images
Azərbaycan Respublikası
Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik.
AZ RU EN
images
“Tarixi Şəxsiyyətlər “jurnali isiq üzü görmüşdür.

Azərbaycan Respublikasının prezidenti, Ali Baş Komandan İlham Heydər  oğlu Əliyev Dünya liderləri arasında yekdilliklə 2020-ci ildə “İLİN ADAMI” seçilmişdir.

Azərbaycanda 2006-cı ildən nəşr edilən “Tarixi Şəxsiyyətlər" jurnalı ənənəyə uyğun şəkildə hər il dünya liderləri, həmçinin ictimai-siyasi sferanın görkəmli xadimləri arasından “İlin adamı”nı seçir.

“Tarixi  Şəxsiyyətlər“ jurnalının bu il üçün nəzərdə tutulmuş növbəti buraxılışı Azərbaycan Respublikası Müharibə, Əmək  və Silahlı Qüvvələr Veteranları Təşkilatının  sədri  general - polkovnik   Tofiq Ağahüseynovun  ideya müəllifliyi ilə rəhbərlik etdiyi Təşkilatın, həmçinin  Vətən  Müharibəsi  Əlillərinə Kömək  İctimai Birliyinin  sədri Qurban Məmmədovun maddi və mənəvi  dəstəyi, eləcə də  jurnalın baş redaktoru Xəlil  Qarahmədovun   gərgin əməyi və səyi nəticəsində isiq üzü görüb.

İşıq üzü görən “Tarixi şəxsiyyətlər” jurnalının növbəti xüsusi buraxılışı Böyük Zəfərə imza  atan, xalqımızın Milli Qəhrəmanı  Ali Bas Komandan cənab İlham Əliyevə həsr olunub.

 

 Qeyd edək ki, 2017-ci ildə Türkiyə Cümhuriyyətinin prezidenti Rəcəb Tayyib Ərdoğan redaksiyanın yekdil səsverməsi nəticəsində bu ada layiq görülüb. 2018-ci ildə isə nominasiyanın qəhrəmanı Rusiya Federasiyasının prezidenti Vladimir Putin olub. Azərbaycanla Özbəkistan arasında qardaşlıq əlaqələrinin möhkəmlənməsində göstərdiyi xidmətlərə görə 2019-cu ilin “İlin adamı” olaraq Özbəkistan Respublikasının prezidenti Şafkat Mirziyoyev seçilib.

Oxunub: 245