Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

“Dövlət Təhlükəsizliyi Xidməti 8 Noyabr zəfərinə böyük töhfələr verib”

“Dövlət Təhlükəsizliyi Xidməti 8 Noyabr zəfərinin əldə edilməsinə böyük töhfələr verib”.

Bunu Veteran.gov.az-a açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, hərbi-siyasi ekspert, polkovnik Cəlil Xəlilov bildirib. Polkovnik qeyd edib ki, müharibə zamanı, habelə ondan əvvəl və sonrakı dönəmlərdə ölkəmizdə daxili sabitliyin qorunub saxlanılmasında,  anti-Azərbaycan qüvvələrinin təxribatçı fəaliyyətinin qarşısının alınmasında bu qurum mühüm rol oynayıb:

“Dövlət Təhlükəsizliyi Xidməti müharibə dönəmində düşmənə qarşı mübarizədə yaxından iştirak edib, öz peşəkarlığı, fədakarlığı, yerinə yetirdiyi həyati missiyalarla dövlətimizin labüd qələbəsini yaxınlaşdırıb. Məhz Dövlət Təhlükəsizliyi Xidmətinin sayıqlığı nəticəsində nə müharibə, nə də post-müharibə dönəmində ölkəmizdə hər hansı terror aktı baş verməyib, bütün təxribat planları, məkirli niyyətlər vaxtında de-şifrə edilib. Dövlət başçısının bütün göstərişləri xüsusi xidmət orqanları tərəfindən qüsursuz şəkildə yerinə yetirilib.

Mən qələbimzə verdiyi bu böyük, inkaredilməz töhfəyə görə Dövlət Təhlükəsizliyi Xidmətinin bütün əməkdaşlarına, eləcə də adıçəkilən qurumun rəhbəri general Əli Nağıyevə minnətdarlığımı bildirir, onları 8 Noyabr Zəfər günü münasibətilə təbrik edirəm.

Xatırladım ki, bu gün həm də Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general Əli Nağıyevin ad günüdür. Mən hörmətli generalımızı həm də ad günü münasibətilə təbrik edir, ona xidməti və şəxsi həyatında müvəffəqiyyətlər arzulayıram”.

