images
Azərbaycan Respublikası
Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik.
AZ RU EN
images
“Milli təhlükəsizliyimizin peşəkarlara etibar olunması dövlətçiliyimizin xeyrinədir”

Prezident İlham Əliyevin son sərənacamları ilə ölkənin güc orqanlarının rəhbərliyində ciddi dəyişikliklər edilib. Belə ki, general Əli Nağıyev DTX-ya, general Vilayət Eyvazov DİN rəhbərliyinə, sabiq daxili işlər naziri Ramil Uusbov isə prezident yanında Təhlküəsizlik Şurasının katibi vəzifəsinə təyinat alıb. Sabiq DTX rəisi Mədət Quliyev isə müdafiə sənayesi naziri təyin olunub.

Moderator.az-a açıqlamasında məlum təyinatları şərh edən Respublika Veteranlar Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov bu təyinatların dövlətimizin nüfuzu və təhlükəsizliyi baxımından mühüm önəm kəsb etdiyini vurğuladı:

“Ölkə başçısının son təyinatları Azərbaycan dövlətinin təhlükəsizliyinin etibarlı şəkildə təmini, onun nüfuzunun artması, dövlətçiliyimizin dayaqlarının gücləndirilməsi baxımından mühüm əhəmiyyətə malikdir. Xüsusilə də general Əli Nağıyevin DTX-nın rəhbərliyinə gətirilməsi, bu sahənin peşəkarlara etibar edilməsi milli təhlükəsizliyimizlə bağlı təhdid və təhlükələrə qarşı uğurla mübarizə aparmağa imkan verəcək. Sabiq DİN rəhbəri Ramil Usubovun Təhlükəsizlik Şurasının katibi vəzifəsinə təyinat alması da ölkəmizin təhlükəsizliyi ilə bağlı daha effektiv addımların atılmasına imkan verəcək.

Bir sözlə, hesab edirəm ki, son təyinatlar ölkə başçısı tərəfindən dövlət maraqlarımızın ən yüksək səviyyədə qorunması baxımından hərtərəfli düşünülərək atılan addımlardır. Bu təyinatların cəmiyyət tərəfindən təqdir edilməsi, ictimai rəy tərəfindən alqışlanması da həmin təyinatların önəmindən xəbər verir.

Düşünürəm ki, bu təyinatlar güc orqanlarının daha effektiv fəaliyyətini stimullaşdırmaqla yanaşı, dövlət maraqlarımızın, milli təhlükəsizliyimizin bütün sahə və sferalarda daha effektiv qorunmasını təmin edəcək, bu müstəvidə daha böyük uğurların əldə edilməsinə rəvac verəcək”.

 

Seymur ƏLİYEV

 

Oxunub: 67