Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Polkovnik Adil Haqverdiyev “Böyük Zəfər Medalı” ilə təltif edilib

Veteran.gov.az xəbər verir ki, Müahribə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Gənclərin vətənpərvərlik tərbiyəsi və ideoloji hazırlığı şöbəsinin müdiri, polkovnik Adil Haqverdiyev “Böyük Zəfər Medalı” ilə təltif edilib.

Birinci Qarabağ müharibəsi veteranı Adil Haqverdiyev respublikamızın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirakına, habelə gənclərin vətənpərvərlik tərbiyəsindəki xidmətlərinə görə “Böyük Zəfər Medalı”na layiq görülüb.

Məlumat üçün qeyd edək ki, polkovnik Adil Haqverdiyev bugünə qədər müxtəlif dövlət qurumları, o cümlədən vətəndaş cəmiyyəti institutları tərəfindən çoxsaylı orden və medallarla təltif olunub.

 

 

2023-01-05 10:40:00
819 baxış

Digər xəbərlər

Mehriban Əliyeva tapşırıq verdi

Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Vətən müharibəsi memorial kompleksi və Zəfər muzeyinin məzmununun hazırlanması ilə bağlı onlayn görüş keçirilib. Nazirlikdən Axar.az-a verilən məlumata görə, görüşdə çıxış edən mədəniyyət nazirinin müavini Sevda Məmmədəliyeva Bakı şəhərində Vətən müharibəsi memorial kompleksi və Zəfər muzeyinin yaradılması haqqında Azərbaycan Respublikası Prezidentinin 3 dekabr 2020-ci il tarixli 2316 nömrəli sərəncamının icrası ilə bağlı nazirlik tərəfindən görülən işlər barədə məlumat verib. Eyni zamanda görüşdə qeyd olunub ki, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın tapşırığına əsasən Zəfər muzeyinin məzmununun hazırlanması və bununla bağlı İşçi qrupunun yaradılması Mədəniyyət Nazirliyinə həvalə edilib. Qısa müddət ərzində tərtib edilmiş Vətən müharibəsi memorial kompleksi və Zəfər muzeyinin konsepsiyası barədə görüş iştirakçıları arasında ilkin müzakirələr və fikir mübadiləsi aparılıb. Həmçinin, Vətən müharibəsi memorial kompleksinin və Zəfər muzeyinin qurulması məqsədilə məzmun materiallarının toplanması üzrə Tədbirlər Planının ilkin layihəsi də görüşdə müzakirə edilib. Bu yaxınlarda Mədəniyyət Nazirliyin nəzdində yaradılacaq daxili İşçi qrupunun görüşlərinin daha geniş tərkibdə keçirilməsi nəzərdə tutulur.

Hamısını oxu
İkinci Dünya müharibəsi iştirakçısı Tofiq Hüseynov vəfat edib

101 yaşlı müharibə veteranı Tofiq Hüseynov vəfat edib.  Hüseynov Tofiq Paşa oğlu 1922-ci ilin fevral ayında Gəncə şəhərində anadan olub. 1941-ci ildə 18 yaşında ikən Qori şəhərində hərbi təlimlərə qatılıb, Kazak polkunun 45-ci qvardiyasında süvari kimi xidmətə başlayıb. Avropanın 4 ölkəsində onlarla şəhərin alman işğalçılarından azad olunmasında xüsusi igidlik göstərib. Tofiq Hüseynov xidməti dövründə 20 medalla təltif olunub. Uzun müddət Gəncə Şəhər Mərkəzi Mədəniyyət Evinin direktoru, Uşaq Yaradıcılıq Mərkəzinin rəhbəri vəzifələrində çalışıb. Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı Tofiq Hüseynovun vəfatından kədərləndiyini bildirir, mərhumun yaxınların dərin hüznlə başsağlığı verir. Allah rəhmət eləsin!      

Hamısını oxu
Respublika Veteranlar Təşkilatının sədri qazilərlə görüşüb.