Seymur ƏLİYEV

2023-11-08 08:23:22
187 baxış

Digər xəbərlər

Heydər Əliyevin Azərbaycanın bu gününü hazırlayan dərin strategiyası

Vəsiyyətin həyata keçdi, böyük lider: artıq Şuşa azaddır, artıq Qarabağ Azərbaycandır. Sənin başladığın Azərbaycan adlı mübarizə sənin yetişdirdiyin liderin əzmi ilə bu gün hədəfinə çatdı...Heydər Əliyev, Azərbaycan xalqının milli lideri. Onun haqqında danışarkən Şərq fəlsəfəsinin bir deyimi yada düşür: insanlar öz həqiqi lideri ilə birləşəndə xalqa çevrilir. Və tarix şahiddir ki, Azərbaycan insanı məhz Heydər Əliyevlə birləşəndə əyilməz ruhunu özünə qaytardı.Bunu görmək üçün bir daha ötən əsrin əvvəlinə ekskurs etməyə lüzum var.Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra bolşevik işğalı bu xalqa heç də bərabərlik gətirmədi. SSRİ-nin tərkibində “qardaş xalqlar” şüarı hər yeri bəzəsə də, Azərbaycanın digər respublikalarla, xüsusilə Ermənistanla müqayisədə geridə qalması, azərbaycanlıların digər millətlərin nümayəndələrinə nisbətdə önə çıxmasına imkan verilməməsi tarixi faktdır. O da faktdır ki, bu proses “qırmızı imperiya”nın kulislərində tülkü kimi dolaşan ermənilər tərəfindən daha da dərinləşdirilir, Azərbaycanın inkişaf etməməsi, azərbaycanlıların önə çıxmaması üçün əllərindən gələni edirdilər.1969-cu ildə Heydər Əliyevin hakimiyyətə gəlişi ilə Sovet İttifaqının “əyalət ölkəsi” hesab olunan Azərbaycanın üzünə tale güldü, geridə qalmış respublikadan aparıcı ölkəyə çevrildi, azərbaycanlıların önü açıldı, ölkəyə diqqət artdı, beləliklə, bu gün vətəndaşı olduğumuz müasir, güclü Azərbaycanın formalaşmasına zəmin yarandı. SSRİ kimi “dəmir qanunların” olduğu, milli maraqların “dəfn edildiyi” və milliliyin önə çəkilməsinə görə güllələnmə, ən yaxşı halda sürgün cəzasının tətbiq edildiyi bir rejimdə öz ölkəsinin maraqlarını müdafiə etmək, həm də bunu çox ustalıqla həyata keçirmək yalnız Heydər Əliyev dühasının bacarığı ola bilərdi və o, “geridə qalmış” ölkəni, həm də geridə qalmasında maraqlı qüvvələrin olduğu bir dövrdə, ittifaqın güclü respublikasına çevirdi.Heydər Əliyevin hakimiyyətə gəlişinə qədər Azərbaycan əsasən aqrar ölkə idi, ən böyük istehsal sahəsi kənd təsərrüfatından və neftdən ibarət idi. Azərbaycanın məhsulları ittifaqın digər respublikalarına daşınır, orada istehsal olunur, müəyyən hissəsi ölkəyə gətirilidi. Xüsusilə SSRİ rəhbərliyindəki ermənilər Azərbaycanın “geridə qalmasında” maraqlı idilər və bunun üçün hər şey edirdilər. Məhz Heydər Əliyev bu mənzərəni dəyişdirdi. O, milliləşdirmə siyasətini hələ Azərbaycan DTK-nın rəhbəri olduğu dövrdə başlamış, ermənilər və qeyri-azərbaycanlıların çoxluq təşkil etdiyi bu strukturu azərbaycanlılaşdırmışdı. Eyni milli xətti Azərbaycana rəhbərlik etdiyi dövrdə də davam etdirdi.