Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Cəlil Xəlilov: “Brüssel görüşü dövlətimizin Ermənistan üzərində növbəti qələbəsidir”

“Brüssel görüşü dövlətimizin Ermənistan üzərində növbəti qələbəsidir”.

Bunu saytımıza açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov bildirib. Polkovnik qeyd edib ki, Brüssel görüşü bir çox baxımdan mühüm əhəmiyyətə malikdir:

“Brüssel görüşünü əhəmiyyətli edən ən mühüm amillərdən biri Brüssel formatının yenidən bərpa edilməsi ilə bağlıdır.

Bildiyiniz kimi, Azərbaycan hər zaman Brüssel formatından, eyni zamanda Avropa İttifaqı ilə münasibətlərin vəziyyətindən razı olub. Tarixə nəzər salsaq görərik ki, buna mane olan yalnız Fransa olub. Hansı ki, artıq Fransanın bu müstəvidəki təxribatlarının qarşısı alınıb. Fransanın özünün də Avropa İttifaqında nüfuzu zəifləyib. Bu isə ölkəmizə imkan verir ki, öz maraqlarını Brüssel formatı və Avropa ittifaqı ilə münasibətlərdə daha uğurla bərpa etsin”.

Cəlil Xəliov qeyd edib ki, Azərbaycan Brüssel görüşündə Ermənistanı bir çox həqiqətləri etiraf etməyə, eyni zamanda mövcud reallığı qəbul etməyə vadar edib:

“Brüssel görüşünün digər bir önəmi Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanıması oldu. Bu görüşdə rəsmi İrəvan liderlərin 1991-ci ilin “Alma-Ata Bəyannaməsi”nə sadiqliyini təsdiqlədi, Ermənistanın 29,800 kvadratkilometr, Azərbaycanın isə 86,600 kvadrat kilometr ərazisiyə malik olduğunu etiraf etdi. Bu, dövlətimizin Ermənistan üzərində növbəti diplomatik qələbəsi oldu.

Bundan başqa, Ermənistan Zəngəzur dəhlizinin açılmasının da zəruriliyini təsdiqlədi. Zəngəzur dəhlizinin açıması ideyası Avropa Birliyi tərəfindən də ciddi şəkildə dəstəkləndi. Başqa sözlə desək, Brüssel görüşü Zəngəzur dəhlizinin açılması prosesinə bir qədər də təkan verdi, onun strateji önəmini bir daha ortaya qoydu”.

Polkovnik qeyd edib ki, qarşıdakı Kişinyov görüşündə ermənipərəst Fransanın iştirakı formal xarakter daşıyır və heç bir ciddi önəm kəsb etmir:

 “Bildiyiniz kimi, qarşıda Azərbaycan, Ermənistan, Fransa və Aİ rəhbərlərinin görüşü gözlənilir. Lakin tərəflərin bu tərkibdə bir araya gəlməsi format deyil. Bu, orada keçiriləcək sammit çərçivəsində qeyri-rəsmi bir görüş olacaq. Görüşdə hər zaman Azərbaycanın ərazi bütövlüyünə açıq dəstək nümayiş etdirən Almaniya da iştirak edəcək ki, bu da Fransa faktorunu tamamilə neytrallaşdıracaq. Bir sözlə, Fransanın Kişinyov görüşündə iştirakı heç bir əhəmiyyət kəsb etməyəcək. Azərbaycan Brüssel görüşündə olduğu kimi qeyri-rəsmi Kişinyov görüşündə də öz mövqeyini qətiyyətlə müdafiə edəcək və Ermənistanın diplomatik məğlubiyyəti daha da dərinləşəcək”.

 

