images
Azərbaycan Respublikası
Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik.
AZ RU EN
images
Cəlil Xəlilov: “Onun vəfatı Azərbaycan xalqı üçün böyük itkidir”

Xəbər verdiyimiz kimi, Azərbaycan xalqının dəyərli ziyalısı Soltan Məmmədov vəfat edib.

Moderator.az-a açıqlamasında bu hadisəyə münasibət bildirən Respublika Veteranlar Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov Sultan Məmmədovun vəfatının bütün ölkə üçün böyük itki olduğunu vurğulayıb:

“Soltan İsrafil oğlu Məmmədov Azərbaycan xalqının görkəmli ictimai-siyasi xadimidir.

Soltan Məmmədov hər zaman xalqına göstərdiyi diqqət və qayğı ilə yaddaşlarda özünün ali insani keyfiyyətlərinin daşıyıcısı olduğunu təsdiq etdi. El arasında ağsaqqal kimi ali titul qazandı.

Yorulmaz fəaliyyəti, gərgin zəhməti dövlət tərəfindən də qiymətsiz qalmayıb. Səmərəli fəaliyyətinə görə "Şərəf nişanı”, "Xalqlar dostluğu” ordenləri, bir sıra medallar və fəxri fərmanlarla təltif edilib. Bir həqiqət var ki, onun ən böyük mükafatı halal zəhməti ilə qazandığı el məhəbbətidir. Soltan Məmmədov Azərbaycan ictimai-siyasi həyatında fəal iştirak etmiş, müdrik ağsaqqal mövqeyi ilə seçilmişdir. O, Respublikamızın hər yerində hörmətli ağsaqqal kimi qəbul edilib, hörmət və ehtiramla qarşılanmışdır.

O, ictimai xadim kimi respublikamızın inkişafi üçün əlindən gələni əsirgəməmiş, xüsusən Milli Məclisində İran İslam Respublikası ilə dostluq əlaqələrinin qurulmasında böyük rolu olmuşdur. Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin etimad göstərdiyi kadrlardan olan Sultan müəllim, həmişə Ulu öndərin ona olan etibarını layaqətlə, sədaqətlə daşımışdır.

Respublika veteranlarının fəaliyyəti baxımından da Soltan müəllimin xidməti danılmazdır. Respublika Veteranlar Təşikilatı ilə hər zaman əlaqədə olmuş, Təşkilatın həyata keçirdiyi tədbirlərdə ağsaqqal ziyalı kimi iştirak edib, gənclərin vətənpərvər ruhda tərbiyə edilməsində əlindən gələni əsirgəməmişdir.

Soltan Məmmədovun vəfatı Azərbaycan xalqı və ictimaiyyəti üçün böyük itki oldu. Onun xatirəsi həmişə onu tanıyanlar tərəfindən yad ediləcək, yaşadığı şərəfli ömür yolu hər bir Azərbaycan gənci üçün örnək olacaqdır”.

 

Seymur ƏLİYEV

Oxunub: 141