Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

DTX məlumat yaydı: Şuşaya gələn livanlı terrorçu ələ keçdi

Müxtəlif xarici ölkələrin vətəndaşlarının muzd müqabilində Ermənistandan Azərbaycan Respublikasının işğal altında olmuş ərazilərinə keçirilməklə qanunsuz silahlı birləşmələr, terrorçu dəstələr halında döyüşlərə cəlb edilmələri ilə bağlı çoxsaylı faktlara dair kompleks əməliyyat-istintaq tədbirləri davam etdirilir. Publika.az Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) saytına istinadla xəbər verir ki, aparılan araşdırmalarla Livan Respublikasının vətəndaşı Viken Eulcekcianın, həmin ölkənin digər vətəndaşı Hovak Kikiyan, habelə ayrı-ayrı xarici ölkə vətəndaşları ilə birgə qabaqcadan razılaşdırılmış konkret muzd müqabilində Azərbaycan Respublikasının işğal altında olmuş ərazilərində hərbi əməliyyatlarda iştirak etmələrinə və terrorçuluq əməlləri törətmələrinə əsaslı şübhələr yaranıb. Dövlət Təhlükəsizliyi Xidmətində başlanılmış cinayət işi üzrə Viken Eulcekcian Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 114.3-cü (Muzdluluq), 214.2.1-ci və 241.2.3-cü (Terrorçuluq), 228.2.1-ci (Qanunsuz olaraq odlu silah, döyüş sursatı əldə etmə, saxlama, daşıma və gəzdirmə), 279.1-ci (Qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri yaratma) və 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə cinayət məsuliyyətinə cəlb edilib. Hazırda araşdırmalar davam edir.

2020-12-02 00:00:00
343 baxış

Digər xəbərlər

Konstitusiyamız və milli ideologiyamız

Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov “Facebook” səhifəsində “Konstitusiyamız və milli ideologiyamız” adlı status paylaşıb. AZƏRTAC statusu təqdim edir: Müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyasının qəbul edilməsindən 24 il ötür. Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə hazırlanan və 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi (referendum) yolu ilə qəbul edilən Əsas Qanun müstəqil Azərbaycanın ilk, ümumilikdə isə ölkəmizin beşinci Konstitusiyasıdır. 1918-1920-ci illərdə cəmi 23 ay mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyəti dövlətin əsas qanununu qəbul edə bilməmişdi. Ona görə də ilk konstitusiya RSFSR-in konstitusiyası əsasında hazırlanmış və 1921-ci il mayın 19-da qəbul olunmuş Azərbaycan SSR-in Konstitusiyası hesab olunur. Azərbaycanın sayca ikinci konstitusiyası 1927-ci ilin mart ayında qəbul edilib. O zaman Azərbaycan Zaqafqaziya Sovet Federativ Sosialist Respublikasının tərkibində idi və bu şəkildə də SSRİ-yə daxil edilmişdi. 1936-cı ildə SSRİ-nin yeni əsas qanunu qəbul edildikdən sonra ona müvafiq olaraq, 1937-ci ildə Azərbaycanın sayca üçüncü konstitusiyası qəbul olundu. Azərbaycan SSR-in sayca dördüncü konstitusiyası 1978-ci ildə, 1977-ci il SSRİ Konstitusiyası əsasında qəbul edildi. Bu konstitusiyanın hazırlanması və qəbulu o zaman Azərbaycana rəhbərlik edən Heydər Əliyevin iştirakı ilə həyata keçirilmişdi. Həmin sənəd milli maraqların qorunması baxımından əvvəlkilərdən xeyli fərqlənirdi. Məhz ümummilli lider Heydər Əliyevin təkidi ilə 1978-ci il konstitusiyasında Azərbaycan dilinin dövlət dili statusu əks olundu. Əvvəlki konstitusiyalarda Dağlıq Qarabağ Muxtar Vilayətinə ayrıca fəsil həsr olunmuş, onun hüquqi statusu şişirdilmişdi. Bu konstitusiyada isə Dağlıq Qarabağ və onun orqanlarının hüquqi statusu “Yerli dövlət hakimiyyəti orqanları” fəslinin içərisinə salınmış, yəni ona müstəsna əhəmiyyət verilməsinin qarşısı alınmışdı. Ümummilli lider Heydər Əliyev müstəqil Azərbaycan dövlətinin qurucusu olduğu kimi, onun milli ideologiyasının - azərbaycançılığın da, azərbaycançılıq ideologiyasına söykənərək yaradılan ilk konstitusiyanın da banisi hesab olunur. 