images
Azərbaycan Respublikası
Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik.
AZ RU EN
images
“II Dünya Müharibəsinin veteranları ilə bağlı kitablar yazılmaqda, filmlər çəkilməkdədir”

Rusiya Dövlət Dumasında II Dünya Müharibəsində iştirak edən qadın döyüşçülərlə bağlı sərgi təşkil olunub.

 

Maraqlıdır, 10 mindən çox azərbaycanlı qadının müharibəyə cəlb olunduğu ölkəmizə də, bu cür sərgilərin təşkil edilməsi, maarifləndirici tədbirlərin keçirilməsi arzuedilən olardımı?

 

Moderator.az-a açıqlama verən Respublika Veteranlar Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov qələbənin 75 illiyi münasibəti ilə silsilə tədbirlərə hazırlıq gördüklərini vurğuladı:

 

“Öncə onu qeyd edim ki,  Respublika Veteranlar Təşkilatının təklifi ilə Azərbaycanda qadın döyüşçülərlə bağlı xüsusi ensiklopedik kitab buraxılacaq, müharibə veteranları ilə bağlı  filmlər çəkiləcək. Kitab “İgid oğlanlarla bir cərgədə” adlanır. Burada II Dünya Müharibəsində iştirak edən Azərbaycan qadınlarından bəhs olunur. Kitab həm rus, həm də Azərbaycan dillərində çap ediləcək. Qeyd etdiyim kimi, bununla bağlı film də çəkilir.

 

Moskvada keçirilən sərgilərə müharibədə iştirak edən Azərbaycan qadınları haqqında da geniş məlumatlar göndərilir. Rusiyanın, Belarusun televiziyaları vasitəsi ilə II Dünya Müharibəsində azərbaycanlıların iştirakı ilə bağlı geniş məlumatalr verilir. Bu verilişlər qələbənin 75-ci ildönümü ərəfəsində daha çox göstəriləcək.

 

Bununla yanaşı, xüsusi jurnallar buraxılır. “Azərbaycan Veteranı” qəzetinin 40 səhifədən ibarət xüsusi nömrəsi buraxılacaq. Bir daha müharibə qəhrəmanlarımız haqqında ictimaiyyətə geniş məlumat veriləcək. Gənclər arasında isə bu günün özündə də geniş təbliğat işi aparılır, soydaşlarımızın qəhrəmanlıqları, vuruşduqları ölkə və şəhərlər haqqında ətraflı məlumat verilir. II Dünya Müharibəsi qəhrəmanlarının abidələri yenilənir və s.

 

Biz yaxın günlərdə bu barədə geniş tədbirlər planının təsdiqlənməsini gözləyirik. Sözügedən planının təsdiqlənməsində sonra bu istiqamətdə görülən işlər daha geniş vüsət alacaq”.

 

Seymur ƏLİYEV

Oxunub: 1197