images
Azərbaycan Respublikası
Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik.
AZ RU EN
images
“Njdenin Xocavənddəki heykəlinin sökülməsi, prezidentimizin diplomatik zəfəridir”

Cəlil Xəlilov: “Bu, həm də erməni faşizmi üzərində növbəti qələbə deməkdir”

 

“Njdenin Xocavənddəki heykəlinin sökülməsi, prezidentimizin diplomatik zəfəridir”.

 

Bunu Moderator.az-a açıqlamasında Respublika Veteranlar Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov bildirib. Polkovnik baş verənləri həm də erməni faşizmi üzərində növbət qələbə kimi dəyərləndirib:

 

“Alman faşizminin köləsi olan, minlərlə sovet hərbçisinin ölümünə imza ata Qaregin Njdenin Xocavənddəki heykəlinin sökülməsi erməni faşizmi üzərində növbəti qələbəmizdir. Bildiyiniz kimi, Azərbaycan dövləti faşist təmsilçisinin bundan öncə də bəzi ərazilərdə heykəlinin ucaldılmasına etiraz etmiş, bu heykəllərin sökülməsi üçün çağırışlar səsləndirmişdir. Məhz dövlətimizin səyi nəticəsində bəşəri cinayətlər imza ata Njdenin heykəli vaxtiylə ucaldıldığı bir sıra ərazilərdə sökülmüşdür. Faşist nökərinin Xocavənddəki heykəlinin sökülməsi də dövlətimizin qətiyyət və gücünün göstəricisidir.

 

Azərbaycan dövləti bu kimi məsələlərdə sərgilədiyi prinsipiallıqla anti-bəşəri, qeyri-humanist ideya və dəyərlərin təbliğinə imkan verməyəcəyini, faşist düşüncə tərzinə qarşı qətiyyətlə mübarizə aparacağını göstərir.  Beynəlxalq təşkilatlar, dünyanın aparıcı ölkələri də dövlətimizin bu siyasətini təqdir etməli, faşizmin yenidər dirçəlməsinə, bəşəriyyətin yenidən faşizm təhlükəsi ilə üzləşməsinə imkan verməməlidir”.

 

Seymur ƏLİYEV

Oxunub: 111