1995-ci il noyabrın 12-də Konstitusiyanın qəbulu müstəqillik tariximizin ən mühüm hadisələrindən biri olmaqla yanaşı, həm də ulu öndər Heydər Əliyevin Azərbaycan dövlətçiliyi qarşısındakı ən böyük xidmətlərindən biridir. Bu konstitusiya müstəqil dövlət quruculuğu prosesini tənzimləyən, demokratik inkişafa və sərbəst bazar iqtisadiyyatına təminat yaradan, cəmiyyətin siyasi, sosial, mədəni, iqtisadi həyatında tətbiq olunan əsas normaları özündə ehtiva edən, qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində hüquqi baza rolunu oynayan mükəmməl və mütərəqqi bir sənəddir. Konstitusiya və milli ideologiyanın vəhdətindən bəhs edən Ümummilli Lider öz çıxışlarında vurğulayırdı ki, milli ideologiyamız, ilk növbədə, dövlətimizin konstitusiya normalarına, xalqımızın tarixi keçmişinə, milli-mənəvi dəyərlərinə, mövcud adət-ənənələrə, ölkəmizin bu günü və gələcəyinə bağlı olmalıdır. Görünür, elə bu yanaşmanın nəticəsidir ki, Heydər Əliyevin yaratdığı azərbaycançılıq məfkurəsi və onun məzmununu təşkil edən əsas prinsiplər ölkə konstitusiyasında konkret formada öz əksini tapmışdır. Ümummilli Lider dövlətçilik maraqlarının qorunmasından danışanda, ilk növbədə, ölkənin ali qanununun müddəalarına dönmədən əməl edilməsini xüsusi vurğulayırdı, konstitusiya normalarının hər bir Azərbaycan vətəndaşının ümummilli vəzifəsi olduğunu qeyd edirdi. Bu normalar, Əsas Qanunun preambula hissəsində təsbit olunub və ilk növbədə: ölkənin müstəqilliyinin, suverenliyinin və ərazi bütövlüyünün qorunmasını, vətəndaş cəmiyyətinin bərqərar olunmasını, xalqın iradəsinə, qanunların aliliyinə əsaslanan hüquqi, dünyəvi dövlət quruculuğunu, ədalətli iqtisadi və sosial qaydalara uyğun olaraq hamının layiqli həyat səviyyəsinin təmin edilməsini, milli-mənəvi dəyərlərə sadiqliyi, bütün dünya xalqları ilə dostluq, sülh və əmin-amanlıq şəraitində yaşamağı və digər ümumbəşəri dəyərlərə hörmət hissini ehtiva edir. Heydər Əliyev həm Konstitusiyamızın, həm də azərbaycançılıq ideologiyasının əsasına, ilk növbədə, bütün vətəndaşların sabit, firavan və dinamik inkişafına cavab verən milli dövlətçiliyi - müstəqil Azərbaycan Respublikasını qoyurdu. Ulu Öndər çıxışlarında bu məsələyə belə şərh verirdi: “Müstəqil Azərbaycan dövləti bizim üçün ən qiymətli tarixi nailiyyətdir və onun qorunması, əbədiyaşar edilməsi hər bir azərbaycanlının müqəddəs borcudur”. Milli ideologiyadan danışarkən Heydər Əliyev qeyd edirdi ki, “biz, ilk növbədə, bütün xalqımızı, bütün soydaşlarımızı Azərbaycanın müstəqil dövlətçiliyi ətrafında birləşdirməliyik, gənclərimizi, gələcək nəsilləri dövlətçilik prinsiplərinə sadiq ruhda tərbiyə etməliyik”. Məzmunundan da göründüyü kimi, həm Əsas Qanunun, həm də azərbaycançılıq ideologiyasının mərkəzində, hər şeydən əvvəl dövlətçilik maraqları - güclü Azərbaycan dövlətinin yaradılması və bütün sahələr üzrə inkişafının təmin edilməsi prinsipi dayanır. Bəhs olunan güclü Azərbaycan dövləti anlayışı xalqımızın çoxəsrlik dövlətçilik ənənələrinə söykənərək onları daim yaşadacaq və zənginləşdirəcək bir siyasi-iqtisadi və sosial-mənəvi idarəçilik institutunun mövcudluğunu ehtiva edir. Bu dövlətin sabit və multikultural ictimai-siyasi həyatı, təkmil mərkəzi və yerli idarəetmə sistemi, işlək qanunları olmalı, hər bir vətəndaşının imkan və bacarıqları hakimiyyət tərəfindən lazımi səviyyədə dəyərləndirilməli, hər bir vətəndaş etnik-dini və sosial mənsubiyyətindən asılı olmayaraq, yalnız şəxsi qabiliyyətinə görə proseslərə cəlb edilməli, ölkədə tam şəffaf və tolerant mühit yaradılmalıdır. Konstitusiyada və azərbaycançılıq ideologiyasında irəli sürülən digər əsas tələb (norma) ümumazərbaycançılıq (ümumvətəndaşlıq) ideyasına söykənən milli birlik və vətəndaş həmrəyliyi prinsipidir. Bu prinsip müasir Azərbaycan dövlətçiliyinin təməlində dayanır və bütün digər siyasi, sosial-etnik maraqlardan üstün tutulur. Ümumazərbaycançılıq qayəsinin təməlində ədalətli və hamı üçün məqbul sayılan ictimai həyat normalarına əməl edilməsi, ölkənin hər bir vətəndaşının Azərbaycan dövlətinə