseynov: “Azərbaycan xalqının illərdir gözlədiyi Böyük Qələbənin işartısı görünür.”

“Biz veteranlar Vətənimiz uğrunda döyüşə bu gün də hazırıq və son nəfəsimizə qədər də hazır olacağıq.”Bu gün səhər saatlarında Ermənistan silahlı qüvvələrinin döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan Ordusunun komandanlığı tərəfindən qoşunlarımızın bütün cəbhə boyu əks-hücum əməliyyatı başlaması barədə qərar verilib. Şəxsi heyət və tank bölmələrimiz raket-artilleriya qoşunlarının bölmələri, cəbhə aviasiyası və pilotsuz uçuş aparatlarının dəstəyi ilə Ermənistan silahlı qüvvələrinin ön xətdə və müdafiənin dərinliyində yerləşən xeyli sayda canlı qüvvəsi, hərbi obyektləri və döyüş texnikasını aşkar edərək məhv edirlər. Azərbaycan Ordusu dünyanın ən güclü orduları sırasındadır. Bu gün güclü maddi-texniki baza və müasir silah-sursatla təmin olunan ordumuz məhz Ali Baş Komandan İlham Əliyevin iradəsi və qayğısı sayəsində formalaşıb. Ordumuzu yenilməz edən təkcə silah və texnikanın gücü deyil. Ən yeni raketlərin, güclü silahların, topların, döyüş maşınların ola bilər. Lakin sənin qorxmaz, mərd, cəsur əsgərlərin yoxdursa, məğlub olarsan. Ordumuzun hər bölməsində vətənpərvər, cəsur və mərd oğulların xidmət etdiyinin daim şahidi oluruq. Bizi yenilməz edən "Öncə Vətəndir!" deyən oğullarımızdır. Azərbaycan əsgərinin ən güclü silahı vətənpərvərliyi, Vətən sevgisidir! Silah-texnika düşməndə də var, lakin əsgər həmin əsgər, ürək həmin ürək deyil. Onların əsgərləri silahını döyüş meydanında qoyub qaçır, bizim əsgərlər isə son damla qanına qədər döyüşü davam etdirir.Bu gün də düşmənlə təmas xəttində yerləşən hərbi hissələrimizin vətənpərvər əsgərlərinin göstərdiyi döyüş şücaəti, qətiyyəti, məğrurluğu hər birimizə sevinc hissini yaşadır. Artıq Azərbaycan xalqının illərdir gözlədiyi Böyük Qələbənin işartısı görünür. Körpədən tutmuş, ahıl yaşına çatmış hər kəsdə ruh yüksəkliyi, orduya inam, qələbəyə əminlik hissi möhtəşəm Ordumuzu qələbəyə ruhlandırır. Və hər kəs inanır ki, tez bir zamanda cənab Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ordumuz yağıları doğma torpaqlarımızdan qovacaq, bizə zəfər bayramı yaşadacaq. İndiki həsas məqamda Azərbaycan xalqını, cəmiyyətin hər bir təbəqəsini fikir ayrılıqlarını bir kənara qoyaraq ali baş komandanın, cənab prezident İlham Əliyevin ətrafında sıx birləşməyə çağırıram. Biz birlikdə güclüyük! Mən Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri olaraq çoxsaylı veteranlarımız adından bildirmək istəyirəm ki, biz hər an Möhtərəm cənab Prezident İlham Əliyevin hər bir əmrinə müntəzirik. İşğal altında olan torpaqlarımızın azad olunmasında ölümə getməyə tərəddüd etməyən Veteran ordusu döyüşə hazırdır. Biz veteranlar Vətənimiz uğrunda döyüşə bu gün də hazırıq və son nəfəsimizə qədər də hazır olacağıq.

