Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

“Ermənistan Azərbaycan qarşısında nə hərbi, nə siyasi, nə də digər müstəvidə üstünlük əldə edə bilməyəcək”

Cəlil Xəlilov: “Ordumuz istənilən təxribatı dəf etməyə qadirdir”

“Aprelin 11-də Ermənistanın ordumuzun Laçındakı mövqelərini atəşə tutması və nəticədə üç hərbçimizin şəhid olması rəsmi İrəvanın təxribatlardan əl çəkmədiyini göstərir”.

Bunu saytımıza açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteraları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov bildirib. Polkovnik qeyd edib ki, Ermənistan hakimiyyətinin bundan öncə səsləndirdiyi əsassız iddilar, sülh müqaviləsinin imzalanmasını süni şəkildə yubatması İrəvanın təxribatlara hazırlaşdığını göstərirdi:

“44 günlük Vətən müharibəsi iki ildən çoxdur ki, başa çatsa da, Ermənistan sülh müqaviləsinin imzalanmasını süni şəkildə ləngidir, siyasi müstəvidə təxribatçı bəyanatlarla çıxış edirdi. Aprelin 11-də baş verən silahlı toqquşma göstərdi ki, İrəvanın sülh müqaviləsi imzalamaq niyyəti yoxdu və Ermənistan postmüharibə dönəminin reallıqlarını bu cür təxribatlarla dəyişməyə çalışır.

Diqqət çəkən digər bir məqam ermənilərin hərbi təxribatlarının Avropa İttifaqının missiyasının Ermənistana gəlişindən sonra artmasıdır. Görünən budur ki, Ermənistan Avropa İttifaqı missiyasının bölgəyə gəlişindən sonra cəsarətlənib və bunu öz iddialarını gerçəkləşdirmək üçün fürsət  hesab edir. Ancaq Ermənistan bilməlidir ki, kimə güvənməyindən, hansı güclər tərəfindən imayə olunmasına baxmayaraq heç vaxt öz əsassız iddialarını təmin edə, Azərbaycan qarşısında nə hərbi, nə siyasi, nə də digər müstəvidə üstünlük əldə edə bilməyəcək”.

Polkovnik bildiirb ki, Azərbaycan Ordusu şəhid olan hərbçilərinin intiqamını alıb və bundan sonra da bu cür təxribatlara sərt qarşılıq verəcək:

“Azərbaycan Ordusu erməni təxribatına layiqli cavab verib, şəhid olan hərbi qulluqçularımızın qisasını alıb. Ermənistanın rəsmi dairələrinin özünün etirafına görə döyüşlərdə 4 erməni məhv edilib, xeyli sayda əsgər yaralanıb. Azərbaycan əsgərləri düşmənin bütün atəş nöqtələrini uğurla susdurub. Bu, dövlərimizin, ordumuzun erməni təxribatlarına qarşı ayıq-sayıq olduğunu, bu cür təxriabatların qarşısını qətiyyətlə aldığını göstərir.

Allahdan şəhid olan hərbçilərimizə rəhmət diləyir, ordumuza uğurlar arzulayıram. Bütün Azərbaycan xalqı kimi, veteranlar da Azərbaycan Ordusunun yanındadır və bundan sonra da hərbçilərimizin yanında olmaqda davam edəcək”.

 

 

