Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Rəyasət Heyətinin açıq iclası keçirilib

Veteran.gov.az xəbər verir ki, bu gün Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Rəyasət Heyətinin açıq iclası keçirilib.

İclası giriş sözü ilə açan Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov, son aylar Təşkilatın gördüyü işlərlə bağlı Rəaysət Heyəti üzvlərinə ətraflı məlumat verib.

Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri Fatma Səttarova çıxışında  Rəyasət Heyəti üzvlərinin, o cümlədən digər veteranların Təşkilatın fəaliyyətində aktiv iştirak etdiyini, məhz onların fədakarlığı sayəsində çoxsaylı tədbir və layihələrin həyata keçirildiyini qeyd edib, əməklərinə görə onlara təşəkkürünü bildirib.

Daha sonra Rəyasət Heyəti tərəfindən gündəlikdə duran məsələlər müzakirə edilib, görülən işlərin təhlili ilə yanaşı, yaxın gələcəkdə həyata keçirilməsi nəzərdə tutulan işlərdən bəhs olunub. Rəyasət Heyətinin iclasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının 35 illik yubileyi münasibəti ilə keçiriləcək tədbir və layihələrlə bağlı da fikir mübadiləsi aparılıb.

 

2022-03-31 13:36:00
392 baxış

Digər xəbərlər

Dövlətimizin veteranlara göstərdiyi diqqət və qayğı qarşıya qoyulan bütün vəzifələrin öhdəsindən gəlməyə imkan verir

Yanvarın 16-da Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranlar Təşkilatının Rəyasət Heyətinin iclası keçirilib. Prezidentin köməkçisi Hikmət Hacıyevin də iştirak etdiyi iclasda Respublika Veteranlar Təşkilatının sədri, general-polkovnik Tofiq Ağahüseynov səhhəti ilə əlaqədar vəzifədən azad edilib. Rəyasət Heyəti üzvlərinin yekdilliklə qəbul etdikləri qərara əsasən, İkinci Dünya müharibəsi veteranı, Prezident təqaüdçüsü Fatma Səttarova Respublika Veteranlar Təşkilatının sədri vəzifəsinə seçilib. AZƏRTAC xəbər verir ki, Təşkilatın sədr müavini, polkovnik Cəlil Xəlilov qurumun qarşısına qoyulan vəzifələrdən və məqsədlərdən danışıb. O bildirib ki, dövlətin veteranlara göstərdiyi dəstək, diqqət və qayğı qarşıya qoyduğumuz bütün vəzifələrin öhdəsindən gəlməyə imkan verir. Rəyasət Heyətinin iclasında görülən işlərlə yanaşı, gələcək fəaliyyətlərdən də ətraflı bəhs edilib: “Prezidentin köməkçisinin gələcək fəaliyyətimizlə bağlı verdiyi dəyərli tövsiyələr, səsləndirdiyi fikirlər təşkilatımız üçün əlavə məsuliyyət deməkdir. Biz qarşıdakı fəaliyyətimizdə bunlardan faydalanacaq, hər addımımızda bu tövsiyələri rəhbər tutacağıq”. C.Xəlilov bildirib ki, Respublika Veteranlar Təşkilatının bu illə bağlı ciddi plan və proqramları mövcuddur. Bura veteranlarla əlaqəni intensivləşdirmək, onların bilik və bacarığından cəmiyyətimizin maksimum faydalanmasını təmin etmək, dövlətimizin siyasətinin müxtəlif platformalarda daha səmərəli müdafiəsini həyata keçirmək, Vətən müharibəsində böyük igidliklərə imza atan qəhrəmanlarımızı ictimaiyyətə yaxından tanıtmaq, digər təşkilat və qurumlarla əməkdaşlığı daha da inkişaf etdirmək daxildir. “Veteranlarımız Prezident İlham Əliyevin hərtərəfli diqqət və qayğısı ilə əhatə olunub. Dövlətimizin veteranlara göstərdiyi diqqət bütün dünya üçün nümunədir. Məhz dövlətimizin bizə verdiyi bu dəstək qarşıya qoyduğumuz vəzifələrin öhdəsindən gəlməyə imkan verir. Hər kəs əmin ola bilər ki, veteranlarımız hər zaman olduğu kimi, bundan sonra da dövlətimizin mənafeyini, ölkə başçısının siyasətini qətiyyətlə dəstəkləyəcək, xalqımızın mili maraqlarının təmini məsələsində fədakarlıq göstərəcək”, - deyə C.Xəlilov vurğulayıb.

