images
Azərbaycan Respublikası
Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik.
AZ RU EN
images
Şəhid Həmid Abbasbəylinin xatirəsinə həsr edilən Şahmat turniri keçiriləcək

Moderator.az xəbər verir ki, 5 Aprel 2021-ci il tarixində saat 19:00-da Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi, Xətai Gii və "İDEA" şahmat klubunun birgə təşkilatçılığı ilə Vətən müharibəsi Şəhidi "Vətən Uğrunda" , "Cəbrayılın azad olunmasına görə" medalları və "QARABAĞ" ordeni ilə təltif olunmuş BAŞ LEYTENANT ABBASBƏYLİ HƏMİD-in xatirəsinə həsr olunmuş onlayn Şahmat turniri keçiriləcək.

 

Yarış İsveçrə sistemi üzrə 9 turdan ibarət olacaq. Oyuna nəzarət vaxtı 3 dəqiqə.

 

Turnirdə iştirak üçün

1.Lichess.org onlayn şahmat platformasında şahmatçının qeydiyyatı olmalı

2.Profil bölməsinde ad,soyad təvəllüd qeyd edilməlidi

3.Lichess.org virtual "İdea " Şahmat Klubuna üzv olmalıdı.ling: https://lichess.org/team/idea-sahmat-klubu

4.turnirin lingi: https://lichess.org/swiss/RNDqXWSr

 

Turnirdə l, ll, lll yeri tutan qızlar və oğlanlar Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən müvafiq dərəcəli diplomla təltif olunacaq.

 

Seymur ƏLİYEV

Oxunub: 47