“Müasirləşdirmə” – tarixçilər Heydər Əliyevin 50 il öncə ölkəyə rəhbərlik etməyə başladığı dövrdən sonra baş verənləri belə xarakterizə edirlər və bunun bəhrəsini xalq olaraq bu gün də görürük. Ölkədə sürətlə müasirləşdirmə prosesi başlandı. Heydər Əliyev gələcəyə hesablanmış addım olaraq, SSRİ-nin mühüm istehsalat zavodlarının məhz Azərbaycanda inşa edilməsinə nail oldu. Neft sənayesi yeniləndi, zavodların inşası həyata keçirildi. Respublikanın bütün bölgələrində müasirləşdirmə aparılır, yeni müəssisələr inşa edilir, şəhərlərin siması dəyişirdi. Nəticədə Azərbaycan SSRİ-də ön pillələrə çıxmağa başladı.1982-ci ildə onu Moskvaya yüksək vəzifəyə dəvət etdilər – Nazirlər Soveti sədrinin birinci müavini. SSRİ-də “qardaşlaşmış xalq” şüarı hər fürsətdə bayraq edilsə də, bir azərbaycanlının, həm də müsəlmanın ittifaqın ən yüksək vəzifələrindən birinə dəvət olunması nadir hadisə idi. Heydər Əliyevin Azərbaycanda gördüyü işlər və şəxsi keyfiyyətləri onun yolunu açmışdı. Bu, həm də Azərbaycan xalqının yolunun açılması idi. O, Moskvada işləyərkən, diqqəti daim Azərbaycanın üzərində idi və həmin illərdə ittifaq miqyasındakı layihələri Azərbaycana yönəldir, xalqının bundan faydalanmasına çalışırdı. SSRİ rəhbərliyində çalışarkən Heydər Əliyevin ən böyük işlərindən biri Baykal-Amur magistralının (BAM) inşası oldu. O, 1940-cı ildə təməli qoyulan layihənin qısa müddətdə həyata keçirilməsində böyük rol oynadı. Lakin ən maraqlı məqam BAM-ın inşasında azərbaycanlıların sayının çoxluq təşkil etməsi idi. Bu, həm Heydər Əliyevin belə mühüm layihədə yalnız öz xalqına etibar etməsindən, həm də sevgisindən irəli gəlirdi. 1969-cu ilə qədər SSRİ-də aşağı kateqoriyada qəbul edilən azərbaycanlılar Heydər Əliyevin sayəsində ön plana çıxdı.Milli kökə qayıdış, Heydər Əliyevin 1969-cu ildən sonra həyata keçirdiyi siyasətin əsasını bu təşkil edirdi. Moskvanın “vahid sovet xalqı” idealogiyasına rəğmən, Azərbaycanın bütün sferalarında milliləşdirmə siyasəti aparılır və dahi lider bütün bunları şəxsi nüfuzunun hesabına həyata keçirirdi. Onun ana dilinə xüsusi qayğısı milli siyasətin bazasını təşkil edirdi. 1978-ci il Azərbaycan SSR Konstitusiyası qəbul olunanda Heydər Əliyev tarixi gedişlə Azərbaycan dilinin dövlət dili kimi təsbit edilməsinə nail oldu. Bu, SSRİ rejimində olduqca cəsarətli, bir o qədər də təhlükəli addım idi. Lakin o, Moskvanı fakt qarşısında qoydu və buna nail oldu. Milli köklərin təbliği üçün film sahəsində tarixi mövzulara geniş yer verildi. Azərbaycanın qəhrəmanlıq səlnaməsindən bəhs edən “Babək” filminin çəkilişləri bunun ən bariz nümunələrindəndir. Bu film Heydər Əliyevin təşəbbüsü ilə çəkilib.Heydər Əliyevin SSRİ dövründə ən sərt qaydalara baxmayaraq, milli xətti daim ön planda tutmasını təsdiqləyən çoxsaylı faktlar mövcuddur və o, ittifaq rəhbərliyində təmsil olunanda da təkbaşına milli fəaliyyətini davam etdirdi. Və bu fəaliyyətinə görə müəyyən təzyiqlərlə də üzləşdi. Xüsusilə, ermənilər 1969-cu ildən sonra Heydər Əliyev haqqında Moskvaya anonim məktublar yazır, onun əleyhinə kampaniya aparırdılar. Dahi lidersə yorulmadan, şəxsi həyatını təhlükəyə ataraq, öz xalqı uğrunda mübarizəsindən geri durmadı. 