images
Azərbaycan Respublikası
Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik.
AZ RU EN
Təşkilatin tarixi

Azərbaycan Respublikası Veteranlar Təşkilatının tarixi

İkinci Dünya Müharibəsinin faşizm üzərində Qələbə ilə başa çatmasından sonra keçmiş SSRİ-nin bütün respublikalarında olduğu kimi Azərbaycan Respublikasında da veteran hərəkatı başlanmışdır. Bu hərəkatın ilk nəticəsi kimi 1960-cı il iyun ayının 10-da Bakı Veteran Komitəsi yaradılmışdır. Ancaq Azərbaycanın ilk veteran təşkilatının fəaliyyəti yalnız Bakı şəhəri ilə məhdudlaşmış və bu vəziyyət 1970-ci illərin əvvəllərinədək davam etmişdir.

Ümummilli lider Heydər Əliyevin Azərbaycana ilk dəfə rəhbərlik etdiyi dövrdə, xüsusilə 1970-80-ci illərdə respublikada bütün sahələrdə olduğu kimi veteran hərəkatında da canlanma yaranmış, bu hərəkat tədricən bütün ölkəni əhatə etmişdir. Dövlət dəstəyi sayəsində Azərbaycanın əksər rayonlarında veteran təşkilatlarının yaradılması 1987-ci il mart ayının 21-də Respublika Veteranlar Təşkilatının təsis olunması ilə nəticələnmişdir. Ancaq 1980-ci illərin sonu və 1990-cı illərin əvvəllərində ölkədə yaşanan xaos, hərc-mərclik Veteranlar Təşkilatının fəaliyyətinə də mənfi təsir göstərmişdir. Əsassız mülahizələr, o cümlədən alman faşizmi üzərində Qələbə günü olan 9 mayın bayram günü kimi qeyd edilməsinin məqsədəuyğun sayılmaması və s. ilə hərəkata ciddi zərbə vurulmuşdur.

Respublika Veteranlar Təşkilatının 1992-ci il may ayının 10-da Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin müvafiq qərarı əsasında rəsmi dövlət qeydiyyatına alınmasına baxmayaraq, veteran hərəkatına və veteranlara münasibət o qədər də dəyişməmişdir. Həmçinin Ermənistanla müharibə şəraitində ölkədə yaşanan gərginliklə əlaqədar Respublika Veteranlar Təşkilatının fəaliyyəti əsasən formal xarakter daşımışdır.

Ümummilli Lider Heydər Əliyevin Azərbaycana yenidən rəhbərliyə qayıtması ilə veteranlar təşkilatının fəaliyyəti bərpa olunmuş, veteranlara münasibət kardinal şəkildə dəyişmiş, bu istiqamətdə ardıcıl və məqsədyönlü addımlar atılmışdır. Ulu Öndərin imzaladığı ilk qanunlardan biri veteranların hüquqlarının bərpası ilə bağlı “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanunu (1994-cü il 28 iyun) olmuşdur. Bununla da veteranlara dövlət qayğısı tamamilə bərpa edilmiş, onlara münasibət yüksək səviyyəyə qaldırılmışdır.

1994-cü il 28 iyundan etibarən Azərbaycanda veteranlarla bağlı ardıcıl şəkildə həyata keçirilən dövlət siyasətinin əsası qoyulmuşdur. Bu siyasət sonrakı mərhələdə Azərbaycan Respublikasının Prezidenti Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilmiş, veteranlara dövlət qayğısı yeni səviyyəyə qaldırılmışdır.

Bunun son təzahürləri kimi Respublika Veteranlar Təşkilatına ayrılan müasir standartlara tam cavab verən inzibati binanı, 1941-1945-ci illər İkinci Dünya müharibəsində faşizm üzərində Qələbə münasibətilə ayrılan birdəfəlik maddi yardımın və pensiyaların miqdarının ildən-ilə artırılmasını, veteranların mənzil və şəxsi avtomobillə təmin edilməsini, pulsuz müalicə olunmalarını və nəhayət veteranlara dövlət qayğısının artırılması üçün Respublika Veteranlar Təşkilatına 2016-cı il may ayının 9-da imzalanmış Sərəncamla 500 min manat pul vəsaiti ayrılmasını qeyd etmək olar.