Hamısını oxu
Baş verənlər göstərdi ki, Ermənistan sülh deyil, terror haqqında fikirləşir

Martın 5-də ermənilərin Xankəndi-Xəlfəli-Turşsu yolunda törətdiyi təxribat rəsmi İrəvanın sülh niyyətindən uzaq olduğunu göstərir. Bu sözləri AZƏRTAC-a açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov deyib. Polkovnik bildirib ki, məlum insident bütün qanunsuz silahlı dəstələrin Azərbaycan torpaqlarından çıxarılmasının nə qədər vacib olduğunu bir daha göstərdi. Martın 5-də öz xidməti tapşırıqlarını icra edən hərbçilərimizə qarşı erməni tərəfinin atəş açması və nəticədə ordumuzun iki hərbçisinin şəhid olması Ermənistanın bu gün də öz təxribatçılıq əməllərindən, məkirli niyyətlərindən əl çəkmədiyini göstərir. Bu fakt həm də onu sübut edir ki, Azərbaycan ərazilərindən erməni silahlı dəstələrinin çıxarılması son dərəcə vacibdir və rəsmi Bakının bu günə qədərki narahatlığı heç də əbəs olmayıb. Bundan başqa, bu təxribat sübut etdi ki, həqiqətən də Ermənistandan Rusiya sülhməramlılarının nəzarətində olan ərazilərə - erməni separatçılarına silah-sursat, mina və digər hərbi ləvazimatlar daşınır. Yəni Ermənistan tərəfi 2020-ci ilin 10 noyabr tarixində imzalanan üçtərəfli Bəyanatın şərtlərini açıq şəkildə pozur, imzaladığı Bəyanatın şərtlərini yerinə yetirməkdən nümayişkaranə surətdə imtina edir. Bu isə Azərbaycan tərəfini adekvat, öz suveren ərazisində təhlükəsizliyin təmini üçün ciddi addımlar atmaq məcburiyyəti qarşısında qoyur. Polkovnik qeyd edib ki, Rusiya sülhməramlıları qanunsuz erməni silahlı birləşmələrinin Azərbaycan torpaqlarından çıxarılmasını təmin etməli, erməni təxribatlarına qarşı sərt mövqe nümayiş etdirməlidir. “5 mart təxribatı bölgədəki Rusiya sülhməramlılarının da məsuliyyətini artırır. Çünki 10 noyabr Bəyanatına görə erməni silahlı dəstələrinin Azərbaycan ərazisindən çıxarılmasını məhz Rusiya sülhməramlıları təmin etməlidir. Rusiya sülhməramlıları üzərilərinə götürdükləri bu öhdəliyin yerinə yetirilməsi istiqamətində ciddi addımlar atmalı, erməni təxribatlarına qarşı sərt mövqe ortaya qoymalıdır. Bu baş verməsə, dövlətimiz erməni təxribatlarının qarşısını almaq, bölgədə təhlükəsizliyi təmin etmək üçün bütün gərəkli addımları atacaq, erməni faşizminin başını bir daha əzəcək”, - deyə Cəlil Xəlilov bildirib.

Hamısını oxu
General-polkovnik Tofiq Ağahüseynov 245 müharibə veteranına ərzaq yardım paketlərinin paylanılmasına dair tapşırıq verib.

Koronavirus (COVID-19) infeksiyasının Azərbaycanda yayılmasının qarşısının alınması məqsədilə ölkə rəhbərliyi tərəfindən reallaşdırılan genişmiqyaslı tədbirlərin bir hissəsi olaraq Azərbaycan Respuplikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranlar Təşkilatının sədri General-polkovnik Tofiq Ağahüseynov şəxsi təşəbbüsü ilə 245 nəfər müharibə veteranına ərzaq yardım paketlərinin paylanılmasına dair tapşırıq vermişdir. Aksiyanın keçirilməsinin məqsədi koronavirusun yayıldığı dövrdə yaşayışında çətinlik yaranan və ehtiyacı olan qocaman veteranlarımıza dəstək göstərməkdir. General-polkovnik Tofiq Ağahüseynov "Evdə qal, həyatları xilas et!" çağırışı ilə müraciət edərək başda veteranlar olmaqla, əhalini vətəndaş məsuliyyəti nümayiş etdirməyə, Nazirlər Kabineti yanında Operativ Qərargahın tövsiyə və tələblərinə ciddi riayət etməyi tövsiyyə edir. Azərbaycan Respuplikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranlar Təşkilatının sədri General-polkovnik Tofiq Ağahüseynovun veteranlara müraciət məktubunu sizlərə təqdim edirik. “Əziz veteran dostlarımız, bu çətin zamanda mən Sizə möhkəm can sağlığı və sakit həyat arzulayıram. Cənab Prezidentimiz hər birimizin vətən qarşısındakı xidmətlərini bilir və hər zaman yüksək qiymətləndirir. Onun köməyi və dəstəyi ilə biz bu çətin dövrü də arxada qoyacağıq. Özünüzü və yaxınlarınızı qoruyun! Ruhdan düşməyin! Koronavirus pandemiyasının bütün dünyanı bürüdüyü bir vaxtda Prezidentimiz İlham Əliyev cənabları tərəfindən atılmış qabaqlayıcı addımlar nəticəsində ölkəmiz bu bəladan cüzi itkilərlə çıxmaq üzrədir.Yaddan çıxarmayın ki, biz  birlikdə bundan da çətin vaxtlardan qalıb çıxmışıq! Siz hər zaman bizim qəlbimizdəsiniz! Biz Sizi hər zaman xatırlayırıq və çox sevirik! “   Məlumat üçün qeyd edək ki, nəzərdə tutulmuş yardım aksiyası Azərbaycan Respuplikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranlar Təşkilatının sədri General-polkovnik Tofiq Ağahüseynovun tapşırığı ilə bu gündən Təşkilatın Gənclərin Vətənpərvərlik şöbəsinin mütəxəssisi İsmayıl İsmayılov və Təşkilatın Mətbuat şöbəsinin əməkdaşı Şəhla Qarayevanın iştirakı ilə başladılıb.  

