images
Azərbaycan Respublikası
Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik.
AZ RU EN
images
“Bu tədbir bayrağımızın böyüklüyünü bütün əzəməti ilə gənc nəslin diqqətinə çatdırdı

Xəbər verdiyimiz kimi, 15 iyun "Milli Qurtuluş günü”nün 26-cı ildönümü münasibəti ilə Dövlət Sərhəd Xidmətində (DSX) "Vətənə xidmət-andımız, amalımızdır!” şüarlı möhtəşəm bayraq yürüşü təşkil edilib. Bu əlamətdar gün münasibəti ilə DSX-nın zabit və əsgərləri 5 km 100 metr uzunluğundakı Dövlət Bayrağını çiyinlərində daşıyıb, ümummili liderə, eləcə də Azərbaycan Bayrağına sevgi və sadiqliklərini bununla bir kəs daha nümayiş etdiriblər. Lakin təəssüflər olsun ki, DSX tərəfindən atılan bu addım sosial şəbəkələrdə bəzi şəxslər tərəfindən birmənalı qarşılanmayıb, bununla bağlı müsbət fikirlərlə yanaşı bəzi əsassız iddialar da səsləndirilib.

Məsələ ilə bağlı Moderator.az-ın sualını cavablandıran Respublika Veteranlar Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov DSX-nin keçirdiyi bayraq yürüşünü təqdir etdiyini, bunun gənc nəsil üçün mənəvi-psixoloji baxımdan da faydalı addım olduğunu bildirib:

“DSX-nın 5000 nəfərlik heyəti tərəfindən Azərbaycan Bayrağının bunca qürur və əzəmətlə daşınmasını müsbət qiymətləndirir, bunu sərhədçilərimizin, general və əsgərlərimizin bayrağımıza olan sevgisi kimi dəyərləndirirəm. DSX-nın bayraq yürüşü vətənə, bayrağa və ümummilli liderə sevginin təzahürüdür .

Hesab edirəm ki, yüksək vətənpərvərlik nümunəsi sayılacaq bu və bu kimi addımların gənclərimizin vətənə və bayrağa sədaqət ruhunda yetişdirilməsi, onlara bayraq sevgisinin aşılanması baxımından da önəmlidir. Belə tədbirlər gənclərimizin mənəvi-psixoloji baxımdan vətənə məhəbbət ruhunda formalaşmasına kömək edir, bayrağın böyüklüyünü, ucalığını, onun dövlətimizin və millətimizin həyatındakı rolunu bütün əzəməti ilə diqqətə çatdırır. 

Bu səbəbdən də DSX-nin keçirdiyi bayraq yürüşünü alqışlayır və bunu yüksək vətənpərvərlik sevgisinin növbəti təzahürü hesab edirəm. Əminəm ki, sərhədçilərimiz çiyinlərində daşıdıqları bu bayrağın keşiyində hər zaman olduğu kimi bundan sonra da əzmlə dayanacaq və onu daim yüksəklərdə dalğalandıracaqlar”.

Oxunub: 61