images
Azərbaycan Respublikası
Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik.
AZ RU EN
images
“Daha iki rayonla bağlı minalanmış ərazilərin xəritəsinin Azərbaycana verilməsi Prezident İlham Əliyevin növbəti diplomatik qələbəsidir”

Cəlil Xəlilov: “Bu diplomatik uğur yüzlərlə, minlərlə vətəndaşımızın həyatının qorunması baxımından da mühüm addımdır”

 

“Ermənistanın daha iki rayonun – Füzuli və Zəngilanın minalanmış xəritəsini Azərbaycana verməsi ölkə başçısının növbəti diplolmatik qələbəsidir və bu qələbə Ali Baş Komandanımızın gücündən, onun hərbi müstəvidəki uğurlarının diplomatik müstəvidə müvəffəqiyyətlə davam etdirildiyindən xəbər evrir”.

 

Bunu saytımıza açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, hərbi ekspert, polkovnik Cəlil Xəlilov bildirib. Polkovnik qeyd edib ki, bu uğurların yaxın gələcəkdə davam edəcəyi şübhəsizdir:

 

“Azərbaycan daha iki rayonla bağlı xəritəni Ermənistandan almaqla sübut etdi ki, o, hərbi müstəvidə olduğu kimi, diplomatik müstəvidə də diktə edən tərəfdir və  Ermənistan bu müstəvidə də Azərbaycana müqavimət göstərə, öz şərtlərini diktə edə bilməz. Azərbaycan bütün sahələrdə olduğu kimi diplomatik müstəvidə diktə edən tərəfdir və öz maarqlarını qətiyyətlə müdafiə edir.

 

Bu baxımdan iki rayonunun minalanmış əraziləri ilə bağlı xəritələrin Azərbaycana verilməsi hərbi müstəvidəki zəfərimizin diplomatiik müstəvidə davamı hesab edilə bilər”.

 

Cəlil Xəlilov bildirib ki, bu uğur minlərlə insanın həyuatının xials edilməsi deməkdir:

 

“Minalanmış ərazilərin xəritəsinin əldə edilməsi yüzlərlə, minlərlə insanın həyatının xilas edilməsi baxımından da olduqca önəmlidir. Bildiyiniz kimi, müharibədən sonra bir çox vətəndaşımız Ermənistanın basdırdığı minalara düşərək həlak oldu və ya ağır xəsarətlər aldı. Mina xəritəsinin əldə edilməsi bu təhlükəni də aradan qaldırır. Buna görə də, ölkə başçısının bu uğurunu bütün aspektlərdən son dərəcə uğurlu addım və böyük müvəffəqiyyət hesab edilməldir”.

Oxunub: 73