images
Azərbaycan Respublikası
Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik.
AZ RU EN
images
“Dövlətimiz şəhid ailələrinə, veteranlara hər zaman böyük qayğı göstərib və bu gün də göstərməkdədir”

Naqif Həmzəyev: “”YAŞAT” Fondunun fəaliyyəti bunun ən bariz nümunəsidir”

 

“Bu gün ölkəmizdə bir milyondan çox qaçqın və məcbur köçkün var və 90-cı illərin əvvəllərindən bu günə qədər ölkəmizdəki məcburi köçkünlərin sosial rifahının yüksəldilməsi istiqamətində ciddi addımlar atılmaqdadır”. 

 

Bunu veteran.gov.az-a açıqlamasında millət vəkili Naqif Həmzəyev bildirib. Millət vəkili  qeyd edib ki, Azərbaycan dövləti veteran və şəhid ailələrinin sosial rifahının yüqksəldilməsi, onlara yönəlik diqqət və qayğının genişləndirilməsi istiqamətində mütəmadi addımlar atmaqdadır:

 

“Bununla yanaşı, həm I Qarabağ müharibəsi, həm də 44 günlük Vətən müharibəsi zamanı şəhid olan hərbçilərimizin ailələrinə, veteranlara, müharibə əlillərinə dövlətimiz hərtərəfli qayğı göstərib. Dövlətimiz şəhid ailələrinin, veteranların problemlərinin həlli istiqamətində ciddi və mütəmadi addımlar atıb.

 

Vətən Müharibəsi zamanı əldə etdiyimiz qələbəni  şəhidlərimizə, qazilərimizə borcluyuq. Möhtərəm prezidentimiz İlham Əliyev, hörmətli Birinci vitse-prezidentimiz Mehriban xanım Əliyeva, o cümlədən bütün dövlət rəsmiləri öz çıxışlarında şəhidlərimizi və qazilərimizi yad edir, qazilərimizə, şəhid ailələrimizə diqqət və qayğının göstərilməsinin vacibliyini qeyd edirlər. Bu, sadəcə sözdə deyil, həm də əməldədir. Mütəmadi olaraq şəhid ailələri ziyarət olunur, onların hər bir istəyinə həssaslıqla yanaşılır.

 

Ölkəmizdə “YAŞAT” Fondu yaradılıb və “YAŞAT” Fondu birbaşa şəhid ailələrinin, qazilərin probleminin həlli ilə məşğul olur. Bütün dövlət qurumları, YAP fəalları bu məsələdə onların üzərinə düşən işi böyük məsuliyyət hissi ilə həyata keçirirlər. Hal-hazırda bu məsələ ilə bağlı ciddi işlər görülür. Şəhid ailələrinin evlə təminatı, müharibə əlillərinə avtomobillərin verilməsi, onların ailə üzvlərinin məşğulluq probleminin həlli bu il üçün də prioritet məsələlərdən biridir.

Bir sözlə, prezidentimizin rəhbərliyi altında dövlətimizin şəhid ailələrinə, veteranlara göstərdiyi qayğı bütün dövlətlərə nümunədir”.

 

Seymur ƏLİYEV

Oxunub: 158