images
Azərbaycan Respublikası
Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik.
AZ RU EN
images
Azərbaycan Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdir müavini Ərəstun Mehdiyevlə Respublika Veteranlar Təşkilatında görüş keçirilib

17 iyul 2019-cu il tarixində Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında Azərbaycan Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdir müavini Ərəstun Mehdiyevlə görüş keçirilib.

Görüş əsnasında Respublika Veteranlar Təşkilatının sədri general-polkovnik Tofiq Ağahüseynov Təşkilatın son dövrlərdə həyata keçirdiyi tədbirlər haqqında məlumat verdi. T.Ağahüseynov Azərbaycan Xalq Cümhuriyyətin yaranmasının, eləcə də, ordumuzun və digər dövlət orqanlarının yubileylərinin keçirilməsi, 9 May Qələbə günün qeyd edilməsi, bir sözlə tariximizin işıqlandırılmasında veteranların fəaliyyəti haqqında danışdı. O, Təşkilatın Beynəlxalq əməkdaşlığının da genişləndirdiyini, bu sahədə fəalliyətini artırdığını diqqətə çatdırdı.

Respublika Veteranlar Təşkilatının sədr müavini Cəlil Xəlilov  nitqində Azərbaycan Respublikası Prezidentinin ölkə veteranlarını həmişə diqqət mərkəzində saxlamasından, onların problemlərinin birinci növbədə həll olunmasından danışmış, müharibə iştirakçılarının, əlillərinin sosial müdafiəsini gücləndirmək istiqamətində ardıcıl sərancam və fərmanlar imzalandığını qeyd etmişdir. O, bildirmişdir ki, Azərbaycan veteranları bu baxımdan bütün MDB məkanında ən çox qayğı və diqqətlə əhatə olunmuşlar və Ulu öndərin dediyi kimi veteranlara sözün həqiqi mənasında Azərbaycanın xəzinəsi kimi yanaşılır.

C.Xəlilov veteranların maddi rifah halını yaxşılaşdırılması və sosial müdafiəsinin gücləndirilməsinin onları daim ruhlandırdığını, özlərini daim sırada hiss etdiklərini vurğulamışdır. Azərbaycan veteranlarının dövlət başçımızın həyata keçirdiyi daxili və xarici siyasəti birmənalı dəstəklədiklərini və bu siyasətin gələcəkdə də uğur qazanması üçün bütün bilik və bacarıqlarını sərf edəcəklərini bildirmişdir.

Azərbaycanda müharibə əlillərinə və veteranlarına yüksək dövlət qayğısı göstərildiyindən danışan Ərəstun Mehtiyev respublikada bu siyasətin əsasının Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulduğunu, Ulu Öndərin Azərbaycana yenidən rəhbərliyə qayıtması ilə veteranlar təşkilatının fəaliyyətinin canlandığını şəxsən şahidi olduğunu bildirmişdir. O, xüsusilə 1994-cü ildən etibarən bu istiqamətdə ardıcıl və məqsədyönlü addımların atıldığını, Ümummilli lider Heydər Əliyevin imzaladığı ilk Qanunlardan birinin məhz veteranların hüquqlarının bərpası ilə bağlı “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanunu (1994-cü il 28 iyun) olduğunu qeyd etmişdir. Bunula da yüksək səviyyəyə qaldırılan veteranlara dövlət qayğısının hazırda Azərbaycan Respublikası Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirən Ə.Mehtiyev bu günkü təqdimatların da bu sahədə növbəti addımın sübutu olduğunu vurğulamışdır. 

Daha sonra Təşkilatın fəaliyyətini yüksək qiymətləndirən Ərəstun Mehtiyev general –polkovnik Tofiq Ağahüseynova və sədr müvini Cəlil Xəlilova “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918–2018)” Azərbaycan Respublikasının yubiley medalını təqdim etmişdir.

Oxunub: 205