bağlılığı, onu özünün güvənc yeri sayması, doğma Vətəni qürur mənbəyi hesab etməsi, başqa etnik-dini mənsubiyyəti olan vətəndaşlarla multikultural birgəyaşayış normalarının bərqərar olması və s. kimi tələblər dayanır. Bu tələblərin həyata keçirilməsi və qorunması Azərbaycanda yaşayan, fəaliyyət göstərən, bu dövlətin idarəçiliyinə iddia edən hər bir vətəndaş və təşkilat üçün əsas olmalıdır. Əgər hər hansı şəxs və yaxud təşkilat yaşadığı cəmiyyəti, təmsil etdiyi dövləti, konstitusiya ilə müəyyənləşdirilmiş ölkədaxili münasibətlər və dəyərlər sistemini qəbul edirsə, deməli, dövlətin də bu sistemin təminatçısı olmasını mütləq qəbul etməlidir. Bir sözlə, bu rakursdan baxdıqda, konstitusiya normaları və azərbaycançılıq ideologiyası artıq hansısa bir siyasi liderin, partiyanın, yaxud siyasi təşkilatın deyil, ölkənin milli maraqlarına söykənərək, bütün Azərbaycan xalqının ümumi mənafelərinin ifadəsinə çevrilib. Belə olan halda, bu ideologiyaya müxalifətdə durmaq ümumxalq maraqlarına, ümumxalq fikrinə və mövqeyinə müxalifətdə durmağa bərabərdir. Bir faktı da xüsusi vurğulamaq istəyirəm ki, başqa sahələrdə olduğu kimi, milli-ideoloji baxışlar sisteminin formalaşmasında da Heydər Əliyev həm tarixilik prinsipini, həm də varislik ənənələrini qoruyub saxladı. Ulu öndər Azərbaycanın XIX əsrin sonu, XX əsrin birinci yarısında yaşayıb-yaratmış milli-vətənpərvər və maarifçi-demokrat ziyalılarının, Azərbaycan Xalq Cümhuriyyəti qurucularının birləşdirici ideya kimi irəli sürdükləri azərbaycançılıq ideologiyasına müraciət etdi. Həm də nəinki sadəcə müraciət etdi, onu real və dolğun məzmunla zənginləşdirərək dövlət siyasəti səviyyəsinə qaldırdı. Konstitusiyamızda və milli ideologiyamızda dövlətçilik maraqları, milli birlik və vətəndaş həmrəyliyi prinsipləri ilə yanaşı, həm də yeni vətəndaş amilinə - millətini və xalqını sevən, dövlətinin yolunda hər bir fədakarlığa hazır olan, milli-mənəvi dəyərlərini yaşadan, dövlət dilini bilən və sevən, ədalətli və təşəbbüskar, fəal mövqeli və iradəli Azərbaycan vətəndaşı yetişdirilməsi ideyasına xüsusi önəm verilib. Heydər Əliyev Azərbaycan gənclərini sərbəst düşüncə tərzinə malik, cəmiyyətdə və dünyada gedən proseslərdən baş çıxara bilən, vətənpərvər, dövlətçilik təfəkkürü güclü olan savadlı, bacarıqlı, fəal insanlar kimi görürdü. Ümummilli lider deyirdi: “Biz elə bir nəsil yetişdirməliyik ki, o, öz dövlətini sevsin, onu qorumağı, yaşatmağı və bütün dünyada layiqincə təmsil etməyi bacarsın. Gənc nəsil öz milli adət-ənənələrinə sadiq olmalı, ana dilini, milli mədəniyyətimizi dərindən öyrənməli, eyni zamanda, bəşəri dəyərləri mənimsəməlidir”. Beləliklə, ölkə tarixinin mürəkkəb və taleyüklü dövründə dövlətə rəhbərliyin ağır məsuliyyətini öz üzərinə götürmüş Ulu Öndərin yaratdığı dövlətçilik təlimi və onun ayrılmaz hissəsi olan konstitusiya müstəqil Azərbaycanın bugünkü varlığının və gələcək inkişafının əsasını təşkil edir, ölkənin davamlı inkişafı və tərəqqisinə xidmət göstərir. Təməli Heydər Əliyev tərəfindən qoyulmuş səmərəli dövlət siyasətini ardıcıl olaraq uğurla davam etdirən Azərbaycan Prezidenti İlham Əliyev Ulu Öndərin müstəqil dövlət quruculuğu istiqamətindəki nəzəri və praktiki irsinə qiymət verərək demişdir: “1993-2003-cü illər ölkəmizdə sabitlik və inkişaf illəri kimi tarixdə qalacaqdır. Çünki məhz o illərdə dövlətçiliyin əsasları qoyuldu, Azərbaycan dövləti quruldu, 1995-ci ildə müstəqil dövlətin Konstitusiyası qəbul edildi, dövlətçiliyin ideoloji əsasları - azərbaycançılıq məfkurəsi formalaşdırıldı... Heydər Əliyev tərəfindən yaradılan bu əsaslar hazırda Azərbaycan xalqına yol göstərir”. Milli dövlətimiz durduqca, ümummilli lider Heydər Əliyevin nurlu ideyalarından və ümumbəşəri dəyərlərdən yoğurulan Azərbaycan Konstitusiyası və azərbaycançılıq məfkurəsi dövlətimizin gələcək inkişafı və tərəqqisi yoluna daim işıq salacaqdır.

