images
Azərbaycan Respublikası
Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik.
AZ RU EN
images
“Ordumuzun təlimləri xalqımızla qələbə arasında körpüdür”

Cəlil Xəlilov: “Bu təlimlər həm ordumuzun peşəkarlığın artırılması, həm də qoşunlar arasında birgə fəaliyyətin koordinasiyası baxımından önəmlidir”

 

Məlum olduğu kimi, mayın 18-dən 22-nə qədər Azəbaycan ordusu genişmiqyaslı əməliyyat-taktiki təlimləri keçirəcək. Təlimlərdə 10 min nəfərə qədər şəxsi heyət, 100-dən çox tank və digər zirehli texnika, eləcə də 200-dək raket texnikası iştirak edəcək.

 

Moderator.az-a açıqlamasında qarşıdakı təlimləri şərh edən Respublika Veteranlar Təşkilatının sədr müavini polkovnik Cəlil Xəlilov, bu təlimlərin bir çox baxımdan mühüm əhəmiyyət kəsb etdiyini vurğuladı:

 

“Azərbaycan ordusunun təlimləri hər şeydən öncə hərbçilərin döyüş hazırlığının yüksəldilməsinə, onların peşəkarlığının, praktiki atəş bacarıqlarının inkişaf etdirilməsinə xidmət edir. Çünki bu təlimlər zamanı hərbçilər müasir hərbi texnika, yeni raket və artilleriya qurğuları ilə daha yaxından tanış olur, ondan dəqiq atəş açmağın sirlərini öyrənirlər.

 

Təlimlərin daha bir önəmi müxtəlif qoşun növləri arasında birgə fəaliyyətin, döyüş əlaqəsinin təmin edilməsi ilə bağlıdır. Müxtəlif qoşun növlərinin qarşılıqlı fəaliyytinin əlaqələndirilməsi, koordinasiyalı fəaliyyətin təmin edilməsi müharibə zamanı qələbə əldə etmək, hər hansı çaşqınlıq və anlaşılmazlığın baş verməsini önləmək, qətiyyətlə irəliləmək üçün olduqca vacibdir.

 

Bu baxımdan Azərbaycn ordusunun 18-22 may təlimləri yüksək qiymətləndirilməli, ordumuzun bilik və bacarığının artırılması istiqamətində irəliyə doğru atılan bir addım kimi xarakterizə edilməlidir. Unutmaq olmaz ki, qələbəyə gedən yol bu cür təlimlərdən keçir. Odur ki, bu təlimlər qələbə ilə aramızdakı körpü kimi dəyərləndirilməlidir”.

 

Seymur ƏLİYEV

Oxunub: 45