images
Azərbaycan Respublikası
Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik.
AZ RU EN
images
“Gənclərimiz veteranların döyüş təcrübəsini dərindən mənimsəməlidir”

Cəlil Xəlilov: “Bu, hər şeydən öncə erməni faşizminə qarşı mübarizə baxımından zəruridir”

 

Bu günlərdə faşizm üzərində qələbənin 74-cü ildönümü ölkəmizdə böyük tənətənə ilə qeyd olundu.

Moderator.az olaraq bu tarixi gün, bununla bağlı keçirilən tədbirlər və s. kimi məsələlərlə bağlı fikirlərini öyrənmək üçün Respublika Veteranlar Təşkilatının sədr müavini polkovnik Cəlil Xəlilova müraciət etdik.

 

-Cəlil müəllim, faşizm üzərində qələbənin 74-cü ildönümü ilə bağlı keçirilən tədbirləri necə qiymətləndirirsiniz? Sizcə bu tədbirlər yetərincə dolğun və əhatəli oldumu?

 

-Faşizm üzərində qələbənin 74 illiyi ilə bağlı tədbirlər ölkəmizin hər yerində yüksək səviyyədə təşkil edildi.

Bu tədbirlərin keçirilməsinə ölkəmizin mənəvi haqqı var. Azərbaqycan 700 min nəfərlə bu döyüşlərdə iştirak edib. Onlar bu döyüşlərdə böyük şücaətlər göstəriblər. Minlərlə azərbaycanlı bu müharibədə ali təltiflərə, rütbələrə, orden və medallara layiq görülüb. 124 nəfər azərbaycanlı isə Sovet İtifaqı Qəhrəmanı adına layiq görülüb.

SSRİ-nin müharibə zamanı neftə olan tələbatının 80%-ni Azərbaycan ödəyib. Ölkəmzdə 123 növdə sialh-sursat hazırlanıb. İnsanlarımız bütün qızıl-pul ehtiyatlarını cəbhə üçün göndərib. Ona görə də faşizm üzərində qələbənin ildönümünü qeyd etmək bizim haqqımızdır və bununla bağlı tədbirlərin təşkili yüksək səviyyədə həyata keçirilir.

 

-Azərbaycanlıların II Dünya Müharibəsindəki iştirakı ilə bağlı hələ də dəqiqləşdirlməsi, araşdırılması gərəkən məsələlər varmı?

 

-Təbii ki, dəqiqləşdirilməsi gərəkən faktlar, məsələlər var. Hansı ki, həmin şəxslərin nəvələri, nəticələri də bu faktların meydana çıxmasında maraqlıdırlar.

Bu gün biz erməni faşizmi ilə üzbəüz dayanmışıq. Babaları alman faşizminə qarşı vuruşan insanların nəvələri bu gün erməni faşizminə qarşı mübarizə aparmaq zərurəti ilə üz-üzədirlər. Onlar erməni faşizminə qalib gəlməli, bayrağımızı Şuşada, Xankəndində dalğalandırmalıdırlar. Onların göstərdiyi qəhrəmanlıqları bu insanların nəvələri və nəticələri təkrarlamalıdır. Buna görə də bu tarixi faktların öyrənilməsi və təbliği davam etdirilməlidir.

 

-Azərbaycanlılar sadəcə Rusiya, Ukrayna, Belarus ərazilərində deyil, Avropanın bir çox ölkələrində də faşizmə qarşı mübarizədə iştirak edib. Sizcə həmin ölkələrdə bu ərazilərdə vuruşan azərbaycanlılarla bağlı müəyyən xatirə lövhələrinin, abidələrin ucaldılması istiqamətində işlər davam etdirilməlidirmi?

 

-Bu bir həqiqətdir ki, bizim divizilyalarımız müharibədə aktiv iştirsak edib. 416-cı Taqanroq diviziyası Berlinə kimi gedib çıxıb. Ulu öndərin köməyi ilə hələ sovetlər dönəmində Azərbaycan diviziyaları və hərbçilərinin göstərdiyi qəhrəmanlıqların əbədiləşdirilməsi və təbliği ilə bağlı ciddi addımlar atılıb. Ümummilli lider Taqanroq diviziyasına məxsus abidənin açılışında şəxsən iştirak edib. Volqoqradda Həzi Aslanov adına parkın yaradılması da ümummilli liderin adı ilə bağlıdır.

