Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

“Ulu Öndər Heydər Əliyevin irsi milli sərvətimizdir” mövzusunda tədbir keçirilib

Veteran.gov.az xəbər verir ki, Müharibə Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Gənclərin  vətənpərvərlik tərbiyəsi və ideoloji hazırlığı  şöbəsinin əməkdaşları - şöbə müdiri ehtiyatda olan  polkovnik Adil Haqverdiyev və baş mütəxəssis Nəbi Hacıyev 18 aprel 2023-ci il tarixində  Səbail rayonunda tədbir təşkil etdilər. Tədbir Səbail rayonunda yerləşən Eldar Əliyev adina 162 saylı tam orta məktəbdə baş tutub.

Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə əlaqədar ”Ulu Öndər Heydər Əliyevin  irsi milli sərvətimizdir” adlı tədbirdə Bakı şəhər Sabail rayon VT-nın sədri Adilə Yaqubova, məktəbin direktoru Arzu Nəzərova, şagird və müəllim kollektivi iştirak edib.

Tədbiri məktəbin direktoru Arzu Nəzərova açıb, şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra söz polkovnik Adil Haqverdiyevə verilib: “

Hər bir xalqın milli azadlıq və istiqlaliyyət tarixində xilaskar rolunu oynayan dahi insanlar var. Həmin dahilər öz qətiyyətləri ilə mənsub olduqları xalqı arxasınca aparıb ən taleyüklü məqamlarda qalib rolu oynamışlar. Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyev müasir dünya tarixində silinməz iz qoymuş böyük şəxsiyyətdir. Vətəni ,xalqı qarşısında misilsiz xidmətlərinə görədir ki, bu gün əbədi lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi ölkəmizin hər yerində və onun hüdudlarından kənarda hər bir azərbaycanlının yüksək ehtiramı və dərin minnətdarlıq hissi ilə geniş qeyd olunur. Mən bu gün sizlərin qarşısında çıxış etməklə, siz sagirdlərə tövsiyəm odur ki, müəllimlərinizin verdiyi tapşırıqları,  Heydər Əliyev irsini öyrənəsiniz. Çünki Azərbaycanımızın xoşbəxt gələcəyini siz yaşadacaqsız.

Çıxışımın sonunda Ulu Öndər Heydər Əliyevə, torpaqlarımızın qorunmasında həlak olmuş şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə cansağlığı diləyirəm”.

Daha sonra Nəbi Hacıyev və Adilə Yaqubova çıxış etdilər.

Tədbirin sonunda xatirə şəkilləri çəkdirildi.

 

 

 

2023-04-20 12:57:54
196 baxış

Digər xəbərlər

Nazirlər Kabineti xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə qərar verib.

