Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Veteranlarımız böyük qələbənin əldə edilməsinə ciddi mənəvi töhfə verib

Bəzi qüvvələrin dövlətimizin şəhid ailələri və qazilərə olan qayğısına kölgə salmaq cəhdi qəbuledilməzdir”

 

Dünən 10 noyabr 2020-ci ilin üçtərəfli Bəyanatının üç ili tamam oldu.

 

Bununla bağlı Moderator.az-a açıqlama verən Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, hərbi-siyasi ekspert, polkovnik Cəlil Xəlilov 10 noyabr kapitulyasiya aktını şərh etməklə yanaşı, veteranları Böyük Zəfərin əldə edilməsinə verdiyi töhfəni də şərhe dib:

 

“2020-ci ilin 27 sentyabr tarixində başlayan və həmin ilin 10 noyabrında başa çatan bu müharibə ilə Azərbaycan, sadəcə, erməni faşizmini, onların havadarlarını məğlub etmədi. Həm də tarixi ədaləti, ölkə başçısının sözləri ilə desək, “milli qürurunu bərpa etdi. 30 ildir işğal altıdna qalan torpaqlarımız azad edildi. Ərazi bütövlüyümüz təmin olundu. Bu qələbə xalqın inamını özünə qaytardı. Bu qələbə bütün dünyaya sübut etdi ki, Azərbaycan xalqı, Azərbaycan Ordusu güclüdür, böyükdür, yenilməzdir”.

 

Təşkilat olaraq həmin vaxt qarşımızda duran ən başlıca vəzifə Ali Baş Komandanın ətrafında veteranların daha sıx birləşməsinə nail olmaq, dövlətimizə, ordumuza dəstək nümayiş etdirmək, düşmənin dezinformasiyalarını ifşa etmək, daxildəki birlik və həmrəyliyin möhkəmlənməsinə töhfə vermək idi. Bu məqsədlə Vətən müharibəsi dönəmində təşkilatımız beynəlxalq ictimaiyyətin Azərbaycan həqiqətləri haqqında daha dolğun məlumat əldə etməsinə nail olmaq üçün informasiya müstəvisində geniş fəaliyyət göstərib, cəmiyyətdə geniş təbliğat işi aparıb, döyüşən orduya, o cümlədən şəhid və qazi ailələrinə dəstək kampaniyalarında yaxından iştirak edib.

 

Müharibə dönəmində veteranlarımızla birlikdə cəbhə xəttinə ardıcıl səfərlər təşkil edir, əsgər və zabitlərimizlə görüşür, onları qələbəyə ruhlandıran çıxışlar edirdik. Bu səfərlər zamanı ordumuza ərzaq, geyim, tibbi ləvazimatlar da çatdırır, vətəndaş cəmiyyəti olaraq erməni faşizminə qarşı aparılan mübarizəyə töhfə verməyə çalışırdıq. Bütün gücümüz, enerjimiz, fəaliyyətimiz böyük qələbəni yaxınlaşdırmağa xidmət edirdi və biz xalq olaraq Ali Baş Komandanımızın rəhbərliyi, qətiyyəti, səriştəsi sayəsində buna nail olduq”.  

 

Polkovnik bəzi qüvvələrin dövlətin şəhid ailələrinə, qazilərə göstərdiyi qayğı və diqqəti görməzdən gəldiyini, dövlətin nüfuzuna xələl gətirən, onun yürütdüyü sosial siyasətə kölgə salan fikirlər səsləndirdiyinə diqqət çəkib, bundan təəssüf hissi keçridiyi bildirib:

 

“Müharibə, Əmək v əSilahlı Qüvvələr Veteranları Təşkilatı hər bir addımını milli dövlətçilik mənafeyini, ümumxalq maraqlarını nəzərə alaraq atır və hesab edirik ki, hər bir qurum, hər bir fərd bütün işlərində öncə bu amilə əsaslanmalıdır.  Milli maraqlarımızın müdafiəsi bizim fəaliyyətimizin nüvəsini təşkil edir. Bu fəaliyyət xalqımız, dövlətimiz tərəfindən daim rəğbətlə qarşılanıb. Prezidentimizin 44 günlük Vətən müharibəsində təşkilatımızın fəaliyyətinə verdiyi yüksək qiymət buna nümunədir. Lakin təəssüflər olsun ki, bəzən dövlətimizin gördüyü bunca işlərə qara yaxmaq, cəmiyyətdə çaşqınlıq yaratmaq istəyən məkirli şəxslər də meydana çıxır. Şəxsi ambisiyalardan, fərdi maraqlardan çıxış edən bu şəxslər milli maraqlar zəminində həyata keçirilən işlərə kölgə salmağa cəhd edir. Mən buradan həmin şəxslərə müraciət edərək onları ədalətə, obyektivliyə, milli maraqlarımızın, dövlətimizin mənafeyinin müdafiəsinə səsləyirəm. Çünki xalqın, Vətənin taleyüklü məsələlərinin həll edildiyi hazırkı həssas vəziyyətdə biz hamılıqca şəxsi ambisiyalarıızı bir kənara qoyub xalqa, qətiyyətlə Vətənə  xidmət yolunu tutmalıyıq. Yeganə məqsədimiz bu olmalıdır.

