Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Laçın sərhəd məntəqəsi erməni separatçıları üçün sonun əvvəlidir

2023-04-27 14:04:33
215 baxış

Digər xəbərlər

Qax rayon Veteranlar Təşkilatının sədri yubiley medalı ilə təltif edilib

Qax rayon Veteranlar Təşkilatının sədri Sabir Nemətov veteran hərəkatına göstərdiyi dəstəyə və  rayon veteranlarına göstərdiyi diqqət və qayğıya görə Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin 2019-cu il 13 iyun tarixli Sərəncamı ilə təsis olunan “1941-1945-ci illər Böyük Vətən müharibəsində Qələbənin 75 illiyi” yubiley medalı ilə təltif edilib. Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranlar Təşkilatının sədri general-polkovnik Tofiq Ağahüseynovun göstərişi ilə Təşkilatın hərbi vətənpərvərlik şöbəsinin mütəxəssisi İsmayıl İsmayılovun iştirakı ilə yubiley medalı sahibinə təqdim edilib. Qax rayon Veteranlar Təşkilatının sədri Sabir Nemətov "Böyük Vətən müharibəsində Qələbənin 75 illiyi (1945–2020)”  Rusiya Federasiyasının yubiley medalına layiq görüldüyünə görə başda Cənab Prezident İlham Əliyev olmaqla, eləcə də Respublika Veteranlar Təşkilatının sədri General-polkovnik Tofiq Ağahüseynova öz dərin minnətdarlığını  bildirib.

Hamısını oxu
Prezidentlə xanımı Zəngilan və Qubadlıda

Azərbaycan Respublikasının Birinci vitse prezidenti Mehriban Əliyeva özünün instaqram səhifəsində Zəngilan və Qubadlı rayonlarından paylaşım edib. Publika.az xəbər verir ki, Mehriban Əliyeva yazıb: "Əziz və doğma Zəngilan və Qubadlı torpaqlarından dərin hörmət və sevgilərlə, Sizin MEHRİBAN"

Hamısını oxu
II Dünya müharibəsi veteranı əlil arabası ilə təmin edilib

Respublika Veteranlar Təşkilatının sədri general-polkovnik Tofiq Ağahüseynovun tapşırığı ilə Ağdaş rayon sakini II Dünya müharibəsi veteranı İslam Həsənov Həsənbala oğlu əlil arabası ilə təmin edilib. Təşkilatın hərbi vətənpərvərlik şöbəsinin mütəxəssisi İsmayıl İsmayılov və Ağdaş rayon Veteranlar Təşkilatının sədri Elton Hacıyev, rayon Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin əməkdaşı, İcra hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Qalib Həsənov,  rayon Ağsaqqallar Şurasının sədri Rafiq Nəbiyev,“Ağdaş” qəzetinin redaktoru Tofiq İsayevin iştirakı ilə əlil arabası II Dünya müharibəsi veteranına təhvil verilib. 6 ildir ki, yataq xəstəsi olan qocaman veteran İslam Həsənov və ailə üzvləri ona göstərilən diqqət və qayğıya görə Respublika Veteranlar Təşkilatının sədri general-polkovnik Tofiq Ağahüseynova minnətdarlığını bildirib.