Hamısını oxu
Cəlil Xəlilov: Prezident İlham Əliyevin müharibə dövründə mediaya verdiyi açıqlamalar bu mübarizədə həlledici rol oynayıb

Dövlətimiz 44 günlük Vətən müharibəsində informasiya cəbhəsində də düşmənə qarşı uğurla mübarizə aparıb. Bunu AZƏRTAC-a müsahibəsində Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, hərbi-siyasi ekspert, polkovnik Cəlil Xəlilov deyib. Qeyd edib ki, məhz jurnalistlərimizin, hərbi-siyasi ekspertlərimizin, diplomatlarımızın media müstəvisində apardığı mübarizə informasiya məkanında erməni təxribatlarının ifşasına imkan verib: “44 günlük Vətən müharibəsində Azərbaycan yalnız ön cəbhədə deyil, bütün müstəvilərdə düşmənə qarşı müvəffəqiyyətlə mübarizə aparıb, erməni yalanlarını, rəsmi İrəvanın informasiya məkanında həyata keçirməyə çalışdığı təxribatları ifşa edib. Bu məsələdə jurnalistlərimiz böyük səy və fədakarlıq göstəriblər. Hərbi-siyasi ekspertlərimiz, diplomatlarımız, müxtəlif qurum və təşkilatlar Azərbaycan həqiqətlərinin təbliği, erməni vəhşiliklərinin dünyaya çatdırılması istiqamətində böyük səy ortaya qoyublar. Lakin bu müstəvidə də ən böyük rolu Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev oynadı”. Cəlil Xəlilov bildirib ki, dövlət başçımızın Vətən müharibəsinin gedişində 30-a yaxın xarici media qurumuna verdiyi müsahibələr, erməni yalanlarını faktlarla, konkret arqumentlərlə ifşa etməsi beynəlxalq ictimaiyyətin, dünya xalqlarının əsl həqiqətdən xəbər tutmasını, Azərbaycanın haqq işinə dəstək verməsini təmin edib. Prezident Vətən müharibəsi dövründə mətbuata verdiyi açıqlamalarda sadəcə erməni faşizminin deyil, işğalçı Ermənistana havadarlıq edən, onlara dəstək verən qüvvələri də ifşa edib. “Dövlətimizin media müstəvisində həyata keçirdiyi mübarizədə Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin də əməyini xüsusi qeyd etmək lazımdır. O, həm müharibə, həm də post-müharibə dönəmində erməni cinayətlərinin ifşasında mühüm rol oynayıb, bu istiqamətdə çox ciddi addımlar atıb. Ermənistan ordusunun raket zərbələrinə məruz qoyduğu şəhərlərə Hikmət Hacıyevin rəhbərliyi ilə edilən səfərlər, xarici diplomatların bu səfərlərə cəlb edilməsi dünya ictimaiyyətinin erməni faşizminin əsl üzünü görməsini təmin etdi”, – deyə C.Xəlilov vurğulayıb. Sədr müavini jurnalistlərimizin ön və arxa cəbhədəki əməyinə də diqqət çəkib: “Vətən müharibəsində jurnalistlərimiz həm ön, həm də arxa cəbhədə böyük fədakarlıqlar göstəriblər. Onlar müharibənin ən qaynar nöqtələrindən reportajlar hazırlayır, vətəndaşların informasiyaya olan ehtiyacını çevik şəkildə qarşılayırdılar. Media nümayəndələri, həmçinin müharibədən sonra da ermənilərin vaxtı ilə işğal altında saxladıqları ərazilərimizdə törətdikləri vəhşiliklərin ifşa edilməsində və vəhşiliklərin dünya ictimaiyyətinə çatdırılmasında həlledici rol oynayıblar. İki jurnalistimiz - Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) müxbiri Məhərrəm İbrahimov və “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin operatoru Sirac Abışov işğaldan azad edilən ərazilərdə xidməti vəzifələri icra edən zaman mina terroru nəticəsində şəhid olublar. Bütün bu faktlar jurnalistlərimizin müharibə və post-müharibə dövründə öz vəzifələrini necə böyük cəsarət və qəhrəmanlıqla həyata keçirdiyini göstərir”.

Hamısını oxu