Hamısını oxu
İdrak liseyində "Dünyamın rəng çaları" adlı rəsm sərgisinin açılışı olub

Veteran.gov.az xəbər verir ki, İdrak liseyində "Dünyamın rəng çaları" adlı rəsm sərgisinin açılışı olub. Bu barədə liseyin sosial şəbəkədəki səhifəsində məlumat verilib. Məlumatda deyilir:   “İstedadlı şagirdlərimizdən VA sinif şagirdi Eminli Gülnarə , IIIA sinif şagirdi Eminli Züleyxa, IIIA sinif şagirdi İsgəndərli Nuray və IIIA sinif şagirdi Babayeva Fatimənin çəkdiyi rəsmlərlə tanış olan iştirakçılar onların düşüncələrinin rəng dilini seyr etdilər. Lisey rəhbərliyi xüsusi bacarıq və istedadı olan şagirdlərin tanıdılması baxımından keçirilələn sərgilərin əhəmiyyətindən danışaraq, bu ənənənin ilboyu davam etdiriləcəyini vurğuladı. Təqdimatda istedadlarımızın valideynləri iştirak edib öz məmnunluqlarını bildirdilər”.   Seymur ƏLİYEV

Hamısını oxu
Gənc nәslin tәrbiyәsindә Heydәr Әliyev mәktәbi

Hәqiqəti müəyyən ambisiyalarına görə, maraq vә faktları mәnafelәrinә uyğun təһrif edәnlərin, obyektiv faktları mәqsәdli şәkildә saxtalaşdıranların cәһdlәri labüd iflasa, zamana eһtiyacı olan mәğlubiyyәtә mәһkumdur. Әsrlәrin tәcrübәsi birmәnalı şәkildә təsdiq edib ki, insana xas subyektivizmdәn yüksəkdә durmaqla yeganә әdalәtli һakim olan tarix һәqiqәtin tәһrifi, faktların saxtalaşdırılması ilә һeç vaxt barışmayıbdır. Hәqiqәtin bütün çılpaqlığı ilә gec-tez üzә çıxacağını yaxşı bilәnlәr mәһz buna görə sözlәrinә vә әmәllәrinə mәsuliyyәtlә yanaşaraq, әmәllәrini sözlәrinin, sözlәrini isә әməllәrinin tәsdiq etmәsinә xüsusi diqqәt yetirirlәr. Mәnalı ömrünü sözü vә әmәlinin bütövlüyü ilә yaşayan və elә buna görә dә adı tarixә sağlığından әbәdi һәkk olunan daһi şәxsiyyətlәrdәn biri Ulu Öndər Heydәr Әliyevdir.  Heydәr Әliyev һәqiqәti bütün tәһrif vә saxtalaşdırma cəһdlərini puça çıxardıb. Onun qüdrәtinin әvәzsizliyinin tәbliğә eһtiyacı qalmayıb. Heydәr Әliyev һəqiqәti yozulan yox, mәһz görünәn һәqiqәtdir, zamanın sınağından çıxdığı uçün әbәdiliyinә tarix tәminat veribdir. Heydər Әliyev ömrü, fәaliyyәti elә mәnalı keçib vә XX әsrdә etnik mövcudluğumuzun qorunub saxlanılması vә milli azadlığımızın qazanılması tarixini mәqsәdyənlü fәaliyyәti vә әmәllәri ilә yazan bu böyük insanın һәyatının һәr günü, һәr ayı, һәr ili һәyat dәrsliyidir, tәcrübә mәktәbidir. Talenin bәxş etdiyi bu milli sərvәti һәrtәrәfli vә әsaslı şәkildә öyrәnmәklә biz gәlәcәyimizin daimi vә şәriksiz saһibi ola bilәrik. Vәtәnini, xalqını sevәn, milli ideallara xidmәti özünün әn ümdә vәtәndaşlıq vәzifәsi vә borcu sayan һәr bir şәxs Heydәr Әliyevi Prezident — dövlәt başçısı kimi, Ali Baş Komandan kimi, ümummilli lider kimi, diplomat kimi, siyasi xadim kimi, iqtisadçı kimi, sıravi vәtәndaş kimi, nәһayәt, ailә başçısı kimi öyrәnmәlidir; dövlət quruculuğunu vә dövlәti idarәetmәni, müһaribә vәziyyәtindә sәrkәrdәliklә incә diplomatiyanı birlәşdirmәyi, milli әnәnәsi olmadığı һalda yeni ictimai-siyasi, sosial-iqtisadi münasibәtlәr dövründә cәmiyyәtin demokratiklәşdirilmәsini, iqtisadi potensialın güclәndirilmәsini әlaqәlәndirmәyi, Vәtәnә — xalqa tәmәnnasız xidmәti, әsldәn-nəsldәn vә köklü ocaqdan gәlәn әnәnә ilә nümunәvi ailә yaratmağı öyrәnmәlidir.   