2023-05-15 20:10:41
49 baxış

Digər xəbərlər

Azərbaycan Ordusu sərt cavab tədbirlərinə tam hazırdır - Zakir Həsənov

Sentyabrın 19-da Müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycan Ordusunun rəhbər heyəti ilə xidməti müşavirə keçirib. Bu barədə Publika.az-a Müdafiə Nazirliyindən məlumat verilib. Əvvəlcə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Müdafiə naziri bildirib ki, son vaxtlar əldə olunan məlumatlar və kütləvi informasiya vasitələrində yayılan xəbərlər, eləcə də Ermənistanın hərbi-siyasi rəhbərlərinin çıxışlarındakı müharibə ritorikası, səfərbərlik tədbirlərini həyata keçirməsi və bölgəyə kənar qüvvələri cəlb etməsi düşmənin genişmiqyaslı təxribatlar törətmək və vəziyyəti gərginləşdirmək niyyətində olduğunu açıq-aydın göstərir. Bunu nəzərə alaraq sərəncamda olan qüvvə və vasitələrimiz nəinki hər hansı təxribatın qarşısını almağa, hətta sərt qabaqlayıcı tədbirlərin görülməsinə tam hazır olmalıdır. Bu məqsədlə kəşfiyyat fəaliyyətinə, döyüş təminatına xüsusi diqqət yetirilməli, bütün istiqamətlərdə mütəşəkkil addımlar atılmalıdır. Azərbaycan Ordusunun xüsusilə ön xətdə yerləşən bölmələrinin döyüş qabiliyyətinin, peşəkarlığının daim artırılması, şəxsi heyətin döyüşə hazırolma səviyyəsinin yüksəldilməsi, işğal olunmuş torpaqların azad edilməsinə yönələn təlim və məşqlərin keyfiyyətinə nəzarət gücləndirilməlidir. Müdafiə naziri Azərbaycan Ordusunda silah, döyüş və xüsusi texnikanın istismarının qış mövsümünə keçirilməsi, qışa hazırlıq prosesinin effektivliyi və vaxtında yekunlaşdırılması, bölmələrin hərtərəfli təminatı, hərbi qulluqçuların sağlamlığına, eləcə də COVID-19 pandemiyası ilə mübarizə tədbirlərinə xüsusi diqqət yetirilməsi barədə vəzifəli şəxslərə tapşırıqlar verib. Sonda general-polkovnik Z.Həsənov fəaliyyət planına uyğun olaraq döyüş hesabatlarının və səfərbərlik ehtiyatlarının müvafiq qurumlarla dəqiqləşdirilməsi və ehtiyatda olan hərbi vəzifəlilər ilə müxtəlif ixtisaslar üzrə toplanışların, çöl çıxışlarının və döyüş hazırlığı məşğələlərinin keçirilməsinə hazırlıqla bağlı göstərişlər verib.

Hamısını oxu
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 7-də CNN-Türk televiziyasına müsahibə verib.

Bakı, 7 oktyabr, AZƏRTAC Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 7-də CNN-Türk televiziyasına müsahibə verib.

Hamısını oxu
Ümumrusiya Azərbaycan Konqresi ətrafında baş verənlər ciddi narahatlıq doğurur

  2001-ci ildə yaradılan Ümumrusiya Azərbaycan Konqresi (ÜAK) bu müddət ərzində Rusiya Federasiyasında yaşayan azərbaycanlıların problemlərinin həllində, onların Rusiya cəmiyyətinə inteqrasiyasına nail olunmasında, hər iki xalq arasında dostluq münasibətlərinin inkişafında mühüm işlər görmüşdür. Əlbəttə, bu fəaliyyətin uğurla həyata keçirilməsində Rusiyanın müvafiq dövlət orqanlarının Konqresin fəaliyyətinə göstərdikləri dəstəyin də xüsusi rolu olmuşdur. Məhz buna görə də Rusiya Federasiyası Ədliyyə Nazirliyinin Ümumrusiya Azərbaycan Konqresinin ləğv edilməsi ilə bağlı bu ölkənin Ali Məhkəməsinə müraciət etməsi MDB məkanında, eləcə də dünyanın müxtəlif ərazilərində fəaliyyət göstərən əksər diaspor təşkilatları, həmçinin digər ictimai birliklər tərəfindən təəccüblə qarşılanıb. Həmin ictimai təşkilatların rəyinə görə, ÜAK daim azərbaycan-rus xalqları arasında dostluq, mehriban qonşuluq əlaqələrinin möhkəmləndirilməsi istiqamətində ardıcıl və səmərəli iş aparmaqla, ikitərəfli münasibətlərin inkişafına müsbət töhfə verir. Uzun illər ərzində səmərəli iş aparan Konqresin fəaliyyətinə yaranmış təhlükənin Rusiya-Azərbaycan münasibətlərinə təsirsiz ötüşməyəcəyi xüsusi narahatlıq doğurur. Respublika Veteranlar Təşkilatı və Azərbaycanın çoxsaylı veteranları da ÜAK-ın Rusiya azərbaycanlılarının mənafelərinin müdafiəsi və bu ölkə ilə qarşılıqla əlaqələrin genişləndirilməsi istiqamətindəki fəaliyyətini yüksək qiymətləndirir, təşkilat ətrafında baş verənlərdən narahat olduqlarını bildirirlər. Bizim qənaətimizə görə də, bu xoşagəlməz halın arxasında Rusiya-Azərbaycan dostluğunu qəbul edə bilməyən müəyyən qüvvələr və təşkilatların dayandığı şübhəsizdir. Biz inanırıq ki, Rusiya Federasiyasın müvafiq dövlət orqanları, bu ölkənin Ali Məhkəməsi məsələni lazımınca araşdıracaq və hər zaman qanun çərçivəsində fəaliyyət göstərən ÜAK-ın iki xalq arasındakı dostluq münasibətlərinin möhkəmləndirilməsindəki rolunu nəzərə alacaqdır. Rusiyada yaşayan azərbaycanlılar da məsələ ilə bağlı düzgün qərar veriləcəyinə və ÜAK bundan sonra da fəaliyyətini uğurla davam etdirəcəyinə inanırlar. Rusiya Ali Məhkəməsinin qərarının ədalətli və müdrik olacağına bizim də şübhəmiz yoxdur.   Respublika Veteranlar Təşkilatının sədr müavini, ehtiyatda olan polkovnik Cəlil Xəlilov.  

