images
Azərbaycan Respublikası
Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik.
AZ RU EN
images
“Münhen debatı prezident İlham Əliyevin parlaq siyasi qələbəsidir”

Cəlil Xəlilov: “Biz bu qələbənin nəticəsindən maksimum faydalanmalıyıq”

Münhen təhlükəsizlik konfransı çərçivəsində Ermənistan-Azərbaycan münaqişəsinə dair panel-diskusiyada prezident İlham Əliyevlə Paşinyan arasında baş tutan debat bütün dünyada ciddi marağa səbəb olub. İlham Əliyevin dəmir məntiqi qarşısında deməyə söz tapa bilməyən, əsassız və gülünc arqumentlərlə öz mövqeyini müdafiə etməyə çalışan Paşinyan, nəticə etibari ilə daha rüsvayçı vəziuyyətə düşüb.

 

Münhen debatı ilə bağlı Moderator.az-a açıqlama verəb Respublika Veteranlar Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəliov Münhen dikusiyasının Azərbaycanın böyük siyasi qələbəsi kimi səciyyələndirdi:

 

“Münhen diskusiyasında Azərbaycan prezidenti İlham Əliyev dünya mediasının, beynəlxalq ictimaiyyətin gözü qarşısında Ermənistanın işğalçılıq siyasətini bir kəs daha ifşa etdi, Paşinyanın absurd iddialarını darmadağın etdi. Ölkə başçısı dünya ictimaiyyətinin, o cümlədən beynəlxalq təşkilatların təcavüzkara təzyiq göstərməsinin vacibliyinə diqqət çəkdi, bunu zəruri edən səbəblərə toxundu. Prezident İlham Əliyev Azərbaycanın uğradığı təcavüz fonunda Ermənistanın bütün region, beynəlxalq təhlükəsizlik sistemi üçün ciddi təhdid mənbəyi olduğunu real faktlar əsasında ortaya qoydu.

 

Prezident İlham Əliyevin arqumentləri qarşısında aciz duruma düşən Paşinyan, Azərbaycan torpaqlarının işğal etdiklərini, bu torpaqları qaytarmaq niyyətində olmadıqlarını etiraf etdi. Hansı ki, Paşinyanın işğalçı olduqlarını etiraf etməsi faktı da, Azərbaycanın siyasi uğuru kimi qiymətləndirməlidir. Həmçinin, bu etiraf onu göstərir ki, Ermənistanın problemi sülh yolu ilə həll etmək niyyəti yoxdur və Azərbaycan Qarabağ münaqişəsinin hərbi müstəvidə həlli məsələsinə daha çox diqqət ayırmalıdır.

 

İşğaldakı torpaqlarını azad etmək Azərbaycanın beynəlxalq hüquqla təsbit oluna haqqıdır və buna ölkəmizin həm hüquqi, həm də mənəvi haqqı var.

 

Bu baxımdan, Münhen debatı prezident İlham Əliyevin parlaq siyasi qələbəsi kimi dəyərləndirilməli və bu qələbənin nəticələrindən səmərəli şəkildə faydalanmağa səy göstərməliyik”.

 

Seymur ƏLİYEV

Oxunub: 1153