 

Eləcə də, Vətənimizin keşiyində dayanmaq, xalqımıza, Prezidentimizə sədaqətli olmaq bizim bir vətəndaş kimi vicdan borcumuzdur. Heç bir maraq, heç bir ambisiya bu borcdan daha önəmli, daha vacib ola bilməz! Gələcək uğurlarımıza gedən yol birliyimizdən gedir və biz nəyin bahasına olursa-olsun bu birliyi qorumalıyıq”.  

 

Seymur ƏLİYEV

2023-11-11 16:32:32
851 baxış

Digər xəbərlər

Ermənistan təxribat törədib bunu Azərbaycanın üzərinə yıxmaq istəyir

Hamısını oxu
Mehriban Əliyeva Qubadlının işğaldan azad olunması münasibətilə xalqımızı təbrik etdi

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva bir sıra kəndlərimizin və Qubadlı şəhərinin işğaldan azad olunması münasibətilə rəsmi “Instagram” hesabında Azərbaycan xalqını təbrik edib. Təbrikdə deyilir:   “Zəngilan, Cəbrayıl, Qubadlı rayonlarının bir sıra kəndləri və Qubadlı şəhəri işğaldan azad edildi! Bu münasibətlə bütün xalqımıza səmimi təbriklərimi çatdırıram! Hər bir yeni qələbənin əldə edilməsi əsgərlərimizin qəhrəmanlığı, şücaəti, cəsarəti, igidliyi və mətanəti sayəsində mümkün olur. Onların hər birinə hədsiz dərəcədə minnətdaram! Uca Tanrı ordumuzu, xalqımızı, Vətənimizi və Prezidentimizi qorusun! Qarabağ Azərbaycandır!”

Hamısını oxu
Bakıda Rixard Zorgenin anadan olmasının 127-ci il dönümü münasibətilə mərasim keçirilib

Oktyabrın 4-də Bakının Sabunçu rayonunda Sovet İttifaqı Qəhrəmanı, əfsanəvi xəfiyyə Rixard Zorgenın yaşadığı evin qarşısında mərasim keçirilib. Rixard Zorgenin anadan olmasının 127-ci il dönümü münasibətilə keçirilən mərasimdə Rixard Zorge adına 90 nömrəli tam orta məktəbin rəhbərliyi, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının üzvləri, Diaspor Fəaliyyətinə Jurnalistlərin Dəstəyi İctimai Birliyinin sədri, yerli bələdiyyə nümayəndəsi iştirak ediblər. Tədbirdə Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının şöbə müdiri, ehtiyatda olan polkovnik Adil Haqverdiyev çıxış edərək Rixard Zorgenin həyat yolu və xəfiyyəlik fəaliyyəti haqqında danışıb. Digər veteranlar da çıxışlarında Rixard Zorgenin İkinci Dünya müharibəsindəki rolu haqqında fikirlərini bildiriblər.   xeber7.az  

Hamısını oxu
İkinci dünya müharibəsinin iştirakçılarının yaxınlarının nəzərinə

Diqqət!!! İkinci dünya müharibəsinin iştirakçılarının yaxınlarının nəzərinə   Azərbaycan xalqının qəhrəman oğul və qızları tarixin səhifəsinə adlarını qızıl hərflərlə yazıb, azərbaycanlı adını iftixarla daşııblar. Onlar daima xatırlanmalı, əbədi yaşamalıdırlar. Respublika Veteranlar Təşkilatı  tərəfindən İkinci dünya müharibəsində faşizm üzərində qələbənin 75 illiyi ərəsfəsində müharibədə həlak olmuş və ya sonradan vəfat etmiş, eləcə də, sağ veteranların tanıdılması istiqamətində müntəzəm işlər aparılır. Hörmətli həmvətənlərimiz, bu vətənpərlik missiyasında bizə kömək göstərməklə yaxınlarınızın tanıdılmasına yardımçı olacaqsınız. İkinci Dünya müharibəsində iştirak etmiş şəxslər haqqında informasiya və onların müharibə dövrünə (və ya müharibədən sonra) aid foto şəkillərini aşağıda göstərilən ünvana göndərməyinizi xahiş edirik.   Əlaqə vasitələri Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Koveroçkin küçəsi 34 Tel: 012 4923681 Fax: 0124927884 Mail: az.veteran@mail.ru  

Hamısını oxu