Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

İsmayıllıda şəhid ailələri və qazilərlə görüş keçirilib

Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov İsmayıllı rayonunda şəhid ailələri, qazi və veteranlarla görüş keçirib, onları  maraqlandıran məsələlərlə bağlı müzakirələr aparıb.  Görüşdə Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatın İsmayııllı Rayon Təşkilatının fəalları, rayon ziyalıları da  iştirak edib.

 Qarşılıqlı fikir mübadiləsi əsasında keçən görüşdə şəhid ailələrinin, müharibə veteranlarının qayğı və istəkləri müzakirə edilib, dövlətin bu yöndə apardığı siyasətin önəmi qeyd olunub.

Tədbirdə çıxış edən polkovnik Cəlil Xəlilov dövlətin məlum sahədəki fəaliyyətinin əhəmiyyətini vurğulamaqla yanaşı, bu məsələdə vətəndaş cəmiyyətlərinin üsərinə düşən məsuliyyətə də diqqət çəkib:

 “Şəhid ailələrinin, müharibə əlillərinin, Birinci və İkinci Qarabağ müharibəsi veteranlarının sosial rifahının yaxşılaşması, onların hərtərəfli qayğı ilə əhatə olunması dövlətimizin daim diqqət mərkəzindədir. Prezident İlham Əliyevin bilavasitə diqqəti və qayğısı sayəsində bu gün hər bir şəhid ailəsi, müharibə veteranmı bu qayğını bilavasitə öz üzərində hiss edir. Lakin şəhid ailələrinə, müharibə əlillrinə, qazi və veteranlara qayğı sadəcə dövlətin vəzifəsi deyil. Bu, hər bir azərbaycanlının vəzifəsidir. Bu məsələdə vətəndaş cəmiyyəti institutları da aktiv olmalı, öz imkanları daxilində dövlətin şəhid ailələri, veteranlarla bağlı siyasətinə dəstək verməlidir. Unutmamalıyıq ki, həssas kateqoriyadan olan vətəndaşlarımıza yardım etmək, onların arzu və istəklərinə ikiqat diqqətlə yanaşmaq hər birimizin mənəvi borcudur və hər bir azərbaycanlı bu borca sədaqətlə yanaşmalıdır”.

Polkovnik Cəlil Xəlilov tədbirin sonunda görüşün təşkilində göstərdiyi köməkliyə görə İsmayıllı Rayon İcra Hakimiyyətinə, YAP-ın yerli rayon təşkilatına öz təşəkkürünü bildirib.

Məlumat üçün qeyd edək ki, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı müatəmadi surətdə regionlarda şəhid ailəri və veteranlarla görüşlər keçirməkdə, gənclər arasında vətənpərvərlik tərbiyəsinin inkişafı istiqamətində silsilə tədbirlər təşkil etməkdədir.  

Seymur ƏLİYEV

 

 

 

 

2023-05-22 12:26:46
38 baxış

Digər xəbərlər

Prezident şəhid general və polkovnikin ailəsinə başsağlığı verdi

Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev general-mayor Polad Həşimov və polkovnik İlqar Mirzəyevin dəfn mərasimi zamanı telefon vasitəsilə şəhid hərbi qulluqçuların ailə üzvlərinə dərin hüznlə başsağlığı verib. Axşam.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin məlumatında bildirilir. Qeyd edək ki, iyulun 14-ü Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində gedən şiddətli döyüşlər zamanı müdafiənin ön xəttində olarkən qəhrəmancasına şəhid olan general-mayor Polad Həşimov və polkovnik İlqar Mirzəyevlə vida mərasimi keçirilib. Onlar bu gün İkinci Fəxri Xiyabanda dəfn olunub.

