Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Ağdamda şəhid ailələri və veteranların iştirakı ilə tədbir keçirilib

17 aprel 2023-cü il tarixdə Agdam rayon Qərvənd kəndi Şəhidlər Xiyabanında Birinci Qarabağ müharibəsində şəhidlik zirvəsinə yüksələn Ağdam rayonu Abdal-Gülablı kəndindən olan şəhidimiz Hüseynov Fizuli Əhəd oğlu, Ucar rayonundan olan, Ağdam rayonu Qərvənd kəndi ugrunda döyüşlərdə şəhidlik zirvəsinə ucalan Ələkbərov Məhəmməd Mehti oğlunun və itkin düşmüş 11 hərbi qulluqçumuzun ildönümü  Ağdam rayonu Veteranlar Təşkilatı tərəfindən keçirilən tədbirdə, Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov, şəhid valideyinləri, qazilər,veteranlar, icra nümayəndələri, bələdiyyə sədrləri, Ağdam rayon orta məktəb müəllim və şagirdlər, Ucar rayonundan dəvət olunmuş müəllim və şagirdlər iştirak ediblər.

Tədbir Ulu öndərimizin və  şəhidlərimizin xatirəsini bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb. Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov öz çıxışında şəhidlərimizin valideyinlərinə öz minnatdarlıgını bildirib. Şəhid valideyinləri, ailələri və qazilər ölkə başcısı Ali  Baş Komandan İlham Əliyev cənablarının daimi diqqət mərkəzində oldugunu bildiriblər.Ağdam rayon və Ucar rayonu orta məktəb şagirdləri tərəfindən şəhidlərimizin igidliyi haqda şeirlər söylənilib. Müəllimlər tərəfindən nitqlər deyilib.

Sonda icra başcısı Vaqif Həsənov və Ağdam rayonu Veteranlar Təşkilatı sədri Elşən Zeynalov tərəfindən Qərvənd kənd şəhidlərinin məzarları üstünə gül dəstələri qoyulub. Ağdam rayon Veteranlar Təşkilatı tərəfindən şəhidlərimizə ehsan süfrəsi verilib.

Qeyd edək ki, Ucardan dəvət olunmuş şəhidlərin ailə üzvülərinin yol xərcləri Ağdam Rayon İcra Hakimiyyəti tərəfindən qarşılanıb. Ağdam rayon Veteranlar Təşkilatı şəhdi ailələrinə göstərdiyi mütəmadi diqqətə görə Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənova minnətdarlığını bildirib.

 

2023-04-18 10:04:05
286 baxış

Digər xəbərlər

Zəfər Azərbaycan əsgərinindir

Qarabağın tacı, Azərbaycanın alınmaz qalası olan Şuşanı azad edilməsi xəbəri hər birimiz üçün bayramdır. Cənab Prezident İlham Əliyev xalqa müraciət edərək mədəniyyət incisi, tarixi əzəli torpağımız olan Şuşanın erməni işğalçılarından azad olunduğu barəsində verdiyi müjdə xəbəri hər birimizə möhtəşəm sevinc hissi yaşadır. 28 ildən sonra Şuşanın azad edilməsi xəbəri bütün xalqımız, vətəndaşlarımız tərəfindən əsl bayram kimi qeyd edilir. Bu gün Azərbaycan xalqı tarix yazır. Ali Baş Komandanın başçılığı ilə müzəffər ordumuz işğal altında olan torpaqlarımızı azad edir. Hər qarış torpağımız bizim üçün doğma və müqəddəsdir. Şəxsən öz adımdan və çoxsaylı veteranlarımız adından bu böyük, tarixi qələbə gün münasibəti ilə başda cənab Prezidentimiz İlham Əliyev olmaqla hər bir azərbaycanlını təbrik edirəm. Ali Baş Komandan, cənab Prezident İlham Əliyevə Şuşanın azad olunması zəfər sevincini xalqımıza yaşatdığına görə sonsuz təşəkkürümü bildirirəm. Biz veteranlar əminik ki, yaxın gələcəkdə işğaldakı digər torpaqlarımız da azad ediləcək və Azərbaycan ərazi bütövlüyü tamamilə təmin ediləcək. Azərbaycan bir qarış da olsun torpağını kimsəyə güzəştə getməyəcək.Yaşasın Ali Baş Komandan, Yaşasın Azərbaycan! Allah bütün Şəhidlərimizə Rəhmət Eləsin, yaralı Əsgər və Zabitlərimizə şəfa versin. Qarabağ Azərbaycandır!   Respublika Veteranlar Təşkilatının sədri  general-polkovnik       Tofiq Ağahüseynov

