images
Azərbaycan Respublikası
Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik.
AZ RU EN
images
18 Oktyabr-Dövlət Müstəqillik Günü münasibəti ilə Respublika Veteranlar Təşkilatında tədbir keçirildi

18 Oktyabr-Dövlət Müstəqillik Günü münasibəti ilə Respublika Veteranlar Təşkilatında tədbir keçirilimişdir. Tədbiri giriş sözü ilə Təşkilatın sədri general polkovnik Tofiq Ağahüseynov açdı. T.Ağahüseynov: O, dövrün tarixi-siyasi şəraitinə nəzər salaraq, xalqımızın milli istiqlal uğrunda apardığı mübarizədən danışmışdır. XX əsrdə Azərbaycan xalqı iki dəfə müstəqilliyinə qovuşmuşdur. Təəssüf ki, 1918-1920-ci illərdə fəaliyyət göstərmiş Azərbaycan Xalq Cümhuriyyətinin hakimiyyəti dövründə əldə etdiyimiz müstəqillik xarici hərbi müdaxilə nəticəsində itirilmişdir. Lakin azadlıq ideyası həmişə xalqımızın qəlbində yaşamışdır. Ötən əsrin 80-ci illərin sonu 90-cı illərin əvvəllərində Dağlıq Qarabağ münaqişəsi ilə başlayan milli azadlıq hərəkatı əvvəlcə 1991-ci il avqustun 30-da “Azərbaycan Respublikası dövlət müstəqilliyi haqqında” Bəyannamənin, həmin ilin oktyabrın 18-də isə “Azərbaycan Respublikası dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktının qəbul edilməsi ilə nəticələnmişdir. O dövrdə Azərbaycanın müstəqilliyi formal xarakter daşıyırdı, çünki Azərbaycan milli maraqlardan çox uzaq olan, səriştəsiz şəxslər tərəfindən idarə edilirdi. Bu da Azərbaycanın əsl müstəqil dövlət kimi formalaşmasına imkan vermirdi.

Sədr vurğulamışdır ki, yalnız 1993-cü il iyunun 15-də ümummilli lider Heydər Əliyev respublikamızda ali siyasi hakimiyyətə qayıtdıqdan sonra, onun böyük uzaqgörənliyi, zəngin idarəetmə təcrübəsi və qətiyyəti sayəsində Azərbaycanın əsl müstəqilliyi təmin edilmişdir.

Təşkilatın sədr müavini polkovnik Cəlil Xəlilov Müstəqilliyimizin əbədi olduğunu vurğuladı. Bu gün dahi liderimizin müdrik siyasi kursu onun layiqli varisi Prezident İlham Əliyev tərəfindən böyük uğurla davam etdirildiyini bildirdi.

Tədbirdə çıxış edənlər 1991-ci il oktyabrın 18-ni xalqımızın tarixində şərəfli və əlamətdar gün kimi qiymətləndirmişlər.

 

 

 

Oxunub: 42