II Dünya Müharibəsində faşizmə qarşı mübarizədə iştirak edən hərbçilərimizin döyüşdükləri ölkələrdəki xatirələrinin əbədiləşdirilməsi bizim üçün vacibdir. Çünki bu gün də həmin torpaqlarda azərbaycanlılar yaşayır. Onlar fəxrlə deyirlər ki, bu torpaqların azad edilməsində azərbaycanlıların rolu var. Bizim atalarımız, babalarımız bu torpaqlar uğrunda döyüşüblər. Biz onların xidmətlərinin unudulmasına imkan verməməliyik.

 

-Faşizm üzərində qələbənin 74-cü ildönümü ilə bağlı tədbirlərdə ölkə başçısı da iştirak etdi. Sizcə bu iştirakın özü Ali Baş Komandanın veteranlara olan diqqət və qayğısının bariz nümunəsi hesab edilə bilərmi?

 

-Haqlısınız. Azərbaycan Respublikasının prezidenti, Ali Baş Komandan İlham Əliyev hər il olduğu kimi bu il də veteranlarla görüşdü. Onların qayğıları, problemləri ilə maraqlandı. Həm ölkə başçısı, həm də I vitse-prezident Mehriban xanım Əliyeva veteranları Qələbə Günü münasibəti ilə təbrik etdi. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində, Gənclər və İdman Nazirliyində, Müdafiə Nazirliyində, eləcə də məktəblərdə, yerli icra orqanlarında veteranlarla görüşlər oldu.

Xalqlar Dostluğu parkında böyük tədbir keçirildi. Bu tədbirdə səfirlər, icra orqanlarının təmsilçiləri çıxış etdi. Respublika Veteranlar Təşkilaıtnın həyətində 120 nəfər veteran üçün süfrə açıldı. Hansı ki, bu süfrədə daha çox cəbhə üçün, ordu üçün xarakterik olan yeməklər yer alırdı. Biz istədik ki, onlar bununla öz cavanlıqlarını, müharibə dövrünü bir kəs daha yada salsınlar, özlərini mənəvi-psixoloji baxımdan həmin ortamda hiss etsinlər. Gənclər görsünlər ki, veteranlar müharibə vaxtı hansı yeməklərdən dadıblar, o dövrün yeməkləri, qabları necə olub və s.

Müdafiə Naziliyinin orkestri bu tədbirdə iştirak etdi. Müharibə dövrünün mahnıları ifa olundu. Bu tədbirlər həm veteranlarımız, həm də gənclərimiz üçün maraqlı oldu.

Veteranlarımız həm dövlət, həm də ictimaiyyət tərəfindən yüksək səviyyədə diqqət və qayğı ilə əhatə olunub. Bu isə dövlətimizin veteranlara olan münasibətinin bariz göstəricisidir.

 

-II Dünya Müharibəsində azərbaycanlıların iştirakı ilə bağlı araşdırmaların davam etdirilməsi, bu sahədə təbliğat işlərinin genişləndirilməsi hansı aspektlərdən faydalı və zəruridir?

 

-Bu, hər şeydən öncə tariximizi bilmək, öyrənmək baxımından vacibdir. Gənclərimiz bilməlidir ki, Azərbaycan bu müharibədə hansı fədakarlıqlar göstərib, qələbənin əldə edilməsinə hansı töhfələr verib.

İkincisi, bu, bizə qarşıdakı mübarizəmiz üçün gərəklidir. Gənclərimiz babalarının yolunu getməlidirlər. Alman faşizminə qalib gələn babalarının yolunu davam etdirərək erməni faşizminə qalib gəlməlidirlər.

Bu gün II Dünya Müharibəsində iştirak edən və həyatda olan 400-dən artıq veteranlarımız  var. Onlardan ən az yaşı olanının 95 yaşı var. Ona görə də biz çalışırıq ki, onların döyüş təcrübələrini gənclərə ötürək.

 

-Gələn il faşizm üzərində qələbənin 75-ci ildönümüdür. Gələn illə bağlı hansı planlarınız mövcuddur?

 

-Biz böyük bir muzeyin açılışını gözləyirik. Qələbənin 75 illiyinə həsr edilən, yeni fakt və məlumatların əks olunduğu kitabın çapını planlaşdırırıq. Digər kitabların, kinofilmlərin hazırlanması da nəzərdə tutulub. Hesab edirəm ki, faşizm üzərində qələbənin 75 illiyində maraqlı yeniliklərlə çıxış edəcəyik.

 

Seymur ƏLİYEV

 

Oxunub: 83