images
Azərbaycan Respublikası
Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik.
AZ RU EN
images
“Ermənistanın hərbi cinayətlərinin Ombudsman tərəfindən Orta Asiya regionunda ifşası ikiqat əhəmiyyətə malikdir”

Xəbər verdiyimiz kimi, Ombudsman Səbinə Əliyeva Özbəkistana səfər əsnasında bu ölkənin televiziyalarına müsahibələr verib, bir sıra məsələlərlə yanaşı, həm də erməni vəhşiliklərindən bəhs edib.

Bununla bağlı sayımıza açıqlama verən BDU-nun Jurnalistikanın nəzəriyyəsi və təcrübəsi kafedrasının müdiri, professor Cahangir Məmmədli erməni vəhşilikləri ilə bağlı beynəlxalq müstəvidə təbliğat işinin aparılmasının böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb. Cahangir Məmmədli Ombudsmanın bu yöndəki fəaliyyətinin də təqdirəlayiq olduğunu bildirib:

“Orta Asiya arealında Ermənistanın cinayətlərinin ifşa edilməsi, onun əsl simasının tanıdılması, Azərbaycanın haqq işinin təbliği olduqca əhəmiyyətlidir. Bu coğrafiyada belə bir təbliğat ikiqat əhəmiyyətə malikdir. Çünki həmin coğrafiyada yerləşən dövlətlərin Qarabağ məsələsində lazımi qədər aktivliyinə şahid olmadıq. Düzdür, Qazaxıstanın bu sahədə müəyyən fəallığı hiss olunur. Amma hələ ki, bu regionda yerləşən dövlətlərin ümumi fəallığı arzuedilən səviyyədə deyil. Halbuki, Ərdoğanın Şuşa səfərindən sonra orada xüsusi bir canlanma olmalıdır. Çünki söhbət türk dünyasından, onun bugünü və gələcəyindən gedir. Odur ki, Orta Asiya coğrafiyasında daha çox iş görməyimizə ehtiyac var.

Biz hər imkanda erməni vəhşiliyini ifşa etməli, onun anti-insani mahiyyətini beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmalıyıq. Bu baxımdan Səbinə xanımın Özbəkistana səfəri, səfər əsnasında KİV-lərə, televiziyalara verdiyi müsahibələr olduqca əhəmiyyətlidir. Azərbaycan Ombudsmanının erməni cinayətləri ilə bağlı ortaya qoyduğu faktlar, səsləndirdiyi fikirlər erməni faşizminin ümumilikdə Orta Asiyada ifşası baxımından son dərəcədə əhəmiyyətlidir. Orta Asiya insanı bu faktlar, bu informasiyalar əsasında Ermənistanın hərbi cinayətləri, törətdikləri vəhşiliklər haqqında müəyyən məlumata, təsəvvürə malik olur, bundan bəlli nəticələr çıxarır.

İnanıram ki, Səbinə xanımın Özbəkistan KİV-nə verdiyi müsahibələr, açıqlamalar bütövlükdə Orta Asiya ictimaiyyətinin Azərbaycan həqiqətləri haqqında daha dolğun məlumata sahib olmasına kömək edəcək, erməni vandalizminin dünya mqiyasıdna ifşasına təkan verəcək. Mən Səbinə xanıma bu mühüm fəaliyyətdə uğurlar arzulayıram”.

 Seymur ƏLİYEV

Oxunub: 138