images
Azərbaycan Respublikası
Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik.
AZ RU EN
images
Birinci Dünya müharibəsindən çıxarılan dərslər

Bu günlərdə Qarabağ müharibəsi veteranı, Azərbaycan Respublikası Müharibə və Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Rəyasət Heyətinin üzvü, filologiya elmləri doktoru, professor Bədirxan Əhmədli  Bolqarıstanın paytaxtı Sofiyada keçirilən "Sülh və dostluq missiyası-Birinci Dünya müharibəsinin başa çatmasının 100 illiyi: dərslər və müasirlik" adlı beynəlxalq humanitar aksiyada iştirak etmişdir. Dünyanın otuza qədər ölkəsindən nümayəndə heyətinin qatıldığı tədbirdə 12 məruzə dinlənilmişdir. Plenar iclasda Ehtiyatda və İstefada olan zabit təşkilatlarının Beynəlxalq Məsləhət Komitəsinin prezidenti  general Aleksandr Kanşin, Bolqarıstanın Ehtiyatda və istefada olan zabit və serjantlar təşkilatının sədri general Zlatan Stoykov, Assambleyanın baş katibi A.Kumaxovun məruzə və hesabatları dinlənilmişdir. Daha sonra Serbiya, Ukrayna, Rusiya və Azərbaycandan gəlmiş nümayəndələr məruzə etmişdir. B.Əhmədli məruzəsində Birinci Dünya müharibəsindən keçən müddətdə bir çox müharibə və münaqişələrin baş verdiyini və milyonlarla insanların bu müharibənin qurbanı olduğunu və lokal toqquşmaların bu gün də davam etdiyini nəzərə çatdırmışdır. B.Əhmədli qeyd etmişdir ki, bu müharibələrdən çıxarılan dərslər çoxdur, lakin bir çox dövlətlər bundan lazımi nəticə çıxarmayaraq qonşu xalqların torpağına göz dikir. O, demişdir: "Bu gün biz buraya onun başvermə səbəblərini də müzakirəyə yığışmamışıq. Bunun üçün artıq gecdir. Ancaq gec olmayan bir şey var: müharibədən çıxan dərsləri nəzərə almaq, gələcəyin inşasında bu dərslərdən çıxış etmək lazımdır.  Müharibə yalnız fiziki mövcud olmaya deyil, həmçinin iradəsini başqalarına qəbul etdirməyə xidmət edir. Azərbaycan xalqı həmişə sülh tərəfdarı olub, qonşularla dinc yanaşı yaşamağı üstün tutub. Bu gün Azərbaycanda müxtəlif xalqlar, millətlər birgə yaşayır. Baxmayaraq ki, Azərbaycan bu gün də terrorizmdən və seperatizmdən ən çox əziyyət çəkən ölkədir, ancaq multikultural siyasətini yürütməkdə davam edir. Müharibədə güc yolu ildə əldə etdiyini sülh yolu ilə vermək istəmirsənsə, demək ki müharibə tərəfdarısan".

                 B.Əhmədli Bolqarıstanın Ehtiyatda və istefada olan  Zabitlər və Serjantlar İttifaqının sədri general Zlatan Stoykov ilə də görüşmüş və təşkilatlar arasında qarşılıqlı əməkdaşlığın vacibliyi qeyd edilmişdir.

Oxunub: 20