1987-ci ildə bu fəaliyyətini bəhanə edərək, onu tutduğu postdan uzaqlaşdırdılar…Tarix təsdiqlədi ki, ermənilərin illər boyu Heydər Əliyevin əleyhinə apardıqları kampaniya səbəbsiz deyil, məhz onun postundan uzaqlaşdırılmasından 1 il sonra – 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları başladı. Ardınca Qorbaçovun anti-Azərbaycan siyasətinin davamı olaraq, 20 Yanvar faciəsi yaşandı. Çoxları Kremlə qarşı çıxmaq qorxusu ilə susanda Heydər Əliyev Azərbaycanın Moskvadakı nümayəndəliyinə gəldi və “qırmızı imperiya”nın üzünə açıq şəkildə qatil olduğunu dedi, əli azərbaycanlıların qanına batmış cinayətkarların cəzalandırılmasını tələb etdi və etiraz olaraq, Kommunist Partiyasının biletini tulladı. Sonralar ona qarşı çıxanlar həmin vaxt “qırmızı bileti” döş ciblərində gəzdirirdilər.1990-cı ilin iyulunda Heydər Əliyev Azərbaycana qayıtdı. Əvvəlcə Bakıda yaşasa da, sonradan Naxçıvan Muxtar Respublikasına köçdü və ölkədə müharibənin getdiyi, dövlətin dağılmaq təhlükəsi ilə üz-üzə qaldığı bir vaxtda ən həssas coğrafiya olan Naxçıvanı düşmən təhlükəsindən xilas etdi. Ermənilərin tarix boyu əsas hədəfi Naxçıvanı ələ keçirmək olub, hətta bu gün belə bunu açıq şəkildə dilə gətirirlər. Məhz Heydər Əliyevin muxtar respublikaya rəhbərlik etməsi ermənilərin bu planlarının reallaşmasına imkan vermədi. Və dahi lider üçrəngli bayrağımızı ilk dəfə Naxçıvanda qaldırmaqla Azərbaycan dövlətinin müstəqilliyinin yenidən bərpa edilməsinin əsasını qoydu. Lakin Bakıda və respublikanın digər bölgələrində vəziyyət olduqca acınacaqlı idi. Cəbhədə müharibə gedir, buna paralel olaraq, hakimiyyət daxilində nüfuz müharibəsi aparılır, ölkə parçalanmaq təhlükəsinin kandarına gəlmişdi. Orduda nizam-intizam yox idi, fərarilik sürətlə artırdı, rayonlarda icra başçıları ilə hərbi komandirlər arasında mənsəb davası baş alıb gedirdi, bir tərəfdə “Sadval”çılar, digər tərəfdə Hümbətovun dəstəsi, bunlara paralel olaraq, Sürət Hüseynovun hərbi dəstələri Azərbaycanı de-fakto bölmüşdülər.15 iyun 1993-cü ildə Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə Azərbaycan xilas oldu. Xalq anlayırdı ki, yeganə çıxış yolu məhz Heydər Əliyevin qayıdışıdır, buna görə də onun Bakıya gəlməsində sona qədər israr etdi. Heydər Əliyev xalqın çağırışı ilə Bakıya gəldi, 1993-cü il iyunun 15-də Ali Məclisin sədri seçildi. Onun ölkəni dağılmaqdan xilas etmək üçün atdığı addımlar və əldə olunan nəticələr haqlı olaraq, 15 iyunun Azərbaycan xalqının tarixinə Milli Qurtuluş Günü kimi düşməsinə əsas yaratdı.Heydər Əliyev hakimiyyətə qayıdan kimi ölkənin parçalanması təhlükəsini aradan qaldırdı, nizami ordu yaratdı, asayiş və qayda-qanun bərqərar edildi, soyğunçuluğa, vətəndaşların əmlakının qəsb olunmasına son qoyuldu, Qarabağ müharibəsində atəşkəs əldə edildi, münaqişəsinin dinc yolla nizama salınmasına dair danışıqlara başlandı, idarəetmə sistemi formalaşdırıldı, insanlara öz dövlətinə inamı qaytarıldı, neft müqavilələri imzalandı, Azərbaycanın iqtisadi dirçəlişinin əsası qoyuldu, qanunsuz silahlı qruplaşmaların