Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Respublika Veteranlar Təşkilatının nümayəndə heyəti Mingəçevirdə qocaman müharibə veteranlarına ərzaq yardımları çatdırıb.

Respublika Veteranlar Təşkilatının Gənclərin Hərbi Vətənpərvərlik şöbəsinin mütəxəssisi İsmayıl İsmayılov və Təşkilatın Mətbuat Xidmətinin əməkdaşı Şəhla Qarayeva, şəhər Veteranlar Təşkilatının sədri Ələm Məmmədov Mingəçevir şəhər İcra Hakimiyyətində olublar. Nümayəndə heyətini qəbul edən Mingəçevir şəhər İcra Hakimiyyəti başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər üzrə şöbəsinin müdiri Hikmət Kərimov ilk öncə qonaqları salamlayıb ,  Respublika Veteranlar Təşkilatının sədri General-polkovnik Tofiq Ağahüseynovun təşəbbüsü ilə koronavirus (COVİD-19) pandemiyası kimi çətin bir dönəmdə müharibə veteranları üçün başladılan ərzaq yardımı aksiyasını yüksək qiymətləndirib. Ərzaq məhsullarından ibarət sovqatlar   Böyük Vətən Müharibəsi veteranlarına təhvil verilib. Məlumat üçün qeyd edək ki, “Biz birlikdə güclüyük!” çağırışına əsasən 245 müharibə veteranına dəstək olmaq məqsədilə ərzaq yardımlarının paylanılması Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranlar Təşkilatının sədri general-polkovnik Tofiq Ağahüseynovun təşəbbüsü ilə həyata keçirilir.

2020-07-17 00:00:00
392 baxış

Digər xəbərlər

“Ulu Öndər Heydər Əliyevin irsi milli sərvətimizdir” mövzusunda tədbir keçirilib

Veteran.gov.az xəbər verir ki, Müharibə Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Gənclərin  vətənpərvərlik tərbiyəsi və ideoloji hazırlığı  şöbəsinin əməkdaşları - şöbə müdiri ehtiyatda olan  polkovnik Adil Haqverdiyev və baş mütəxəssis Nəbi Hacıyev 18 aprel 2023-ci il tarixində  Səbail rayonunda tədbir təşkil etdilər. Tədbir Səbail rayonunda yerləşən Eldar Əliyev adina 162 saylı tam orta məktəbdə baş tutub. Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə əlaqədar ”Ulu Öndər Heydər Əliyevin  irsi milli sərvətimizdir” adlı tədbirdə Bakı şəhər Sabail rayon VT-nın sədri Adilə Yaqubova, məktəbin direktoru Arzu Nəzərova, şagird və müəllim kollektivi iştirak edib. Tədbiri məktəbin direktoru Arzu Nəzərova açıb, şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra söz polkovnik Adil Haqverdiyevə verilib: “ Hər bir xalqın milli azadlıq və istiqlaliyyət tarixində xilaskar rolunu oynayan dahi insanlar var. Həmin dahilər öz qətiyyətləri ilə mənsub olduqları xalqı arxasınca aparıb ən taleyüklü məqamlarda qalib rolu oynamışlar. Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyev müasir dünya tarixində silinməz iz qoymuş böyük şəxsiyyətdir. Vətəni ,xalqı qarşısında misilsiz xidmətlərinə görədir ki, bu gün əbədi lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi ölkəmizin hər yerində və onun hüdudlarından kənarda hər bir azərbaycanlının yüksək ehtiramı və dərin minnətdarlıq hissi ilə geniş qeyd olunur. Mən bu gün sizlərin qarşısında çıxış etməklə, siz sagirdlərə tövsiyəm odur ki, müəllimlərinizin verdiyi tapşırıqları,  Heydər Əliyev irsini öyrənəsiniz. Çünki Azərbaycanımızın xoşbəxt gələcəyini siz yaşadacaqsız. Çıxışımın sonunda Ulu Öndər Heydər Əliyevə, torpaqlarımızın qorunmasında həlak olmuş şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə cansağlığı diləyirəm”. Daha sonra Nəbi Hacıyev və Adilə Yaqubova çıxış etdilər. Tədbirin sonunda xatirə şəkilləri çəkdirildi.      

