images
Azərbaycan Respublikası
Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik.
AZ RU EN
images
“Ombudsmanımızın Özbəkistan səfəri erməni cinayətlərinə qarşı mübarizədə türk xalqlarının birliyinin təmini baxımından da əhəmiyyətlidir”

Azər Badamov: “Ermənilər sadəcə bizi deyil, bütün türksoylu xalqları özlərinin düşməni hesab edir”

 

Xəbər verdiyimiz kimi, bugünlərdə Ombudsman Səbinə Əliyeva Özbəkistana səfər edərək buradakı beynəlxalq tədbirdə iştirak edib, habelə,  özbək mediasını müsahibələrində erməni vəhşilikləri haqqında ətraflı məlumat verib. Erməni cinayətlərinin bütün dünyada, eləcə də türk dövlətlərində ifşası, bu cinayətlərə qarşı mübarizədə türk xalqlarının birliyinin təmin edilməsi nə dərəcədə əhəmiyyətlidir?

 

Saytımıza açıqlama verən millət vəkili Azər Badamov Ombudsmanın Daşkənd səfərinin mühüm əhəmiyyətə malik olduğunu qeyd edib:

 

“Azərbaycanın hər bir rəsmisi xarici səfərlərdə milli maraqlarımızı kəsb edən məsələləri gündəmə gətirir, ermənilərin tarixən azərbaycanlılara, türklərə və o cümlədən islam dünyasına qarşı düşmənçilikləri və törətdikləri cinayətləri beynəlxalq ictimaiyyətin diqqətinə çatdırır.

 

Ombudsmanımız Özbəkistana səfəri çərçivəsində erməni cinayətlərininin bütün dünyada, eləcə də türk dövlətlərində ifşası, bu cinayətlərə qarşı mübarizədə türk xalqlarının birliyinin təmin edilməsi baxımından çox əhəmiyyətlidir. Ermənilər fərd şəkildə təkcə azərbaycanlılara qarşı düşmənçilik mövqeyində olmayıblar. Həm də türk kökənli bütün xalqları görən gözləri yoxdur. Onlar üçün əgər hər hansı bir xalqın soy kökündə türk kökənliyi varsa, o, erməninin düşmənidir. Ona görə də əgər hər hansı türksoylu ölkəsinə erməninin cinayətləri baş verirsə, digər ölkələr susub oturmamalıdırlar.

 

Müstəqil türkdilli dövlətlərdə türkdilli əhalinin sayı 150 milyondan çoxdur. Bu, heç də kiçik rəqəm deyil. Yəni birlik olanda güc olur. Təbii ki, 44 günlük Vətən müharibəsi zamanı türkdilli dövlətlərin mənəvi-siyasi dəstəyini hiss etdik. Türkdilli dövlətlər hansı qitədə yerləşməsindən asıllı olmayaraq bu həmişə belə olmalıdır. Amma türk xalqları ermənilərin düşmənçiliklərini və törətdikləri cinayətləri ciddiyə almadığından zaman-zaman faciələr yaşamışlar. İndi isə türk xalqları müxtəlif təşkilatlarda birləşirlər və ümumi milli maraq kəsb edən məsələlərdə vahid mövqedən çıxış etməlidirlər. Təbii ki, Ombudsmanın bu mübarizədə birliyə çağrmasının da əhəmiyyəti böyükdür”.

 

Seymur ƏLİYEV

Oxunub: 72