Heydәr Әliyev Prezident — dövlət xadimi kimi. Azәrbaycan prezidentini tarixi dövlətçilik әnәnәsi olan bir çox ölkә rәһbәrlәrindәn fәrqlәndirәn әsas cәһәt milli azadlıq һәrәkatını formalaşdırmaq, tәnzimlәmәklә respublikanı әsarәtdәn qurtarması vә müstәqil dövlət qurmasıdır. Heç şübһәsiz, qurulu dövləti idarә etmәk yeni bir dövlət quraraq onu idarә etmәkdәn qat-qat asandır. Tale isә sanki Heyder Əliyevi işıqlı dünyaya Azәrbaycan xalqının qarşısına çıxan bütün problemlәri һәll etmәk üçün gәtiribdir. Prezident vә dövlət xadimi kimi Heydәr Әliyevin fәaliyyәtini şәrti olaraq iki dövrә ayırmaq olar: Milli müstәqilliyә qədәr Milli müstәqillikdәn sonrakı dəvr. Hәr iki dövr üçün xarakterik cәһәt Heydәr Әliyevin özü üçün һәyatının mәnası kimi seçdiyi müqәddәs bir amala — Azәrbaycana xidmәt amalına sonsuz sәdaqәtidir. Amalsa dәyişmәyib, dәyişәn amalı gerçәklәşdirmә yolları vә vasitәlәridir. Onun fәaliyyәtinin birinci dövründә әsas mәqsәd milli ruһun şüurlu oyanışına nail olmaqla milli potensialı qoruyub saxlamaq vә gәlәcәk müstәqil Azәrbaycan üçün sosial-iqtisadi, mәnәvi- psixoloji, һәrbi vә elmi-mәdәni baza yaratmaq idisә, ikinci dəvrdә artıq müstәqil, suveren dövlətin azadlığına dönmәz xarekter vermәk, demokratik, dünyәvi, һüquqi dövlәt qurmaq, nizami ordu yaratmaq, iqqisadiyyatı, mәdәni-elmi һәyatı dirçәltmәk, sosial mәsәlәlәri nizamlamaq әsas vәzifәlәr idi.   Tanrı bütün bәndәlәrinә qarşı mәrһәmәtlidir, amma onun sevgisini qazanmaq һәr bәndәyә nәsib olmur. Bәli, Heydәr Әliyev tanrının sevdiyi bәndәdir. Hәr әsgәr general ola bilmәz, amma pis әsgәr odur ki, general olmaq istәmir. Bizim һәr birimiz, o çümlәdәn sәrһәddә torpaq keşiyini çәkәn sıravi bir әskәr dә mәһz Ulu Öndər Heydәr Әliyev kimi şәxsiyyәt olmağa cәһd göstәrmәlidir. Cәmiyyәtdә belә bir cәһdin әnәnәyә çevrilmәsi әslindә әldә edilәn uğurları qoruyub saxlamağa vә daһa da inkişaf etdirmәyә qadir vәtәndaşların yetişmәsinә etibarlı tәminat ola bilәr. Heydәr Әliyev Ali Baş Komandan kimi. Azәrbaycanda müasir tipli ordunun һәm nәzәri, һәm dә praktiki baxımdan yaradılması mәһz Heydәr Əliyevin tarixi xidmәtidir. һәlә sovet dəvründә milli һәrbçi kadrların yetişdirilmәsinә xüsusi әһәmiyyәt verәn Heydәr Əliyev C.Naxçıvanski adına һәrbi mәktәbin açılmasına nail oldu. Әһali, xüsusәn gәnclәr arasında һәrb sәnәtinә neqativ münasibәti kökündәn dәyişdirdi, tәһlükәsizlik vә һüquq-müһafizә orqanlarının millilәşdirilmәsi prosesinә başladı. Azәrbaycanlı һәrbçilәrin çoxsaylı etirafları bir daһa sübut edir ki, mәһz Heydәr Әliyev һakimiyyətə gәlәndәn sonra sovet rejimindә azərbaycanlı һәrbçilәrә yüksәk rütbәlәr vә mәsul vәzifәlәr verilmәyә başlanıldı. Keçmiş SSRİ-nin һarasında xidmәt etmәsindәn asılı olmayaraq, hәr bir azәrbaycanlı әsgәr, xüsusәn dә zabit Heydәr Әliyevin simasında özünün karyerasına, bacarıq vә istedadının qiymәtlәndirilmәsinә qarant görürdü. Elә o vaxtdan һərbçilәr arasında Heydәr Əliyev ordu quruculuğunu peşәkarcasına bilәn, әn başlıcası isә milli zabit kadrların yeganә qayğıkeşi vә һimayәdarı imicini qazanmışdı.   