images
Azərbaycan Respublikası
Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik.
AZ RU EN
images
Azərbaycan Bayrağı ordenli Silahlı Qüvvələrin zabiti leytenant Abdulla Elşən oğlu Əliyev ilə görüş keçirilib

Respublika Veteranlar Təşkilatının və Əfqanıstan Veteranları İctimai Birliyinin birgə təşəbbüsü ilə Vətən müharibəsi iştirakçısı Azərbaycan Bayrağı ordenli Silahlı Qüvvələrin zabiti leytenant Abdulla Elşən oğlu Əliyev ilə görüş keçirilib.

Görüşdə Respublika Veteranlar Təşkilatının sədr müavini polkovnik Cəlil Xəliov çıxış etdi. Cəlil Xəlilov: “Möhtəşəm zəfərləri ilə tarix yazan yenilməz Azərbaycan Ordusu müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin komandanlığı ilə 44 günlük Vətən müharibəsini şanlı qələbə ilə başa vurdu və düşməni ağır məğlubiyyətə uğradaraq kapitulyasiya sənədini imzalamağa məcbur etdi. Bu 44 günlük müharibə Azərbaycan xalqının şanını-şöhrətini özünə qaytardı. müharibə xalq olaraq qürurumuzu, vüqarımızı, özümüzə inamımızı qaytardı. Bu 44 günlük müharibədə igid Azərbaycan oğulları öz qəhrəmanlıqları ilə nəinki bugünkü nəsil üçün, eyni zamanda gələcək nəsillər üçün daim fəxr edib, qürur duyacağımız şanlı tarix yazdılar. Elə bir tarix ki, qərinələr, əsrlər keçəcək, nəsillər dəyişəcək, ancaq bu 44 günlük Vətən müharibəsi Azərbaycan xalqının qan yaddaşında və tarixində qızıl hərflərlə həkk olunub əbədi yaşayacaq. Bizlər – bugünkü nəsil xoşbəxt nəsilik ki, bu şanlı tarixin yazılmasına şahidlik etdik. Azərbaycanın ərazi bütövlüyü bərpa olundu. Bu müharibədə qəhrəman oğullarımız şəhadətə qovuşaraq, ölümləri ilə ölümsüzlük qazandılar.

Leytenant Abdulla Əliyev və onun timsalında minlərlə qəhrəmanımız  Azərbaycan xalqının ən yeni tarixinə adlarını yazdırdılar, onlar hər zaman iftixarla xatırlanacaqlar. Bundan sonrada vətənimizin ərazi bütövlüyünü, dövlətimizin müstəqilliyini qoruyacaqlarına yekdilliklə əminik”.

Əfqanıstan Veteranlar İctimai birliyinin sədri Məhəmməd Vəliyev  Azərbaycan Bayrağı ordenli leytenant Abdulla Əliyev və onun kimi minlərlə Azərbaycan oğlunun qürürumuz olduğunu dilə gətirdi. Qəhrəmanımızın atası Elşən Əliyevin Əfqanıstan veteranı kimi hər zaman oğluna Vətən sevgisini, millət təssübkeşliyini aşıladığını vurğuladı. Azərbaycan xalqının birliyinin yenilməzliyinin simvolu olan Vətən müharibəsindəki şanlı qələbəninin gələcəyimizi işıqlandıracağını bildirdi.

Respublika Veteranlar Təşkilatının sədri polkovnik Cəlil Xəlilov Təşkilatın təsis etdiyi Həzi Aslanov yubiley medalını, Əfqanıstan Veteranları İctiami Birliyinin sədri  Məhəmməd Vəliyev  isə öz növbəsində rəhbərlik etdiyi Təşkilatın təsis etdiyi medalı və mükafatı leytenant Abdulla Əliyevə təqdim etdilər.

Sonda xatirə fotosu çəkdirildi.

Oxunub: 65