images
Azərbaycan Respublikası
Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik.
AZ RU EN
images
Şuşa uğrunda döyüşlərdə iştirak edən veteranlarla görüş keçirilib

Bu gün Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında Şuşa şəhəri uğrunda döyüşlərdə iştirak edən veteranlarla görüş keçirilib.

 

Ölkə başçısnın 14 iyul tarixli çıxışı və bu çıxışdan irəli gələn məsələlərin müzakirəsinə həsr edilən görüşdə ilk öncə Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə həlak olan şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

 

Tədbiri giriş sözü ilə açan Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov Azərbaycan ordusunun Vətən müharibəsində göstərdiyi qəhrəmanlığa diqqət çəkib, dövlətimizin şəhid ailələrinə, müharibə əlillərinə olan diqqət və qayğısından danışıb.

 

Daha sonra çıxış edən Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Şuşa Şəhər Təşkilatının sədri Ağalar Əliyev, Şuşanın erməni işğalından azad edilməsində hərbçilərimizin göstərdiyi qəhrəmanlıqdan bəhs edib, xalqımızın hər bir əsgəri, hər bir zabiti ilə fəxr etdiyi bildirib.

 

Təşkilatın Hüquq və kadr şöbəsinin müdiri Bəhram Zahidov dövlətimizin şəhid ailələrinə, o cümlədən müharibə əlillərinə, veteranlara olan qayğısının hüquqi bazada da öz əksini tapdığını, bu istiqamətdə qanunvericilik müstəvisində mütəmadi addımların atıldığını vurğulayıb.

 

Sonda çıxış edən Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri Fatma Səttarova Azərbaycan oğullarının Vətən müharibəsində tarix yazdığını, bu tarixin əsrlər sonra da qürurla yad ediləcyini bildirib.

 

Tədbirin sonunda xatirə şəkli çəkilib, veteranlara Qurban bayramı münasibəti ilə sovqatlar verilib.

 

Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının mətbuat xidməti

Oxunub: 129