Minval.info xəbər verir ki, bununla bağlı Baş Nazir Əli Əsədov mayın 16-da qərar imzalayıb.   Qərarla müəyyən edilib ki, 2020-ci il 31 may saat 00:00-dək Azərbaycan Respublikasının ərazisində tətbiq edilən xüsusi karantin rejimi dövründə aşağıdakı məhdudiyyətlər qüvvəsini saxlayır və həmin məhdudiyyətlərdən başqa, digər iş, xidmət sahələrində və istiqamətlərdə fəaliyyətə icazə verilir:   – yükdaşımaları istisna olmaqla, ölkə ərazisinə yerüstü və hava nəqliyyatı ilə giriş-çıxışın dayandırılması; – xüsusi təyinatlı, o cümlədən təcili tibbi yardım, qəza-bərpa, xilasedici, habelə yükdaşıyan avtomobillərin hərəkəti istisna olmaqla, Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərinə və Abşeron rayonuna giriş-çıxış və ölkənin digər şəhər və rayonlarından yerustü və hava nəqliyyatı ilə sərnişin daşımalarının dayandırılması; – bütün təhsil müəssisələrində tədris, təlim-tərbiyə prosesinin dayandırılması; – Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərində və Abşeron rayonunda dövlət orqanlarında (qurumlarında) xüsusi iş rejimində işə cəlb edilən işçilərin say həddinin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən məhdudlaşdırılması; – “ASAN xidmət” və DOST mərkəzləri istisna olmaqla, digər dövlət orqanlarında (qurumlarında) vətəndaşların yerində qrup və fərdi qaydada qəbulunun dayandırılması; – dəfn mərasimləri istisna olmaqla, dini ritual xidmətləri, eləcə də mərasim zallarında, çadırlarda və digər qapalı məkanlarda yas mərasimlərinin təşkili və keçirilməsinin qadağan olunması; – bütün kütləvi tədbirlərin, o cümlədən mədəni-idman tədbirlərinin keçirilməsinin dayandırılması; – tədbirlərin təşkili üzrə xidmətlərin, o cümlədən bu sahədə müştərinin evində və ya digər məkanlarda ad günləri, toy, nişan və bu kimi mərasimlərin təşkilinin qadağan olunması; – qrup halında fərdi tədris və repetitor xidmətlərinin (o cümlədən bu sahədə evlərdə xidmət) dayandırılması; – ictimai yerlərdə, o cümlədən küçələrdə, bulvarlarda, parklarda və digər yerlərdə şəxslərin 10 nəfərdən artıq qruplarda cəmləşməsinin qadağan olunması; – istirahət və əyləncə məkanlarının, həmçinin uşaq əyləncə məkanlarının (bulvar və parkların ərazisindəki daxil olmaqla) fəaliyyətinin dayandırılması; – muzey və sərgi zalları istisna olmaqla, digər mədəniyyət obyektlərinin, eləcə də kinoteatrların, teatrların, idman zallarının fəaliyyətinin dayandırılması; – nəzdindəki ərzaq mağazaları, apteklər və müştəri ilə təmasda olmayan obyektlər istisna olmaqla, ölkə ərazisində iri ticarət mərkəzlərinin fəaliyyətinin dayandırılıması; – ictimai iaşə obyektlərində qəlyan avadanlıqlarından istifadənin qadağan olunması; – Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonu üzrə ictimai iaşə məkanlarında, eləcə də restoran, kafe və çay evlərində bütün müştərilərə saat 18:00-dan 08:00-dək yerində xidmətin dayandırılması; – tibb müəssisələrində müalicə alan şəxslərin xəstə yaxınları tərəfindən ziyarətinin qadağan edilməsi; – idman, sağlamlıq-bərpa üzrə xidmətlərin dayandırılması (bu sahədə tibbi xidmətlər istisna olmaqla); – masaj və hamam xidmətlərinin göstərilməsinin dayandırılması. Bu Qərar 2020-ci il 18 may tarixindən qüvvəyə minir.

Hamısını oxu
Ağdamda Milli Qəhrəmana həsr edilmiş “Canpolad” sənədli filmi təqdim olunub

Ağdam Muğam Mərkəzində rayon icra hakimiyyətinin dəstəyi, Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Azərbaycanın Milli Qəhrəmanı, Birinci Qarabağ müharibəsi şəhidi Canpolad Yaqub oğlu Rzayevə həsr edilmiş “Canpolad” sənədli filminin təqdimatı olub. Təqdimat mərasimində Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Ağdam Rayon Təşkilatının nümayəndələri də iştirak edib. Azərtac-ın bölgə müxbiri xəbər verir ki, qəhrəmanın ailə üzvlərinin, şəhid ailələrinin, qazilərin, QHT-lərin və rayon ictimaiyyətinin nümayəndələrinin iştirak etdiyi tədbir Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olmuş Vətən övladlarının, Ulu Öndər Heydər Əliyevin və Türkiyə Respublikasında baş vermiş zəlzələ nəticəsində həyatını itirmiş insanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbirdə çıxış edənlər Milli Qəhrəman Canpolad Rzayevin şərəfli döyüş yolundan, şəhid və Milli Qəhrəman ailələrinə, qazilərə göstərilən dövlət qayğısından bəhs edib, gənclərdə vətənpərvərlik duyğularının inkişaf etdirilməsində bu kimi filmlərin əhəmiyyətindən danışıblar. Milli Qəhrəmanın oğlu Canpolad Rzayev filmin ərsəyə gəlməsində əməyi olanlara, tədbirin təşkilatçılarına və iştirakçılara minnətdarlığını bildirib. Sonra sənədli film nümayiş etdirilib. “Salnaməfilm studiyası” tərəfindən dövlət sifarişi ilə hazırlanmış filmin rejissoru Elşən Zeynallıdır. Qeyd edək ki, Canpolad Yaqub oğlu Rzayev 1968-ci il fevralın 26-da Ağdam rayonunun Çuxurməhlə kəndində anadan olub. Leytenant rütbəsində tank komandiri kimi Birinci Qarabağ müharibəsində iştirak edib, 1992-ci il fevralın 26-da qəhrəmancasına şəhid olub. Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülüb.