Heydәr Әliyevin xarakterini, ideologiyasını, taktikasını vә strategiyasını һәlә 60-cı illәrdәn formalaşdırmağa başladığı milli azadlıq һәrәkatı qәlәbә çalandan sonra sәriştәsiz adamların rәһbәrliyә gәlişi ilә sistematik, mәqsәdyönlü möһtәşәm dövlәt vә ordu quruculuqunda anarxiyaya rәvac verildi. Nәticәdә cәbһәyә toplaşmalı olan silaһlar tәsadüfi әllәrә düşdü, Bakıda cәbһә xәttindәn daһa çox vә daһa sürәkli atәş sәslәri eşidilmәyә başladı. Başıpozuq reket dәstәləri һәrbi birlәşməlәr adı altında "siyasi liderlәrin sözlә, әmәli işlә gerçәklәşdirә bilmәdiklәri ambisiyalarını zorla rellaşdırmaq istәyirdilәr. Bir çox müxalifәt liderlәri silaһlı dәstәlәrinin әһatәsindә siyasi imic qazanmaq üçün canfәşanlıqla "Vәtәndәn" danışdıqları vaxtlar Heydәr Әliyev danışmaq әvәzinә әmәli iş görürdü — Milli Ordunu yaradırdı. Dәmir intizamlı, müasir texnika ilә tәcһiz edilmiş, һәqiqi peşәkarlarla güclәndirilmiş milli ordunun varlığı ilk növbәdә özünün xarici һavadarlarına arxalanan vә "qәlәbә eyforiyası" yaşayan ermәni işğalçılarını atәşkәslә razılaşmağa vadar etdi. Ordunun sosial-mәişәt qayğıları, әsgәr vә zabit һeyәtinin döyüş һazırlığının tәkmillәşdirilәrәk yüksәldilmәsi, siyasi-ideoloji vә tәrbiyәvi işin müstәqil respublikamızın mәnafe vә marağına uyğun qurulması Ulu Öndərin diqqәt mәrkәzindә idi. İnamsız әsgәrin әlindә silaһ әslindә ya dәmir parçasıdır, ya da һara tuşlanması dәqiq bilinmәyәn ölüm mәnbәyidir. Heydәr Әliyev şәrәfli xilaskarlıq missiyasına başlayanda müqәddәs amal naminә silaһa sarılan әn vәtәnpәrvәr gәnclәr dә az müddәtә bütün xalq kimi inamını itirmәk tәһlükәsi ilә qarşılaşmışdı. Siyasi "xadimlәrin", "cәfakeş millәt liderlәrinin" sayı artdıqca çaşqınlıq da güclәnirdi, һәrbi-siyasi vәziyyәt murәkkәblәşdikcә, torpaqlarımız, şәһәr vә kәndlәrimiz әldәn getdikcә xalqın, o cümlәdәn silaһlı vәtәnpәrvәr kәnglәrin әsil sәrkәrdәyә eһtiyacı artırdı. Vәtәnә vә xalqa sәrkәrdә lazım idi. Müһaribәyә cәlb olunmuş Azәrbaycanda isә qanlı dəyüşlәri, әrazi işğalını, azğın düşmәni nizami ordunun gücünә dayandırmaq poetik nitqlәr söylәmәkdәn, gәlişi gözәl vәdlәr vermәkdәn qat-qat çәtin idi vә nәticәsi konkret әmәli işdә görünәn fәdakarlıq tәlәb edirdi. Bu fәdakarlığı ilk dәfә mәһz Ali Baş Komandan kimi Heydәr Әliyev öһdəsinә götürәn gündәn xalq һәsrәtlә gözlәdiyi sәrkәrdәni tapdığını başa düşdü. Bu gün Heydәr Әliyev Silaһlı Qüvvәlәr, o cümlәdәn milli tәһlükәsizlik orqanının әmәkdaşları, Sәrһәd Qoşunlarının şәxsi һeyәti üçün qanuni yolla seçilmiş ümumixalq sevgisi qazanmış xilaskar sәrkәrdәdir. Heydәr Әliyev umummilli lider kimi. Heydәr Әliyevin fitri istedada malik