Hamısını oxu
ƏƏSMN: Bu il 1300 mənzil və fərdi ev şəhid ailələri və müharibə əlillərinə təqdim edilib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzaladığı “Azərbaycan Respublikasının Vətən Müharibəsi Qəhrəmanlarının və onların ailə üzvlərinin sosial-məişət şəraitinin yaxşılaşdırılması haqqında” yeni Sərəncamı bu kateqoriyadan olan şəxslərə dövlət başçısı tərəfindən daha bir yüksək qayğının təzahürüdür.   Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən (ƏƏSMN) APA-ya verilən xəbərə görə, Sərəncama əsasən, Nazirlik “Vətən Müharibəsi Qəhrəmanı” adı verilmiş şəxsləri və ölümündən sonra həmin ad verilmiş şəxslərin ailə üzvlərini mənzillə təmin edəcək.   ““Azərbaycan Respublikasının “Vətən Müharibəsi Qəhrəmanı” adının təsis edilməsi haqqında” 26 noyabr 2020-ci il tarixli Qanuna əsasən, “Vətən Müharibəsi Qəhrəmanı” adı Azərbaycan Respublikasının ən ali fərqlənmə dərəcəsi kimi müəyyən olunub.   Prezident İlham Əliyevin 9 dekabr 2020-ci il tarixli Sərəncamı ilə Silahlı Qüvvələrimizin bir qrup hərbi qulluqçularına “Vətən Müharibəsi Qəhrəmanı” adı verilib.   Ölkəmizin ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirərkən göstərdikləri qəhrəmanlıq nümunəsinə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirərkən igidlik və mərdlik nümayiş etdirdiklərinə görə “Vətən Müharibəsi Qəhrəmanı” adı verilmiş şəxslər, habelə ölümündən sonra həmin ad verilmiş şəxslərin ailə üzvləri xüsusi diqqət və qayğı ilə əhatə olunublar. Dövlət başçısının 30 dekabr 2020-ci il tarixli Fərmanına əsasən Vətən Müharibəsi Qəhrəmanlarına (ölümündən sonra bu ad verildikdə və ya həmin ad verilmiş şəxs sonradan vəfat etdikdə, həmin şəxsin ailə üzvlərinə) dövlət qayğısını artırmaq məqsədilə onlar üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü təsis edilib. Təqaüdün aylıq məbləği 2 000 manat müəyyən olunub.   Şəhidlərimizin ailə üzvlərinin, müharibə qazilərinin çevik və genişmiqyaslı sosial dəstək paketi ilə əhatə olunması dövlətimizin sosial siyasətinin prioritetlərindən biridir. Dəstək istiqamətlərindən biri kimi, şəhid ailələrinin, müharibə əlillərinin mənzillə və fərdi evlə təminatı sahəsində mühüm addımlar atılır. Ötən dövrdə 10 500 şəhid ailəsi və müharibə əlilli mənzil və fərdi evlə təmin edilib. 2021-ci ildə də 3 minədək mənzil və fərdi evin bu kateqoriyalardan olan vətəndaşlara verilməsi nəzərdə tutulub ki, onlardan artıq 1300 mənzil və fərdi ev şəhid ailələri və müharibə əlillərinə təqdim edilib.   Vətən Müharibəsi Qəhrəmanlarının və onların ailə üzvlərinin mənzillə təmin edilməsi barədə yeni Sərəncamla həmin kateqoriyadan olan vətəndaşlar da dövlətin mənzillə təminat proqramına daxil edilir və bu proqramın əhatə dairəsi daha da genişlənir”, - deyə qeyd olunub.  

Hamısını oxu