Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

“Xəsarət alan hər əsgərimizə görə separatçılar beşqat artıq itki ilə üzləşməlidir”

“Erməni təxribatları müxtəlif formalarda davam edəcək” – Millət vəkilindən xəbərdarlıq!

“Mina terroruna görə məsuliyyət İrəvanla yanaşı, Rusiya sülhməramlılarının üzərinə düşür”

“Bu gün, Şuşa rayonunun Allahqulular kəndi istiqamətindəki yolda baş vermiş hadisə, ermənilərin ordumuza qarşı törətdiyi növbəti terror aktıdır. Əfsuslar olsun ki, mina partlaması nəticəsində 3 nəfər hərbçimiz xəsarət almış, yük maşını isə, tamamilə sıradan çıxmışdır. Hadisənin məsuliyyəti Ermənistanın hərbi-siyasi hakimiyyətinin və Qarabağdakı erməni separatçılarının üzərinə düşür. Onlarla bərabər, Rusiya sülhməramlıları da məsuliyyət daşıyır. Çünki, həmin ərazinin təhlükəsizliyini rusiyalılar təmin etməlidirlər

Bunu Moderator.az-a açıqlamasında millət vəkili Nəsib Məhəməliyev bildirib. Millət vəkili qeyd edib ki, Şuşadakı mina terroru erməni təxribatlarının bundan sonra da davam edəcəyini göstərir:

Bu, birinci hadisə deyil. İndiyə qədər 300-ə yaxın vətəndaşımız ermənilərin mina terrorunun qurbanı olmuşdur. 44 günlük müharibə, 2020-ci ilin noyabr ayında başa çatmışdır. Ancaq, bir çox ərazilərdə 2021-2022-ci illərdə Ermənistanda istehsal olunmuş minaların basdırılmasının şahidi oluruq. Bu o deməkdir ki, ermənilər bir an da olsa, öz çirkin niyyətlərindən əl çəkməyiblər. Onların yenidən silahlanmaları, təşkilatlanmaları açıq şəkildə göstərir ki, təxribatlar müxtəlif formada davam edəcəkdir. Biz sadəlövh olmamalı, bu məsələyə ciddi yanaşmalıyıq. Bu hadisə tələb edir ki, separatçılara qarşı daha sərt tədbirlər görülməlidir.

Terrorla mübarizənin bir qızıl qaydası var. Terrordan əziyyət çəkən və uzun illər ərzində xüsusi təcrübə qazanmış İsrail və Türkiyə xüsusi xidmət orqanları məhz, terrorçularla belə davranırlar. Məsələn, bu gün xəsarət alan 3 hərbçimizin yerinə, separatçılar 3 və yaxud 5 dəfə artıq itki verməlidirlər. Belə olarsa, gələcəkdə terroru planlaşdıranlar bir neçə dəfə fikirləşmək məcburiyyətində qalacaqlar.

Problemin kökündə duran əsas məsələ, Ermənistanın sülh müqaviləsinin imzalanmasından yayınmasıdır. Bu ölkə, müstəqil siyasət apara bilmir və bir çox xarici faktorlardan asılıdır. Paşinyan gündə bir neçə dəfə fikirlərini dəyişir. Müxtəlif qütblər arasında vurnuxur və dövlət idarəetmə orqanlarına tam nəzarət edə bilmir. Belə davam edərsə, dayanıqlı sülhün əldə olunması qeyri-mümkündür.

Hesab edirəm ki, gələcəkdə baş verə biləcək terror aktlarının qarşısının alınması üçün, Türkiyə -Rusiya monitorinq mərkəzinin fəaliyyətinin və texniki imkanlarının genişləndirilməsi vacibdir. Qarabağda məskunlaşmış hər bir separatçı ciddi nəzarət altında olmalıdır. Yalnız belə olan halda, yeni minalarının basdırılmasının qarşısını almaq olar.

Seymur ƏLİYEV

2023-04-22 23:27:47
132 baxış

Digər xəbərlər

Cəlil Xəlilov: “Azərbaycan hərbçilərinin beynəlxalq yarışlarda qazandıqları nəticələr ordumuzun yüksək peşəkarlığının göstəricisidir”