fenomenal şәxsiyyət olduğu һәtta dünya birliyindә dә tәsdiq vә etiraf edilmiş һәqiqәtdir. Onu sәlәflәrindәn vә müa- sirlərindәn fәrqlәndirәn başlıca cәһәt ilk növbәdә xalqa istinad etmәsi vә açıq fәaliyyәt göstәrmәsidir. Heydәr Әliyev bәlkә dә dünya miqyasında yeganә şәxsiy- yәtdir ki, xalqın yekdil istәyi vә arzusu ilә һakimiyyәtә gәldi. Heydәr Әliyev bәlkә dә yeganә şәxsiyyәtdir ki, faktiki Prezidentliyini rәsmilәşdirәrkәn, xalqın inamı- nı, etibarını әsas götürdü. Bununla da Heydәr Әliyevin yalnız prezidentliyi deyil, ilk növbәdә ümummilli liderliyi tәsdiq olundu. Xalq Heydәr Әliyevә sonsuz inam bәslәdiyi kimi, o da xalqa inanırdı, әn başlıcası bu inamını gizlәtmәyә çalışmır. Bu cәһәt onun, başqa bir özünәmәxsusluğu ilә bağlıdır. Heydәr Әliyev açıq fәaliyyәt göstәrәn şәxsiyyәtdir. 1994-cü ilin oktyabr, 1995-ci ilin mart dövlət çevrilişinә cәһdlәr vaxtı Heydәr Әliyev ilk növbәdә xalqa müraciәt etdi, bәla, xәyanәt һaqqında xalqa açıq, dolğun mәlumat verdi, әn ağır mәqamda da Bakını, ona inanan xalqını tәrk etmәdi. Onun sәmimiyyәti, cәsarәti, obyektivliyi gecәnin yarısı olmasına baxmayaraq, bütün xalqı ayağa qaldırdı. Xalq, o cümlәdәn Ordu yalnız qanuni Prezidentinin sәsinә sәs vermәdi, eyni zamanda tarixindә ilk dәfә tapdığı xilaskarının — liderinin müdafiәsinә qalxdı. Heydәr Әliyev ümummilli lider olduğunu әmәli işlә tәsdiq edir. O, bu fәxri vә şәrәfli ada Prezident olandan sonra yox, әksinә Prezident olmamışdan әvvәl layiq görülüb. SSRİ dövründә respublikanın rәһbəri işlәyib, amma milli maraqları dövlət maraqlarından üstün tutub; zaһirәn kommunist ideologiyasının tәbliğatçısı olub, amma әslindә milli tәһlükәsizliyin tәrkib һissәsi olan milli ideologiyanın formalaşaraq tәsiredici gücünün qorulub saxlanmasına çalışıbdır. Naxçıvan Ali Mәclisinin sәdri işlәyәrkәn Azәrbaycan rәһbәrliyinin görmәli olduğu amma görmәdiyi işlәri һәyata keçirib. Bütün dövrlәrdә Heydәr Әliyev sadәcә olaraq vәzifә borcunu yerinә yetirmәyib, tarixi xilaskarlıq missiyası kimi ona etibar olunmuş ümummilli liderliyini şәrәflә doğruldubdur.   Heydәr Әliyev, diplomat, siyasi xadim, iqtisadçı, elm- sәnәt һimayәdarı, sıravi vәtәndaş kimi dә nümunәvi tәcrübә mәktәbi yaradıbdır. BMT qәrargaһının qarşısından bayrağın asılması һәlә respublikamızın dünyada tanınması demәk deyildi. Dünya diplomatiyası tarixindә Heydәr Әliyev bәlkә dә yeganә ölkә başçı- sıdır ki, әlindә xәritә ölkәnin coğrafiyasını әyani nümayiş etdirmәklә informasiya blokadasını dağıtmağı, düşmәn tәrәfin saxtakarlığını üzә çıxarmağı özünә rәva bilibdir. Bu qeyri-adi faktın özü dә Heydәr Әliyev mәktәbinin әvәzsiz dәrsidir: peşәkarlığı, istedadı vәtənpәrvәrlik tamamlamalıdır. 