images
Azərbaycan Respublikası
Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik.
AZ RU EN
images
Azərbaycan Respublikasının Müdafiə Naziri general-polkovnik cənab Zakir Həsənova

Hörmətli Zakir müəllim!

26 iyun - Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü münasibətilə Sizi və Nazirliyin şəxsi heyətini səmimi qəlbdən təbrik edir, çətin və şərəfli xidmətinizdə yeni uğurlar arzulayıram.

Azərbaycan Xalq Cümhuriyyəti dövründən qurulan Silahlı Qüvvələrimiz həqiqətən şanlı, qurur doğurası tarixi yol keçib. İlk demokratik respublikasının müdafiəsindən başlanan bu yolun cığırdaşları olan insanlar çətin şəraitə baxmayaraq, qısa müddətdə həqiqətən güclü, nizami ordu yarada bilmişdilər. Son 28 ildə Silahlı Qüvvələr sıralarında Azərbaycan Respublikasının dövlət müstəqilliyinin, konstitusiya quruluşunun, ərazi bütövlüyünün müdafiəsində sayıq dayanan əsgər və zabitlər onların davamçıları olmaları ilə fəxr edə bilərlər.

Azərbaycanın bu gün müasir, güclü orduya malik olmasında həmin ənənələrin də özünəməxsus yeri vardır. Xüsusilə 1993-cü ildə ulu öndər Heydər Əliyevin yenidən hakimiyyətə qayıtması ilə ölkədə digər sahələrdə olduğu kimi ordu quruculuğu prosesində də tarixi varislik prinsipi əsas götürülmüşdür. Məhz bunun, həmçinin beynəlxalq təcrübənin mənimsənilməsinin nəticəsidir ki, bu gün Azərbaycan istənilən vəzifənin öhdəsindən gəlməyə qadir nizami və peşəkar Orduya  malikdir. Hazırda bu proses Azərbaycan Respublikası Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında uğurla davam etdirilir.

Bu sahədə görülən işlərdə rəhbərlik etdiyiniz Nazirliyin xüsusi rolu və yeri vardır. Biz bunu yüksək qiymətləndirir və Qələbə naminə gərgin fəaliyyətinizi təqdirəlayiq hesab edirik. İnanırıq ki, Cənubi Qafqazın ən müasir və güclü ordusu olan Azərbaycan Ordusu torpaqlarımızı düşmən işğalından qurtarmağa, ölkənin ərazi bütövlüyünü bərpa etməyə tam qadirdir və həmin gün uzaqda deyil.

Sizi və bütün şəxsi heyəti bu əlamətdar gün münasibətilə bir daha ürəkdən təbrik edir, xidməti işinizdə uğurlar, cansağlığı və ailələrinizə firəvanlıq arzulayıram.

 

Hörmətlə,  

Respublika Veteranlar  Təşkilatının sədri

general-polkovnik                                                          Tofiq Ağahüseynov

Oxunub: 47