Hamısını oxu
Lokal antiterror tədbiri mövzusunda şagidlərlə görüş keçirilib

Veteran.gov.az xəbər verir ki, Müharibə  Əmək və Silahlı Qüvvələr Veteranları   Təşkilatın  Gənclərin  vətənpərvərlik tərbiyəsi və ideoloji hazırlığı  şöbəsinin əməkdaşları - şöbə müdiri ehtiyatda olan  polkovnik Adil Haqverdiyev və baş  mütəxəssis Nəbi Hacıyev  25 oktyabr 2023-cü il tarixində Nəsimi rayonunda tədbir təşkil ediblər. Tədbir Nəsimi rayonunda  yerləşən Samir Hacıyev adına 5 № tam orta məktəbdə baş tutub. Lokal antiterror tədbirlərinin uğurla  başa çatmasına həsr olunmuş tədbirdə Nəsimi rayon VT-nın sədri Validə Vəliyeva, 44 günlük Vətən müharibəsi iştirakçıları Elçin Əhmədov, Xəyyam Quluyev, məktəbin direktoru  Nərminə Gündüzlü,tarix müəllimi  Mehparə Sadıqova,təşkilatçı  Zabitə Şirinova , şagird və müəllim kollektivi iştirak ediblər. Tədbiri məktəbin direktoru Nərminə Gündüzlü açıb, qonaqları tədbir iştirakçılarına təqdim edib. Daha sonra Dövlət Himni səsləndirilib, torpaqlarımızın düşmən tapdağından azad olunmağı yolunda canlarından keçmiş şəhidlərimiz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Çıxış üçün söz ehtiyatda olan polkovnik Adil Haqverdiyevə verilib. O, ilk öncə Təşkilatın sədri Böyük Vətən Müharibəsi veteranı Fatma Səttarovanın və sədr müavini, polkovnik Cəlil Xəlilovun salamlarını tədbir iştirakçılarına çatdırıb. Adil Haqverdiyev daha sonra lokal antiterror tədbirlərini zəruri edən amillərə diqqət çəkib: “19 sentyabr 2023-cü ildə lokal xarakterli antiterror 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli  Bəyanatın şərtlərinə əməl olunmadığına görə “Dəmir yumruq “işə düşdü. Ali Baş Komandan İlham Əliyevin əmrini Azərbaycan Ordusunun əsgər və zabit heyəti uğurla yerinə yetirdi.  Tapşırığa və beynəlxalq qanunvericiliyə uyğun olaraq yalnız düşmənin tutduğu hərbi hissələrin mövqeyləri  məhv edildi. Yüksək peşəkarlıq nümayiş etdirən ordumuz dinc əhaliyə və infrastruktura zərər vermədir. Ali Baş Komandan  hər zaman olduğu kimi öz humanistliyini göstərərək Qarabağda yaşayan ermənilərin ölkənin vətəndaşları saydı. Qarabağdakı sadə ermənilərə seçim şansı verildi. Qalan qaldı, gedənlər sərbəst getdilər. Dövlətimizin içərisində dövlət qurmaq xülyasında olanlarsa bu gün müttəhimlər kürsüsündə oturublar”. Adil haqverdiyev çıxışının sonunda şəhidlərə rəhmət diləyib, onların qəhrəmanlığının heç vaxt unudulmayacağını vurğulayıb. Sonra  Mehparə Sadıqova, Zabitə Şirinova, Nəbi Hacıyev çıxış ediblər. Tədbirin sonunda xatirə şəkli çəkilib.  