1993-cü ilә qәdәr Azәrbaycanda vaһid xarici siyasәt kursu yox idi. Xarici ölkәlәrlә әlaqәlәrdә emosiyalar, utopik nәzәri mülaһizәlәr müһüm rol oynayırdı. Heydәr Әliyev isә xarici siyasәt konsepsiyasını beynәlxalq normalara әsasәn qurdu, prioritet istiqamәtlәri müәyyәnlәşdirәrkәn yaxın vә uzaq strateji һәdәflәri, dövlət vә milli maraqları әsas götürdü. Diplomatik әlaqәlәrdә iqtisadi amilә xüsusi diqqәt yetirmәsinin sayәsindo respublikamıza investisiya qoyuluşu geniş vüsәt aldı, ölkәmizin әrazi bütəvlüyünün tәmin edilmәsindә, daxildәki iqtisadi-sosial durumun stabilliyindә marağı olan ölkәlәrin sayının artmasına nail oldu. Lissabon sammitinin nәticәsi әslindә Heydәr Әliyev diplomatiyasının tarixi qәlәbәsidir. Mәn әminәm ki, gәlәcәkdә dünya diplomatları vә siyasәtçilәri Lissabon sammitini çıxılmaz vәziyyәtdәn maksimum fayda ilә çıxmağı bacaran Heydәr Әliyev qәlәbәsi kimi ciddi şәkildә öyrәnәcәklәr . Heydәr Әliyev tәcrübәsi tükәnmәz һәyat mәktәbidir. Bu mәktәbi öyrәnәrәk başa vurmaq mümkün olmadığı üçün mәn sonda bir mәsəlәyә toxunmaq istәyirәm. Heydәr Әliyev ata kimi dә һәr bir vәtәndaşa örnәkdir. Uzun illәr һakimiyyәtinin әn yüksәk pillәsindә dayanan külli-ixtiyar saһibi kimi o, yeganә oğluna һәr cür şәrait vә tәminat yarada bilәrdi. Heydәr Әliyev oğlu, İlһam Әliyevi gәrgin mübarizәlәrlә dolu siyasәt meydanına tәk buraxdı vә әn ağır sınaqdan çıxmağı — özünütәsdiqә özünün nail olmasını ona ömür yolu olaraq müәyyәnlәşdirdi. Hazırda İlһam Әliyev siyasi arenada, beynәlxalq alәmdә qәti addımlarını atır, artıq özünü peşәkar və kamil siyasәtçi iqtisadçı, maһir diplomat,kimi tanıdaraq һörmәt qazana bilibdir. İlһam Әliyevin uğurları isә yalnız ata Heydәr Әliyevin deyil, eyni zamanda prezident, ümummilli lider Heydәr Әliyevin һәyat tәcrübәsinin vә mәktәbinin tәsdiqidir. Biz belә bir milli sәrvәtimiz olduğu üçün xoşbәxtik. Biz bu sәrvәtin qәdrini bilәrәk incәliyinә qәdәr öyrәnib mәnimsәsәk daһa böyük nailiyyәtlәr qazana bilәrik. Cәlil Xәlilov Republika Veteranlar Təşkilatının  sədr müavini polkovnik

Hamısını oxu
İmişli rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev “1941-1945-ci illər Böyük Vətən müharibəsində Qələbənin 75 illiyi” yubiley medalı ilə təltif edilib

İmişli rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev veteran hərəkatına göstərdiyi dəstəyə və  rayon veteranlarına göstərdiyi diqqət və qayğıya görə Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin 2019-cu il 13 iyun tarixli Sərəncamı ilə təsis olunan “1941-1945-ci illər Böyük Vətən müharibəsində Qələbənin 75 illiyi” yubiley medalı ilə təltif edilib. Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranlar Təşkilatının sədri general-polkovnik Tofiq Ağahüseynovun göstərişi ilə Təşkilatın hərbi vətənpərvərlik şöbəsinin mütəxəssisi İsmayıl İsmayılov yubiley medalı sahibinə təqdim edib. Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev "Böyük Vətən müharibəsində Qələbənin 75 illiyi (1945–2020)”  Rusiya Federasiyasının yubiley medalına layiq görüldüyünə görə başda Cənab Prezident İlham Əliyev olmaqla, eləcə də Respublika Veteranlar Təşkilatının sədri General-polkovnik Tofiq Ağahüseynova öz dərin minnətdarlığını bildirib.

Hamısını oxu