Hamısını oxu
İlham Əliyev Milli Qəhrəman Şükür Həmidovun şəhid olması ilə bağlı atasına başsağlı

Oktyabrın 23-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Milli Qəhrəman, Qubadlının azadlığı uğrunda şəhid olmuş Şükür Həmidovun atası Nəriman Həmidovla telefonla danışıb. Bu barədə AZƏRTAC məlumat yayıb. Bildirilib ki, Dövlətimizin başçısı Şükür Həmidovun həlak olması ilə bağlı başsağlığı verib, qeyd edib ki, Şükür Həmidov hələ Aprel döyüşləri zamanı göstərdiyi şücaətə görə Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüş və Azərbaycan Prezidenti şəxsən özü ona qəhrəman ulduzunu təqdim etmişdi.   Dövlətimizin başçısı qeyd edib ki, Şükür Həmidov bu dəfə Qubadlı rayonunun azadlığı uğrunda döyüşlərdə qəhrəmancasına vuruşaraq şəhid olmuşdur. Prezident İlham Əliyev Şükürün doğulduğu və azadlığı uğrunda həlak olduğu Qubadlı rayonunda onun adının əbədiləşdiriləcəyini vurğulamışdır. Nəriman Həmidov dövlətimizin başçısına təşəkkürünü bildirərək Azərbaycan xalqının Ali Baş Komandan kimi onun ətrafında sıx birləşdiyini və bundan sonra da Azərbaycan Prezidentinə dəstək olacağına əminliyini ifadə edib. Prezident İlham Əliyev Nəriman Həmidovla görüşünü də xatırlayaraq ona Şükür kimi igid və vətənə sadiq övlad yetişdirdiyinə görə minnətdarlığını bildirib, Həmidovlar ailəsinin bütün yaxınlarına başsağlığı çatdırmağı xahiş edib.

Hamısını oxu
“Ermənistan beynəlxalq hüquqi məsuliyyətdən yayına bilməyəcək”

Mahir Abbaszadə: “Xalqımızın canına və malına qəsd edənlər gec-tez qanun qarşısnda cavab verəcəklər” Xəbər verdiyimiz kimi, Azərbaycan Avropa İnsan Haqları Məhkəməsinə Ermənistanla bağlı şikayət ünvanlayıb. Şikayətdə 2022-ci il may-avqust aylarında  ermənilərin Laçın, Zabux və Susda azərbaycanlılara məxsus yüzlərlə mülki məhv etdiyi qeyd olunub, onların hər biri ilə bağlı inkaredilməz faktlar təqdim edilib. Bununla bağlı Moderator.az-a açıqlama verən millət vəkili Mahir Abbaszadə, erməni faşizminin beynəlxalq hüquq müstəvisində məsuliyətə cəlb edilməsinin vacib olduğunu vurğulayıb: “Erməni faşizmi 30 ildən çoxdur ki, Azərbaycan xalqının həm canına, həm də malına qəsd etməkdə, hətta təbiətə belə divan tutmaqdadır. Azərbaycan Avropa İnsan Haqları Məhkəməsinə  ünvanlanan şikayətdə 2022-ci il may-avqust aylarında  ermənilərin Laçın, Zabux və Susda azərbaycanlılara məxsus yüzlərlə mülki məhv etməsi ilə bağlı təkzibedilməz faktlar təqdim edib. Ermənilər bu gün də “Qızılbulaq” və “Dəmirli” yataqlarının timsalında Azərbaycana məxsus təbii resursları qanunsuz olaraq istismar etməkdə, ekoloji terror həyata keçirməkdədir.  Odur ki, dövlətimiz mütəmadi şəkildə dünya ictimaiyyətini, eləcə də beynəlxalq məhkəmələri erməni vəhşilikləri haqqında məlumatlandırmaqda davam edir. Bu baxımdan 2022-ci il may-avqust aylarında  ermənilərin Laçın və ətraf ərazilərdə azərbaycanlıları məxsus evləri, yardımçı təsərrüfatları məhv etməsi ilə bağlı Avropa İnsan Haqları Məhkəməsinə ünvanlanan müraciət mühüm önəm kəsb edir. Ümid edirik ki, Avropa Məhkəməsi Azərbaycanın bu müraciətinə həssaslıqla yanaşacaq, ermənilərin törətdiyi çoxsaylı cinayətlərə ədalətli hüquqi qiymət verəcəkdir. Istənilən halda, Ermənistan beynəlxalq hüquqi məsuliyyətdən yayına bilməyəcək. Xalqımızın canına və malına qəsd edənlər gec-tez qanun qarşısnda cavab verməli olacaqlar. Buna kimsənin şübhəsiz olmasın!”. Seymur ƏLİYEV

Hamısını oxu