images
Azərbaycan Respublikası
Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik.
AZ RU EN
images
““YAŞAT” Fondunun fəaliyyəti dövlətin veteranlara, şəhid ailələrinə olan diqqətinin bariz göstərcisidir”

Azər Badamov: “Dövlətimiz vətən uğrunda canından keçmiş igid oğullarını unutmur və unutmayacaq”

 

Məlum olduğu kimi, dövlətimiz istər YAŞAT Fondu, istər icra hakimiyyətləri, istər nazirliklər, istərsə də digər strukturlkar vasitəsi ilə veteranların, qazilərin, şəhid ailələrinin problemini diqqətdə saxlayır, onları hər cür qayğı ilə əhatə edir.

 

Veteran.gov.az-a açıqlamasında dövlətin veteranlara, şəhid ailələrinə olan qayğısını yüksək qiymətləndirən millət vəkili Azər Badamov, Azərbaycanın bu sahədəki təcrübəsinin digər dövlətlərə örnək olduğunu vurğuladı:

 

“Bu gün şəhid ailələri, qazilər və veteranlar hərtərəfli dövlət qayğısı ilə əhatə olunub. II Qarabağ müharibəsindən sonra bu kateqoriyadan olan insanlara diqqət daha da artıb. İcra Hakimiyyətlərində bu sahə ilə məşğul olmaq üçün xüsusi şöbələr yaradılıb və bu şöbələrdə vətən uğrunda döyüşlərdə şücayət göstərmiş gənclər işlə təmin olunub. Bu şöbələr şəhid ailələrinin və müharibə iştirakçıların birbaşa müraciət edə biləcəyi ünvan olacaq.

 

Bütün nazirliklərdə, dövlət idarə və müəssisələrdə Vətən müharibəsi iştirakçılarına hörmətlə yanaşılır, onların müraciətlərinə dərhal baxılır. Ölkə başçımızın fərmanı ilə yaradılmış “YAŞAT” Fondu hər bir şəhid ailəsinə getmiş, onların məişət-sosial problemləri ilə maraqlanmışdır. O cümlədən, müharibədə sağlamlıqlarını itirmiş gənclərimizi də “YAŞAT” Fondu diqqət mərkəzində saxlayır, onların müalicəsi və reabilitasiya məslələrini həll edir. Dövlətimiz şəhid ailələri və qazilərimizin evlərlə təminatı üçün xüsusi proqram icra edir və 2025 - ci ilə qədər mənzilə ehtiyacı olan bütün ailələr evlə təmin olunacaqdır.

 

Azərbaycanda şəhid ailələrinə və qazilərə olan dövlət qayğısı və diqqət dünyanın bir çox ölkələri üçün nümunədir. Düşünürəm ki, bir çox ölkələr Azərbaycanın bu sahədəki təcrübəni öyrənəcəklər. Dövlətimiz vətən uğrunda öz  canından keçmiş igid oğullarını heç vaxt unutmur və onların qəhrəmanlıqlarını həmişə də yüksək dəyərləndirəcək”.

 

Seymur ƏLİYEV

Oxunub: 148