images
Azərbaycan Respublikası
Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik.
AZ RU EN
images
“Referans Medical Group” hüquq-mühafizə orqanlarının və Müdafiə Nazirliyinin bütün əməkdaşlarına 15 faizlik xüsusi endirim kampaniyasına start verib

Referans Medical Group” hüquq-mühafizə orqanlarının və Müdafiə Nazirliyinin bütün əməkdaşlarına 15 faizlik xüsusi endirim kampaniyasına start verib.

“Referans Medical Group”un ictimaiyyətlə əlaqələr departamentindən AZƏRTAC-a bildiriblər ki, koronavirus infeksiyası yayılmağa başlayan andan etibarən ölkə rəhbərliyinin “Biz birlikdə güclüyük” devizi ilə həyata keçirdiyi sosial layihələrə “Referans Medical Group” daxilindəki klinikalar (Leyla Medical Center, LOR Hospital, Referans Klinik Laboratoriya Mərkəzi, Referans Poliklinikası və filialları) vasitəsilə endirim kampaniyaları, pulsuz müayinə və müalicə aksiyaları ilə dəstək olur. Həyata keçirdiyi kampaniyalar silsiləsinin davamı olaraq, “Referans Medical Group” bu dəfə də 9 May - Qələbə Günündən başlayaraq 28 May - Respublika Gününə qədər hüquq-mühafizə və müdafiə sahəsində çalışan əməkdaşlara tibbi xidmətin bütün istiqamətləri üzrə xüsusi endirimlər təklif edir.

Ən az həkimlər qədər operativ və dinamik xidmət göstərən Daxili İşlər, Fövqəladə Hallar, Ədliyyə, Müdafiə nazirliklərinin, Baş Prokurorluğun, Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları və onların birinci dərəcəli qohumları (ana-ata, həyat yoldaşı və uşaqlar) mayın 9-dan 28-dək “Leyla Medical Center”də və “Referans” poliklinikasında (Mərdəkan filialı da daxil) laborator, poliklinik və diaqnostik müayinələrdən 15 faiz endirimlə yaralana bilərlər. Kampaniya cərrahi əməliyyatlar, keysəriyyə və doğuş üçün də keçərlidir. Karantin qaydalarına əsasən öncədən qeydiyyatdan keçmək mütləqdir. Qeydiyyat zamanı endirimdən yaralanmaq üçün aidiyyəti üzrə xidməti vəsiqələrin təqdim olunması vacibdir. Ətraflı məlumat üçün “Leyla Medical Center”in və ya “Referans” poliklinikasının Çağrı Mərkəzi və WhatsApp dəstək nömrələri 24/7 xidmətinizdədir.

Çağrı Mərkəzi: *0101 və ya *0033

WhatsApp dəstək nömrəsi: +994 55 455 0111

Ünvanlar:

1. Leyla Medical Center (keçmiş Leyla Şıxlinskaya Klinikası) Xətai rayonu, Yusif Səfərov küç.19

2. Referans Poliklinikası:  M.Mirqasımov 25A (Nəsimi bazarının yaxınlığı) 

3. Referans Poliklinikasının Mərdəkan filialı  Sergey Yesenin küç, 58.

Oxunub: 23