images
Azərbaycan Respublikası
Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik.
AZ RU EN
İkitərəfli əlaqələr

 

Gürcüstan Respublikası Müharibə, Əmək və Hərbi Qüvvələr veteranlarının Mərkəzi İttifaqı ilə Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının arasında əməkdaşlıq haqqında

SAZİŞ 

Iki veteran təşkilatı əməkdaşlıq və tərəfdaşlığın daha da möhkəmləndirilməsi üçün qarşılıqlı istək ifadə edərək,

İki ölkə, iki xalq və iki veteran təşkilatı arasında mövcud olan ənənəvi dostluq əlaqələrinə əsaslanaraq,

SAZİŞ imzalayırlar

1. İki ölkənin ümumi dostluq və əməkdaşlıq münasibətlərinə uyğun olaraq hər iki veteran təşkilatı dostluq əlaqələrinin genişləndirilməsi və möhkəmləndirilməsi sahəsində əməkdaşlıq edir.

2. Veteran təşkilatları əməkdaşlıq əlaqələrini inkişaf etdirmək məqsədi ilə təcrübə mübadiləsi aparır  və veteran təşkilatlarının mühüm hadisələri(tədbirləri) barədə bir-birini xəbərdar edir. Məqsədəuyğun sayıldıqda və mümkün olduqda  belə hadisələrin(tədbirlərin) qeyd edilməsi üçün bir-birini dəvət edirlər.

3. Turist veteranlar qruplarının mübadiləsini həyata keçirirlər.

4. Azərbaycan və Gürcüstan veteranları arasında idman tədbirlərinin (şahmat, nərd və s.) keçirilməsi təşkil edilir.

5. Tərəflərin keçirdiyi konfranslarda, plenumlarda və s. tədbirlərdə iştirak edirlər.

6. Azərbaycan və Gürcüstan kurortlarında veteranların qarşılıqlı istirahətini təşkil edirlər.

7. Sosial məsələlərin həlli üzrə qarşılıqlı informasiya mübadiləsi aparırlar. 

8. Hər iki tərəf xatirə abidələrinin qorunmasında hörmət və dəstəyini ifadə edir. Azərbaycanda və Gürcüstanda bəşəriyyətin nasizm və faşizmdən xilas edilməsində iştirak etmiş ölkələrin abidələrinin təhqir olunması və ya dağıdılması hallarında bəyanatla çıxış edirlər. Neofaşist və antisemitizmin   canlandırılması təzahürlərinə qarşı qətiyyətli bəyanatlarla ilə çıxış edirlər.

9. Hər il tərəflərin qarşılıqlı səfər mübadiləsi məqsədi ilə təşkilatların rəhbərliyi (mütamadi) görüşlər keçirirlər.

10. Hər iki ölkənin gəncləri arasında tərbiyəvi xarakterli tədbirlər təşkil edirlər.

11. Veteran təşkilatlarının regional əlaqələrini öyrənir və imkanlarını qarşlıqlı təşviq edirlər.

12. Bu saziş rus dilində tərtib edilmişdir və beş il müddətinə qüvvədədir. Göstərilən müddətdən əvvəl dayandırımayacağı təqdirdə, onun qüvvəsi növbəti     beş il müddətinə uzadılmış hesab ediləcəkdir.

  

 

          01 oktyabr 2015-ci il.

 

 

Azərbaycan Respublikası                                        Gürcüstan Respublikası        

Müharibə, Əmək və Silahlı Qüvvələr                        Müharibə,Əmək və Hərbi Qüvvələr  

Veteranları Təşkilatının sədri                                   veteranlarının Mərkəzi İttifaqının sədri

 

 

general-mayor                D.Q.Rzayev                        polkovnik                R.D.Natsaraşvili 

 

***

Azərbaycan və Ukrayna veteranları arasında əməkdaşlıq əlaqələri genişlənir

 

Azərbaycan Respublikası Veteranlar Təşkilatının sədr müavini, ehtiyatda olan polkovnik Cəlil Xəlilovun rəhbərlik etdiyi nümayəndə heyətinin Ukraynada səfərdə olub.

Səfər çərçivəsində Cəlil Xəlilov Ukrayna Müharibə Veteranları Cəmiyyətinin rəhbər işçiləri ilə görüşüb.

Görüşdə Ukraynanın sabiq müdafiə naziri və Azərbaycan Silahlı Qüvvələrinin Ukraynadakı hərbi attaşeliyinin nümayəndəsi də iştirak ediblər.

Ukrayna Müharibə Veteranları Cəmiyyəti sədrinin birinci müavini, ehtiyatda olan polkovnik Viktor Şamray təmsil etdiyi təşkilat haqqında ətraflı məlumat verib. O, hər iki ölkənin müvafiq qurumları arasında əlaqələrin daha da dərinləşdirilməsinin əhəmiyyətini vurğulayıb və C.Xəlilova medal təqdim edib.

C.Xəlilov Azərbaycan Respublikası Veteranlar Təşkilatının fəaliyyəti barədə görüş iştirakçılarına məlumat verib, qurumun ölkə daxilində və beynəlxalq səviyyədə gördüyü işlərdən söz açıb. Bildirib ki, dövlət tərəfindən maliyyələşdirilən təşkilat Azərbaycan Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın tam qayğısı ilə əhatə olunub. Bu gün Azərbaycanda veteranların sosial problemləri dərhal həll edilir, onlara yüksək diqqət və qayğı göstərilir.

C.Xəlilov Azərbaycan və Ukrayna xalqları arasında dostluq münasibətlərinin möhkəmləndirilməsində xüsusi xidmətlərinə görə bir sıra şəxslərə Respublika Veteranlar Təşkilatının medallar təqdim edib.

Ukrayna Baş nazirinin sabiq müavini, keçmiş müdafiə naziri Valeri Şmarov ulu öndər Heydər Əliyevlə bağlı xoş xatirələrini danışıb.

Görüşdə hər iki qurum arasında əlaqələrin genişləndirilməsinin, qarşılıqlı səfərlərin təşkilinin, beynəlxalq tədbirlər çərçivəsində görüşlərin keçirilməsinin vacibliyi qeyd edilib.