Bu gün Respublika Veteranlar Təşkilatının sədri Fatma Səttarova 44 günlük Vətən müharibəsində iştirak edən bir qrup qazi ilə görüş keçirib.   Respublika Veteranlar Təşkilatında baş tutan görüşdə gənclərimizin Vətən müharibəsində göstərdiyi qəhrəmanlığa diqqət çəkən Respublika Veteranlar Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov, 44 günlük Vətən müharibəsinin Azərbaycanın son 200 illik tarixində əlahiddə yer tutduğunu, bu müharibə nəticəsində ərazi bütövlüyümüzün bərpa edildiyini, Qarabağın 30 illik işğaldan azad edildiyini vurğulayıb. Polkovnik bildirib ki, Azərbaycan ordusunun 44 gün ərzində ortaya qoyduğu sürətli hücum əməliyyatı, müasir hərbi texnologiyanın effektiv tətbiqi, düşmənin möhkəmləndirilmiş müdafiə sədlərinin qısa zamanda yarılması dünyanın hərbi baxımdan ən çox inkişaf etmiş dövlətlərini belə heyrətləndirməkdədir.   Polkovnik gənc qaziləri bundan sonra da ölkə başçısının siyasətini, çağırışlarını qətiyyətlə dəstəkləməyə səsləyib.   Respublika Veteranlar Təşkilatının sədri Fatma Səttarova da çıxışında ordumuzun şanlı qalibiyyətindən, bu qalibiyyətin əhəmiyyətindən ətraflı danışıb, onun hərbi-siyasi və tarixi önəminə toxunub. Gəncliyin bundan sonra da vətənimizin keşiyində məhz bu cür dayanmalı olduğunu vurğulayan Fatma Səttarova, Ali Baş Komandanın hərbçilərə, şəhid ailələri və qazilərə dəstəyini də yüksək qiymətləndirib. 44 günlük Vətən müharibəsində Azərbaycan ordusunun düşmənə diz çökdürdüyünü bildirən Fatma Səttarova, Azərbaycan əsgəri ilə fəxr etdiyini söyləyib.   Daha sonra çıxış edən Respublika Veteranlar Təşkilatlarının şöbə müdirləri 44 günlük Vətən müharibəsində Azərbaycan ordusunun şanlı qalibiyyətindən danışıb, ölkə başçısının müharibə veteranlarına, qazi və şəhid  ailələrinə diqqətini yüksək qiymətləndirib.   Respublika Veteranlar Təşkilatının mətbuat xidməti

Hamısını oxu
“8 Noyabr zəfəri ordumuzun qüdrətinin, xalqımızın mübarizə əzminin təsdiqi və təntənəsidir”

