images
Azərbaycan Respublikası
Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik.
AZ RU EN
images
Bir sıra məktəb direktorları “1941-1945-ci illər Böyük Vətən müharibəsində Qələbənin 75 illiyi” yubiley medalı ilə təltif edilib

Nəsimi rayonu 42 nömrəli tam orta məktəbin direktoru Firəngiz Həmidova, Nərimanov rayonu 151 nömrəli tam orta məktəbin direktoru Kifayət Tanriverdiyeva, Binəqədi rayon 246 saylı məktəb-liseyin direktoru Nəbi Mahmudov, Binəqədi rayon 83 nömrəli məktəb-liseyin direktoru Almaz Bayramova, direktor müavini Sevinc Razıyeva veteran hərəkatına göstərdiyi dəstəyə, məktəblilər arasında  hərbi vətənpərvərlik işinin səmərəli təşkili, yeniyetmə və gənc nəslin milli köklərimizə bağlılıq, vətənpərvərlik, dövlətçiliyə sədaqət ruhunda tərbiyə olunması işində yaxından göstərdikləri köməyə görə  Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranlar Təşkilatının sədri general-polkovnik Tofiq Ağahüseynov tərəfindən Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin 2019-cu il 13 iyun tarixli Sərəncamı ilə təsis olunan “1941-1945-ci illər Böyük Vətən müharibəsində Qələbənin 75 illiyi” yubiley medalı ilə təltif edilib.

 

Medal təqdim olunanlar "Böyük Vətən müharibəsində Qələbənin 75 illiyi (1945–2020)”  Rusiya Federasiyasının yubiley medalına layiq görüldüyünə görə başda Cənab Prezident İlham Əliyev olmaqla, eləcə də Respublika Veteranlar Təşkilatının sədri General-polkovnik Tofiq Ağahüseynova öz dərin minnətdarlıqlarını  bildiriblər.

Oxunub: 43