2023-04-12 11:04:51
158 baxış

Digər xəbərlər

Ulu öndərin Anım Gününə həsr olunmuş tədbir keçirilib

Cəlilabad Rayon Veteranlar Təşkilatı Ulu  Öndər Heydər Əliyevin anım günü ilə əlqədar tədbir keçirib. Tədbir iştirakçıları Vetetanlar evində  Cəlilabad rayon Dövlət Rəsm Qaleriyasının təşkil etdiyi  Ulu Öndərə həsr olunan rəsm sərgisi ilə tanış olublar. Tədbirdən öncə ümummilli lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla  ehtiramla anılıb. Rayon Veteranlar Təşkilatının sədri Ədalət Salman tədbiri giriş sözü ilə açdıqdan sonra sözü nəhəng ictimai-siyasi xadim Heydər Əliyevin həyat və fəaliyyəti haqqında məruzə etmək üçün Göytəpə şəhər tam orta məktəbin tarix müəllimi Firudin Zeynalova verib. Dahi şəxsiyyətin ictimai-siyasi xidmətlərini dolğun əks etdirən məruzə tədbir iştirakçıları tərəfindən  maraqla qarşılanıb. "Qarabağ qaziləri" İctimai birliyinin rayon bölməsinin sədri Maşalla Əliyev, Rayon Ağsaqqallar Şurasının sədri Ədalət Əsgərov, Azərbaycan Yazıçılar Birliyinin üzvü Əfrahim Abbas, Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin Cəlilabad rayon nümayəndəsi Cavidan Rəşidov, "Gənc qazilər"İctimai birliyinin sədri Vüsal Muradzadə, Qarabağ müharibəsi iştirakçıları Aqil Məzərov, Paşa Əliyev, Qurban Əhməd, hərbçi mayor Elşən Abasov və başqaları çıxış edərək ümumxalq məhəbbəti qazanmış nadir tarixi şəxsiyyət Heydər Əliyev haqqında öz ürək sözlərini söyləyib və xüsusi olaraq vurğulayıblar ki, Ulu Öndərin unudulmaz xatirəsi həmişə qəlbimizdə yaşayacaqdır.

Hamısını oxu
Prezidentin Mətbuat Xidmətinin məlumatı

Noyabrın 30-da Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib. Türkiyə Prezidenti helikopter qəzası nəticəsində hərbi qulluqçuların həlak olması ilə bağlı dövlətimizin başçısına başsağlığı verib, həlak olanların ailə üzvlərinə səbir diləyib və yaralıların tezliklə sağalmasını arzulayıb. Azərbaycan Prezidenti başsağlığına görə Türkiyə Prezidentinə minnətdarlığını bildirib.

Hamısını oxu
Cəlilabadda Vətən müharibəsi şəhidinin adını daşıyan küçənin açılışı olub

Cəlilabad rayonunda yerləşən mərkəzi küçələrdən birinə  Vətən müharibəsi şəhidi Şükürlü Elvin Azad oğlunun adı verilib. Həmin küçənin açılış mərasimində Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov, rayon Veteranlar Təşkilatının  nümayəndələri,  idarə-təşkilat rəhbərləri və şəhidin ailə üzvləri iştirak ediblər. Tədbirdə çıxış edən rayon icra hakimiyyətinin başçısı Rafiq Cəlilov  bildirib ki, qəhrəman şəhidimiz Elvin Şükürlü 1997-ci ildə Cəlilabad rayonunda anadan olmuşdur. Orta təhsilini Cəlilabad rayon  Şiləvəngə kəndində almışdır. 2011-2014-cü illərdə C.Naxçıvanskı adına Hərbi Liseydə,  2014-2018-ci illərdə isə AAHM-də təhsil almış və 2018-ci ildə motoatıcı ixtisası üzrə AAHM-i leytenant rütbəsi ilə bitirmişdir. Elə həmin dövrdən 2020-ci il 28 sentyabra qədər Daşkəsəndə N saylı hərbi hissədə tağım komandiri kimi xidmət etmişdir. Elvin Şükürlü 27 sentyabr 2020-ci ildə başlayan Vətən müharibəsində iştirak edib. Murovdağ uğrunda gedən döyüşlərdə itkin düşmüşdür. 2021-ci il yanvar ayının 22-də II Şəhidlər Xiyabanında dəfn olunub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamları ilə Elvin Şükürlü ölümündən sonra “Azərbaycan bayrağı” ordeni, "Vətən uğrunda" və "Kəlbəcərin azad olunmasına görə" medalları ilə təltif edilmişdir. Tədbirdə şagirdlər vətənpərvər ruhlu şeirlər söyləyiblər. Şəhid Elvin Şükürlünün atası  Azad Şükürlü çıxış edərək şəhid ailələrinə göstərdikləri diqqət və qayğıya görə ailə üzvləri adından Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlığını bildirib.

