images
Azərbaycan Respublikası
Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik.
AZ RU EN
images
AD GÜNÜNÜZÜ TƏBRIK EDIRIK!

Böyük Vətən Müharibəsi iştirakçıları - Timçenko İvan İvanoviçin 102  və Həsənov Tamleyxa Abbas oğlunun  99 yaşlarının tamam olması münasibətilə Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini polkovnik Cəlil Xəlilov və Təşkilatın bir qrup əməkdaşları onlarla görüşüb təbrik etmişlər.   

Görüş zamanı C.Xəlilov Respublika Veteranlar Təşkilatının sədri general-polkovnik Tofiq Ağahüseynov adından səmimi təbrikləri veteranlara çatdırmış, keçdikləri şərəfli döyüş yollarının gənc nəslə örnək olduğunu bildirmişdir.

C.Xəlilov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın müharibə veteranlarına daim diqqət və qayğı göstərdiklərini qeyd etmişdir. Müharibə veteranları İvan Timçenko və Tamleyxa Həsənov göstərilən diqqətə görə möhtərəm Prezidentə, Birinci vitse-prezidentə, eləcə də Veteranlar Təşkilatının rəhbərliyinə dərin minnətdarlıqlarını bildirmişlər.

Daha sonra C.Xəlilov Respublika Veteranlar Təşkilatının sədri adından Təbrik Məktublarını, Fəxri Fərmanları, hədiyyələri  İ.Timçenko və T.Həsənova təqdim etmiş, xatirə şəkilləri çəkilmişdir.

Oxunub: 1219