Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Novxanı 1 nömrəli tam orta məktəbdə Ulu öndər Heydər Əliyevin 100 illik yubileyi münasibətilə möhtəşəm tədbir keçirilib

Novxanı 1 nömrəli tam orta məktəbdə 04.05.2023-cü il tarixdə Ulu öndər Heydər Əliyevin 100 illik yubileyi münasibətilə tədbir keçirilib. 

Veteran.gov.az xəbər verir ki, bu barədə məktəbin sosial şəbəkədəki hesabında məlumat verilib. Məktəbin həyətində başlayan tədbir məktəblilərin bir-birindən maraqlı çıxışları, xor kollektivinin ifası, şeir və rəqs nümunələri ilə davam edib. Ümummilli liderin 100 illik yubileyi münasibətilə hazırlanan fləşmob tədbir iştirakçılarında xüsusilə böyük maraq doğurub.

Heydər Əliyevin zəngin həyat yolu və  siyasi fəaliyyəti ilə bağlı məktəb müəllimlərinin etdiyi çıxışlar da tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb. Tədbirdə Abşeron Rayon Təhsil Şöbəsinin əməkdaşları, habelə digər qonaqlar iştirak edib.

Seymur ƏLİYEV

 

2023-05-04 20:32:25
328 baxış

Digər xəbərlər

“Qondarma “erməni soyqırımı” iddiası sadəcə Türkiyəyə deyil, bütün türk dünyasına atılan iftiradır”

Cəlil Xəlilov: “Azərbaycan hər bir işdə olduğu kimi, erməni yalanlarına qarşı mübarizədə də qardaş Türkiyənin yanında olub və bundan sonra da yanında olacaq”   Məlum olduğu kimi, hər il 24 aprel tarixi ermənilər tərəfindən “soyqırım günü” kimi qeyd edilir.   Tamamilə absurd və  xəstə təfəkkür məhsulu olan “erməni soyqırım” iddiası ilə bağlı saytımıza açıqlama verən Respublika Veteranlar Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov, bu gülünc iddianı bütün türk dünyasına atılan iftira kimi dəyərləndirib:   “Şübhəsiz, “erməni soyqırımı” iddiasının heç bir fakta istinad etmədiyi, tarixi həqiqətlərə deyil, siyasi qərarlara söykəndiyi hər kəsə məlumdur. Lakin təəssüflər olsun ki, həm Ermənistan və erməni diaspor təşkilatları, həm də bəzi dövlətlər bundan Türkiyəyə qarşı siyasi təzyiq məqsədi ilə istifadə etməyə, onun imicinə, tarixdə oynadığı sülhpərvər missiyaya kölgə salmağa çalışır. Onların məqsədi tarixi saxtalaşdırmaq, Türkiyəyə qarşı yeni tələb və iddialar üçün zəmin formalaşdırmaqdır. Halbuki, 1915-ci ildə Türkiyədəki ermənilərin yaşadıqları ölkəyə xəyanət edərək qiyam qaldırdığı, minlərlə türkü – uşağı, qocanı, hamiə qadınları qətlə yetirdiyi ilə bağlı çoxsaylı və təkzibedilməz tarix faktlar mövcuddur. Yəni ermənilər 1915-ci ildəki olayların qurbanları deyil,  türk xalqına qarşı törədilən soyqırımın sifarişçiləri və icraçılarıdır. Belə olan halda ermənilərin öz etdikləri cinayətləri Türkiyənin boynuna qoymaq cəhdləri siyasi həyasızlıqdan və əxlaqsızlıqdan başqa bir şey deyil”.   Azərbaycan xalqının hər zaman hər bir məsələdə qardaş Türkiyənin yanında yer aldığına diqqət çəkən Cəlil Xəlilov, bu gerçəyin bundan sonra da dəyişməz olaraq qalacağını bildirib:   “Azərbaycan və Türkiyə tarixin ən keşməkeşli dönəmlərində belə bir-birlərinin yanında yer alıb, bir-birlərinə qardaş yardımı göstəriblər. Azərbaycan hər bir işdə olduğu kimi, erməni yalanlarına qarşı mübarizədə də qardaş Türkiyənin yanında olub və bundan sonra da yanında olacaq. Biz Türkiyə ilə birlikdə ermənilərin qondarma “soyqırım” iddialarını ifşa etməkdə davam edəcək və bütün dünyaya türk dünyasının haqq səsini çatdıracağıq.   Onu da qeyd edim ki, qondarma “erməni soyqırımı” iddiası sadəcə Türkiyəyə deyil, bütün türk dünyasına atılan iftiradır və bu iftiraya, bu tarixi yalana qarşı mübarizədə Türkiyəyə dəstək olmaq bizim hər birimizin milli, vicdani və insani borcumuzdur”.   Respublika Veteranlar Təşkilatının mətbuat xidməti