Hamısını oxu
“Ölkə başçısının atdığı addımlar xalqımızın koronavirus bəlasından ən az itki ilə çıxmasına hesablanıb”

Cəlil Xəlilov: “Dövlətimizin mövcud təhlükəyə reaksiyası adekvatdır”  Koronavirus təhlükəsinin bütün dünyada sürətlə genişlənməsi Azərbaycanın da önləyici addımlar atmasını zəruri edib.  Redaksiyamıza açıqlamasında ölkə başçısının bu müstəvidə həyata keçirdiyi tədbirlərə diqqət çəkən Respublika Veteranlar Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov, dövlətin əhalinin təhlükəsizliyi baxımından bütün zəruri addımları atmaqda davam etdiyini vuğulayıb:  “Prezident İlham Əliyevin koronavirus təhlükəsindən qorunmaq məqsədi ilə ilk gündən çevik qərarlar qəbul etdiyi, ciddi önləmlər aldığı hər kəsə məlumdur. Təsadüfi deyildir ki, ölkəmiz yalnız regionda deyil, bütün dünyada koronavirus təhlükəsinə adekvat reaksiya verən, zamanında qabaqlayıcı tədbirlər görən azsaylı dövlətlərdən biridir. Məhz buna görə də digər dünya dövlətləri ilə müqayisədə Azərbaycanda koronavirusun yayılma tempi azdır. Bununla belə, dövlətimiz bu gün də əhalinin salamlığını qorumaq, koronavirusun yayılmasını önləmək üçün səylərini davam etdirməkdədir.   Bildiyiniz kimi, aprelin 20-nə qədər ölkəmizdə xüsusi karantin rejimi elan edilib ki, məqsəd əhalinin evdə qalmasını təmin etmək, sosial izolyasiya tədbirlərini genişləndirmək, bununla da virusun yayılmasının qarşısını almaqdır.   Koronavirusla bağlı görülən tədbirlər sırasında qoruyucu və dezinfeksiyaedici məhsulların istehsalı da diqqət mərkəzində saxlanılan əsas məsələlərdən biridir. Bu gün  prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Sumqayıt Kimya Sənaye Parkında “Bakı Tekstil Fabriki” MMC tərəfindən yaradılan tibbi maska istehsalı müəssisəsinin açılışında iştirak etdilər. Hansı ki, bu müəssisədə gündəlik 120 min maska istehsal ediləcək ki, bu da nəinki daxili tələbatı ödəməyə, həm də bu maskaların ixracına imkan yaradacaq.   65 yaşdan yuxarı tənha şəxslərin, eləcə də aztəminatlı ailələrin, muzdlu işçilərin, kiçik və orta sahibkarların dövlət tərəfindən himayə edilməsi, onlara maddi dəstəyin göstərilməsi də həyata keçirilən tədbirlər sırasındadır.   Bundan başqa, son vaxtlar koronavirus təhlükəsi ilə əlaqədar olaraq müxtəlif cinayətlərə görə məhkum edilən yaşlı şəxslərin azad edilməsi yönündə də addımlar atılmaqdadır. Bu addımlardan biri kimi, bu gün prezident İlham Əliyevin müvafiq sərəncamı ilə 65 yaşdan yuxarı 176 məhkumun əfv edilməsi faktını göstərmək olar. Bu, bir daha ölkə başçısının vətəndaşlara olan həssas, duyarlı münasibətini təcəssüm etdirir, ölkə başçısının humanizmindən xəbər verir.   Hesab edirəm ki, ölkə başçısının koronavirusla mübarizə çərçivəsində atdığı qətiyyətli və humanist addımlar bu mübarizəyə öz töhfəsini verəcək və xalqımız bu bəladan ən az itki ilə çıxmasını təmin edəcək”.   Seymur ƏLİYEV

Hamısını oxu