Sentyabrın 4-də Moskva ətrafında yerləşən “Patriot” parkında “Beynəlxalq Ordu Oyunları-2021” yarışlarının təntənəli bağlanış mərasimi keçirilib. Azərbaycan hərbçiləri bu yarışlar çərçivəsində Rusiyada “Tank biatlonu” və “Mədəniyyət Ordusu”, İranda “Dəniz kuboku”, Qazaxıstanda “Artilleriya atəşinin ustaları” müsabiqələrində iştirak edərək əsl peşəkarlıq sərgiləyiblər.   AZƏRTAC xəbər verir ki, bununla bağlı açıqlama verən Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov bu təlimlərin ordumuzun peşəkarlığının artırılması baxımından mühüm əhəmiyyətə malik olduğunu bildirib. O qeyd edib ki, hərbi təlimlər ordumuzun döyüş hazırlığının daim yüksək səviyyədə qorunub saxlanılması və daha da təkmilləşdirilməsi baxımından önəmlidir. Bu baxımdan ordumuzun “Beynəlxalq Ordu Oyunları-2021” yarışlarında iştirakı olduqca vacibdir. Azərbaycan dünyanın müxtəlif yerlərində keçirilən hərbi yarışlarda, beynəlxalq ordu oyunlarında müntəzəm iştirak edir. İstər Rusiya, Qazaxıstan və digər post-sovet ölkələrində, istərsə də Türkiyə və digər NATO dövlətlərində keçirilən təlimlərdə Azərbaycan hərbçiləri iştirak edərək yüksək nəticələr qazanırlar. Bu təlimlərdə hərbçilərimizin əldə etdiyi nəticələr Azərbaycan Silahlı Qüvvələrinin gücündən, onun peşəkarlığından xəbər verir və bizdə haqlı olaraq ordumuzla qürur duyuruq. Polkovnik vurğulayıb ki, Azərbaycan Ordusu dəniz təlimlərində də mütəmadi iştirak edir, bu sahədəki hərbi yenilikləri sürətlə mənimsəyir. “Beynəlxalq Ordu Oyunları-2021” yarışları çərçivəsində hərbçilərimiz İranda “Dəniz kuboku” yarışlarında da yüksək peşəkarlıq nümayiş etdirib. Ordumuzun “Dəniz kuboku” yarışlarındakı qazandığı nəticə ölkəmizin dəniz sərhədləri təhlükəsizliyinin ciddi şəkildə qorunduğunu bir daha göstərdi. Azərbaycan Silahlı Qüvvələrinə daxil olan bütün qoşun növləri, hərbi birliklər yüksək döyüş hazırlığına malikdir və bu hazırlığın qorunub saxlanılmasına, daha da inkişaf etdirilməsinə xüsusi diqqət yetirilir.  Azərbaycan Ordusunun beynəlxalq müsabiqə və ordu oyunlarında əldə etdiyi yüksək nəticələrdən Ermənistan və onun havadarlarının da dərs çıxarmalı olduğunu bildirən Respublika Veteranlar Təşkilatının sədr müavini deyib: “44 günlük Vətən müharibəsində ordumuzun əldə etdiyi parlaq zəfər onun yüksək döyüş hazırlığına əyani sübut idi. Bu günlərdə keçirilən ordu oyunlarında qazanılan nəticələr də həmin döyüş hazırlığının uğurla qorunub saxlanıldığını göstərir. Hesab edirəm ki, ordumuzun beynəlxalq hərbi yarışlarda göstərdiyi nəticə bu gün də təxribatlardan əl çəkmək istəməyən Ermənistan və onun havadarlarına dərs olmalıdır. Ordumuzun bu təlimlərdəki nəticələri bir daha “Dəmir yumruğ”un yerində olduğunu, düşmənlərə hər zaman zərbə endirməyə hazır olduğunu göstərir. Əgər Ermənistan Azərbaycan tərəfinin xəbərdarlıqlarından nəticə çıxarmasa, 10 noyabr bəyanatının icrasına süni şəkildə problem yaratmaqda davam etsə, o zaman bu zərbə qaçılmaz ola bilər”.  Azertag.az (https://azertag.az/xeber/1870305 )  