dövlət çevrilişləri cəhdlərinə son verildi, ilk parlament seçkiləri keçirildi və referendum yolu ilə Konstitusiya qəbul edildi, Azərbaycanın beynəlxalq əlaqələri formalaşdırıldı, ölkənin dünya birliyinə inteqrasiyası prosesi başlandı.Dahli lider müstəqil Azərbaycana rəhbərlik etdiyi 10 illik zaman kəsimində 100 illik zaman kəsiminə sığacaq işlər gördü. Bunardan ən vacibi də işğal altındakı torpaqların azad edilməsi, Azərbaycanın ərazi bütövlüyünün bərpası üçün zəminin yaradılması idi.Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra bütün fəaliyyətinin – nizami ordunun yaradılması, beynəlxalq münasibətlərdə ölkəmizin ön plana çıxarılması, diplomatiya işinin gücləndirilməsi, enerji sektorunda atılan addımlar və s. – bir hədəfi var idi: güclü və ərazi bütövlüyü təmin edilmiş Azərbaycan.Və dahi lider bu hədəfə çatmaq üçün həm də dərin strategiya hazırladı.1998-ci il, ümumilli lider Heydər Əliyevin Türkiyə səfəri.Qarabağın işğalı ilə nəticələnən atəşkəsdən 4 il keçir, Ermənistan məsələni həll etdiyini düşünür və işğalı legitimləşdirmək istiqamətində addımlar atırdı. Heydər Əliyev isə işğala son qoymaq üçün Ankarada gələcək strategiyanın təməllərini atırdı: işğalçının uzunmüddətli siyasi və iqtisadi blokadaya salınması.Həmin tarixdən 18 il sonra – “aprel müharibəsi”də Dağlıq Qarabağ münaqişəsi ətrafında yaranan yeni reallığı şərh edən Ermənistanın məşhur analitiki İqor Muradyan belə deyirdi: “1998-ci ildə Heydər Əliyev gələcək strategiyanı hazırladı. Bu, Qarabağ münaqişəsinin həlli məqsədilə Ermənistanın uzunmüddətli siyasi və iqtisadi blokadaya alınması və bizim ölkənin Azərbaycanla Türkiyənin “quberniyası” vəziyyətinə salınması idi”.Heydər Əliyevin uzunmüddətli strategiyasını Ermənistanda anlayan və bunun təhlükəsi haqda xəbərdarlıq edənlər var idi. Hərçənd, Azərbaycanda da zaman-zaman “işğalla barışdığımızı” deyənlər çıxır, bəzən də siyasi məqsədlər üçün istifadə edənlər tapılırdı. Heydər Əliyev “yerdən çıxan boğuq səslərə” fikir vermir, səbrlə ərazi bütövlüyümüzün bərpa edilməsi istiqamətində həyata keçirdiyi strategiyanı tətbiq edirdi.2003-cü ildən sonra Prezident İlham Əliyev bu strategiyanı yeni dünya reallığına uyğun davam etdirdi.- Azərbaycan bölgənin həlledici aktoruna çevrildi;- Ermənistan “oyundan kənar vəziyyətə” salındı;Və nəhayət, 27 il sonra Azərbaycan torpaqlarında erməni işğalına son qoyuldu. Bu, Heydər Əliyevin dərin strategiyasının və bu strategiyadan yola çıxan Prezident İlham Əliyevin tarixə yazılan siyasi gedişlərinin nəticəsidir.Prezident İlham Əliyev Şuşanın azad olunması müjdəsini xalqa verəndə bildirmişdi: “Xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Bu gün şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır! Gözün aydın olsun Azərbaycan! Gözünüz aydın olsun dünya azərbaycanlıları!”.Vəsiyyətin yerinə yetirildi, Milli Lider. Sənin arzuladığın və uğrunda mübarizə apardığı Azərbaycan artıq var: torpaqları azad olunmuş, güclü, qüdrətli, qürurlu ölkə...Asif Nərimanlı

