images
Azərbaycan Respublikası
Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik.
AZ RU EN
images
“Azərbaycanda şəhid ailələrinə, müharibə əlillərinə və qazilərə dövlət qayğısı ən yüksək səviyyədədir”

Cəlil Xəlilov: “Veteranlarımız hər zaman olduğu kimi, bundan sonra da prezidentimizin siyasətini yekdilliklə dəstəkləyəcəklər”

“Azərbaycanda şəhid ailələrinə, müharibə əlillərinə və qazilərə dövlət qayğısı ən yüksək səviyyədədir”.

“Ölkəmizdə şəhid ailələri və veteranlara dövlətimiz tərəfindən daim böyük qayğı və diqqət göstərilib, onların sosial rifahının yüksəldilməsi, mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində mühüm addımlar atılıb. Bu baxımdan, yaxın gələcəkdə də mühüm layihələrin həyata keçirilməsi nəzərdə tutulur. Bunlardan biri bütün şəhid ailələrinin və əlillərin qarşıdakı 5 il ərzində mərhələli şəkildə mənzillə təminatı ilə bağlıdır. Bununla bağlı cənab prezidentin sərəncamı mövcuddur və əlaqədar qurumlar haqqında bu sərəncamdan irəli gələn vəzifələrin həlli ilə məşğuldurlar. Şəhidlərin ailə üzvlərinin təhsil haqqından azad edilməsi, onlara verilən çoxsaylı imtiyazlar dövlətimizin öz şəhidlərinə, onların ailə üzvlərinə, əlil və veteranlarına sahib çıxdığını, vətəndaşlarımızın rifahını yaxşılaşdırmaq üçün mütəmadi surətdə ciddi addımlar atdığını göstərir”.

Son vaxtlar veteran təşkilatlarının konfederasiya halında birləşməsi ilə bağlı səslənən təkliflərə münasibət bildirən polkovnik, maraqlı təkliflə çıxış edib:

“Bildiyiniz kimi, son günlər veteran təşkilatlarının konfederasiya halında bir araya gəlməsi müzakirə olunur. Bu təkliflə çıxış edənlər ilk öncə konfedarasiyanın hüquqi anlamının fərqli olduğuna diqqət yetirməlidirlər ki, bu anlayış dövlətlərə aiddir. Təbii ki, bu və digər təkliflərdə əsas məqsəd veteranlarla bağlı bütün məsələləri diqqət mərkəzində saxlamaq, onlarla ünsiyyət və əlaqələri intensivləşdirməkdir. Mənsə hesab edirəm ki, hər bir dövlət qurumunun nəzdində veteranlarla bağlı təşkilat və bölmənin yaradılması daha faydalı olar. Belə olarsa, o zaman hər bir dövlət qurumundan Vətən müharibəsində iştirak edən şəxslər bu təşkilatda bir araya gələr ki, bu da həmin dövlət qurumuna öz veteran əməkdaşlarının hər birini diqqətdə saxlamağı, onlarla çevik əlaqə yaratmağı, onların problemlərinin daha operativ həlli istiqamətində addımlar atmağı ən çətin və ən mürəkkəb məsələlərin həllində onların gücündən istifadə edər, gənclərin mənəvi və peşəkar fəaliyyətinin daha da yaxşılaşdırılmasında nümunə, örnək olarlar. Düşünürəm ki, belə bir addım həm veteranlarımız, həm də dövlət qurumlarımız üçün daha məqsədəuyğun olar”.

Veteranların Ali Baş Komandan, prezident İlham Əliyevin siyasətini hər zaman müdafiə etdiyinə diqqət çəkən Cəlil Xəlilov, veteranlaırn bundan sonra da ölkə başçısını yekdilliklə dəstəkləyəcəklərini vurğuladı:

“Veteranlarımız hər zaman cənab prezidentimizin, hörmətli Ali Baş Komandanımızın siyasətini dəstəkləyib, onun ətrafında sıx birləşərək dövlət maraqlarımızın, milli maraqlarımızın müdafiəsində iştirak edib. Əminliklə bildirirən ki, veteranlaırmız bundan sonra da ərazi  bütövlüyümüzü təmin edən, erməni işğalına son qoyan, vətəndaşların sosal rifahının yüksəldilməsi üçün fədakarlıq göstərən prezident İlham Əliyevin siyasətini dəstəkləyəcək, dövlətimizin, onun maraq və mənafeylərinin müdafiəsində əllərindən gələni əsirgəməyəcəklər”.

Oxunub: 219