Hamısını oxu
Müsəlman şərqində ilk dünyəvi qızlar məktəbi- 120 il

Bu gün - 7 oktyabr neft milyonçusu, xeyriyyəçi Hacı Zeynalabidin Tağıyevin vəsaiti hesabına təsis edilmiş Bakı rus-müsəlman qız məktəbinin yaradılmasından 120 il ötür.   XIX əsrin sonu - XX əsrin əvvəllərində yaşamış məşhur mesenat H.Z.Tağıyev təkcə uğurlu sahibkar deyil, həm də görkəmli ictimai xadim idi. H.Z.Tağıyevin savadı və təhsili olmasa da, o, həmişə öz xalqının maariflənməsinə də xüsusi diqqət vermişdir. Həmçinin Tağıyev dəfələrlə Bakı dumasının üzvü seçilərək, şəhərin infrastukturunun inkişafına yönələn bir çox layihələrin hazırlanmasında və həyata keçirilməsində də iştirak etmişdir.   Həmin layihələrdən biri azərbaycanlı qızlar üçün dünyəvi məktəbin yaradılması  idi. 1896-cı ildə bu ideyanı Azərbaycan tarixinin ən parlaq şəxsiyyətlərindən biri,  xeyriyyəçi Hacı Zeynalabdin Tağıyev gerçəkləşdirdi.   Nəhayət, H.Z.Tağıyevin təşəbbüsü, min bir əzab-əziyyəti və maliyyə dəstəyi ilə 1898-ci ilin iyununda qız məktəbinin binasının inşasına başlanıldı. Bina Bakının mərkəzi küçəsində - Nikolayevski küçəsində tikilmişdi. Binanın baş memarı polyak əsilli görkəmli memar İosif Qoslavski olmuşdur.   Məktəbin açılışından öncə şagird və pedaqoji personalının formalaşdırılmasına başlanıldı. Əsasən məktəbə 7 yaşından yuxarı (sonralar yaş həddi 8-ə artırıldı) müsəlman qızlar qəbul olunurdu. İlk vaxtlarda 50 şagirdin qəbulu nəzərdə tutulurdu ki, onlardan 20 kasıb qız H.Z. Tağıyevin ianələri hesabına, 30 qız isə öz hesablarına oxuyur və məktəbin pansionunda qalırdılar. Lakin ödənişsiz təhsil almaq istəyənlərin sayı daha çox oldu. Hamilər Şurası H.Z.Tağıyevin təklifi ilə əlavə 13 kasıb qızın qəbul olunmasına qərar verdi. Qız məktəbinin açılışı ərəfəsində pulsuz oxuyan şagirdlərin sayı 35 nəfərədək artdı, cəmi qəbul olunanların sayı isə 58-ə çatdı. Beləliklə, əvvəlcədən nəzərdə tutulan plana rəğmən pulsuz oxuyan şagirdlərin sayı öz hesabına təhsil alanları üstələdi. Şagirdlər Şuşadan, Tiflisdən, Şimali Qafqazdan gəlmişdilər, Bakı sakinlərinin sayı isə az idi.   Nəhayət 7 oktyabr 1901-ci ildə Bakıda Nikolayevski küçəsindəki binada İmperatriçə Aleksandra Fyodorovna adına Bakı rus-müsəlman qız məktəbinin təntənəli açılışı oldu. “Kaspi” qəzeti bu hadisəni belə səciyyələndirdi: “Yeddi oktyabr günü Zaqafqaziyanın müsəlman əhalisinin ən mütərəqqi təbəqəsinin çoxdan arzuladığı qadın təhsili ideyasının nəhayət ki, gerçəkləşdiyi gün kimi yadda qalacaq”   Məktəbin daxili intizam qaydası haqqında qeyd edə bilərik ki, qapalı pansion idi, kişilərin oraya daxil olması qadağan edilmişdi. Şagirdlər forma, yemək, tədris vəsaitləri ilə bütövlüklə H.Z.Tağıyevin hesabına təmin edilirdilər. Ümumi fənlərlə yanaşı məktəbdə əl işi və evdarlıq üzrə təcrübi məşğələlər də keçirilirdi.   Ümumiyyətlə bu məktəb doğrudan da, müsəlman qızlar arasında ilk dünyəvi təhsilin, Azərbaycan xalqına savadlı ana bəxş etməsinin, ilk ziyalı qadın kadrların formalaşdırmasının, habelə Azərbaycanın müsəlman qadın təhsilinin təməlini qoydu.   Qeyd edək ki, Milli Azərbaycan Tarixi Muzeyinin Sənədli mənbələr, Foto-neqativ materiallar fondlarında qız məktəbinin tədris prosesinin təşkilinə dair əhəmiyyətli materiallar qorunur. Ətraflı məlumat üçün muzeyin saytının nəşrlər bölməsinə nəzər yetirə bilərsiniz: http://azhistorymuseum.gov.az/az/book/29  

Hamısını oxu