
Digər xəbərlər

Cəlil Xəlilov: “Buna görə bütün veteranlar adından Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkür edirik” Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva avqustun 26-da Abşeron rayonunda şəhid ailələrinə, müharibə əlillərinə və Vətən müharibəsi qəhrəmanlarına mənzillərin və avtomobillərin təqdim olunması mərasimində iştirak ediblər. Veteran.gov.az-a açıqlama verən Müharibə, Əmək və Silahlı Qüvvələr Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov, bunu ölkə başçısı və Birinci vitse-prezidentin şəhid ailələrinə, müharibə qazilərinə olan diqqət və qayğısının növbəti təzahürü kimi dəyərləndirib: “Bildiyiniz kimi, avqustun 26-da Abşeron rayonunda daha bir qrup şəhid ailəsinə, müharibə əlilinə, Vətən müharibəsi qəhrəmanlarına ev və avtomobillər verildi, onların sosial rifahının daha da yaxşılaşdırılması istiqamətində mühüm addımlar atıldı. Mən bu nəcib, xeyirxah və humanist təşəbbüsə görə həm Prezident İlham Əliyevə, həm də Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşkilatımız adından öz dərin təşəkkürümü və minnətdarlığımı bildirirəm. Azərbaycanda şəhid ailələrinə, əlillərə, qazilərə dövlətimiz tərəfindən yüksək diqqət və qayğının göstərilməsi artıq uzun illərdir ki, ənənəyə çevrilib. İstər Ümummili lider Heydər Əliyev, istərsə də Prezident İlham Əliyev tərəfindən bu məsələ hər zaman xüsusi diqqət mərkəzində olub. Qazilərə, şəhid ailələrinə, əlilərə qayğı dövlət siyasətinin nüvəsini təşkil edir. Qazilərimizin müalicəsinin yüksək səviyyədə təmin edilməsi, onların problemlərinin operativ həlli üçün YAŞAT Fondunun yaradılması faktının özü buna nümunədir. Qazi və əlillərə, Vətən müharibəsi qəhrəmanlarına olan bu diqqət və qayğının daha bir önəmi bundan ibarətdir ki, dövlət başçısının bu addımı cəmiyyət, onun bütün təbəqələri üçün də mesaj xarakteri daşıyır. Bu cür addımlar hər bir vətəndaşa müharibə əlillərinin, qazilərin dövlətimiz, xalqımız üçün nə qədər önəmli olduğunu göstərir. Dövlət rəhbərliyinin qazilərə, şəhid ailələrinə münasibətinə şahid olan hər kəs bütün qəlbi ilə anlayır ki, qazilərə, şəhid ailələrinə diqqət göstərmək, onlara qayğı ilə yanaşmaq hər bir vətəndaşın borcudur və hər kəs bu borca sədaqətlə yanaşmalıdır. Mən bir daha qazilərə, şəhid ailələrinə göstərilən qayğıya görə həm Prezident İlham Əliyevə, həm də Birinci Vitse-prezident Mehriban Əliyeva veteranlarımız adından təşəkkür edir, onlara xalqımız, dövlətimiz üçün müstəsna əhəmiyyət kəsb edən fəaliyyətlərində uğurlar arzulayıram”. Seymur ƏLİYEV
Hamısını oxu
Prezident İlham Əliyev Yaponiyanın Baş naziri Yoşihide Suqaya təbrik məktubu göndərib. Təbrikdə deyilir: "Hörmətli cənab Baş Nazir, Yaponiyanın Baş Naziri vəzifəsinə seçilməyiniz münasibətilə Sizi ürəkdən təbrik edirəm.