Hamısını oxu
Onun bütün fəaliyyətinin şüarı “hər şey İnsan üçün, xalq üçün, Vətən üçün, bəşəriyyət üçün”dür

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun Prezidenti, UNESKO və İSESKO-nun Xoşməramlı Səfiri Mehriban xanım Əliyevanın həyat fəlsəfəsinin əsasında vətənə sədaqət, milli dəyərlərə hörmət, humanizm, şəfqət, xeyriyyəçilik, mərhəmətlilik, kübarlıq, alicənablıq kimi yüksək mənəvi keyfiyyətlər dayanır. Onun bütün fəaliyyətinin, həyata keçirdiyi hər bir layihəsinin mühüm şüarı “hər şey İnsan üçün, xalq üçün, Vətən üçün, bəşəriyyət üçün”dür. Azərbaycan ailəsinin problemlərini həmişə diqqət mərkəzində saxlayan Mehriban xanım ölkədə ailə, qadın və uşaq problemlərinin həllinə böyük dəstək verir. Mehriban xanımın təşəbbüsü və rəhbərliyi ilə hər bir vətəndaşın bərabər, əlçatan və keyfiyyətli təhsillə təminatı, əhalinin sağlamlığının qorunması, sosial baxımdan daha həssas əhali qruplarının (şəhid ailələri, qazilər, məcburi köçkünlər, ahıllar, kimsəsizlər, irsi qan xəstəliyindən və digər irsi xəstəliklərdən əziyyət çəkən şəxslər və s.) problemlərinin həlli istiqamətində həyata keçirdiyi layihələr, bütövlükdə ailələrin rifahının daha da yaxşılaşmasına öz müsbət təsirini göstərir.   Mehriban xanım həyatının bütün mənasını xalqına, dövlətinə xidmətdə görür və bu yolda yorulmadan çalışır, ideoloji mübarizə aparır. 2004-cü ildən yaratdığı Ulu Öndər Heydər Əliyevin adını daşıyan Fondun vasitəsilə Avropa və dünyada bir sıra ciddi və xüsusi mahiyyət daşıyan mədəni və sosial layihələrə verdiyiniz dəstəklə diqqəti Azərbaycan yönəltməyi bacardı. Azərbaycanın idman, dostluq, sülh ölkəsi kimi tanınmasında müstəsna xidmətləri vardır. Ölkəmizdə və dünyada mədəniyyətə, tarixə, idmana xüsusi qayğı ilə yanaşan, elm, təhsil, səhiyyə, ekologiya sahələrində, o cümlədən, sivilizasiyalar və mədəniyyətlərarası dialoqun reallaşması, tolerantlığın bərqərar olması istiqamətində Respublikada və beynəlxalq miqyasda böyük layihələr həyata keçirən prinsipial və peşəkar bir ictimai xadimdir. Onun geniş miqyaslı fəaliyyətinin əhəmiyyətini və qlobal aktuallığını əks etdirən ali mükafatlar və təltiflər həyata keçirdiyi humanitar missiyaya verilən yüksək dəyərin təzahürüdür.   Prezident İlham Əliyevin ən yaxın silahdaşı olaraq sosial, humanitar və iqtisadi siyasətin həyata keçirilməsində, Azərbaycanda ictimai sabitliyin təmin olunmasında böyük əməyi var. Özünün peşəkarlığı, zəngin təcrübəsi, böyük humanizmi və hadisələrə genişmiqyaslı baxışıniz ilə Azərbaycan tarixində qadın hərəkatının yeni bir səhifəsini açmış, idarəetmədə qadınların rolunun artmasına səbəb olmuşdur. Mehriban xanım Azərbaycanı dünyada mədəniyyət carçısı, sivilizasiyalararası dialoq, mültikulturalizm və tolerantlıq məkanı kimi təqdim etməklə Prezident İlham Əliyevin müzəffər lider portretini uğurla tamamlayır. Pandemiya səbəbindən ölkəmizdə yaşanan böhran zamanı onun peşəkarlığı sayəsində idarəetmədə güc birliyi təmin olunmuş, ailələrin sosial ehtiyaclarının qarşılanması, onların ərzaq və tibbi ləvazimatlarla təminatı həyata keçirilmişdir. Həssas və qayğıya ehtiyacı olan insanlara, qazi və şəhid ailələrinə lazımi köməyi göstərir, onların daha rahat yaşayışı üçün bütün imkanları səfərbər edir. Hər dəfə heç bir rəsmiyyət olmadan, titullar göstərilmədən “Sizin Mehriban” sözləri ilə bitən bir ana, bacı, dost kimi xalqımıza etdiyiniz müraciətlər, çağırışlar istər ölkə daxilində, istərsə də ölkədən kənarda yaşayan hər bir vətəndaşımızın qarşısında öhdəlik və cavabdehlik, eyni zamanda, insanlarda ruh yüksəkliyi yaradır . Bu gün doğma Qarabağ və Şərqi Zəngəzur torpaqlarında quruculuq işləri aparılır, 30 ildə erməni vandalları tərəfindən dağıdılan evlərimiz, sosial infrastrukturumuz, talan olan ərazilərimiz, meşələrimiz, tarixi - mədəni - dini abidələrimizin yenidən tikilib- qurulmasında da Mehriban xanımın və rəhbərlik etdiyi Heydər Əliyev Fondunun özünəməxsus rolu vardır. Mehriban xanım yalnız Prezidentin həyat yoldaşı kimi deyil, həm də gündəlik xeyirxah fəaliyyəti, nəcib əməlləri və göstərdiyi mərhəməti ilə də Azərbaycanın birinci xanımıdır. Özünün şəxsi nümunəsi ilə müasir Azərbaycan qadınını bütün dünyada ləyaqətlə təmsil edir, Azərbaycan ailəsinin yüksək mənəvi dəyərlərə söykəndiyini əyani təcəssüm etdirir. Mehriban xanım tanınmış ictimai-siyasi xadim olmaqla, yanaşı, həm də sədaqətli, etibarlı həyat yoldaşı, qayğıkeş ana, sevimli nənədir. ​​​​​ Bir daha Respublikanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanı ad günü münasibəti ilə ürəkdən təbrik edir, səadət dolu günlər, uzun ömür, can sağlığı, Azərbaycançılıq məfkurəsinin inkişafı, Vətənimizin və dünyamızın rifahı naminə şərəfli fəaliyyətində müvəffəqiyyətlər, tükənməz xalq sevgisi arzu edirəm.​​   Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri, professor Hicran Hüseynova  