Hamısını oxu
Veteranlar Heydər Əliyev Mərkəzini ziyarət ediblər

Ulu öndər Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü ilə əlaqədar vaxtilə onun rəhbərliyi ilə çalışan yaşlı nəslin nümayəndələri, Ümummilli Liderin idarəçilik məktəbində yetişmiş dövlət orqanlarının keçmiş yüksək vəzifəli əməkdaşları, həmçinin veteranlar aprelin 25-də Fəxri xiyabana gələrək Ulu Öndərin xatirəsini yad edib, məzarı önünə güllər qoyublar. AZƏRTAC xəbər verir ki, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə gül dəstələri düzülüb. Tədbir Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı tərəfindən təşkil olunub. Sonra Respublika Veteranlar Təşkilatının üzvləri Heydər Əliyev Mərkəzində olublar. Burada veteranlara dünya memarlığının nadir incilərindən sayılan Heydər Əliyev Mərkəzi haqqında məlumat verilib. Bildirilib ki, burada fəaliyyət göstərən Heydər Əliyev Muzeyində ümummilli lider Heydər Əliyevin həyat yolu haqqında maraqlı faktlar foto və videomateriallar vasitəsilə təqdim olunur. Muzeydə toplanan məlumatlar ziyarətçilərə interaktiv formada çatdırılır. Hər bir mövzuya aid materiallar səsli formada həm Azərbaycan, həm də ingilis dilində verilir. video Mərkəzdə yaradılmış Heydər Əliyev Muzeyi veteranların böyük marağına səbəb olub. Onlar muzeyin “Azərbaycanın ictimai-siyasi həyatı”, “Dövlətçilik, irs və nailiyyətlər”, “Fotolarda əks olunmuş həyat” bölmələrində Ulu Öndərin həm sovet dövründə, həm də ölkəmizin müstəqilliyi illərində fəaliyyət konsepsiyasının müxtəlif aspektləri ilə virtual şəkildə məlumatlandırılıblar. Respublika Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov jurnalistlərə müsahibəsində bildirib ki, veteranlar Heydər Əliyev Mərkəzində Ümummilli Liderin qurub-yaratdığı müasir müstəqil Azərbaycanın nailiyyətləri ilə yaxından tanış oldular. Onlar Ulu Öndərin ölkəmizin müstəqilliyin gücləndirilməsində, iqtisadiyyatının yaxşılaşdırılmasında, ordu quruculuğunda fəaliyyətinə xüsusi qiymət verirlər. Bu gün veteranlar Mərkəzdə Heydər Əliyev Muzeyi ilə tanış oldular. Onlar bir daha dahi şəxsiyyət Heydər Əliyevin rəhbərliyi ilə xidmət etdiklərinə görə fəxr etdiklərini bildirdilər, bugünkü inkişaf etmiş Azərbaycana görə onu minnətdarlıq hissi ilə xatırladılar. Çünki ümummilli lider Heydər Əliyevin gördüyü böyük işlər öz nəticələrini verir. Hazırda ölkəmiz dünyanın aparıcı dövlətləri ilə siyasi, iqtisadi, hərbi və digər sahələrdə əlaqələr qurub. Azərbaycanın Silahlı Qüvvələri dünyanın ən güclü orduları sırasındadır. Azərbaycanın iqtisadiyyatı inkişaf edir. Xalqımız bunun bəhrəsini hiss edir. Azərbaycan bu gün bütün sahələrdə böyük uğurlar qazanır. Ulu Öndərin siyasi kursunun layiqli davamçısı Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan regionun qüdrətli dövlətinə çevrilib, dünyanın sürətlə inkişaf edən ölkələri sırasına yüksəlib. Ölkəmizin sosial, iqtisadi tərəqqisi istiqamətində də mühüm addımlar atılır. “Bu gün Prezident İlham Əliyev veteranlara yüksək diqqət və qayğı göstərir, hər il 9 May - Qələbə bayramı ərəfəsində onlarla görüşür. Bu gün veteranların sosial müdafiəsi ilə bağlı məsələlər həllini tapır. Son dövrlərdə bu istiqamətdə müvafiq fərmanlar və sərəncamlar imzalanıb. Bu da Azərbaycan veteranlarının və geniş ictimaiyyətin böyük sevincinə səbəb olub. Çünki həmin sənədlər bütün kateqoriyadan olan veteranlara və əlillərə şamil olunub. Veteranlarımız da əzmlə çalışaraq Azərbaycan ictimai-siyasi həyatında fəal şəkildə iştirak edir, Prezidentin apardığı daxili və xarici siyasəti daim dəstəkləyirlər”, - deyə Cəlil Xəlilov vurğulayıb.

Hamısını oxu
Prezident İsmayıllıda modul tipli xəstəxananın açılışında

İyulun 29-da İsmayıllıda koronaviruslu xəstələrin müalicəsi üçün nəzərdə tutulan modul tipli xəstəxananın açılışı olub.  AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev açılışda iştirak edib.  

Hamısını oxu