images
Azərbaycan Respublikası
Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik.
AZ RU EN
images
Cəlil Xəlilov: Azərbaycan Ordusunun, iqtisadiyyatının güclənməsində ulu öndər Heydər Əliyevin müstəsna xidmətləri olub

Zəngin və mənalı həyat yolu keçən ulu öndər Heydər Əliyev Azərbaycan xalqı qarşısında misilsiz xidmətlər göstərib. Heydər Əliyev hakimiyyətdə olduğu dövrdə daim tərəqqisi üçün çalışdığı, zəngin mədəniyyəti, böyük tarixi keçmişi ilə həmişə qürur duyduğu və gələcək nəsillərin taleyi üçün düşündüyü doğma yurdu Azərbaycanı zamanın ağır sınaqlarından çıxarıb. Dahi şəxsiyyət böyük siyasi və dövlət xadimi, xalqın şəksiz lideri olaraq hələ sağlığında ikən Ulu Öndərə çevrilib. Buna görə də Heydər Əliyev fenomeni həmişə diqqəti cəlb edib. Dünya azərbaycanlılarının Ümummilli Liderinin heyranlıq doğuracaq dərəcədə coşqun siyasi fəaliyyəti istər ölkə, istərsə də dünya mətbuatında geniş işıqlandırılıb.

Bu sözləri ulu öndər Heydər Əliyevin xatirəsinə ehtiramını bildirmək üçün dekabrın 12-də Fəxri xiyabana gələn Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov AZƏRTAC-a müsahibəsində deyib.

“Dünya tarixi sübut edib ki, şəxsiyyətlərin siyasi iradəsi və müdrikliyi mənsub olduğu xalqın, onun yaratdığı dövlətin həyatında müstəsna rola malikdir. Bu şəxsiyyətlər arasında müasir müstəqil Azərbaycan dövlətinin banisi ulu öndər Heydər Əliyevin özünəməxsus yeri var. Ulu Öndər Azərbaycan və dünya tarixinin yaddaşında qalacaq. Azərbaycan Ordusunun, iqtisadiyyatının güclənməsində və ölkəmizin dünyada tanınmasında Heydər Əliyevin müstəsna xidmətləri olub. Azərbaycan xalqı milli dövlətçiliyin dağılmaq təhlükəsi qarşısında qaldığı, ən ağır günlərini yaşadığı bir zamanda - 1993-cü ilin iyununda mövcud hakimiyyətin dəyişilməsini təkidlə tələb edib və həmin vaxtdan taleyini öz xilaskarına etibar edib. Xalqının təkidli dəvətini qəbul edən Heydər Əliyevin hakimiyyətə qayıdışı günü müstəqil Azərbaycanın tarixinə Milli Qurtuluş Günü kimi həkk olunub”, - deyə Cəlil Xəlilov vurğulayıb.

Oxunub: 38