Hamısını oxu
Şavkat Mirziyoyev İlham Əliyevi təbrik etdi

Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.   AZXEBER.COM-un xəbərinə görə, məktubda deyilir: Möhtərəm İlham Heydər oğlu.   Doğum gününüz münasibətilə Sizə səmimi təbriklərimi və ən xoş arzularımı bildirməkdən olduqca məmnunam.   Biz Sizi təcrübəli və bacarıqlı dövlət xadimi, Azərbaycan xalqının böyük sevgisini və etimadını qazanmış şanlı lider, beynəlxalq arenada ölkəsinin nüfuzunun hərtərəfli artırılmasına şərait yaradan görkəmli siyasi xadim, habelə Özbəkistanın zamanın sınağından çıxmış yaxın dostu kimi tanıyırıq və bunu yüksək qiymətləndiririk.   Bununla bərabər, icazə verin, Dağlıq Qarabağda hərbi əməliyyatların başa çatması məsələsində Sizin səyləriniz sayəsində əldə olunmuş razılaşmaya görə Zati-alinizi bir daha təbrik edim. Birləşmiş Millətlər Təşkilatının qətnamələrinə və sənədlərinə müvafiq olaraq qəbul edilmiş bu çox mühüm qərarlar bütün Cənubi Qafqaz regionunda uzunmüddətli sülhün və davamlı inkişafın təmin edilməsi üçün böyük əhəmiyyətə malikdir.   Əminəm ki, qarşıdakı yüksək səviyyəli görüşlərin nəticəsində, habelə birgə səylərimiz sayəsində siyasi, ticari-iqtisadi, nəqliyyat, kommunikasiya, mədəni-humanitar sahələrdə bizim çoxplanlı münasibətlərimiz tamamilə yeni səviyyəyə yüksələcək.   Fürsətdən istifadə edib Sizə möhkəm cansağlığı, ailə səadəti, ali dövləti fəaliyyətinizdə uğurlar, qardaş Azərbaycan xalqına isə sülh və firavanlıq diləyirəm".

Hamısını oxu
Prezidentdən kənd təsərrüfatı məhsulları istehsalçılarına güzəştlərlə bağlı SƏRƏNCAM

Prezident İlham Əliyev kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət büdcəsi hesabına verilən güzəştlərin maliyyələşdirilməsi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə 20 (iyirmi) milyon manat ayrılıb. “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.65-1-ci bəndində göstərilmiş məbləğdən Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə 20 (iyirmi) milyon manat ayrılıb. Maliyyə Nazirliyi müvafiq məbləğdə maliyyələşməni təmin etməli, Nazirlər Kabineti bu sərəncamdan irəli gələn məsələləri həll etməlidir. Qeyd edək ki, vəsait kənd təsərrüfatı texnikasına, texnoloji avadanlığa, suvarma sistemləri və soyuducu anbar dəstlərinə, damazlıq heyvanlara dövlət büdcəsinin vəsaiti hesabına güzəştlərin tətbiqi ilə əlaqədar maliyyə vəsaitinə yaranmış ehtiyacın qarşılanması məqsədilə ayrılıb.

Hamısını oxu
Tağıyev Süleyman Ənnağı oğlu

Qocaman veteranlarımızdan olan Şəki rayon sakini 97 yaşlı Tağıyev Süleyman Ənnağı oğlu vəfat edib. Tağıyev Süleyman Ənnağı oğlu 1923-cü ildə Şəki rayonunun Qaybaşı kəndində anadan olub. II Dünya Müharibəsi başladıqda Süleyman Tağıyev də vətənin müdafiəsinə qalxaraq ordu sıralarına qoşulub, şərəfli döyüş yolu keçərək vətənə sağ-salamat geri dönüb. 416-cı diviziyanın tərkibində 51-ci atıcı alayda xidmət edən Süleyman Tağıyev yaxın günlərdə haqqın rəhmətinə qovuşub. Respublika Veteranlar Təşkilatının sədri cənab general-polkovnik Tofiq Ağahüseynov veteran Süleyman Tağıyevın vəfatından kədərləndiyini bildirir və yaxınlarına dərin hüznlə başsağlığı verir. Allah rəhmət eləsin!

Hamısını oxu