Hamısını oxu
Ərdoğan İlham Əliyevə məktub yazdı

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.  AZƏRTAC xəbər verir ki, məktubda deyilir: “Nuru Paşanın komandanlığı ilə Qafqaz İslam Ordusunun azərbaycanlı qardaşlarımızla birlikdə Bakını işğaldan azad etməsinin 102-ci ildönümündə bu yolda şəhid olan qəhrəman əsgərlərimizi rəhmət hissi ilə yad edir, qazilərimizi hörmətlə xatırlayıram.  Ölkələrimiz arasındakı “Bir millət, iki dövlət” şüarının tarixi bünövrəsini qoyan Qafqaz İslam Ordusu ortaq qürur mənbəyimiz və əbədi qardaşlığımızın timsalı olmuşdur. Bakıda olduğu kimi, Çanaqqalada da çiyin-çiyinə mübarizə aparan əcdadlarımızdan bizə miras qalan qardaşlığımız bu gün tale birliyimizin də mənəvi zəminini təşkil edir. Bu gün Zati-alinizin qardaşlığımıza layiq səyi və töhfələri ilə Türkiyə və Azərbaycan əlaqələri həm siyasi, həm iqtisadi, həm də hərbi sahədə mükəmməl şəkildə inkişaf edir. Tariximizdən gələn ilham və sarsılmaz əlaqələrimizdən aldığımız güc-qüvvətlə ölkələrimiz regionumuzun sabitliyinin təminatçısına çevrilmişdir. Türkiyə-Azərbaycan qardaşlığının əbədi davam edəcəyinə, bu günə qədər olduğu kimi, bundan sonra da ölkələrimizin xoş günlərdə də, çətin vaxtlarda da bir-birinin yanında olacağına inamım sonsuzdur. Fürsətdən istifadə edərək, Zati-alinizə cansağlığı və xoşbəxtlik, dost və qardaş Azərbaycan xalqının gözəl günləri və yüksək rifahının bundan sonra da davam etməsi üçün ən xoş arzularımı bir daha ifadə edirəm”.

Hamısını oxu
Niyazi Bayramov 100 yaşlı qəhrəman veteranımızı təbrik edib

Böyük Vətən Müharibəsi zamanı alman faşistlərinə qarşı döyüşə Azərbaycandan 350 mindən artıq insan yola salınıb və böyük əksəriyyəti müharibədən qayıtmayıb. Lakin onların sırasında ağır döyüş yolu keçərək Vətənə qayıtmağı bacaran gəncəli Tofiq Hüseynov bu gün (fevralın19-u-red) 100 yaşını qeyd edir. Bununla əlaqədar olaraq, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov 100 yaşlı veteranı ziyarət edib. Gəncə şəhər Veteranlar təşkilatının sədri Yusif Məmmədovun da iştirak etdiyi görüş zamanı Tofiq Hüseynovun keçdiyi döyüş yolundan və bir əsrə bərabər olan həyatından bəhs olunub. Niyazi Bayramov bildirib ki, 100 yaşı olmasına baxmayaraq o, yenə ictimai fəallıqla məşğuldur. Belə ki, Tofiq Hüseynov hazırda Gəncə şəhər Nizami rayon Veteranlar Təşkilatının sədri vəzifəsində çalışır. Şəhər rəhbəri qocaman qəhrəmanı 100 illik münasibətilə təbrik edərək, ona cansağlığı arzulayıb. Tofiq Hüseynov göstərilən diqqət və qayğıya görə ölkə rəhbərinə minnətdarlıqlarını ifadə edib. O bildirib ki, həyatında ən böyük arzusu Zəfər bayramında iştirak etmək olub. 2020-ci il 8 Noyabr tarixində bu arzusuna çatdığı üçün Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevə və Rəşadətli Ordumuza dərin təşəkkürünü bildirib. Daha sonra Niyazi Bayramov Tofiq Hüseynovu Gəncə şəhərinin ictima-siyasi həyatında səmərəli fəaliyyəti və 100 illik yubileyi münasibətilə Fəxri Fərmanla təltif edib. Bununla yanaşı, veterana Ad günü münasibətilə şəhər rəhbərliyi tərəfindən müxtəlif hədiyyələr təqdim olunub. Qeyd edək ki, Hüseynov Tofiq Paşa oğlu 24 fevral 1922-ci il tarixində Gəncə şəhərində anadan olub. 1941-ci ildə 18 yaşı olanda Qori şəhərində hərbi təlimlərə qatılıb, Kazak polkunun 45-ci qvardiyasında süvari kimi xidmətə başlayıb. At belində Avropanın 4 ölkəsində onlarla şəhərin alman işğalçılarından azad olunmasında xüsusi igidlik göstərib. Tofiq Hüseynov xidməti dövründə 20 medalla təltif olunub. Uzun müddət Gəncə Şəhər Mərkəzi Mədəniyyət Evinin direktoru, Uşaq Yaradıcılıq Mərkəzinin rəhbəri vəzifələrində çalışıb.  

Hamısını oxu
Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Rəyasət Heyəti İkinci Dünya Müharibəsi veteranını vəfatı ilə bağlı başsağlığı verib

Veteran.gov.az xəbər verir ki, İkinci Dünya Müharibəsi veteranı, 1923-cü il təvəllüdlü  Şakirov Qadel Şakir oğlu vəfat edib.   Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Rəyasət Heyəti Şakirov Qadel Şakir oğlunun vəfatı ilə bağlı mərhumun yaxınlarına dərin hüzünlə başsağlığı verir və səbr diləyir.   Allah rəhmət eləsin!  

Hamısını oxu