Hamısını oxu
Veteran.gov.az xəbər verir ki, millət vəkili Adil Əliyev dünən şəhid leytenant İmran Əliyevin anm tədbirində iştirak edib. Millət vəkili bu barədə sosial şəbəkədəki hesabında məlumat verib. Məlumatda deyilir: “Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev, rayonun vəzifəli şəxsləri, ağsaqqalları ilə birlikdə Vətən müharibəsi şəhidi, leytenant İmran Əliyevin anım tədbirində iştirak etdik. İmran Əliyev öz qəhrəman dostları ilə bərabər əzəli və əbədi torpaqlarımızın düşmən işğalından azad edilməsi məqsədilə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərlik etdiyi Rəşadətli Ordumuzun tərkibində döyüşmüş və misli görünməmiş qəhrəmanlıq göstərmişdir. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün şəhid İmran Əliyev ölümündən sonra "Vətən uğrunda" medalı eyni zamanda Azərbaycanın Suqovuşan qəsəbəsinin və Laçın rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən "Suqovuşanın azad olunmasına görə" və "Laçının azad olunmasına görə" medalları ilə təltif edilmişdir. Allah şəhidlərimizə rəhmət etsin, müqəddəs xatirələri bizim üçün hər zaman əziz olacaqdır, tarixi qələbəmizə görə onlara minnətdarıq”. Seymur ƏLİYEV
Hamısını oxu
“İndi baxın, müstəqillik dövründə, hələ 30 ili tamam olmayıb, amma biz hansı işləri görürük. Bu gün Azərbaycan nefti Azərbaycan xalqının maraqlarına tam şəkildə xidmət edir və nəinki nəhəng neft-qaz layihələri, bütün başqa sahələr də. İndi Azərbaycan bütün reytinqlərdə ən qabaqcıl yerlərdədir. Azərbaycanda aparılan infrastruktur siyasəti, infrastruktur layihələrinin icrası nümunə kimi göstərilir. Sovet vaxtında bizim dağ rayonlarımızda qaz xətləri yox idi, Daşkəsənə, Gədəbəyə, Lerikə ilk qazı biz çəkdirdik. O vaxt Azərbaycan qazı başqa respublikalara nəql edilirdi, ancaq respublikanın bəzi yerlərində qaz yox idi. İndi qazlaşdırma 96 faizdir”. Publika.az xəbər verir ki, bunu Prezident İlham Əliyev sentyabrın 19-da Heydər Əliyev adına Bakı dərin özüllər zavodunda “Abşeron” yatağının dəniz əməliyyatlarının təməlqoyma mərasimindən sonra Azərbaycan Televiziyasına, İctimai Televiziyaya və Real Televiziyasına müsahibəsində deyib. “Bu gün biz infrastruktur layihələrinin təhlilinə verilən qiymətə görə dünyada qabaqcıl yerlərdəyik. Davos Forumu avianəqliyyatda, dəmir yolu nəqliyyatında Azərbaycanı 11-12-ci yerlərə layiq görüb. Yol infrastrukturunun keyfiyyətinə görə dünyada 27-ci yerdəyik. Bizim digər infrastruktur, sosial infrastruktur layihələrimiz - müstəqillik dövründə 3700 məktəb tikilib və təmir edilib. 700-dən çox xəstəxana tikilib və ən müasir avadanlıqla təchiz edilib” “Biz kosmik dövlətə çevrildik, nəhəng neft-qaz layihələri icra edirik. Təkcə iqtisadi və sənaye sahəsində yox, idman sahəsində - Olimpiya Oyunlarında medalların sayına görə 14-cü yerdəyik. Sovet dövründə bunu təsəvvür etmək mümkün idimi? Əgər o vaxt kimsə desəydi ki, bunların biri mümkündür, bəlkə də ona gülərdilər. Budur, müstəqilliyin üstünlüyü”. “Biz azad, müstəqil ölkədə yaşayırıq, öz taleyimizin sahibiyik. Bizim təbii resurslarımız xalqımızın maraqlarına xidmət edir. Biz neft gəlirlərini çox səmərəli yollarla yerləşdirmişik, onları qoruyuruq və ordumuzu gücləndiririk. Ona görə müstəqilliyin üstünlükləri göz qabağındadır. Əgər kimsə hansısa nostalgiyaya görə keçmiş dövrləri belə məhəbbətlə xatırlayırsa, biz o adamlara tutarlı cavablar verməliyik. Müstəqilliyə qarşı çıxan və onu aşağılamağa çalışan hər bir fərd dövlətimizə xəyanət edir. Müstəqillik bizim əsas dəyərimizdir və biz nə qədər güclü olsaq, nə qədər qüdrətli olsaq, bizim müstəqilliyimiz də o qədər möhkəm olacaqdır”.
Hamısını oxu