Səmyar Abdullayev: “Azərbaycan bu zəfərlə özünü dövlət və xalq olaraq bir daha isbatlamış oldu”   Bu gün 8 noyabr – Zəfər Gününün birinci ildönümüdür.   Azərbaycan Gözdən Əlillər Cəmiyyətinin sədri Səmyar Abdullayevlə söhbətimizdə bu tarixi günlə bağlı bəzi məqamları şərh etməyə çalışdıq:   -Səmyar bəy, bu gün 8 Noyabr – Zəfər Gününün birinci ildönümüdür. Öncə bu tarixi günlə bağlı fikirlərinizi bilmək istərdik.   -8 noyabr tarixi Zəfər Günü, Zəfər Bayramıdır. 8 Noyabr zəfəri hər şeydən öncə ordumuzun qüdrətinin, xalqımızın mübarizə əzminin təsdiqi və təntənəsidir. Çünki məhz bu tarixdə ordumuz Azərbaycanın qədim mədəniyyət şəhəri olan, hərbi baxımdan mühüm srateji əhəmiyyətə malik olan Şuşa şəhərini düşməndən azad etdi. Şuşanın erməni işğalından azad edilməsi ordumuzun Vətən müharibəsində əldə etdiyi qələbələrin zirvəsi oldu. Bu uğur Ermənistan ordusunun inamını sarsıtdı, onu sonuncu ümiddən də məhrum etdi. Erməni ordusu Şuşanı itirməklə başa düşdü ki, Azərbaycan ordusunun qarşısını ala, onun uğurlu hücum əməliyyatlarını önləyə bilməyəcək. Elə bu səbəbdən də 8 Noyabr zəfərindən iki gün sonra-10 noyabr tarixində Ermənistan dövləti kapitulyasiya bəyanatını imzalamağa məcbur oldu. Bununla da 44 günlük Vətən müharibəsi Azərbaycan Silahlı Qüvvəlıərinin tam qələbəsi ilə başa çatdı. Ermənistan tərəfi digər yaşayış məntəqələrini döyüşsüz təhvil verməyə hazır olduğunu bəyan etdi. Beləliklə Azərbaycan dövlətinin ərazi bütövlüyü təmin olundu.   -Zəfər Günü Azərbaycan ordusunun gücü ilə yanaşı, daha hansı həqiqətləri ortaya çıxardı?   -Azərbaycan ordusunun qələbəsi sadəcə dövlətimizin hərbi qüdrətini göstərmədi. Bu qələbə həm də Azərbaycanın  iqtisadi qüdrətini ortaya qoydu. Müharibənin gedişatı sübut etdi ki, Azərbaycan nəinki qısamüddətli, həm də  uzunmüddətli müharibə aparmağa qadirdir və bunun üçün bütün gərəkli potensiala sahibdir. Ordumuzun müharibə ərzində texniki təchizatının yüksək səviyyədə təmin edilməsi, istər müharibə dönəmində, istərsə də post-müharibə zamanı yaralı qazilərimizin müalicəsinin effektiv şəkildə təmini, sosial layihələrin heç bir istisna olmadan tam şəkildə həyata keçirilməsi, müharibənin gedişatında işğaldan azad edilən ərazilərin elektrik enerjisi və digər zəruri infrastrukturla təchizatının uğurlu şəkildə gerçəkləşdirilməsi və s. kimi amillər buna nümunədir.   Müharibədən dərhal sonra Qarabağda böyük iqtisadi layihələrin həyata keçirilməsi, regional miqyaslı proyektlərin gerçəkləşdirilməsi bir daha Azərbaycanın iqtisadi gücünün böyüklüyündən, onun böyük maliyyə vəsaiti tələb edən müharibə və digər böhranlara davamlılığını göstərdi. Bu baxımdan Vətən müharibəsi Azərbaycanın hərbi müstəvidə olduğu kimi, iqtisadi müstəvidə də Ermənistanı müqayisəedilməz dərəcədə üstələdiyini göstərdi.   -Səmyar bəy, Vətən müharibəsi xalq-ordu və xalq-dövlət həmrəyliyi baxımından hansı özəlliklərlə yadda qaldı?   -Vətən müharibəsi ölkə daxilindəki münasibətlər sisteminin nə qədər sağlam və milli maraqlar əsasında formalaşdığını praktiki olaraq sübut etdi. Müharibənin elə ilk saatından ordu və dövlətlə tam həmrəylik sərgiləyən Azərbaycan xalqı, bütün imkanları ilə orduya böyük dəstək verdi ki, bu dəstək düşmən üzərində tarixi qələbəni tezləşdirdi. Müharibənin ilk günlərindən minlərlə vətəndaşımız könüllü şəkildə orduya qatılmaq üçün əlaqədar dövlət qurumlarına müraciətlər ünvanladı. Dövlət qurumları ilə yanaşı, özəl müəssiələr, şirkətlər, iş adamları, hətta adi vətəndaşlar belə cəbhəyə yardımlar göndərir, müxtəlif məsələlərdə öz köməkliklərini təklif edirdilər. Öz pensiyasını, əmək haqqını, sonuncu qəpiyini belə orduya göndərən insnlar oldu ki, bu da Azərbaycan xalqının öz əsgərinə, öz zabitinə, öz ordusuna müansibətini, sevgi və ehtiramını göstərirdi. Bu, həm də onu göstərirdi ki, Azərbaycan xalqı qələbə əldə etmək üçün hər cür fədakarlığa hazırdır.   Azərbaycan xalqı Vətən müharibəsi dönəmində dövlətlə də sıx həmrəylik sərgilədi. Bütün siyasi partiyalar ölkə başçısını dəstəkləyən bəyanatla çıxış etdi. Ali Baş Komandanın hər bir çağırışını qətiyyətlə dəstəkləyən Azərbaycan xalqı göstərdi ki, o öz liderinə, öz sərkərdəsinə inanır və bu mübarizədə ona hər cür dəstək göstərməyə hazırdır. Təsadüfi deyil ki, ölkə başçısı post-müharibə dönəmindəki çıxışlarında dəfələrlə Azərbaycan xalqının ona göstərdiyi etimada toxunmuş, bu etimadı yüksək qiymətləndirərək bildirmişdir ki, məhz xalqın dəstəyi sayəsində Azərbaycan dövləti bu böyük qələbəyə nail ola bildi.   Bir sözlə, Vətən müharibəsi xalq-ordu və xalq-dövlət münasibətlərinin nə qədər sağlam olduğunu, bu münasibətin milli maraqlarımızın qorunması baxımından nə dərəcədə önəmli olduğunu sübut etdi.   -Səmyar bəy, bu tarixi zəfər ərazi bütövlüyümüzü təmin etməklə yanaşı, sizcə daha hansı uğurlara  yolumuzu açmış oldu?   -Təbii ki, 8 Noyabr zəfəri erməni işğalına son qoymaqla yanaşı, ilk növbədə qürurumuzu, özümüzə və gücümüzə olan inamımızı bərpa etdi. Bu qələbə sayəsində cəmiyyətdə milli ruh və mübarizə əzmi daha da yüksəldi.   8 noyabr zəfəri hər şeydən öncə dövlətimizin beynəlxalq aləmdəki nüfuzunu daha da artırdı. Dünya dövlətlərinə məlum oldu ki, Azərbaycan iqtisadi baxımdan olduğu kimi, hərbi baxımdan da regional gücdür və bu güc hər cür təhdid və təcavüzü dəf etməyə qadirdir.   Erməni faşizmi üzərində qələbə ölkəmizin iqtisadi inkişafı üçün də geniş perspektivlər açdı. Təkcə bir faktı qeyd edim ki, Qarabağda kənd təsərrüfatı üçün yararlı olan torpaqların sahəsi min hektarlarla ölçülür ki, bu da kifayət qədər böyük göstəricidir. Artıq işğaldan azad edilən bir sıra rayonlarımızda müxtəlif müəssisələrin əsası qoyulub ki, bu da yaxın illərdə həmin bölgələrin inkişafında müstəsna rol oynayacaq. Qarabağın iqtisadi inkişafı ümumilikdə ölkmizin iqtisadi inkişafına təkan verəcək.   Azərbaycanın Vətən müharibəsindəki qalibiyyəti regionda nəqliyyat infrastrukturunun inkişafı üçün də əlverişli zəmin formalaşdırıb. Artıq Füzulidə beynəlxalq hava imanı istifadəyə verilib ki, bu da çox böyük iqtisadi əhəmiyyətə malikdir. İşğaldan azad edilmiş ərazilərdə yeni hava limanlarının inşası istiqamətində atılan addılar, habelə Zəngəzur dəhlizinin açılması yönündə gerçkləşdirilən cəhdlər bu sahədə də böyük inkişaf və tərəqqidən xəbər verir.   Əgər Ermənistan gələcəkdə xam xəyallara qapılmazsa, Azərbaycanın sülh səylərini dəstəkləyərsə, o zaman gələcəkdə bu inkişafdan bütün region dövlətləri faydala bilər.   Bir sözlə, 8 Noyabr zəfəri xalqımızın, dövlətimizin həyatında yeni bir səhifə açdı. Hansı ki, bu səhifə əsrlər sonra da tariximizin qızıl səhifəsi kimi qürurla xatırlanacaq və iftixar hissi ilə yad ediləcəkdir.   Seymur ƏLİYEV

Hamısını oxu