Hamısını oxu
Türk diplomat terrorçulara meydan oxudu: “Səfirliyə yox, cəbhəyə gəlin, dərsinizi verək”

Türkiyənin ölkəmizdəki keçmiş səfiri Hulusi Kılıç Moderator.az-a açıqlamasında ermənilərin son təxribatlarına münasibət bildirib. Erməniləri cəbhəyə səsləyən diplomat, Azərbaycanın təxribatçılara gərəkli dərsi 44 günlük Vətən müharibəsində olduğu kimi hərb meydanında verməyə hazır olduğunu bildirib:   “Fransadakı Azərbaycan səfirliyinə erməni terroirçuları tərəfindən edilən hücumu şiddətlə qınayır və pisləyirəm. Onlara buradan səslənirəm: “Parisdəki Azərbaycan səfirliyinə yox, cəbhəyə gəlin!  Gəlin cəbhəyə, sizə yerinizi göstərək, dərsinizi verək”!.   Təəssüf ki, biz son hadisələr fonunda Fransa hökumətinin terroristlərlə əməkdaşlıq etdiyini bir daha gördük. Fransa sözdə həmsədrlərdən biri idi. Bu, həm də onu göstərir ki, 28 il həmsədr kimi  heç bir iş görməyən Fransa problemin həlli üçün deyil, həll edilməməsi üçün səy göstərən dövlət idi. Biz bunu 44 günlük savaşda da gördük. Makron həmin vaxt da Ermənistanı dəstəklədi , Fransa senatı Azərbaycan əleyhinə qərar aldı. Biz bu davranışı qınayırıq və hesab edirik ki, Fransa öz mövqeyinə yenidən baxmalı, ədalətli mövqe sərgiləməldiir.   BMT-nin məlum dörd qətnaməsində imzası olan Fransa problemin həlli üçün əməli baxımdan heç nə etmədi,  44 günlük Vətən müahribəsində Ermənistanı dəstəklədi. Sentyabnn 12-də ermənilərin törətdiyi təxribatdan sorna Paşinyanın zəng etdiyi ilk ldierlərdən biri də Fransa prezidenti oldu. Istəyirik ki, artıq Fransa dövlət kimi davransın, terrorçularaa, terror dövlətinə dəstək olmasın. 1961-ci ilin Vyana müqaviləsindən qaynaqlanan diplomatları qorumaq öhdəliynə də əməl etsin.   Ermənilərin Fransadakı Azərbaycan səfirliyinə edilən erməni hücumunda qəhrəman səfirlik əməkdaşı təkbaşına qapını qorudu, qapını terrorçuların üzünə açmadı. Əgər qapı açılsayda, nə olacaqdı? Hücum zamanı dövlət başçımızın da fotosunu yandırdılar. Onlar 45-46 məsləkdaşımı vəhşicəsinə qətlə yetirən adamlardır.   Bizim hörmətli dövlət başçımız İlham Əliyev bildirmişdi ki, bir dövlətin iki diasporu ola bilməz. Biz bu sözü əməli işimizlə gerçəyə çevirməliyik. 2007-ci ildə söylənilən bu sözün gerçəkələşməsi gərəkir. Bizim Qərbdəki diaporumuzun güclü olması lazımdır. Diasporlarımız da birləşməlidir. Türk və Azərbaycan diapsorları briləşməli, bir millətin bir diasporu olmalıdır.   ABŞ Konqresi Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin Ermənistahan ziyarətinin zamanlaması da çox düşündürücüdür. Bu şəxs 2 avqustda Tailanda getdi, oranı qarışdırdı. Çinlə ABŞ üz-üzə gəldi. Bir neçə gün öncə isə Ermənistaan səfər etdi.   Onun Ermənistana səfəri və orada səsləndirdiyi fikirlər bölgədə sülh üçün ciddi təhdid yaradır. Bu səfəri uğrusuz və gərəksiz hesab edirəm”.   Seymur ƏLİYEV    