Hamısını oxu
Misirin daha bir universitetində Azərbaycan dilinin tədrisi davam edir

Veteran.gov.az xəbər verir ki, Misir-Azərbaycan Dostluq Cəmiyyəti Qahirə Universitetindən sonra bu ölkənin daha bir nüfuzlu ali təhsil ocağı olan Əl-Əzhər Universitetində Azərbaycan dilinin tədrisini davam etdirir. Əl-Əzhər Universitetində Azərbaycan dilini cəmiyyətin fəal üzvü İnarə Osmanova tədris edir. Bu ali təhsil ocağının Humanitar fənlər fakültəsinin türk dili bölməsində birinci və ikinci kurslarda təhsil alan tələbələr dilimizin öyrənilməsinə böyük maraq göstərirlər. İ.Osmanova artıq beş ildir ki, bu ali təhsil ocağında ana dilimizi könüllü şəkildə tələbələrə öyrədir. O, həmçinin altı ildir ki, Qahirədəki Azərbaycan diaspor mərkəzində Azərbaycan dili və ədəbiyyatını tədris edib. Bu illər ərzində mindən çox tələbəyə Azərbaycan dilini  tədris etmişdir.  Azərbaycan dili dərslərində universitet tələbələrinə ölkəmizin tarixi, mədəniyyəti və müasir inkişafı haqqında da geniş məlumat verilir. Bu il əl-Əzhər Universitetində Azərbaycan dili dərslərində 204 tələbə iştirak edir. Dilimizə böyük maraq göstərən gənclər onu təkmilləşdirmək üçün dərsdənkənar əlavə kursların təşkili ilə bağlı Misirdəki Azərbaycan diasporunun sədri, tədqiqatçı-alim Seymur Nəsirova müraciət ediblər. Bu müraciət əsasında tələbələr üçün əlavə kurslar təşkil olunacaq. Qədim tarixi olan – 975-ci ildə təsis edilmiş əl-Əzhər Universiteti dünyanın ən böyük ali təhsil ocaqlarından biridir. Hazırda universitetdə 115 ölkədən 500 mindən çox tələbə təhsil alır.  

Hamısını oxu
Respublika Veteranlar Təşkilatında veteranlarla görüş keçirilib

Bu gün Respublika Veteranlar Təşkilatında bir qrup veteranla görüş keçirilib.   Veteran.gov.az xəbər verir ki, Respublika Veteranlar Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov görüş əsnasında 44 günlük Vətən müharibəsi və müharibədən sonra regionda yaranan yeni hərbi-siyasi vəziyyətdən danışıb, yeni dönəmdə veteranların üzərinə düşən vəzifələrə diqqət çəkib. Cəlil Xəlilov qeyd edib ki, veteranlar ölkəmizin ictimai-siyasi həyatında yaxından iştirak etməli, milli maraqlarımızın müdafiəsində hər zaman olduğu kimi, bundan sonra da fəallıq sərgiləməlidir.   Dövlətimizin veteranlara daim diqqət və qayğı göstərdiyini bildirən polkovnik Cəlil Xəlilov, bundan sonra da şəhid ailəlrinin, qazilərin dövlətimizin diqqət mərkəzində olacağı vurğulayıb. Cəlil Xəlilov qeyd edib ki, hazırda Respublika Veteranlar Təşkilatı veteranların malik olduğu hüquq və imtiyazlarla bağlı maarifləndirmə layihəsi üzərində çalışır və yaxın günlərdə bu layihə kitab şəklində ərsəyə gətiriləcək.   Tədbirdə veteranları maraqlandıran suallarla bağlı onlara ətraflı məlumat verilib.   Respublika Veteranlar Təşkilatının mətbuat xidməti

Hamısını oxu
Təqaüdçü polkovnikdən Azərbaycan ordusu ilə bağlı böyük addım

Əslən Zəngilandan olan, 95 yaşlı İkinci Dünya Müharibəsi və Dövlət Təhlükəsizliyi Xidmətinin veteranı, istefada olan polkovnik-leytenant Süleymanlı Bəxtiyar İbrahim oğlu Silahlı Qüvvələrə Yardım Fonduna ianə edib.   O, təqaüdündən topladığı 10.000 manat pulu fonda köçürüb.

Hamısını oxu