Hamısını oxu
Prezidentlə Fatma Səttarovanın səmimi söhbəti- Video

Prezident İlham Əliyev bu gün İkinci Dünya müharibəsinin iştirakçısı, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri Fatma Səttarovanın 100 illiyi münasibətilə ona Azərbaycan Respublikasının ictimai həyatında uzunmüddətli səmərəli fəaliyyətinə görə “İstiqlal” ordenini təqdim edib. “Qafqazinfo” xəbər verir ki, dövlət başçısına minnətdarlığını bildirən Fatma Səttarova deyib: Azərbaycanımın, Azərbaycan Ordusunun qəhrəman oğlu, Ali Baş Komandan, 44 günün içində o boyda dağlıq yerləri, Qarabağı aldınız. Böyük qəhrəmanlıqdır. Azərbaycan xalqı Sizinlə fəxr edir, Allah qorusun. Siz camaata ruh verdiniz, Siz camaata inam verdiniz, Siz camaata ölkə qaytardınız, Siz Vətən qaytardınız, torpağımızı qaytardınız. Prezident İlham Əliyev: Bu, bizim hamımızın qələbəsidir, Azərbaycan xalqının qələbəsidir. Fatma Səttarova: Bəli, hamımızın, Azərbaycan xalqının qələbəsidir. Bəli, qələbəsidir, düzdür, o qələbənin rəhbəri lazımdır, o qələbəni qazanmaqdan ötrü rəhbər lazımdır. Prezident İlham Əliyev: Bu qələbədə veteranların da payı çox olub. Siz hamımız üçün nümunəsiniz. Siz İkinci Dünya müharibəsində qəhrəmanlıq göstərmisiniz, böyük fədakarlıq göstərmisiniz. Ondan sonra da həmişə fəal olmusunuz. Sizi mən yüksək ordenlə təltif etmişəm. Fatma Səttarova: Bilirəm, çox sağ olun, Allah razı olsun. Prezident İlham Əliyev: Bu, Azərbaycan dövlətinin ən ali ordenlərindən biridir, “İstiqlal” ordenidir. Siz buna layiqsiniz. Çünki siz öz həyatınızla istiqlal ideallarımızı tərənnüm etmisiniz və müstəqillik dövründə sizin fəallığınız, sizin sözünüz, qətiyyətli addımlarınız, dövlətçiliklə bağlı gördüyünüz işlər bizim üçün çox əzizdir və nümunədir. Fatma Səttarova: Çox sağ olun, Sizə qurban olum. Prezident İlham Əliyev: Hər zaman sizinlə və digər veteranlarla 9 May Günündə görüşəndə biz Qarabağ haqqında danışırdıq. Fatma Səttarova: Bəli, ancaq. Prezident İlham Əliyev: Qarabağ haqqında danışırdıq və mən deyirdim ki, gün gələcək biz torpaqları azad edəcəyik, bax, gün gəldi. Fatma Səttarova: Şükür, çox şükür. Sonra Prezident İlham Əliyev Fatma Səttarovaya “İstiqlal” ordenini təqdim edib və ona möhkəm cansağlığı arzulayıb.  

Hamısını oxu
ASCO sədrindən nümunəvi addım: Vətən müharibəsi qazisinin təhsil xərcini öz üzərinə götürdü

İvan Levşaya ASCO tərəfindən xüsusi təqaüd də veriləcək  Veteran.gov.az xəbər verir ki, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) sədri Rauf Vəliyev yüksək bal toplayan tələblələrlə görüşüb. Görüş əsnasında Rauf Vəliyev bu il  Azərbaycan Dövlət Dəniz Akademiyasının tələbələri sırasına qoşulan, akademiyanın “Dəniz naviqasiyası mühəndisliyi” ixtisası seçən 44 günlük Vətən müharibəsi qazisi, Prezident İlham Əliyevin sərəncamları ilə “Cəbrayılın azad olunmasına görə” və “Qubadlının azad olunmasına görə” medalları  ilə təltif olunan İvan Levşanın təhsil haqqının ASCO tərəfindən ödəniləcəyini bəyan edib. Həmçinin, bildirilib ki, Vətən mmüharibəsi qazisinə ASCO tərfindən xüsusi təqaüd də veriləcək. Məlumat üçün qeyd edək ki, bu, ASCO tərəfindən müharibə iştirakçılarına göstərilən diqqət və qayğı ilə bağlı yeganə fakt deyil. Belə ki, son iki ildə ASCO mütəmadi surətdə müharibə iştirakçıları ilə bağlı məsələlərə xüsusi diqqət sərgiləyib ki, bu da cəmiyyətdə mənunluqla qarşılanıb. Vətən müharibəsi qazisinin təhsil haqqının ASCO tərəfindən ödənilməsi ilə bağlı qərar da ictimaiyyət tərəfindən təqdirlə qarşılanıb. Seymur ƏLİYEV

Hamısını oxu
Nərimanov rayonunda məktəblilər arasında “Cəbrayıl işğaldan azaddır!” mövzusunda rəsm müsabiqəsinə start verilir

Veteran.gov.az xəbər verir ki, Nərimanov Rayon İcra Hakimiyyətinin, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin, Nərimanov Rayon Gənclər və İdman İdarəsinin və “Bakı Avrasiya” Universitetinin birgə təşkilatçılığı ilə Cəbrayıl rayonun işğaldan azad olunmasının ildönümü ilə əlaqədar məktəblilər arasında “Cəbrayıl işğaldan azaddır!” mövzusunda rəsm müsabiqəsinə start verilir.   Müsabiqənin məqsədi “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə Dövlət Proqramından irəli gələn vəzifələrin yerinə yetirilməsi, Qarabağ döyüşlərində qəhrəmanlıq göstərmiş Vətən oğullarının tanıdılması, Müzəffər Ordumuzun möhtəşəm qələbələrinin əks etdirilməsi, böyüməkdə olan gənc nəslin doğma Vətənə sevgi hisslərinin aşılanması, onlar arasında vətənpərvərlik ruhunun təbliğ olunması, asudə vaxtının səmərəli təşkil edilməsidir.   Rəsmlər 29 sentyabr – 02 oktyabr 2021-ci il tarixlərində Nərimanov Rayon Gənclər və İdman İdarəsinə çatdırılmalıdır. Rəsmlər A3 formatda və çərçivədə olmalıdır.  

Hamısını oxu