Hamısını oxu
Ordumuzun qüdrətini artıran xalq-ordu birliyidir

26 İyun – Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günüdür. Ordunun yaranması və  quruculuğu sahəsində əhəmiyyətli addımlar Azərbaycan Xalq Cümhuriyyəti dövrünə təsadüf etsə də, Cümhuriyyətin süqutundan  sonra ölkəmizdə ordu quruculuğu prosesi dayandı. Yalnız Ulu Öndər Heydər Əliyevin 1969-cu ildə hakimiyyətə gəlişindən sonra onun müstəsna xidmətləri sayəsində ölkəmizdə hərbi kadrların hazırlanması prosesi başlandı. Ümummilli liderin yolunu uğurla davam etdirən ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda dövlət-xalq-ordu birliyini formalaşmışdır. Bu birliyin nəticəsi İkinci Qarabağ müharibəsində öz təsdiqini tapdı. Ölkə Prezidentinin bir çağırışı ilə minlərlə insan səfərbərlik xidmətlərinə müraciət edərək könüllü cəbhəyə getməyə hazır olduqlarını bildirdilər. İkinci Qarabağ Müharibəsi zamanında Azərbaycan Ordusunda bir dənə də fərari olmayıb. Yaralı əsgər və zabitlərimiz hərbi hospitallarda, xəstəxanalarda həkimlərdən xahiş edirdilər ki, bizi tezliklə sağaldın, biz qayıdaq döyüş meydanına, biz öz missiyamızı başa vurmalıyıq. Bu gözəl nümunə Xalq-ordu birliyinin ən bariz nümunəsidir. Vətən müharibəsində xalq-ordu birliyinin nümayişi olaraq insanlar ordumuzla həmrəylik nümayiş etdirdi, öz şəxsi təsərrüfatlarında yetişdirdikləri məhsullardan ordumuza dəstək göstərdilər. Xalq-ordu həmrəyliyi 44 gün davam edən Vətən müharibəsində ölkəmizə qələbə qazandırdı, Azərbaycan torpaqları işğaldan azad edildi. Bu gün ölkəmizdəki həmrəylik həm də dövlətimizin inkişafının, insanların vətənpərvərliyinin göstəricisidir. Ona görə də birliyimiz, həmrəyliyimiz hər il daha da möhkəmlənməli, hər kəs harada işləməsindən, xidmət etməsindən asılı olmayaraq ölkənin inkişafı, tərəqqisi üçün səy göstərməli, müstəqilliyimizin qorunması naminə üzərinə düşən vəzifələri layiqincə yerinə yetirməlidir. Ölkə Prezidenti cənab İlham Əliyevin dediyi kimi, “Qələbə qazanmışıq və bu Qələbə ölkəmiz üçün yeni dövr açır. Bu dövr inkişaf, təhlükəsizlik və tərəqqi dövrü olacaqdır". Müstəqil Azərbaycan dövlətinin əbədiliyi ümummilli liderimiz Heydər Əliyevin fəaliyyətinin, xalqımızın bu günü və gələcəyi naminə göstərdiyi misilsiz xidmətləri sayəsində mümkün olmuşdur. Ulu öndərimiz ordu quruculuğuna xüsusi diqqət yetirmiş, onun müdrikliyi və uzaqgörənliyi sayəsində Silahlı Qüvvələrin müasir texnika və silahlarla təchiz olunması, ordunun zabit kadrları ilə komplektləşdirilməsi, hərbi hisələrin döyüş və mənəvi-psixoloji hazırlığının yüksəldilməsi, hərbi intizamın möhkəmləndirilməsi sahəsində mühüm nailiyyətlər əldə olunmuşdur. Bütün bunlar ölkəmizin Prezidenti, Ali Baş Komandanımız cənab İlham Əliyevin ulu öndərimizin siyasətini uğurla davam etdirməsinin bəhrələridir. Sentyabrın 27-də başlayan və 44 gün davam edən Vətən müharibəsində öz gücünü bütün dünyaya göstərən Azərbaycan ordusu şanlı zəfər tarixi yazdı. Böyük qürurla və iftixar hissi ilə bildirmək istəyirəm ki, Azərbaycan Ordusunun hərbçiləri də Qarabağda gedən hərbi əməliyyatlarda böyük şücaət göstərmiş, torpaqlarımızın işğaldan azad olunması üçün canlarından keçərək şəhidlik zirvəsinə yüksəlmiş, qazi olmuşlar. II Qarabağ müharibəsi zamanı istifadə olunan döyüş taktikası dünya hərb tarixində yenilik hesab olunur və müvafiq ali hərbi məktəblərin dərsliklərinə salınaraq öyrənilir. ABŞ Hərbi Akademiyası və Pentaqonun rəsmiləri Azərbaycan Ordusunun hərbi əməliyyatlarının öyrənilməsi zərurətini qeyd edirlər.  Ali Baş Komandanımız cənab İlham Əliyev tərəfindən ordumuzun madi-texniki bazasının gücləndirilməsi yanaşı, hərbi qulluqçuların sosial-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində də mühüm tədbirlər həyata keçirilir. Dillərdə dastan olan "Dəmir yumruq” Azərbaycan xalqının və xalq-ordu birliyin rəmzidir. Vətən Müharibəsi zamanı Azərbaycan xalqı yumruq kimi birləşdi. Bu birlik gələcəkdə də bütün vəzifələri icra etmək üçün imkan yaradacaq. Dövlətin gücü Azərbaycan xalqının dəstəyindədir. Dövlət siyasəti xalq tərəfindən dəstəklənir və bu siyasətə böyük inam var. Müharibə və onun nəticələri bir daha xalq-iqtidar-ordu birliyini və qarşılıqlı inamı nümayiş etdirdi.   Məşhur Məmmədov Milli Məclisin deputatı  

Hamısını oxu
İlham Əliyev: “Füzuli işğaldan azad olundu”

Azərbaycan Ordusu Füzuli şəhərini işğaldan azad etdi.  Bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xalqa müraciətində bəyan edib. İ.Əliyev müraciətində yeni azad edilən məntəqələri də elan edib. Belə ki, Füzulinin Qoçəhmədli kəndi, Çimən kəndi, Cuvarlı, Pirəhmədli, Musabəyli, İşıqlı, Dədəli kəndləri və Füzuli şəhəri işğaldan azad olunub

Hamısını oxu
İlham Əliyev Təhsil Nazirliyinə yeddi milyon manat ayırdı

Prezident İlham Əliyev Azərbaycan Respublikasında təhsil infrastrukturunun inkişafı ilə əlaqədar əlavə tədbirlər haqqında sərəncam imzalayıb.  Bununla bağlı AZƏRTAC məlumat yayıb.  Sərəncama əsasən, respublika ərazisində modul tipli məktəblərin quraşdırılması məqsədilə “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.66-cı bəndində göstərilmiş məbləğin 630 149 000 manatının bölgüsü”nün 1.9.2-ci yarımbəndində “Respublika ərazisində modul tipli təhsil müəssisələrinin quraşdırılması” üçün nəzərdə tutulmuş yeddi milyon manat Azərbaycan Respublikasının Təhsil Nazirliyinə ayrılacaq.

Hamısını oxu