Hamısını oxu
Şəhidlərimizin ruhu Gürcüstanın Qardabani rayonunda ehtiramla yad olunub

Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində gedən şiddətli döyüşlər zamanı iyulun 14-də müdafiənin ön xəttində qəhrəmancasına şəhid olan polkovnik İlqar Mirzəyevin xatirəsi doğulduğu Gürcüstanın Qardabani rayonunun İstisu (Tbilistskaro) kəndində ehtiramla anılıb. AZƏRTAC xəbər verir ki, tədbirdə Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov, hərbi attaşe aparatının rəhbəri polkovnik-leytenant Fuad İbrahimov, Gürcüstan parlamentinin deputatı Azər Süleymanov, rayon və kənd ictimaiyyətinin nümayəndələri, ziyalılar iştirak ediblər. Səfir Dursun Həsənov çıxış edərək düşmənin silahlı bölmələrinin iyulun 12-də Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz rayonu istiqamətində törətdiyi təxribat barədə məlumat verib. Bildirib ki, Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində baş vermiş son hadisələr Paşinyan rejiminin daxili elektorata hesablanmış növbəti təxribatıdır. Bu qondarma “demokratik” rejim növbəti dəfə dəhşətli xarici düşmən obrazı yaratmağa, həm əhalinin, həm də müxalifətin diqqətini yayındırmağa çalışır. Diplomat vurğulayıb ki, Ermənistanın hərbi təxribatı nəticəsində bir neçə hərbi qulluqçumuz şəhid olub. Onlardan biri də polkovnik İlqar Mirzəyevdir. Vətən uğrunda canından keçən oğullarımızın qisası ordumuz tərəfindən alınıb. İnanırıq ki, Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə yüksək hərbi-vətənpərvərlik ruhu olan güclü Azərbaycan Ordusu düşmənin təxribatına bundan sonra da layiqli cavab verəcək. Deputat Azər Süleymanov, şəhidin təhsil aldığı İstisu kənd məktəbinin direktoru Mehman İsayev, Qardabani şəhər 3 saylı tam orta məktəbin direktoru Abay Süleymanov və başqaları çıxış edib, şəhidlərimizə Allahdan rəhmət diləyiblər. Çıxışlarda Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin şəhid ailələrinə telefonla zəng etməsi xüsusi qeyd olunub. Bildirilib ki, dövlətimizin başçısının bu diqqət və qayğısı ordumuzun döyüş ruhunu daha da artırıb. Birliyimiz, həmrəyliyimiz sayəsində Azərbaycanın ərazi bütövlüyü təmin olunacaq, işğaldan azad edilən torpaqlarımızda üçrəngli bayrağımız dalğalanacaq. Sonda şəhidlərin ruhuna dualar oxunub, ehsan süfrəsi açılıb.   Xətayi Əzizov AZƏRTAC-ın xüsusi müxbiri Tbilisi

Hamısını oxu