images
Azərbaycan Respublikası
Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik.
AZ RU EN
images
“Gənclərimiz milli, mənəvi dəyərlərimizə sadiq olmalıdırlar”

Mənəvi Dəyərlərin Təbliği Fondu yarandığı gündən etibarən gənclərlə bağlı bir sısa mühüm layihələrə imza atıb ki, bunlardan da biri yay məktəblərinin təşkil edilməsi, tələbə gənclərin bu layihələr əsasında regionlara səfərinin təşkil olunması, onların həmin ərazidəki maddi-mədəniyyət nümunələri, qəhrəmanlıq abidələri ilə tanış edilməsi, şəhdilərimiz, onların döyüş yolu haqqında məlumatlandırılması, qəhrəmanlarımızın təbliğ edilməsidir.

Təsadüfi deyil ki, Mənəvi Dəyərlərin Təbliği Fondunun həyata keçirdiyi bu layihə ölkəmizin ictimai-siyasi xadimləri, ziyalıları, veteranlar təərfindən də təbliğ edilməkdə, alqışlanmaqdadır.

Məsələ ilə bağlı Moderator.az-a açıqlama verən Respublika Veteranlar Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov Mənəvi Dəyərlərin Təbliği Fondunun həyata keçirdiyi bu layihəni yüksək qiymətləndirdiyini vurğuladı:

“Hesab edirəm ki, gənclərimizlə bağlı bu cür layihələrin həyata keçirilməsi, onların dünyagörüşünün, tariximizlə bağlı məlumat və biliklərinin artırılması, xüsusilə də şəhidlərimizin, Milli Qəhrəmanlarımızın gənclər arasında təbliği olduqca faydalı və müsbət bir addımdır. Biz qəhrəmanlarımızı - şəhidlərimizi tanımalı, onlara, eləcə də şəhid ailələrinə daim hörmət və ehtiram göstərməli, şəhdilərimizin qəhrəmanlıqlarından örnək almalıyıq.

Qarabağ uğrunda həyatını itirən, şəhid olan insanlar, onların ailələri həm Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin, həm əlaqədar dövlət qurumlarının, həm də ictimaiyyətin diqqət və qayğı ilə əhatə olunublar. Bu baxımdan gənclərimizin də milli ruhda, mənəvi dəyərlərimizə sədaqət ruhunda tərbiyyə edilməsini təqdirə layiq hesab edirik.

Şəhidlərimizin gənclər arasında təbliğatının həyata keçirilməsi olduqca vacibdir. Onların qəhrəmanlığı gənclərimizin yaddaşına həkk olunmalı, gənclərimiz atalarının, babalarının qəhrəmanlıqlarını təkrarlamağa hazır olmalıdırlar. Mübariz kimi, Fərid kimi qəhrəmanlar buna nümunədir.

Bu baxımdan gənclərimizin bu cür layihələrə cəlb edilməsi, onların tarixi qəhrəmanlıq abidədələri ilə tanış edilməsi, şəhidlərimiz və onların döyüş yolu, etdikləri qəhrəmanqlıqlar haqqında məlumatlandırılması, şəhid məzarlarının ziyarət edilməsi olduqca önəmlidir. Mən bunu faydalı və sözün həqiqi mənasında gərəkli bir iş hesab edir, bu layihənin təşkilatçılarına uğurlar arzulayıram. Respublika Veteranlar Təşkilatı bu vətənpərvərlik missiyasını dəstəkləyir, hər zaman bu və bunun kimi layihələrə köməkliyini göstərməyə hazırdır.”

 

Seymur ƏLİYEV

Oxunub: 40